Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İvan
İvan — slavyan kişi adı. İvan Turgenev — Rusiya yazıçısı. İvan Poddubnı — kazak əsilli SSRİ pəhləvanı. İvan Ayvazovski — erməni əsilli Rusiya rəssamı. İvan Kramskoy — Rusiya rəssamı. İvan Qabışev — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Fioletov — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Nokolayşvili — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Malıqin — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Mazepa — Zaporojya ordusunun getmanı.
III İvan
III İvan Vasilyeviç (rus. Иван III Васильевич) və ya Böyük İvan (rus. Иван Великий; 22 yanvar 1440, Moskva, Böyük Moskva Knyazlığı – 27 oktyabr 1505, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının böyük knyazı, bütün Rus dövlətinin hökmdarı (rus. Государь всея Руси). == Xarici siyasəti == III İvanın dövründə, ölkənin xarici siyasətinin əsas məqsədi şimal-şərqi Rusu vahid dövlətə birləşdirmək idi. Qeyd etmək lazımdır ki, bu siyasət çox uğurlu olmuşdur. İvan hökmranlığının əvvəlində Moskva prinsipliyi digər rus hökmdarı torpaqları ilə əhatə olunmuşdu; ölür, o, bu padşahların əksəriyyətini birləşdirən oğlu Vasiliyə təslim etdi. Yalnız Pskov, Ryazan, Volokolamsk və Novqorod-Seversky nisbi (çox geniş deyil) müstəqillik qorudu. III İvanın hökmranlığından bəri Böyük Litva knyazlığı ilə əlaqələr xüsusilə kəskin olmuşdur. Moskvanın Rus torpaqlarını birləşdirməyə inteqrasiyası Litvanın mənafeyinə zidd idi və sərhədlərarası münaqişələr və sərhəd şahzadələri və boyarların dövlətlər arasında keçid müttəfiqlərinə kömək etməmişdi.
Ivan Bohun
İvan Bohun (ukraynca; Iван Богун, polyakca; Iwan Bohun; 1618, Bratslav[d] – 27 fevral 1664, Novhorod-Siverskyi[d]) — Ukrayna kazaklarının polkovniklərindən biri. 1654-1667-ci illər arasında Polşa-Litva İttifaqının Rus Çarizmi ilə müharibəsində Polyaklarla birlikdə iştirak etmişdir. İvan Bohunun ölümü hər il Lvovda xatırlanır.
Ivan Kromskoy
İvan Nikolayeviç Kramskoy (27 may (8 iyun) 1837, Ostroqojsk[d], Voronej quberniyası[d] – 24 mart (5 aprel) 1887, Sankt-Peterburq)—rus rəssamı. == Həyatı == 1837-ci il 27 may tarixindən rusiyada anadan olmuş İvan Nokalayeviç Komskoy rəssam olmaqla yanaşı sənətşünas olmuşdur. Özu xırda burjuaziya ailəsindən olmasına baxmayaraq, İ. Kromskoyu məşhurləşdirən onun əsərləri olmuşdur. Özunun yaratdığı mədəniyyət xadimlərin portretləri ilə yanaşı rus kəndlilərin portretləri üzərində çox böyük həvəslə işləyirdi. Onun yaratdığı portretlərdən biri də "Naməlum Qadın" adlanan portretidir. Portreti 1883-cü ildə çəkmişdir. Portret Pavel Tretyakova məxsusdur. Yəni portreti rəssam çəkəndən sonra onun sahibi Pavel olmuşdur. Portretdə təsvir olunan qadının şəxsiyyəti məlum deyildir. Qadın portretdə sakit ruha malik, cəsarətli təsvir olumuşdur.
Ivan Miljković
İvan Milkoviç (13 sentyabr 1979, Niş) — serb voleybolçu. == Karyerası == Voleybola 1992-ci ildə başlayıb. Onun peşəkar voleybol karyerası 1997-ci ildən Belqrad "Partizan"ından başlayır. İlk dəfə milli komanda formasını 1998-ci il 4 oktyabrda Yaponiyada keçirilən Dünya Çempionatında geyinib. Elə həmin mundialın gümüş mükafatçısı olub. Yuqoslaviya forması ilə 2000-ci il Sidney Yay Olimpiyadasında çempionluq yaşayıb. Yuqoslaviya millisinin ən gənc üzvü olan 21 yaşlı İvan Rusiya millisinə qarşı olan final matçında 19 xalla komandasının ən yaxşı nəticə göstərən oyunçusu olur. Bundan 1 il sonra 2001-ci il Avropa Çempionatında da çempionluq yaşayan İvan artıq klub karyerasını İtaliyada davam etdirirdi. 1997-ci ildən başlayan klub karyerasında öz vətənindən əlavə İtaliya, Yunanıstan və Türkiyə kimi ölkələrdə legioner həyatı yaşayıb. 8 il İtaliyada oynayan İvan italyan liqasındakı maddi məsələlərlə əlaqədar növbəti 2 ilini Yunanıstanda keçirmək qərarına gəlir.
Pop-İvan
Pop-İvan (ukr. Піп Іван) — İvano-Frankovsk və Zakarpatya vilayətlərinin sərhədindəki silsilənin cənub-şərq ucunda yerləşən Çornoqora silsiləsinin ən yüksək zirvələrindən biridir. Hündürlüyü 2020.5 m-dir. Pop-İvan Çernoqorski dağını, Karpatların başqa bir zirvəsi - Ukrayna və Rumıniya sərhədində yerləşən Pop-İvan Marmaroşski ilə qarışdırılmamalıdır. == Təsviri == Piramidal formaya malikdir, yuxarı hissəsində daş töküntüləri var. Qum daşlarından əmələ gəlmişdir. Karpat Dövlət Milli Parkı içərisindədir. Müharibədən əvvəl Polşa xəritələrində dağ 16 nömrəli sütun olaraq təyin edilmişdir. Əsasən subalp bitki örtüyü ilə örtülmüşdür. Kollar (Sibir ardıç, rododendron) və şam meşələri (1500-1600 m yüksəklikdə) geniş yayılmışdır.
VI İvan
VI İvan (rus. Иван VI) və ya İoann Antonoviç (rus. Иоа́нн Анто́нович; 23 avqust 1740, Sankt-Peterburq – 5 (16) iyul 1764, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — Romanovlar sülaləsinin Braunşveyq qolundan olan Ümumrusiya imperatoru. O, 1740-cı ilin oktyabrından 1741-ci ilin noyabrına qədər hökmranlıq etmişdir. Formal olaraq, bir yaşında əvvəlcə Bironun, sonra isə öz anası Anna Leopoldovnanın regentliyi altında hökmranlıq edirdi. Körpə imperatoru Yelizaveta Petrovna devr etdi, demək olar ki, bütün həyatını biradamlıq kamerada keçirdi və artıq II Yekaterinanın çarlığı zamanı onu azadlığa buraxmaq cəhdi baş verərəkən 23 yaşında mühafizəçilər tərəfindən öldürüldü. Rəsmi sağ ikən olan mənbələrdə o, III İoann kimi qeyd olunurdu, yəni ki hesablama birinci rus çarı İvan Qroznıdan aparılırdı; daha sonrakı tarixşünaslıq yazılarında hesablamanı I İvan Kalitadan başlayaraq onu VI İvan (İoann) adlandırmaq ənənəsi yarandı. == Hökmranlığı == İoann Antonoviç avqustun 12-də anadan olub. Onun ad qoyulan günü 23 avqusta (başçı İoann Predteçinin edam günü) təsadüf etdi. İmperatriçə Anna İvanovnanın vəfatından sonra Anna Leopoldovnanın (Anna İvanovnanın əmisi qızı) və şahzadə Anton Ulrix Braunşveyqin oğlu iki aylıq İvan Antonoviç Kurlyandiya hersoqu Bironun regentliyi altında imperator elan edildi.
V İvan
V İvan (Rusca: Иоанн Алексеевич) (d. 6 sentyabr 1666 - ö. 8 fevral 1696) — Rusiya imperiyasının imperatorudur.
İvan Abxazov
İvan Nikolayeviç Abxazov (1764, Tiflis – 5 oktyabr 1831, Rusiya imperiyası) — knyaz, general-mayor. == Həyatı == O, Tiflisdə knyaz ailəsində anadan olmuşdur. Atası da çara sədaqətli xidməti ilə "şöhrət" qazanmışdı. Atası oğlunun gələcəkdə yaxşı bir zabit olacağı ümidilə onu Tiflisdəki hərbi məktəbə vermişdi. O, əvvəlcə general A. P. Yermolovun, sonra isə İ. F. Paskeviçin yanında qulluq etmiş, onların xarakterində mövcud olan bir çox keyfiyyətləri əxz etmişdi. İ. N. Abxazov rus qoşunlarının Azərbaycana işğalçı yürüşlərinin demək olar bir çoxunda iştirak etmişdi. Müharibələrdə öz sələflərindən heç də geri qalmırdı. İnsan qanı axıtmaqda, işğalçılıqda mahir usta idi. İ. N. Abxazov polkovnik rütbəsində olduğu vaxt, daha yeni bir vəzifə aldı. O, Qafqazda müsəlman əyalətləri idarəsinin başçısı təyin olundu.
İvan Anaşkin
İvan Anaşkin (tam adı: İvan İvanoviç Anaşkin, 1880, Tambov quberniyası -1938) — fəhlə hərəkatı iştirakçısı. == Haqqında == İvan Anaşkin Azərbaycanda sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparmışdır. 1901-ci ildə Bakıya gəlmiş, 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) və Bakı fəhlə deputatları sovetinin üzvü olmuşdur. 1917-ci il Fevral inqilabından sonra bir sıra vəzifələrdə çalışmışdır: RSDFP-nin bolşevik Bakı komitəsinin üzvü Qırmızı hərbi drujinanın üzvü Bakının Qaraşəhər rayonu fəhlə deputatları sovetinin sədri Bakı Fəhlə Konfransı rəyasət heyətinin üzvü 1919-cu ilin aprelində Zaqafqaziya həmkarlar ittifaqları ölkə şurasının sədri, həmin ilin mayında RK(b)P Qafqaz ölkə komitəsinin üzvü seçilmişdir.Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dövlət əleyhinə geniş pozuculuq fəaliyyəti göstərmişdir. Belə ki, Azərbaycan Hökumətinin yasaqlarına baxmayaraq, tətil komitəsinin əsas rəhbərlərindən biri olan Anaşkin ardıcıl tətillər təşkil etmiş, fəhlələri Hökumətə qarşı itaətsizliyə çağırmışdır. Bununla əlaqədar, dəfələrlə həbs olunmuşdur. 1920-ci ilin yazında Moskvaya, III Ümumrusiya Həmkarlar İttifaqları Qurultayına nümayəndə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti elan edildikdən sonra Bakıya qayıtmış, partiya və təsərrüfat işlərində çalışmış, 1928-ci ildən AK(b)P MK-nın Mərkəzi Nəzarət Komissiyasında işləmişdir. Bir müddət Saratovda fəaliyyət göstərdikdən sonra, yenidən Azərbaycana qayıtmış, neft sənayesində texniki təhlükəsizlik üzrə institutun direktoru işləmişdir. Repressiya olunmuşdur.
İvan Ayvazovski
İvan Ayvazovski (rus. Иван Константинович Айвазовский, erm. Հովհաննես Այվազովսկի; 17 (29) iyul 1817, Feodosiya, Tavriya quberniyası[d], Rusiya imperiyası[…] – 19 aprel (2 may) 1900[…], Feodosiya, Tavriya quberniyası[d], Rusiya imperiyası[…]) — erməni əsilli rus rəssamı. Ayvazovskinin əsərlərinin yarıdan çoxunu dəniz mənzərələri təşkil edir. İvan Ayvazovski ümumdünya rəssamların arasında ən yaxşı dəniz mənzərələri yaradan rəssam hesab olunur. == Həyatı == İvan Ayvazovski Krımda Qaradənizin sahilində yerləşən kiçik Feodosiya şəhərində kasıb erməni ailəsində dünyaya gəlmişdi. Simferopolda təhsil aldığı zaman, rəssamlıq qabiliyyətinə görə I Nikolay tərəfindən Sankt-Peterburq şəhərinə rəssamlıq təhsili almağa göndərilmişdir. 1836-cı ildə rəssamlıq təhsililini bitirdikdən sonra dövlət tərəfindən Avropaya göndərilmişdi. İllərlə davam edən səyahətlər zamanı müxtəlif ölkələrdə sərgiləri açılmışdı. Həmin dövrdə İvan Ayvazovski Avropada ən məşhur rus rəssamı hesab olunurdu.
İvan Babuşkin
İvan Vasilyeviç Babuşkin (rus. Иван Васильевич Бабушкин, partiya təxəllüsü: Nikolay Nikolayeviç; 3.1.1873 – 18.1.1906) — Rusiya inqilabçısı, bolşevik. == Həyatı == İvan Vasilyeviç Babuşkin 15 yanvar 1873-cü ildə anadan olmuşdu. Məşhur "Kronştad" gəmisində xidmət etmişdi. İvan Babuşkin 18 yanvar 1906-cı ildə öldürülüb. == Ədəbiyyat == 3еликсон-Бобровская Ц. С. И. В. Бабушкин. (2 изд.). — Л. 1939.
İvan Baqramyan
İvan (Hovannes) Baqramyan (erm. Հովհաննես Քրիստափորի Բաղրամյան; 20 noyabr (2 dekabr) 1897 və ya 2 dekabr 1897, Çardaxlı, Yelizavetpol qəzası – 21 sentyabr 1982[…], Moskva, RSFSR, SSRİ) — Sovet İttifaqı marşalı. == Həyatı == Hovannes Baqramyan 2 dekabr 1897-ci ildə anadan olub. == Xatirəsi == Baqramyan ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı olanda onun vətənində büstünün ucaldılması məsələsi ortaya çıxıb. O, Azərbaycanın Şəmkir rayonunun Çardaxlı (Çənlibel) dağ kəndində anadan olub. Bu kənd rayon mərkəzindən xeyli uzaqda yerləşir. Onun arzusu isə büstünü gənc yaşlarında təhsil aldığı Kirovabad (indiki Gəncə) şəhərində qoymaq imiş. MK-nın bürosunda məsləhətləşmələr olmuş və müəyyən edilmiş qaydalardan kənar olsa da, onun xahişini təmin etmək qərarına gəlinmişdir. Kirovabadda şəxsən Baqramyan özü böyük bağı olan ən gözəl bir sahə seçmiş və orada onun büstü qoyulmuşdur. Sonralar Baqramyan onun doğma kəndində döyüş şöhrəti muzeyi yaradılmasını da istəmişdir.
İvan Baqryanı
İvan Pavloviç Baqryanı (ukr. Іван Павлович Багряний; əsl soyadı Lozovyaqa, yaxud Lozovyagin, ukr. Лозовяга, Лозовягін; 19 sentyabr (2 oktyabr) 1906, Axtırka, Rusiya imperiyası – 25 avqust 1963, Noy-Ulm[d], Bavariya, Qərbi Almaniya) — Ukrayna nasiri, şair, publisist, dramaturq, siyasi xadim. == Həyatı == === Erkən illər === İvan Baqryanı 2 oktyabr 1907-ci ildə bənna ailəsində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra 1920-ci ildə çilingərlik məktəbinə daxil olmuşdur. Vətəndaş müharibəsi illərində və 1920-ci illərin əvvəlində sovet ictimai-siyasi işlərində çalışmışdır. 1925-ci ildə komsomol sıralarından xaric olmuşdur. 1926-cı ildən ədəbi fəaliyyətlə məşğul olmağa başlamışdır. İnqilabi Söz Emalatxanasına (ukr. МАРС) daxil olur və orada Yevgeni Plujnik, Valerian Pidmogilnı kimi şəxslərlə yaxından tanış olur.
İvan Bebek
İvan Bebek (30 may 1977, Riyeka) — Xorvatiya futbol hakimi. Hal-hazırda Riyeka şəhərində yaşayır. UEFA Çempionlar Liqasının iki qrup oyunlarını idarə etmiş yeganə xorvat hakimdir. (2007/2008 sezonunda Latsio FK-SV Werder Bremen və 2008/2009 sezonunda Bordeaux-CFR Cluj). O, həmçinin bu liqanın 2013/2014 sezonunda 1/8 final mərhələsində Paris Saint-Germain – Bayer Leverkusen oynunda hakimlik etmişdir. UEFA Avropa Liqasının 2015/2016 mövsümündə 1/8 final mərhələsi oyunu olan Fənərbaxça – Braqa matçını yönətmişdi. Bu oyunu yönətmə ilə bağlı bir neçə futbol azarkeşindən tənqidlənmişdir. Hətta bir azarkeş İvanın bu qərarını indiyə qədər futbolda olunan 'ən pis hakim qərarı' olaraq adlandırıb. Türkiyə klubuna 8 sarı və 3 qırmızı kard göstərildikdən sonra oyun Portuqaliya klubunun 4–1 qələbəsi ilə başa çatmışdır. 2007-ci ildə Cənubi Koreyada keçirilən 17 yaşlıların və 2009-cu ildə Misirdə təşkil edilən 20 yaşlıların Dünya Çempionatındada oyunları idarə etmişdir.
İvan Besedin
İvan Besedin — Moskva metropoliteninin rəisi, Texnika elmləri namizədi. İvan Sergeyeviç Besedin 1954-cü ildə Bakıda doğulub. 1976-cı ildə Moskva Dəmiryol Nəqliyyatı Mühəndisliyi İnstitutunu bitirib. 1985-ci ildən SSRİ-nin, sovet quruluşu dağılandan sonra isə müstəqil Rusiya Federasiyasının Nəqliyyat Nazirliyində çalışıb. 1993–1995-ci illərdə nəqliyyat nazirinin müavini, 1995-99-cu illərdə nazirin birinci müavini olub. 2000-2001-ci illərdə Varşava Dəmiryolu Əməkdaşlığı Təşkilatının sədr müavini işləyib. 2006-cı ildən Kalininqrad Dəmiryolunun rəisi idi. Texnika elmləri namizədidir.
İvan Blaramberq
İvan Fyodoroviç Blaramberq (rus. Ива́н Фёдорович Бларамбе́рг) ( 8 aprel 1800, Frankfurt-Mayn — 8 dekabr 1878}; Krım) — general-leytenant, hərbi-topoqrafik deponun direktoru , == Həyatı == Podpolkovnik Blaramberq 1837-1840-cı illərdə İranda olmuş və İranın statistik təsvirini tərtib etmişdi. İ.F.Blaramberq İranın türk mənşəli elatlarının tərkibinə avşar, qacar, müqəddəm, dünbüli, talış, qaragözlü, bayat, şahsevən, cavanşir, fars-modanlı, qoşavənd (və ya kosavənd) və şəqaqilərin daxil olduğunu bildirirdi.
İvan Boqdanov
İvan Vasili oğlu Boqdanov (2 may 1924, Novosaratovka, Gədəbəy rayonu – 10 noyabr 2002, Aşqabad) — İşçi-kəndli Qırmızı ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı qəhrəmanı (1944). == Bioqrafiyası == İvan Boqdanov 2 may 1924-cü ildə Gədəbəy rayonu Novosaratovka kəndində kəndli ailəsində anadan olmuşdur. Natamam orta təhsil aldıqdan sonra Türkmənistan SSR-nin Aşqabad vilayətindəki kolxozda traktorçu işləmişdir. 1942-ci ildə işçi-kəndli Qırmızı Orduya hərbi xidmətə çağırılmışdır. 1943-cü ilin may ayından Böyük Vətən Müharibəsində ön cəbhədə xidmətə başlamışdır. Belorusiya SSR-nin azad olunmasında igidliyi ilə seçilmişdir. 28 iyun 1944-cü ildə döyüşdə ağır yaralanmışdır, amma döyüş ərazisini tərk etməmişdir. SSRİ Ali Sovetinin rəyasət heyətinin 18 noyabr 1944-cü il qərarına əsasən ona Sovet ittifaqı qəhrəmanı, Lenin orderni və Qızıl ulduz medalı verilmişdir. Ağır yaralandıqdan sonra Boqdanov ordudan tərxis edilmişdir. Aşqabad şəhərində yaşamışdır.
İvan Bubnov
İvan Qriqoryeviç Bubnov (18 yanvar 1872, Nijni Novqorod – 13 mart 1919, Petroqrad) — rus gəmiqayırma mühəndisi və alimi. == Həyatı == 1904-cü ildən Sankt-Peterburq Politexnik İnstitutunda (1909-cu ildən prof.), 1910-cu ildən Dəniz akademiyasında dərs demişdir."Gəmilərin batmazlığı haqqında" (1901), "Gəmilərin üz örtüyündə su təzyiqindən yaranan gərginlik" (1902) əsərlərində gəmi gövdəsi üçün işlədilən lövhələrin hesablanmasının izahını vermiş, "İnşaat mexanikası və elastiklik nəzəriyyəsi" (1906) və s. əsərlərində gəmilərin ümumi möhkəmlik məsələlərini riyazi əsaslandırmışdır. == Fəaliyyəti == Bubnov 1901–03-cü illərdə M. N. Beklemişev ilə birlikdə Rusiyada ilk "Delfin" sualtı qayığının inşasına rəhbərlik etmişdir.1903-cü ildən Dəniz texniki komitəsində gəmiqayırma çertyojçuluğu KB-nin rəisi işləmiş, burada 1903–11-ci illərdə onun rəhbərliyi altında "Kasatka", "Akula", "Minoqa", "Bars" və "Morj" sualtı qayıqlarının layihələri işlənib hazırlanmışdır. "Sevastopol" gəmisi (1911) və "İzmayıl" kreyseri (1915) onun layihələri əsasında qurulmuşdur.
İvan Bukavşin
İvan Aleksandroviç Bukavşin (rus. Иван Александрович Букавшин, 3 may 1995, Rostov-na-Donu – 12 yanvar 2016, Tolyatti, Samara vilayəti) — Rusiya şahmatçısı, qrosmeyster (2011). == Həyatı == 3 may 1975-ci ildə Rostov-na-Donuda doğulmuşdur. 12 yanvar 2016-cı ildə Tolyattidə vəfat edib. == Karyera == Bukavşin 2006-cı ildə 12 yaşadək gənclər arasında Avropa Çempionu, 2008-ci ildə 14 yaşadək gənclər arasında Avropa Çempionu və 2010-cu ildə 16 yaşadək gənclər arasında Avropa Çempionu olmuşdur. 2013-cü ildə Sankt-Peterburqda keçirilən Çiqorin Xatirəsinə həsr olunmuş turnirdə o, 1-11-ci yerləri bölüşdürmüşdür. == Xarici keçidlər == Ivan Bukavshin. Chess-DB.com Arxivləşdirilib 2016-11-30 at the Wayback Machine (ing.) Ivan Bukavshin. 365chess.com (ing.) Ivan Bukavshin.
İvan Bunin
İvan Alekseyeviç Bunin (rus. Иван Алeксeeвич Бунин; 22 oktyabr 1870, Voronej, Rusiya imperiyası – 8 noyabr 1953[…], Parisin XVI dairəsi[d], Fransa) — rus yazıçı, şair, tərcüməçi, Peterburq Elmlər Akademiyasının fəxri akademiki (1909), Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısı (1933). == Həyatı == İvan Alekseyeviç Bunin Nobel mükafatına layiq görülən ilk rus yazıçısıdır. Mərkəzi Rusiyada, Voronej yaxınlığında doğulmuşdu. Atası kökləri XIV əsr Litva cəngavərlərinə gedib çıxan qədim zadəgan nəslindən idi. Lakin təhkimçilik hüququnun ləğvindən sonra təsərrüfatlarını yarıtmaz şəkildə idarə etdiklərindən Buninlər demək olar ki, tam müflis vəziyyətə düşmüşdülər. Gələcək yazıçı ilk təhsilini evdə almış, 11 yaşında isə Yeletsk gimnaziyasında oxumağa başlamışdı. Ailənin maddi vəziyyəti ağırlaşdığından gimnaziyanı yarımçıq buraxmağa məcbur olmuşdu. Sonrakı təhsil həyatında qardaşı Yuli mühüm rol oynamışdı. Ruhən aristokrat olan İvanla Yuli Bunin fərqli adamlar idi.
İvan Canayev
İvan Canayev — Osetiyalı sovet şairi, ədəbiyyatşünas, publisist və tərcüməçi. == Bioqrafiyası == İvanın atası uşaqlarına təhsil verməyə çalışmışdır. 1909-cu ildə İvan Canayev Narsk kilsə məktəbini bitirmişdir, sonra Vladiqafkaz dini məktəbində oxuyur. 1913-cü ildə Ardon İlahiyyat Seminariyasına daxil olur. Cənubi Osetiya Respublikasında hələ də osetin dilində nəşr olunan "Fidiuaq" əlyazma şəkilli jurnalının nəşrində iştirak etmişdir. Bu jurnaldakı kəskin publisistik məqalələrinin altına Niger adı ilə imza atır. Bu təxəllüsü o ömürlük onunla daşınır. 1917-ci ildə Saratov Universitetinin Tarix və Filologiya fakültəsinə daxil olur. Bir il oxuduqdan sonra 1918-ci ilin yayında evə, Şincicara tətilə gəlir. Bu ərəfədə Rusiyada Vətəndaş müharibəsi başlayır.
İvan Cavaxişvili
İvane Cavaxişvili (gürc. ივანე ჯავახიშვილი; d. 11 (23) aprel 1876, Tiflis – 18 noyabr 1940, Tbilisi) — Gürcü əsilli SSRİ tarixçisi, ictimai xadimi, Tbilisi Dövlət Universitetinin qurucularından biri, Sovet İttifaqı elmlər akademiyasının akademiki, tarix elmləri doktoru, professor. == Həyatı == İvane Cavaxişvili Tbilisidə, Aleksandr Cavaxişivili və Sofiyo Vaxvaxişvilinin ailəsində anadan oldu. Atası şahzadə Aleksandr Cavaxişivili gimnaziya müəlimi idi. 1895-ci ildə İvane Tbilisi birinci gimnaziyasını bitirdi,1899-cu ildə isə Sankt-Peterburq Dövlət universitetinin şərqşunaslıq fakültəsinin gürcü-erməni-iran dilləri bölümünü. 1899–1901-ci illərdə həmin universitetin maqistrantı olmuşdu. 1901–1902 illərdə Berlin Universitetinin akedemik ziyarətcisi idi. 1902-ci ildə müşaviri olan Nikolay Marr ilə birlikdə Sina dağında orta əsr gürcü əlyazmalarını araşdırdı. İlk iri həcimli Gürcü millətinin tarixi ( kartveli eris istoria ) əsərindən sonra ki, hələ tamamlanmamışdı, alim tez bir zamanda Gürcüstan və Qafqaz tarixi, Gürcüstan Gürcü qanunvericiliyi, paleoqrafiya, diplomatiya, musiqi, drama və digər mövzularda mühüm işlər apararaq özünü üstün bir mövqedə qərarlaşdırdı.1918-ci ilin əvvəllərində İvane Cavaxişvili Gürcüstanın Tbilisidəki ilk mütəzəm universitetinin təsis edilməsində mühüm təsiri var idi, beləliklə, gürcü ziyalılarının əsrlər boyu uzun müddət arzusu həyata keçirdi .
İvan Doroşşuk
İvan Yucin Doroşşuk (ing. Ivan Eugene Doroschuk, d. 9 oktyabr 1957) - Kanadanın rok-müğənni, „Men Without Hats“ rok-qrupunun lider və vokalist.
İvan Dubasov
1922-ci ildə dərc olunmuş həmin elanda Oktyabr inqilabının beşinci ildönümü münasibətilə poçt markalarının eskizlərinin hazırlanması ilə bağlı müsabiqə elan edilib. Dubasov bu müsabiqədə iştirak etməyə qərar verib. Hazırladığı eskizləri Moskvaya göndərdikdən bir ay sonra o, paytaxta dəvət olunub və onu qalib elan ediblər. Dubasovun bu uğuru təkcə mükafat almaqla bitməyib, ona həm də, Moskvada iş təklif ediblər. İvan Dubasov 1897-ci ildə Moskva vilayətinin Odintsovo rayonunda anadan olub. Atası maliyyə kontorunda müfəttiş köməkçisi işləsə də, boş vaxtlarında karikaturlar çəkərək redaksiyalara göndərib və müqabilində qonorar alıb. Atasının bu talantı oğluna da keçib. İvan Dubasov uşaqlıq illərindən vaxtının əsas hissəsini rəsm çəkməyə sərf edib. Orta təhsilini başa vurduqdan sonra Moskva Dövlət Bədii Sənaye Akademiyasında ali təhsil alıb. Akademiyanı əla dərəcəli diplomla bitirdikdən sonra o, Sibir gimnaziyalarının biri ilə əlaqə yaradaraq, həmin təhsil ocağında rəsm və rəsmxət fənlərinin tədris edəcəyi ilə bağlı razılığa gəlib.