Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İqnat daşı
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. İqnat latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. == Toponim == Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Maqnat
Maqnat və ya böyük bir iş adamı birdən çox biznesə sahib olmaqla böyük müvəffəqiyyət və böyük sərvət əldə etmiş bir iş adamıdır. Müvəffəqiyyətli sahibkarlar müəyyən bir iş və ya biznes sahəsində böyük təsirə, əhəmiyyətə malik olan biznes mütəxəssislərinə nümunədirlər. İlk böyük iş adamları John D. Rockefeller, Andrew Carnegie və Henry Ford kimi sənayeçilər idi. Müasir dövrdə Ceff Bezos və Bill Gates kimi texnologiya şirkətlərinin yaradıcıları böyük iş adamlarıdırlar.
İznav
İznav (fr. Izenave) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01191. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi.
Nataliya Maqnat
Natalya Yakovlevna Maqnat (Rusca: Ната́лья Я́ковлевна Магна́т, 5 noyabr 1954, Moskva – 18 oktyabr 1997, Moskva) ingilis dili üzrə sovet və rus tərcüməçisi, ədəbi tənqid və estetika üzrə əsərlərin müəllifi, “Sol məktəb” və SİNKP adlı gizli solradikal təşkilatların rəhbəri. == Kimliyi == Skripkaçı və uşaq həkimi ailəsində doğulmuşdur. “İngilis və alman dilləri üzrə müəllimə” ixtisası ilə V. İ. Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunu (MDPİ) bitirmişdir. 1970-lərin sonu, 1980-lərin birinci yarısında Rusinformmədəniyyətində işləmişdir. Yenidənqurma başlayandan sonra peşəkar səviyyəsində bədii ədəbiyyatın tərcüməsi ilə məşğul olmuşdur. Onun tərəfindən əsasən Oldos Haksli, Henri Kattner, Rocer Jelyaznı, Duqlas Adams, Qlen Kuk, Corc R. R. Martin, Cek Vens, Qordon Dikson, Bertran Çandler, Konni Uillis, Rocer Makbrayd Allen, Terri Bruks, Maykl Suenvik, Pol Di Filippo və başqalarının əsərləri tərcümə edilmişdir; tərcümələrinin bir çoxu dəfələrlə yenidən çap edilmişdir. Dekabr 1972 – yanvar 1973-cü ildə (MDPİ-də onunla bir yerdə təhsil alan Olqa Baraş və İnna Okupla birlikdə) “Sol məktəb” adlı gizli solradikal qrupun əsasını qoymuş, onun nəzəriyyəçəsi olmaqla, qrupa faktiki olaraq rəhbərlik etmişdir. 1974-cü ilin sentyabrında “Sol məktəb” Yeni Kommunistlər Partiyası (YKP) adlı başqa bir gizli solradikal qrupla birləşmişdir. Birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adlandırılmışdır. N. Maqnat SİNKP-nın müvəqqəti rəhbərliyinə - “beşliyə” daxil olmuş, əsas rəhbərliyi və nəzəri işin bir hissəsini (estetika məsələləri üzrə) öz üzərinə götürmüşdür.
Natalya Maqnat

Zorin İqnati
Zorin İqnati (erz. Зоринэнь Игнатий) — erziyan əsilli hekayəçi. Bu günə qədər Mokşa-Erzya ədəbiyyatı tarixində xüsusi diqqətlə anılır. Onun həyatı haqqında məlumat olduqca azdır. Onun həyatı haqqında bircə o məlumdur ki, Samara quberniyası, Buquruslan qəzası, Veçkanov (erz. Вечкан веле) kəndində anadan olmuşdur. == Yaradıçılığı == O, ilk dəfə məşhur fin dilçi, folklorşünas və etnoloq Heykki Paasononla 1898-ci ildə tanış olur. Professor ekspedisiyalar üçün pul aldıqda, informantlar arasında: İ. Sirikin, İ. Zorin, A. Şuvalov, İ. Şkolnikov, A. Leontev, S. Siqin, R. Usaçev, V. Savkinin (fin I. Sirikin, I. Zorin, A. Suvalov, I. Skolnikov, A. Leontjev, S. Cigin, R. Ucajev, V. Savkin) də adı çəkilir. Paasonen Veçkanova xalq hekayələrini toplamağa gəldikdə, Zorin İqnati tərəfindən nəql edilən 100-dən çox folklor əsərini qeydə alır. Onlardan 20-dən çoxu İqnatinin müəllifi hekayələri idi.
İqnati Kraçkovski
İqnati Kraçkovski Yulianoviç (4 (16) mart 1883, Vilnüs – 24 yanvar 1951, Leninqrad; rus. Игнатий Юлианович Крачковский) — rus ərəbşünası, sovet ərəbşünaslıq məktəbinin yaradıcılarından biri, akademik (1921), İslam Ensiklopediyasının ilk nəşrinin müəlliflərindən biri. == Həyatı == Peterburq Universitetinin Şərq dilləri fakultəsini bitirmişdir (1905). 1918-ci ildən SSRİ-nin bir sıra ali məktəblərinin, xarici akademiyaların və şərqşünaslıq cəmiyyətlərinin üzvü olmuşdur. 450-dən artıq elmi əsərin müəllifidir. Qurani-Kərimi rus dilinə tərcümə etmişdir. Kraçkovski Nizaminin "Leyli və Məcnun" əsərinin mənbələrini araşdırmış, həmin əfsanənin islamdan əvvəl ərəblər arasında dolaşdığını göstərmişdir. == Əsərləri == "Поэтическое творчество Абу-л-Атахии" ("Записки Восточного Отделения Императорского Русского Археологического Общества", т. XVIII); "Arabica" ("Византийский Временник", т. XIII—XIV); "Мутанабби и Абу-л-Ала" ("Записки Восточного Отделения", т.
İqnati Loyola
İqnati Loyola — Yezuitlər ordeninin banisi == Həyatı == İqnati Loyola 1491-ci ildə İspaniyanın Bask bölgəsinin Qipuskoa əyalətində doğulmuşdur. O, son dərəcə zəngin zadəgan ailəsinin 13 uşağından ən kiçiyi idi. Uşaqlıq illərini ailə mülkü olan Loyola qəsrində keçirmişdir. On dörd yaşında ikən ata və anasını itirmişdir. Gənclik illərini qayğısız keçirmişdir. Sonralar yaxın dostu Qonsales de Kamaraya xatirələrini danışarkən, deyirmiş: "Mən dəbdəbə içərisində yaşayan, xarici görünüşümə qarşı son dərəcə diqqətli, qadınların yanında uğurlu, qüruruma toxunan hərəkətlərə qarşı kəskin, qorxmaz, özümün və digərlərinin həyatını aşağı qiymətləndirən birisiydim". Yeniyetməlik dövrünü başa vurduqdan sonra hərbi xidmətdə olmuşdur. Bir sıra döyüşlərdə fərqlənmişdir, İspaniya-Fransa müharibəsində iştirak etmiş, Pamplona şəhərinin mühasirəsi zamanı yaralanmışdır. O, özü bu barədə demişdir: "Mərminin partlaması nəticəsində bir ayağımdan yaralandım, digəri isə qırıldı." Bu zədə onun səhhətində ciddi problemlər yaratmışdır. O, bir neçə cərrahiyyə əməliyyatlardan keçsə də, ömrünün sonunadək axsaq qalmışdır.
İqnats Kunos
İqnats Kunoş (tam adı: İqnats Lüstiq Kunoş, mac. Ignác Lusztig Kúnos; 22 sentyabr 1860, Haydusamson[d], Haydu-Bihar medyesi[d] – 12 yanvar 1945, Budapeşt) — Macarıstan filoloqu, türkoloqu, linqivisti və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü. Türkdilli xalqların folkloru, etnoqrafiyası və dillərinə, eləcə də macar dilindəki türk ünsürlərinə dair tətqiqatların müəllifidir. Kiçik Asiyaya, Misirə və Balkan ölkələrinə elmi ekspedisiyalarda iştirak etmişdir. Əsas əsərləri Kiçik Asiya türk dialektlərinə həsr olunmuşdur. Həmçinin onun Türk dili dərslikləri də var. == Həyatı == İqnats Kunoş 22 sentyabr 1860-cı ildə Hayduşamşonda yəhudi ailəsində anadan olmuşdur. Debreçen Kollecini bitirdikdən sonra 1879-1882-ci illərdə Budapeşt Universitetində dilçilik üzrə təhsil almışdır. Macarıstan Elmlər Akademiyasının və Budapeşt yəhudi icmasının maliyyə dəstəyi ilə beş il Konstantinopolda türk dili və mədəniyyətini öyrənmişdir. 1890-cı ildə Budapeşt Universitetində Türk filologiyası üzrə professor təyin olunmuşdur.
İqnats Zemmelveys
İqnats Filipp Zemmelveys (alm. Ignaz Philipp Semmelweis‎, mac. Ignaz Semmelweis; 1 iyul 1818[…] – 13 avqust 1865[…], Oberdöblinq, Avstriya imperiyası) — Macarıstan mama həkimi, professor. Zahı qızdırmasının səbələrini təyin etdiyi üçün ona "analar xilaskar" ləqəbi verilmişdir. Aseptika banilərindən biri hesab olunur. O, tibbdə əlləri və alətləri xlor suyu ilə yumaq təcrübəsini tətbiq etmişdir. Görkəmli ginekoloq cərrah kimi tarixə düşdü. Macarıstanda qeysər kəsiyi əməliyyatını keçirən ilk həkim olmuşdur, bundan başqa ölkədə yumurtalıq üzərində əməliyyatı ilk o, etmişdir.Vyana Mərkəzi Xəstəxanasında işləyərkən Zemmelveys təzəcə doğmuş qadınlar arasında ölüm nisbətini 0.85%-ə endirdi, halbuki əvvəlki illərdə bütün Avropada xəstəxanadaxili zahı qızdırma səbəbindən pasiyent qadın və uşaqların 60%-ı vəfat edirdi. Zemmelveysın kəşfi o dövrün təbabətində yayılmış bir neçə ehkamı təkzib edirdi, həmkarlarının əksəriyyəti onun təcrübəsini tətbiq etməyi qəti şəkildə rədd edirdilər, müdiriyyət isə onu öz mövqeyiləri üçün təhlükə hesab edirdilər.Elmi ictimaiyyətin müqavimətinə görə Zemmelveys sinir pozuntusu keçirdi və depressiya inkişaf etməyə başladı. 1865-ci ildə qırx yeddi yaşlı Zemmelveys razılığı olmadan psixiatrik xəstəxanaya yerləşdirilmiş və iki həftə sonra orada klinikanın əməkdaşları tərəfindən döyülərək öldürülmüşdür.Bir neçə onillikdən sonra Zemmelveysın kəşfi və onun aseptik emalın praktiki tətbiq edilmə metodikası geniş nüfuz qazandı, alimin adı tarixə keçdi, bir neçə təhsil müəssisəsi və tibb sahəsində xidmətlərə görə təqdim olunan mükafatlar onun şərəfinə adlandırıldı.
Antioxiyalı İqnati
Antioxiyalı İqnati (yun. Ἰγνάτιος Ἀντιοχείας, İqnatios Antioxeyas) və ya Tanrıdaşıyan İqnati (yun. Ἰγνάτιος ὁ Θεοφόρος, İqnatios ho Feoforos; təq. 35, Suriya (qədim Roma əyaləti) – ehtimal ki, 108, Roma) — erkən xristian yazıçısı və Antioxiya patriarxı. Apostol atası olan İqnati həvarilər Pyotr və Evoddan sonra Antioxiya patriarxı kimi xidmət etmişdir. O, 107-ci ildə Trayanın təqibi nəticəsində əzabkeş olmuşdur. Onun yəhudilərə və doketistlərə yazdığı yeddi məktubu xristian doqmalarının tarixində mühüm əhəmiyyət kəsb edir. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Послания Игнатия Богоносца / Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских.
Tanrıdaşıyan İqnati

Mustafa İrgat
Mustafa İrgat (22 yanvar 1950 – 3 mart 1995), Türk şair və sinema yazarı. == Həyatı == 22 Yanvar 1950-ci ildə İstanbulda dünyaya göz açmışdır. Saint-Joseph Kollecində təhsil almışdır. İlk şeiri "Yeni Dərgi"də dərc olundu (1971). "Sokak" və "Beyaz" dərgilərində şeir, "Yeni Sinema", "Nokta" və "Gündem"də film yazıları çıxdı. Şəkil çəkdi. "Aidsiz Kimlik Kitabı" (1993) şeirlərindən, "Duhuldəki Deney" (1995) adlı kitabı film yazılarından ibarətdir. Mustafa İrgat 3 Mart 1995-ci ildə İsanbulda vəfat etdi. == Mükafatları == "Aidsiz Kimlik Kitabı" ilə 1995 "Orxon Murad Arıburnu Şeir Mükafatı" == Kitabları == === Şeir === Aidsiz Kimlik Kitabı (YKY, 1993) Sonu Zor (Çapa Hazırlayan Əhməd Güntan, YKY, 2011) === Film Yazıları === Duhuldəki Deney (YKY, 1995) == Mənbə == Ykykultur.com.tr - Mustafa İrgat`ın Biyografisi == Dış bağlantılar == D'okunmada Mademki: Mustafa Irgat hakkında yazılanlar ve yazıları.
İqnas Qoldziher
İqnas Qoldziher (mac. Goldziher Ignác; 22 iyun 1850, Sekeşfexervar — 13 noyabr 1921, Budapeşt) — yəhudi əsilli Macarıstan şərqşünası. == Həyatı == İqnas Qoldziher 22 iyun 1850-ci ildə Siqetvarda doğuldu. Dədə-babaları İspaniyadan Almaniyaya, oradan da Macarıstana köç etmiş zərgərliklə məşğul olan bir ailəyə mənsubdur. Dəri tüccarı Adolf Qoldziherin oğlu olan İqnas (İgnace Isaac Jəhuda) tünd yəhudi bir dini çevrədə böyüdü. Dörd yaşında ikən İbranicə oxumağı öyrəndi, beş yaşından etibarən də Tövrat dərsləri almağa başladı. Səkkiz yaşında başladığı Talmud, İbranicə dil bilgisi və yəhudi din fəlsəfəsi dərsləri Almaniyaya göndərildiyi tarixə qədər (1868) davam etdi. Öz ifadəsinə görə əxlaq və elmi araşdırmalarının əsasını bu dönəmdə qoymuş, hər şeyi Müqəddəs Kitab nöqteyi-nəzərindən görməyi bu dövrdə öyrənmiş və bu dönəmdə qazandığı ideallara ömür boyu sadiq qalmışdır. Daha on iki yaşında ikən bir İbrani ibadətiylə ilgili ilk incələməsi nəşr olunmuşdu. On üç yaşında gerçəkləşən yəhudi cəmiyyətinə qəbul mərasimində (Bar Mizva günü) babalarının imanına sədaqət andı içən Qoldziher bu andını heç bir zaman unutmadığını ifadə etmişdir.
İqnaz Urban
İqnaz Urban (alm. Ignaz Urban‎; 7 yanvar 1848 – 7 yanvar 1931, Berlin) — Almaniya botaniki. == Əsərləri == Plantae novae vel rariores III A Cl. E. L. Ekman 1924—26 lectae. Urban, Ignaz. — Stockholm: Almqvist & Wiksell, 1926. Plumiers Leben und Schriften nebst einem Schlüssel zu seinen Blütenpflanzen. Urban, Ignaz. — Dahlem b. Berlin: Repertorium, 1920.
İqnaç Zemmelveys
İqnats Filipp Zemmelveys (alm. Ignaz Philipp Semmelweis‎, mac. Ignaz Semmelweis; 1 iyul 1818[…] – 13 avqust 1865[…], Oberdöblinq, Avstriya imperiyası) — Macarıstan mama həkimi, professor. Zahı qızdırmasının səbələrini təyin etdiyi üçün ona "analar xilaskar" ləqəbi verilmişdir. Aseptika banilərindən biri hesab olunur. O, tibbdə əlləri və alətləri xlor suyu ilə yumaq təcrübəsini tətbiq etmişdir. Görkəmli ginekoloq cərrah kimi tarixə düşdü. Macarıstanda qeysər kəsiyi əməliyyatını keçirən ilk həkim olmuşdur, bundan başqa ölkədə yumurtalıq üzərində əməliyyatı ilk o, etmişdir.Vyana Mərkəzi Xəstəxanasında işləyərkən Zemmelveys təzəcə doğmuş qadınlar arasında ölüm nisbətini 0.85%-ə endirdi, halbuki əvvəlki illərdə bütün Avropada xəstəxanadaxili zahı qızdırma səbəbindən pasiyent qadın və uşaqların 60%-ı vəfat edirdi. Zemmelveysın kəşfi o dövrün təbabətində yayılmış bir neçə ehkamı təkzib edirdi, həmkarlarının əksəriyyəti onun təcrübəsini tətbiq etməyi qəti şəkildə rədd edirdilər, müdiriyyət isə onu öz mövqeyiləri üçün təhlükə hesab edirdilər.Elmi ictimaiyyətin müqavimətinə görə Zemmelveys sinir pozuntusu keçirdi və depressiya inkişaf etməyə başladı. 1865-ci ildə qırx yeddi yaşlı Zemmelveys razılığı olmadan psixiatrik xəstəxanaya yerləşdirilmiş və iki həftə sonra orada klinikanın əməkdaşları tərəfindən döyülərək öldürülmüşdür.Bir neçə onillikdən sonra Zemmelveysın kəşfi və onun aseptik emalın praktiki tətbiq edilmə metodikası geniş nüfuz qazandı, alimin adı tarixə keçdi, bir neçə təhsil müəssisəsi və tibb sahəsində xidmətlərə görə təqdim olunan mükafatlar onun şərəfinə adlandırıldı.
Jozef İqnas Gilyoten
Jozef İqnas Gilyoten (28 may 1738 – 26 mart 1814) — Anatomiya professoru. == Həyatı == Jozef İqnas Gilyoten 1738-ci ilin mayın 28-də Fransanın Sent şəhərində o qədər də uğur qazanmayan vəkil ailəsində dünyaya gəlmişdi. Buna baxmayaraq atası gənc yaşlarından ona ədalətli olmağın sirlərini öyrədə bilmişdi. Bunun nəticəsiydi ki, gənc Gilyoten günahı olan şəxsləri müdafiə etməkdən həmişə boyun qaçırmışdı. Maraqlıdır ki, ilk vaxtlar o, keşiş olmaq istəmişdi, hətta atasından iezuitlərə qoşulmağa icazə verməsini xahiş etmişdi. Lakin tale elə gətirdi ki, həkim oldu. Gilyotenin bioqrafiyasına nəzər yetirdikdə onun dünyabaxışının tezliklə nə dərəcədə dəyişdiyinə şübhə etməyə bilmirsən. Məlumdur ki, həkim kimi o, tələbələr qarşısında mühazirələrlə çıxış etmişdi. Mühazirələrində də gələcək həkimləri inandırmağa çalışmışdı kı, insan, təbiət və kosmosun vahid sistem təşkil etməsi barədə fikirlər cəfəngiyyatdır. Halbuki Parasels və Aqrip kimi alimlər deyirdilər ki, həyat təkcə hərəkət demək deyil, Yer kürəsində yalnız insan və heyvanlar yox, həmçinin istənilən maddi əşyalar da yaşayırlar.
Vyo-d'İznav
Vyö-d'İznav (fr. Vieu-d’Izenave) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01441. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 693 nəfər təşkil edirdi.
Henrix İqnas Frans Biber
Henrix İqnas Frans fon Biber [12.8.1644 (xaç suyuna salınma tarixi), Vartenberq, indiki Çexiyanın Liberets şəhəri yaxınlığında Straj-Ralske – 3.5.1704, Zalsburq] – Avstriya bəstəkarı və skripkaçısı. == Həyatı == Barokkonun tanınmış nümayəndələrindən biri, öz dövrünün ən görkəmli virtuoz skripkaçısı olmuşdur. 1660-ci illərdə Qratsda knyaz sarayında, 1668-ci ildən Olomousda yerli yepiskopun yanında xidmət etmişdir. 1670-ci illərin 2-ci yarısından kamera musiqiçisi, 1684-cü ildən ömrünün axırınadək Zalsburq arxiyepiskopunun saray kapelmeysteri olmuşdur. İmperator I Leopoldun fərmanı ilə 1690-cı ildə rıtsar rütbəsi alaraq, Biber fon Bibern adlanmaq hüququnu qazanmışdır. == Fəaliyyəti == Skripka və ansambl musiqisi (sonatalar, partitalar, süitalar) bəstəkarın irsinin qiymətli hissəsini təşkil edir. Əhdi-cədidin müxtəlif süjetlərinə həsr olunmuş skripka və basso kontinuo üçün 15 sonata-misteriya silsiləsini (təqribən 1674) skripka musiqisinin şedevri sayılan q-moll passakaliyası (onu İ.S. Baxın d-moll Partitasından məşhur çakona ilə müqayisə edirlər) tamamlayır. “Harmoniya artificiosa-ariosa” (1696) trio-sonatalar məcmuəsində olduğu kimi, Biber sonata-misteriyalarda, skordatura üsulundan geniş istifadə yolu ilə ənənəvi köklənmiş skripkadan qeyri-adi səs effektləri və həmsədalar əldə etməyə nail olmuşdur. === Əsərləri === Biberin proqram musiqisi, xüsusən də populyar “Sonata representativa” (1669; hissələrin adı: “Ququ quşu”, “Qurbağa”, “Toyuq və xo ruz”, “Pişik” və s.) və “Döyüş” (simli alətlər və basso kontinuo üçün, 1673) əsər ləri eksperimentallığı, incə və yaddaqalan səs effektləri ilə fərqlənir. Biberin dini musiqisi [A-dur Rekviyemi, “Zalsburq” (1682) və “Brüssel” (1696-cı ildən sonra) messaları, “Plaudite tympana” himni (motet), (1682, 53 partiya üçün), Axşam ibadəti (1693, 32 partiya üçün) və s.] sənətkarın polifonik texnikaya sərbəst yiyələndiyini, xor və instrumental musiqi xüsusiyyətlərinə dərindən bələd olduğunu nümayiş etdirir.