Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsti qurşaq
İsti qurşaq - İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..
Baskervillərin iti
Baskervillər iti (ing. The Hound of the Baskervilles) — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Povestin məzmunu macəra xarakterlidir. Povest ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur. == Məzmun == Dünyada illər boyu detektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir… == Tərcümə və nəşr == Artur Konan Doyl, Baskervillərin iti; “Macəra kitabxanası” seriyası; V cild, tərc.: Beydulla Musayev; Bakı, “Uşaqgəncnəşr”, 1958, 320 səh. Artur Konan Doyl, Baskervillərin iti Povest və hekayələr.; tərc.: B. Musayev; Bakı, Gənclik, 1980 Artur Konan Doyl, Baskervillərin iti; tərc.: B. Musayev; uşaqlar üçün işləyən. R.İsmayılov; red.
Ev iti
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Həyatları == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Matu-İti
Motu-İti adası (isp. Motu Iti) — Pasxa adasından cənub-qərbində yerləşən Rano-Kao vulkanından 1,5 aralıda yerləşir. 1,6 ha əraziyə sahib olan ada Motu-Nuidən sonra ikinci böyük adadır. Hal-hazırda rapanui milli parkı ərazisinə daxildir. XIX əsrin ikinci yarısına kimi papanuyların silah hazırlamada istifadə etdikləri Obsidianın əsas çıxarılma yeri idi. üstəlik onlar buradan hər il quş yumurtalarını toplayırdılar. Bu ada öz növbəsində dəniz dibindən 2000 m ucalan bir sualtı dağın zirvəsidir. Burada Onychoprion fuscatus kimi quşlar yuva qurur.
Pekinez iti
Özündən çox böyük itlərə meydan oxuyacaq qədər cəsur olması ilə məşhur olan Pekinez itinin vətəni Çin sayılır. Keçmişdə təkcə Çinin kral saraylarında saxlanılan bu it kürkünün formasına görə "Çin aslanı" adlandırılıb və o pis ruhları qovan varlıq kimi qəbul edildiyi üçün xalq onu salamlayaraq qarşısından keçirdi. Özünü təhlükəyə atacaq qədər cəsurdur. Təzad təşkil etsə də sərbəstliyinə və sahibinə çox bağlıdır və onu çox qısqanır. Yad insanlara qarşı məsafə saxlayır, uşaqları isə çox sevir. Kobud rəftardan heç xoşu gəlmir, dişləyə bilər. İstədiyini etdirəcək qədər inadkardır.
İdi Amin
İdi Amin Dada (ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. == Bioqrafiya == === Erkən illər === İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. === Müstəmləkə Britaniya Ordusu === Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
İdi xaqan
İdi xaqan (çin. 也咥可汗, Pinyin: Yěxì Kèhán) — Seyanto tayfa başçısı və xaqanı. Əsl adı İşbara idi. İncu xaqanın babası idi. == Hakimiyyəti == 605-ci ildə Telelər və Seyantolar Taman xaqana üsyan qaldıraraq onu İli çayının sahilinədək qovdular. Telelər özlərinə Kibi Gelenq (契苾歌楞) adlı birini Yivuçen Bağa xaqan (易勿真莫賀可汗) adı ilə böyük xaqan, İşbaranı isə İdi xaqan titulu ilə kiçik xaqan seçdilər. Lakin hər iki xaqan 611-ci ildə Şekuy xaqanın yüksəlişi ilə ona təslim olaraq xaqanlıqdan imtina etdilər.
İti cığ
İti cıq — Şimal yarımkürəsində tundradan tropiklərədək nəmişli yerlərdə rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm və daha çox olan bozumtulyaşıl rəngli, sıx çimli bitkidir. Çoxsaylı gövdələri yumru, özəklidir.qaqaş qahraman Uzunluğu təxminən gövdəsinə bərabər olan silindrik formalı nazik yarpaqları, bərk, ucları isə iti tikanlıdır. Yanlardan çıxan qonur-mixəyi və ya mixəyi rəngli çiçəkqrupu sıxılmış oval şəkilli süpürgəvaridir. Budaqcıqların ucunda 2-5 çiçək yerləşir Çiçəkyanı yarpağın ucu tikanlı,çiçəkqrupundan hündürdür. May-sentyabr aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == İti cıq kserofil coğrafi tipinin Aralıq dənizi sinfinə və qrupuna aiddir. Atlantik Avropa və Aralıq dənizi ölkələrində, Şimali İran və Qafqazda yayılmışdır. Azərbaycanda iti cıq Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında aranda bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Halomezofitdir, psammofit-litoral bitkilik tipində rast gəlir.
Azərbaycanın isti ehtiyatları
== Aqroiqlim ehtiyatları == Aqroiqlim ehtiyatları dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir == İsti ehtiyatlar == Ərazinin isti ehtiyatları. Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir.
Bəziləri isti sevir
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüsserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Baskervillərin iti (dəqiqləşdirmə)
Baskervillərin iti — Artur Konan Doylun Şerlok Holms haqqında əsərləri seriyasından detektiv povest. Baskervillərin iti (film, 1921) Baskervillərin iti (film, 1932) Baskervillərin iti (film, 1937) Baskervillərin iti (film, 1939) Baskervillərin iti (film, 1959) — rejissor Terens Fişerin 1959-cu ildə Artur Konan Doylun eyniadlı əsəri əsasında lentə aldığı film.
Afrika çöl iti
Afrika çöl iti, və ya Kaftarabənzər it (lat. Lycaon pictus) — Məməlilərin yırtıcılar dəstəsinə, İtlər fəasiləsinə daxil olan heyvan növü. Lycaon cinsinin yeganə növü. Onun elmi adının mənası: yun. Lycaon – canavar, lat. pictus – boyalı. == Xarici görünüşü == Afrika çöl iti qırmızı canavarın genetik baxımından ən yaxın qohumu sayılır. Xarici görünüş baxımından Kaftarları xatırladır. Bədənın çəkizi az, qıçları uyzun və güçlü, başı isə iridir. Qulaqdları iri və ovalvarı formaya malik olur.
Alman çoban iti
Alman çoban iti — Almaniya köklü bir it irqidir. Böyük, atletik və güclü olması ilə yanaşı düzgün yetişdiriləndə bu iti ailə, qoruma, yaxud iş iti kimi istifadə etmək mümkündür. Alman çoban itləri iş sinfi (workline) və şou sinfi (showline) olmaqla iki sinfə ayrılır. İş sinfi olaraq çoxaldılan alman çoban itləri daha yüksək omba və daha uzun ayaqlara malikdirlər. Şou üçün çoxaldılan alman çoban itləri isə daha alçaq ombaya, əzələli bədənə və çox göstərişli bir kürkə sahib olurlar. Alman çoban itlərində ən çox rastlanan xəstəlik omba çıxığı (omba dispalizi) olaraq bilinən bir oynaq xəstəliyidir. Bundan əlavə alman çoban iti çox həssas bir mədəyə sahib olduğu üçün özəl bir dieta ilə və ya içində çox qarışıq şeylər olmayan, eyni zamanda itin allergiyasının olmadığı yeməklər ilə bəslənməlidir. Alman çoban itləri dünyada ən çox sevilən və ən çox seçilən it irqlərindəndir. Əsasən iş, ailə, qoruma və polis itləri olaraq istifadə edilir == Xüsusiyyətləri == Alman çoban itlərinin ideal boyu dişilərdə 57,5 sm, erkəklərdə isə 62,5 sm-dir. 2,5 sm-ə qədər qısa və ya hündür olması normal qarşılanır.
Axtarış-xilasetmə iti
Axtarış-xilasetmə iti (ing: Search and rescue dog, alm: Rettungshund və ya Suchhund); axtarılan və ya xilas edilən insanları və ya əşyaları tapmaq üçün xüsusi hazırlanmış bir itdir. Bu gün axtarış-xilasetmə işlərində və asayiş xidmətlərində tez-tez istifadə olunur. Axtarış və xilasetmə işlərində dağıntı, ərazi, uçqunlarda axtarış, suda yer tapmaq və xilasetmə qabiliyyəti olan itlərdən; ictimai asayiş xidmətlərində isə narkotik vasitələrin və sursatların tapılması üçün xüsusi təlim görmüş itlərdən istifadə olunur.
Polşa Ov İti
Polşa Ov İti (Pol. Ogar Polski) - Polşada yetişdirilən ov itlərinin cinsi. Ogar Polski kimi tanınan Polşa mənşəli ov iti cinsidir. Bu itlərdə qoxu hissləri yüksək dərəcədə inkişaf etmişdir. Bu ağır çəkili və yüksək dözümlülüyə malik bu it, ovçuluq üçün çox əlverişlidir. == Görünüşləri == Polşa Ov İtlərinin boyu 55-65 sm (22-23.5 düym) yüksəkliyinə çatır. Bu itlərin erkək cinslərinin çəkisi isə 25 - 32 kq (55-70,5 lb), dişi cinslərinin çəkisi isə 20 - 26 kq (44-57,5 lb) olur. == Xüsusiyyətləri == Polşa ov itlərinin orta ömrü 13 ilə 14 yaşa qədərdir. Orta ölçülü erkək, Polşa Ov İti tez-tez güclü və görünüşlü, möhkəm bir sümük quruluşu ilə təsvir edilir. Bu heyvanların rəngləri adətən qəhvəyi və qızılı rəngin qarışığı olur və boyundan quyruğa qədər olan üst hissə isə adətən qara rəng olur.
Qafqaz çoban iti
Qafqaz çoban iti (gürc. ქართული ნაგაზი — Kartli nagazi və ya კავკასური ნაგაზი — Kavkasuri nagazi) — Qafqaz bölgəsinə xas (endemik) it cinsi. Bu cinsin bir neçə alt növü vardır, amma ümumi xüsusiyyətləri baxımından bir-birlərinə bənzəyirlər. == Adın mənşəyi və alt növləri == Antik çağda Qafqaz Albaniyasının hökmdarı Makedoniyalı İsgəndərə it hədiyyə etdiyini Strabon bildirir və Bu it bu gün Azərbaycanda 2000 ildən çoxdur ki mövcuddur və bu it Qafqaz xalqlarının qürur qaynaqlarından biridir. Qədim çağlardan bu yana bu ərazidə yaşayan insanların həyatının ayrılmaz bir parçası, yaxın dostu və sadiq yoldaşı olmuşdur . Bu it cinsinin təbii həyat sahəsi yalnız Qafqazdır və bu səbəbdən bu cins "Qafqaz çoban iti" olaraq adlandırılmışdır. Bu ad, bu it cinsinə ruslar tərəfindən verilmişdir. Ancaq bu cins, tək növ deyil. Qafqaz çoban iti Gürcü çoban iti, Azərbaycan çoban iti, Dağıstan çoban iti və başqa alt növlərə ayrılar. Gürcüstan coğrafiyasında iki növ çoban iti var.
Sərab çoban iti
Sərab çoban iti (fars. سگ سرابی‎) - Güney Azərbaycanın şimal-qərb hissəsində mövcud olan yerli it cinsi. Əsasən qoyunçuluq sahəsində istifadə edilir. Sürüləri yırtıcı heyvanlardan (Canavar və Ayı) qoruyur. Rəsmən müstəqil cins kimi tanınır. == Adlanması == Bu cins öz adını İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanlığından götürmüşdür. Cins ingilis dilli mənbələrdə İran çoban iti və ya Fars çoban iti adlandırılsa da, sırf Azərbaycan türkləri ilə əlaqədardır (şəhristanın əhalisinin 100 % Azərbaycan türkləridir). == Xüsusiyyətləri == Sərab çoban itləri yığcam və əzələli bədən quruluşuna malik olurlar. İri pəncəyə sahibdirlər. Erkəklərin hündürlüyü 75-90 sm, dişilər isə 70-85 sm olur.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. == Qısa məlumat == === Ümumi görünüş === Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsada sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Yunan çoban iti
Yunan çoban iti (yun. Ελληνικός Ποιμενικός) — Bu Yunanıstanın dağlıq bölgələrində yetişdirilən və yerli çobanlar tərəfindən mal-qaranı qorumaq üçün istifadə edilən bir it cinsidir. == Görünüşü == Yunan çoban itləri orta və böyük cinslər qrupuna aiddir. Güclü inkişaf etmiş əzələli bədənə malikdirlər. Bu köpəklər tək canavarla bacara bilirlər. Gözlər qəhvəyi, ovaldır və simmetrik olaraq yerləşmişdir. Görünüşü ümumiyyətlə sakit və ciddidir. Sinəsi geniş və dərin olub yaxşı əyilmiş qabırğa ilə, ağciyərləri və ürəyin yerləşməsi üçün kifayət qədər yer verir. Quyruğu qalın və uzundur. Tükləri orta uzunluqlu və ya uzun olur.
İdi Amin Dada
İdi Amin Dada (ən tezi 1923 və ən geci 1928[…], Kampala – 16 avqust 2003) — Uqandanın prezidenti (1971–1979), hərbçi. == Bioqrafiya == === Erkən illər === İdi Amininin doğulduğu tarix tam dəqiq deyil. Müxtəlif mənbələrdən istinadlara görə 17 may 1928, 1925 yaxud 1930-cu il göstərilir. Çünki, o, yaşadığı dövrdə avtobioqrafiya yazmamış, həyatı barədə olan sualları cavabsız saxlamışdır. Əslən Uqandanın şimalında məskunlamış Kakua etnikonundan gəldiyi söylənilir. Makarere Universitetinin tədqiqatçısı Fred Gueddekonun araşdırmasına görə, İdi Aminin atası Andreas Nyabaye (1889–1976) sonradan islamı qəbul edən katolik olub. Uşaqlığını anası ilə birlikdə, Uqandanın şimal-qərbində, əsasən, kənd təsərrüfatı ilə məşğul olan bir kənddə keçirtmişdir. 1941-ci ildə Bombo şəhərindəki mədrəsədə oxumağa başladı. Bir neçə il təhsil aldıqdan sonra ordu sıralarına yazıldı. === Müstəmləkə Britaniya Ordusu === Amin, Müstəmləkə Britaniya Ordusunun tərkib hissəsi olan Krallığın Tüfəngli Birliyinə qoşuldu (KTB).
İti qovan (PUA)
İti qovan — Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatı. Köhnə adı "Zərbə". == İstehsalı == Məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir."Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir.
İti yarpaq ağcaqayın
== Təbii yayılması == Avrоpada, Karеyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30-m ə çatan sıх, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bоzdur. Ağacın gövdəsi tünd, qоnurumtul-bоz, bəzən tam qara rəngli, üzərində çохlu çatları оlan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə оlur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II оngünlüyündə çiçəkləyir, sеntyabrın оrtalarında mеyvələri yеtişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalхan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tеz böyüyür, 17 yaşında çiçəkləyir və mеyvə vеrir. == Ekologiyası == Məhsuldar və rütubətli tоrpaqlara tələbkardır, tеz böyüyür, kölgəyə, küləyə davamlıdır. Tоrpağın şоranlaşmasına dözmür.
İsti Halvanın Dadı (1987)
== Məzmun == Film kooperativ hərəkatının yaranması-yeni istehsalat mexanizminin tətbiq olunması nəticəsində qarşıya çıxan psixoloji problemlərdən bəhs edir. Bir ailənin yaratdığı "Quba paxlavası" adlı kooperativdə cərəyan edən hadisələr filmin dramaturji əsasını təşkil edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Zaur Məhərrəmov, Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Kölgədə 40 dərəcə isti
== Məzmun == Komediya janrında yaradılmış bu film Abşeron qəsəbələrindən birinin adamları haqqındadır. Burada təsvir olunan hadisələr bir gün ərzində cərəyan edir. Və bu qısa müddət ərzində biz öz ənənələrinə, öz həyat tərzinə malik dənizkənarı qəsəbənin adamları ilə tanış oluruq. Bu, milis nəfəri Mirpaşa (Süleyman Əhmədov), klub müdiri Ziya (Davud İmanov), qoca Mirəli (Süleyman Ələsgərov), gənc Əlibaba (Telman Adıgözəlov) və başqa sakinlərdir. Filmdə doğma torpağa sədaqət, prinsipial həyat mövqeyi, düzlük, doğruçuluq kimi məsələlərə toxunulur. == Film haqqında == Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülüb. Filmin rus dilində ilk adı belə olub: “Kuritsa pod qipnozom” (hipnoz altındakı toyuq). == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rejissor: Leyla Səfərova Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Akif Nuriyev Rejissor: Süleyman Əhmədov Qrim rəssamı: Rəna Əliyeva === Rollarda === Telman Adıgözəlov — Əlibaba Süleyman Əhmədov — Mirpaşa Süleyman Ələsgərov — Mirəli Nuriyyə Əhmədova — Suğra Davud İmanov — Ziya Bəxtiyar Kərimov — Rəhman Fikrət Məmmədov — Rafiq Mayak Kərimov — Hüseyn Liya Seyidova — Gənc qız Yelena Stroyeva — Akademikin arvadı == Sponsor == Mərkəzi Televiziya (Moskva) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Biri var idi, biri yox idi (III mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüsserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək. Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir.Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüsserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur. 8 may 2014-cü ildə serialın dördüncü mövsümünün çəəkiləcəyi elan edildi və dördüncü mövsümün premyerası 28 sentyabr 2014-cü ildə baş tutdu.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Aditi
Aditi (sanskr. अदिति – nəhayətsiz) — hinduizmdə Veda ilahəsi, sonsuzluğun təcəssümü. Veda tanrıları Varuna, Surya, Puşan, Mitra, Savitar, İndra, Vinşu və başqaları "tanrılar anası" hesab edilən Aditinin oğulları sayılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Aditi (Hindu deity) // Encyclopædia Britannica. Ancient Religions & Mythology. 1998-06-20. 5981. İstifadə tarixi: 2021-06-30. Gopal, Madan. Gautam, K.S. (redaktor).
Altı
Altı — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Beşdən sonra, yeddidən əvvəl gəlir. == Ümumi məlumat == Qədim mənbələrdə altı sayı daha çox dünyanın yaradılması ilə bağlı şəkildə özünü göstərməkdədir. "Bibliya"nın verdiyi xəbərə görə, Tanrı dünyanı altı gün içində yaratmış, sonrakı günü isə özü üçün dincəliş günü hesab etmişdir. İran məişətində də Tanrının dünyanı altı gün ərzində yaratmasına inam mövcuddur. Altaylıların bir yaradılış dastanının yaydığı xəbərə görə, Tanrı dünyanı altı günə yaratmış, yeddinci gün isə yuxudan oyanıb yaratdıqlarına tamaşa etməyə başlamışdır[55]. Altı sayı heç bir mənbədə "Kitabi-Dədə Qorqud"da olduğu qədər özünə geniş yer tapmayıbdır. Abidədə deyilir: "Bəzirganlar Bayburanın oğlu üçün bir dəniz qulunu boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar, bir dəxi altı pərli gürz aldılar". Qazan: "- Bəylər!
Asti
Asti — İtaliyanın Pyemont regionunda şəhər.
Axtı
Axtı kəndi (ləzg. Ахцагь , Ахцегь ), Dağıstanda Axtı rayonunun inzibati mərkəzi və "Axtı kənd sovetinin " yaşayış məntəqəsidir. Dağıstanın əsas tarixi və mədəni mərkəzlərindən biridir. == Coğrafiya == Axtı kəndi, Dağıstan Respublikasının cənubunda, Axtıçayın Samurçaya töküldüyü vadidə yerləşib boz daşlardan ibarət dağlarla əhatə olunmuşdur: Qestinkil 2788 m, Uxindağ 1870 m, Şalbuzdağ 4142 m, Yarusadağ 3584 m. Axtı şimaldan Samur silsiləsi, cənub-qərbdə Helmets-Axtın silsiləsi, cənub-şərqdən Şalbuzdağdan uzanan yan silsilələrə bitişir. == İqlim == Axtıda iqlim mülayim kontinentaldır. Günəş və ultrabənövşəyi radiasiyanın artması ilə xarakterizə olunur. Atmosfer təzyiqi demək olar ki, daim 675 mm civə sütunu səviyyəsində saxlayır ki, bu da kəndin yerləşdiyi dəniz səviyyəsindən 1000 m hündürlük üçün normaya uyğundur. Orta illik yağıntının miqdarı 399 mm-dir. Yaz isti, quru, mülayim istilik xarakterikdir.
Ayti
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
BMTİ
Bakı Müstəqil Televiziya İdarəsi və ya qısaca BMTİ — 1993-cü ilin avqust ayının 16-da Bakı şəhərində fəaliyyət başlamış televiziya kanalı. "Moskva" mehmanxanasının binasından yayımlanırdı. Fəaliyyətə başlamamışdan əvvəl tezliyində " Super Channel " adlı kanal var idi. Telekanalda əsasən şəxsi istehsalı olan verilişlər və xarici filmlər, kliplər efirə çıxırdı. Məşhur verilişlərindən biri "Refren" verilişi idi. 1994-cü ilin may ayında telekanalın fəaliyyəti dayandırılmışdır. Kanalın təsisçisi Mahmud Məmmədov, baş direktoru isə Elşad Quliyev olub.
Bisti
Bisti - Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Dili
Dili port. Díli — Şərqi Timorun paytaxtı və ən iri şəhəri. Kiçik Zond adalarının ən şərqində yerləşən Timor adasının şimali hissəsində yerləşir. Dili Şərqi Timorun iri portu və kommersiya mərkəzidir. Əhalisi 150 min nəfərdir. Burada milli qəhrəman Nikolau Lobatu adını daşıyan Komor aeroportu yerləşir.
Diri
Diri – Azərbaycanın Qarabağ inzibati ərazi vahidində kənd. == Tarixi == Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi. Kəndin XIII-XIV əsrlərdə mövcud olduğu qaynaqlarda bildirilir. Bir qaynaqda yazılıb ki, Diri kəndi Şıxlar kəndində qərar tutan, Şеyx Cabir Ənsari övladından оlan Şеyx Kəmaləddin оğlu Şеyx Siracəddin vəqfinə bağlıdır."Qurbani" dastanının Zəncan versiyasına görə kəndin yiyəsi Hüseynalı xan idi. O, həm də Dirili Qurbaninin əmisi olub. Xudayarlı kəndinin ərazisində "Hüseynalı zəmisi" adlı tarla yeri vardı. Dastanın Diri versiyasına görə kəndin sahibi Fərəməz bəy olub. Aşıq Qurbani əslən Diridən olduğunu bir neçə qoşmasında bildirib. Qoşmalarının birində sevgilisi Pəriyə müraciətlə deyir: XVII əsrdə Diri kəndinin əhalisi Qaradağ vilayətinə köçmüş, Dirili qışlağında məskunlaşmışdı.
Dişi
Dişi — daşınamayan artıma hüceyrəsi (yumurta) çıxaran fərdlərə deyilir. == Simvol == Ümumiyyətlə Veneranın simvolu (♀) dişilər üçün istifadə edilir.
Eddi
Eddi — ad. Eddi Albert — ABŞ aktyoru. Eddi İsrafilov — Azərbaycan futbolçusu. Eddi Mörfi — ABŞ aktyoru. Eddi O'Hara — Şotlandiya futbolçusu. Eddi Redmeyn — Britaniyalı aktyor.
Çatı
Çatı – tükdən (qıldan — əsasən keçi qılından) hörülmüş və ya toxunmuş qalın kəndir. Çatıdan heyvanları bağlamaq, şələ, səhəng götürmək üçün istifadə edilərdi. Heyvandarlıqda istifadə etmək üçün üç-dörd, şələ və səhəng götürmək üçün beş-yeddi tağdan toxunur. Çatı toxunduqdan sonra hər iki ucuna yundan toxunmuş rəngli qotazlar tikilir. Çatı əsasən keçi tükündən (qəzilindən) hazırlanır. Çünki yuna nisbətdə keçi tükü daha dözümlü olur. Çatının uzunluğu iki metrə qədər olur.