Dr. Rza Aydın oğlu İbadov (20 mart 1966, Naxçıvan) — azərbaycanlı siyasətçi, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Rza İbadov | |
---|---|
26 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1966 (58 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
Azərbaycan (1991—2005) Birləşmiş Krallıq (2005—) |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rza İbadov 1966-cı il martın 20-də Naxçıvan şəhərində anadan olub. M. V. Lomonosov adına Mosva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvü olub. 2005-ci ildə Londonda yaşamağa başlayandan sonra Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Fransa Beynəlxalq Münasibətlər və Strategiyalar İnstitutunda isə beynəlxalq münasibətlər üzrə doktorluq dərəcəsi alıb.
Rza İbadov ailəlidir, bir övladı var.
Rza İbadov 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü, Ali Məclisin Gənclər və idman Komissiyasının isə sədri olub.
1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 4 nömrəli Babək-Şahbuz dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rza İbadov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Rza İbadov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Daimi Komissiyasının və Azərbaycan—ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]