Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Masami İhara
Masami İhara (d. 18 sentyabr 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 122 oyun keçirib, 5 qol vurub.
Yuria Obara
Yuria Obara (d. 4 sentyabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
İşbara Yabqu
İşbara Yabqu (阿史那烏濕波; v. 705) — Toxaristanın ikinci yabqusu. == Hakimiyyəti == Atası Tarduş şadı öldürərək hakimiyyətə gəlmişdi. Hakimiyyətə gəlişi 645-ci ildə Kuhistanda sikkə buraxılmasıyla başlamışdı. Pul zərb etdirən ilk Göytürk hökmdarıdır. 653-cü ildə Çin imperatoru tərəfindən təsdiq olunmuşdur. Ərəb sərkərdəsi Abdullah ibn Amirin hücumlarına tab gətirə bilməmiş, hakimiyyəti Bədəxşanla sərhədlənmişdi. Bununla belə Əlinin xəlifəliyi dövründə Nişapur və Sistanı ələ keçirən yabqu III Yezdəgirdin oğlu III Firuzu Sasani şahı kimi hakimiyyətə gətirdi.
İşbara xaqan
İşbara xaqan (581-587) — Aşina sülaləsindən Göytürk xaqanı. == İlkin həyatı == Atası Qara İssıq xaqan idi. İşbara xaqan əvvəlcə Amrak xaqanı müdafiə etsə də, daha sonra özü də xaqanlığa iddia etməyə başladı. Həmçinin Taspar xaqanın həyat yoldaşı şahzadə Kiancin ilə evləndi. İmperatriça Çjou sülaləsindən idi deyə dövləti məhv edən Suy sülaləsində nifrət edirdi. İşbara xaqan onun təhriki ilə Çinə yağmalar həyata keçirirdi. == Suy sülaləsi ilə münasibətlər == 583-cü ildə vətəndaş müharibəsindən istifadə edən imperator Ven qardaşı Yanq Şuanqı İşbaraya qarşı göndərdi. Apa xaqana qarşı mübarizə edə bilməcəyini görən xaqan 584-cü ildə Suy sülaləsinə boyun əymişdi. Bundan istifadə edən İşbara Göytürk imperiyasının şərqini öz əlində saxlamışdı. Çen sülaləsindən gələn qaçqınları qəbul etmişdi.
Bara Din
Bara din — Bara Din, Pakistanda hər il dekabrın 25-də Cinnahın xatirəsinə təşkil olunan bir tətildir. Milad ilə eyni vaxtda, urdu və pəncab dilində "Böyük gün" mənasını verir. Qeyd etmələr həm Pakistan, həm də Hindistanda yaşayan Milad qeyd etməyən qeyri-xristianlar üçün alternativdir.
Margit Bara
Margit Bara (21 İyun 1928 – 25 Oktyabr 2016) — Macarıstanlı film aktrisası. O, 1956-cı il ilə 1975-ci il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
İbar qayaları
İbar qayaları — Cənubi Şetland adalarında, Bonert qayasından 0,4 km şərqdə, Qrinviç adasından Kanto nöqtəsindən isə 1 km cənub-şərqdə yerləşən iki qaya. "Islote Ibar" və "Islote Teniente Ibar" ifadələri 1950-ci illərdə Çili hidroqrafik cədvəllərində görünmüşdü və daha böyük və qərbdə yerləşən qayanı bildirmək üçün istifadə olunmuşdu. Leytenant Mario İbar P. 1947-ci ildə Qrinviç adasında Çili Kapitan Arturo Prat Bazasının açılışının rəsmi aktını imzalayan şəxsdir. == Xəritələr == L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands. Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009.
İşbara Teriş xaqan
İşbara Teriş Tunqa xaqan (əsl adı Aşina Tunqa 阿史那同俄, taxt adı İşbara Teriş xaqan 沙钵罗咥利失可汗) — Göytürk xaqanı. == Hakimiyyəti == Qardaşı Nişa Tulu xaqandan sonra taxta gəlmişdi. Hakimiyyətə gəldikdən sonra ilk işi Tan sülaləsi ilə dost əlaqələri qurmaq oldu. Nuşibilər Tulular arasındakı mübarizədən bezən xaqan 635-ci ildə onların hərəsini 5 aymaka böldü. Lakin bu yenilik güclənməkdən çox zəifləməyə apardı. Tun Tudunun başçılıq etdiyi həmin tayfalar üsyan etdi və xaqanı devirdilər. Qardaşı Böri şadla Qaraşəhərə qaçan xaqan tezliklə nuşibilərin başçısı Assık Kül-Erkin tərəfindən hakimiyyətə qaytarıldı. == İkinci hakimiyyəti == Assık Kül-Erkinin vasitəçiliyi ilə İli çayı sülhünü imzalayan tayfalar faktiki olaraq xaqanlığı iki yerə böldülər. Qərbdə Tuluların dəstəklədiyi əslən Şərqi Göytürk xaqanlığından olan İllig xaqanın oğlu Yükük şad hakimiyyətə gəldi, İşbara isə İli çayından şərqdə hakimiyyətdə qalmağa davam etdi. == Ölümü == 659-cu ildə Tan sülaləsinin Yeddisunu işğalı nəticəsində İşbara xaqan öldürüldü.
Bilgə İşbara Tamqan Tarxan
Bilgə İşbara Tamqan Tarxan — Göytürk şahzadəsi, şad. == Hakimiyyəti == Atasının ölümündən sonra əmisioğlu Bilgə xaqan tərəfindən şad kimi təsdiq olunmuşdu. Atasının öldürülməsinə baxmayaraq xaqana sadiq olmuş, Tan sülaləsinə axınlarda iştirak etmişdir. 719-cu ilin iyulunda vəfat etmişdir.
Xallıq İşbara Yabqu xaqan
Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır. == İlk illəri == Atası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi. == Xaqanlığa gəlişi == 651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi: Asiqi Küyü Tegin Qeşu Küye Tegin Basayqan Dunşibo Tegin Asiqi Nişu Tegin Qeşu Çoban TeginTulu aymaklarına isə çorlar təyin etmişdi: Çumuqun Çor Xuluvu Kyüe Çor Neşetidun Çor Tuçişi Xeloşi Çor Şunişi Çoban Çor. == Sonrakı illəri == Xaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə - indiki Sincan və Qansuya hücuma keçdi.
İrbis İşbara Yabqu xaqan
İrbis İşbara Yabqu xaqan (əsl adı Aşina Baobu 阿史那薄布) — Göytürk xaqanı. == Hakimiyyəti == İl Külüg şadın oğlu idi. Nuşibilərin dəstəyi ilə hakimiyyətə gəlmiş, cəmi 1 il taxtda qalmasına baxmayaq Kuça, Çaç və Səmərqənd kimi əsas şəhərləri əlində saxlamışdı. 641-ci ildə öldürülmüşdür.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.Erm. SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə adı dəyişdirilib Aparan qoyulmuşdur. == Coğrafiyası == İrəvandan 42 km şimalda, Abaran çayının sahilində yerləşir.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abaşa
Abaşa (gürc. აბაშა) – Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Arara
Arara — Braziliyanın şəhəridir.
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlarBarak Obama — ABŞ prezidenti.DigərBarak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Barja
Barja — yedək gəmisi, su nəqliyyatı vasitə. == Ümumi məlumat == Barja taxta və dəmir hissələrdən hazırlanırdı. Barjanın dəniz, göl, çay, kanal sularında işlədilən müxtəlif formaları olmuşdur. Yük tutumu böyük olan və yaxşı materialdan hazırlanmış barjalar 20 il müddətində iş üçün yararlı olurdu.
Barqa
Barqa (it. Barga) — İtaliyanın Toskana regionunda şəhər.
Eçara
Eçara (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Eçara (Yardımlı) — Yardımlı rayonunda kənd.
Gitara
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
İbaqe
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
İbage
İbage (isp. Ibague) — 1550-ci ildə Kolumbiyanın mərkəzində əsası qoyulan şəhər. Tolima departamentinin inzibati mərkəzi. == Tarixi == İbaqe şəhəri, Antoniyo Lopes Qalars tərəfindən 14 oktyabr 1550-ci ildə əsası qoyulmuşdur. Hal-hazırda Kaxamarka şəhəri Tolima departamentinin bir hissəsidir. Bu şəhər, müasir şəhər sayılan İbaqedən 42 km qərbdə yerləşir. Pixao hindlilərinin davamlı basqınları nəticəsində şəhərin yerini dəyişdirmək qərarı alınmış və şəhər 7 fevral 1551-dən yenidən qurulmuşdur. 1854-cü ilin aprelindən dekabr ayına qədər İbaqe Yeni Qranada Respublikasının müvəqqəti paytaxtı olmuşdur. 1908-ci ildə Tolima departamentinin formalaşmasından sonra İbaqe şəhəri onun inzibati mərkəzi oldu.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. == Əhalisi == Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir.2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. == İstinadlar == == Xarici keçidlər == Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.
Abaqa xan
Abaqa xan (monq. ᠠᠪᠠᠬᠠ ᠬᠠᠭᠠᠨ; 27 fevral 1234[…], Böyük Monqol imperiyası – 1 aprel 1282[…], Böyük Monqol imperiyası) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir. == Həyatı == Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir. Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir.Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi. O, ölmədən öncə Bizans imperatoru VIII Mixail Paleoloqun qızı ilə evlənməyi planlayırdı.
Abaran (dəqiqləşdirmə)
Abaran, Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonu — Qərbi Azərbaycanın Abaran mahalı ərazisində rayon. Abaran mahalı — İrəvan xanlığında mahal. Abaran nahiyəsi — İrəvan əyalətinda nahiyə. Abaran — İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı. Abaran — Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında yaylaq. Abaran — İrəvan quberniyasının İrəvan qəzasında çöl adı. Abaran (çay) — İrəvan xanlığının Abaran mahalında çay adı.