Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İbadət
İbadat-i do
İbadat-i do (fars. عبادات دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 20 ailədə 53 nəfəri kişilər və 56 nəfəri qadınlar olmaqla cəmi 109 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
İbadat-i yek
İbadat-i yek (fars. عبادات یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 24 ailədə 61 nəfəri kişilər və 58 nəfəri qadınlar olmaqla cəmi 119 nəfərdir.
İbadət Nəcəfov
İbadət Nəcəfov — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Nəcəfov İbadət Nəcəf oğlu 1972-ci il yanvarın 2-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1979-cu ildə Oğuldərə kənd orta məktəbinin I sinfinə gedib, 1989-cu ildə həmin məktəbi qurtarıb. 1990-cı ildə hərbi xidmətə çağırılıb. Əvvəlcə Şəmkir rayonunun Leninkənd kəndində yerləşən hərbi hissədə olub. Bir aydan sonra Şınıx bölgəsinə, Qaravəllər kəndinə göndərilib. 1992-ci ilin əvvəlində ordudan tərxis olunub. İki ay evdə qaldıqdan sonra könüllü olaraq müstəqil respublikamızın ilk milli hərbi qurumuna yazılıb. Od-alova bürünmüş Qarabağ torpağının müdafiəsinə qalxıb. Döyüşlərdə öz cəsurluğunu nümayiş etdirib.
İbadət (islam)
İbadət (ərəb. عبادة‎) — hər hansı bir varlığa bəndəçilik etmək, yəni ona sayğı, təzim və ehtiram deməkdir, başqa sözlə, məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Ümumiyyətlə, Allaha ibadət Onun əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinməkdir. Qurani-Kərimdə buyurulur: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" Buradan, aydınlaşır ki, məsələn, Allaha şərik qoşmamaq, ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya və bir çox bu kimi insanlara yaxşılıq etmək ibadətdir. Allaha ibadət təkcə bunlarla bitmir. İslam peyğəmbərinin (s): "Uca Allaha xatir sevdiyin qardaşının üzünə baxmaq ibadətdir.", Əli ibn əbu Talibin : "Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.", Cəfər Sadiqin : "Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir." hədislərindən eləcə də bir çox başqa hədislərdən anlaşılır ki, Allahın əmrlərini yerinə yetirmək və onun qadağan etdiklərindən şəkinmək ibadətdir. İbadət xüsusunda rəvayət olan başqa bir hədisdə qeyd olunur ki, Hüseyn ibn Əli Buyurur: "Camaat!
Məscid və məscid həyəti ibadət yeri
== Tapılması == 1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. == Haqqında == Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Banat
Banat - Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V.V.Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Abadan şəhristanı
Abadan şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 275,126 nəfər və 58,870 ailədən ibarət idi.
Aqşin İbadov
Aqşin Nazim oğlu İbadov (24 avqust 1984, Boladı, Lənkəran rayonu – 19 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin İbadov 1984-cü il avqustun 24-də Lənkəran rayonunun Boladı kəndində anadan olub. 2001–2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin "kəşfiyyatçı" ixtisasında təhsil alıb. Ailəli idi. Zeynəb adında bir qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin İbadov 2005-ci ildə "leytenant" rütbəsi alaraq hərbi vəzifəyə başlayıb. Ağstafa rayonunda, Mingəçevir şəhərində, Murovdağda, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib. Azərbaycan Ordusunun mayoru olan Aqşin İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Füzulinin, Cəbrayılın, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin İbadov oktyabrın 19-da Zəngilanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.
Araz İbadlı
Araz Babaəli oğlu İbadlı (25 oktyabr 1999; Lənkəran, Azərbaycan — 9 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz İbadlı 25 oktyabr 1999-cu ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Araz İbadlı 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz İbadlı oktyabrın 9-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.
Cavad İbadov
Cavad Cabir oğlu İbadov (10 dekabr 1996, Masallı – 16 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavad İbadov 1996-cı il dekabrın 10-da Masallı şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cavad İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavad İbadov oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavad İbadov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq İbadov
Faiq İsmixan oğlu İbadov (31 may 1993; Sarıbulaq, Balakən rayonu — 1 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Faiq İbadov 1993-cü il mayın 31-də Balakən rayonunun Sarıbulaq kəndində anadan olub. 1999-2010-cu illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Faiq İbadov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq İbadov oktyabrın 1-də Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Sarıbulaq kəndində torpağa tapşırılıb.
Mais İbadov
Mais İbadov (tam adı: Mais İbadov; 2 avqust 1978, Separadi, Lənkəran rayonu) — Azərbaycan və Özbəkistan güləşçisi, 3 qat dünya çempionu. == Həyatı == Mais İbadov 1974-cü ilin avqust ayının 2-də Lənkəran rayonunun Separadi kəndində dünyaya gəlib. 1987-1992-ci illərdə Bakı şəhərində Ümumtəhsil İdman İnternatında təhsil almışdır. [1994-cü ildən Özbəkistanda yaşayır. == Fəaliyyəti == Təhsil aldığı dövrdə sərbəst güləş idman növü üzrə müxtəlif yarışlarda iştirak edib və bəzilərində yüksək nəticə əldə edərək uğur qazanıb. Məşqçi Mamur Ruziyevin tələbəsi olmuşdur. Mamur Ruziyev SSRİ idman ustası olmuşdur. Güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır. Peşəkar səviyyəli yarışlarda Özbəkistanın şərəfini qoruyub.
Murad İbadov
Murad Yusif oğlu İbadov (29 dekabr 1993; Qobustan rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad İbadov 1993-cü il dekabrın 29-da Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2000-2009-cu illərdə R. Hüseynov adına Cəyirli kənd tam orta məktəbində, 2009-2011-ci illərdə isə A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Murad İbadov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ildən Bərdə rayonunda yerləşən 1-ci Ordu Korpusunda xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş leytenantı olan Murad İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad İbadov oktyabrın 15-də Ağdərə istiqamətində zamanı şəhid olub.
Muxtar İbadov
Muxtar Şəhmir oğlu İbadov (7 Fevral 1955 - 23 Sentyabr 2013) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Muxtar İbadov 1955-ci il fevral ayının 7-də Balakən rayonunun Ağkilsə kəndində dunyaya gozunu acmişdir. Təsilini Zaqatala rayonu 2 saylı internat məktəbində almışdır. Sonradan Azərbaycan Dovlət İncəsənət Universitetinə daxil olmuşdur. Burada bir çox dahi sənətkarlardan dərs almış, sənətin incəliklərinə sahib olmuşdur. Şəki dram teatrına təyinatı çıxan gənc aktyor burada əldə etdiyi uğurlar, gostərdiyi sənətə gorə Əməkdar artist dərəcəsinə qədər yüksəlmişdir. Muxtar İbadov bir çox tamaşalara, səhnələrə quruluş vermiş, dahi yazıçıların əsərlərinin baş qəhrəmanıni oynamışdır. Bunlara nümumə olaraq İblis, Knyaz, Napoleon, Dərviş Parisi partladır, Aldanmış kəvakib və sair. Ailəli idi. 2 uşağı var, 3 nəvəsi.
Oruc İbadlı
İbadlı Oruc Vəli oğlu (05.11.1938 – 23.02.2015) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur. 23 fevral 2015-ci ildə vəfat etmişdir == Fəaliyyəti == 200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir.
Rafiq İbadov
Rafiq Baloğlan oğlu İbadov (14 avqust 1965; Zəngilan, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — tank mexaniki vəzifəsində çalışan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafiq İbadov 1965-ci il avqustun 14-də Zəngilan şəhərində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Rafiq İbadov uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Tank və Artilleriya bölmələrinin heyətində tank mexaniki vəzifəsində çalışırdı. Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rafiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər-Suqovuşan-Talış istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rafiq İbadov sentyabrın 29-da Tərtər rayonu ərazisində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rauf İbadov
İbadov Rauf Məhərrəm oğlu (4 may 1996, Saray, Abşeron rayonu – 23 oktyabr 2020, Laçın dəhlizi, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil almışdı. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil almışdı. 2017-2018ci illərdə 708 saylı MO hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətdə nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunmuş, və hərbi hissə komandiri tərəfindən qol saatı hədiyə olaraq verilmişdir. Milli Qəhrəmanımız Mübariz İbrahimovu özünə ideal seçərək, 2016-cı ildən Şəhidlik zirvəsinə çatmağı qarşısına məqsəd qoymuşdur. Uşaq vaxtından rəsmə və incəsənətə olan marağını məktəb və institut dövrlərində olduğu kimi, əsgərlik dövründən sonra da davan etdirmişdir. Universitetdə ilk sərgi Raufun rəsm əsərləri ilə təşkil olunmuşdur və digər müsabiqələrdə iştirak edərək 15ə yaxın fəxri fərmanlarla təltif olunmuşdur. 2015ci il Birinci Avropa Oyunlarında Prezidentimizin çağırışına dəstək olaraq, yarışın açılış və bağlanış mərasimlərində, könüllü olaraq, iştirak etmiş və göstərdiyi nailiyyətə görə Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehrib Əliyevanın imzaları ilə təşəkkürnamə təqdim olunmuşdur.
Ruslan İbadlı
Ruslan Sakit oğlu İbadlı (d. 19 fevral 1995; Nəsimikənd, Biləsuvar rayonu — ö. 28 sentyabr 2020; Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ruslan İbadlı 19 fevral 1995-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini almışdır. == Hərbi xidməti == Ruslan İbadlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş, 28 sentyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Ruslan İbadlı 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlıölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rza İbadov
Dr. Rza Aydın oğlu İbadov (20 mart 1966, Naxçıvan) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin I çağırış üzvü. == Həyatı == Rza İbadov 1966-cı il martın 20-də Naxçıvan şəhərində anadan olub. M. V. Lomonosov adına Mosva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 2005-ci ildə Londonda yaşamağa başlayandan sonra Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Fransa Beynəlxalq Münasibətlər və Strategiyalar İnstitutunda isə beynəlxalq münasibətlər üzrə doctorluq dərəcəsi alıb. Rza İbadov ailəlidir, bir övladı var. == Siyasi fəaliyyəti == Rza İbadov 1990–1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin üzvü, Ali Məclisin Gənclər və idman Komissiyasının isə sədri olub. 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 4 nömrəli Babək-Şahbuz dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Rza İbadov I çağırış Milli Məclisin deputatı seçilib.
Telman İbadov
Telman Əsəd oğlu İbadov (18 sentyabr 1947, Ordubad rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Naxçıvan Ali Məclisinin V və VI çağırış üzvü, Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hazırkı direktor müavini, keçmiş baş həkimi. == Fəaliyyəti == 2016-cı ilin avqust ayının 6-da keçirilən əlavə seçkilərdə 3 792 (%79,6) səs alaraq 45 sayılı Aza seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olaraq Naxçıvan Ali Məclisinin V çağırış deputatı seçilmişdir.2020-ci il fevralın 9-da baş tutan Naxçıvan Ali Məclisinə seçkilərdə 45 saylı Aza dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Telman İbadov Naxçıvan Ali Məclisinin VI çağırış deputatı seçildi. 2020-ci il fevralın 24-dən səlahiyyətlərinin icrasına başlayan Telman İbadov Ali Məclisi Sosial siyasət, elm, təhsil, idman və mədəniyyət məsələləri komitəsinin üzvü seçilmişdir.
Vüqar İbadov
Vüqar Sadıq oğlu İbadov (28 sentyabr 1988, Prişib, Cəlilabad rayonu – 19 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüqar İbadov 1988-ci il sentyabrın 28 də Göytəpə şəhərində anadan olub. 1994-2004-cü illərdə V.Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. Sonra Cəlilabad Peşə liseyində təhsilini davam etdirib. == Hərbi xidməti == 2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2013-2016-cı illərdə N saylı hərbi hissədə fəaliyyətə başlayıb, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu keçərək N saylı hərbi müddətdə müxtəlif fəxri fərmanlarla mükafatlandırılıb. İlk gündən torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib və 2020-ci il oktyabrın 19-da şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.