Murad Yusif oğlu İbadov (29 dekabr 1993; Qobustan rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Murad İbadov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəyirli, Qobustan, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Dəfn yeri | Cəyirli, Qobustan, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Heydər Əliyev adına AAHM |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 2021 |
Murad İbadov 1993-cü il dekabrın 29-da Qobustan rayonunun Cəyirli kəndində anadan olub.[1] 2000-2009-cu illərdə R. Hüseynov adına Cəyirli kənd tam orta məktəbində, 2009-2011-ci illərdə isə A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.
Murad İbadov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ildən Bərdə rayonunda yerləşən 1-ci Ordu Korpusunda xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Murad İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad İbadov oktyabrın 15-də Ağdərə istiqamətində zamanı şəhid olub. Qobustan rayonunun Cəyirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad İbadov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad İbadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.