İMKAN

is. [ ər. ]
1. Hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi, mümkünlük, mümkün olma.
Nə dildə olsa olsun elm olsun xəlqi-aləmdə; Deyildir bir dilə məxsus, var hər dildə imkanı. S.Ə.Şirvani.
…Kömək etmək imkanı əldə ikən, bu vəzifədən boyun qaçırmaq … insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi.
…Asanlıqla odun gətirməyə imkan vardı. Ə.Əbülhəsən.

// Əlverişli şərait.
□ İmkan gözləmək – bir işi həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmək, fürsət gözləmək.
İmkan olmamaq – mümkün olmamaq, müyəssər olmamaq.
Səni görsəm özüm ilə həsədimdən ölərəm; Bu səbəbdən mənə vəslin dəxi imkan olmaz. S.Ə.Şirvani.

İmkan tapmaq – bir işi həyata keçirmək üçün əlverişli yol tapmaq, fürsət tapmaq.
[Qaçaqlar] kütləvi talana imkan tapa bilmədilər. M.S.Ordubadi.
[İnsanlar] boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov.

İmkan verməmək – mane olmaq, yol verməmək, qoymamaq.
İmkan yaratmaq (vermək) – bir işi həyata keçirmək üçün əlverişli şərait yaratmaq, yol vermək.
Ayıq ol, döyüşə yaratma imkan; Hər kiçik iş üçün tökülməsin qan. A.Şaiq.
Qadınına gəldikdə onun yaşaması üçün geniş imkan yaratmalısan. M.S.Ordubadi.

İmkan yoxdur – mümkün deyil, ola bilməz, imkan xaricindədir.
2. Bir şeyin həyata keçməsinə kömək edən əlverişli şərait. Maddi imkanlar. Yaşamaq, çalışmaq, oxumaq üçün hər cür imkan və şərait yaranmışdır.
– Təsərrüfatın daxili imkanlarından geniş istifadə edilir. (Qəzetlərdən).

// İqtidar, qüvvə, vəsait.
Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. Ə.Haqverdiyev.

◊ İmkan daxilində – nə qədər imkan varsa, güc çatdığı qədər.
…İmkan daxilində bəzi ədəbi mülahizələr söyləmək istəyirəm. S.Rəhimov.

İmkan xaricində olmaq – mümkün olmamaq, həyata keçirməyə güc, bacarıq çatmamaq, bacara bilməmək.
…O zamankı dünyanın ən böyük paytaxtını piyada gəzmək imkan xaricində idi. M.S.Ordubadi.

Синонимы

  • İMKAN mümkünlük
  • İMKAN iqtidar — qüvvə — vəsait
  • İMKAN 1. İMKAN (hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi; mümkünlük) Anası arada imkan tapıb, Vüqardan məktub gəlib-gəlmədiyini soruşdu (
İMİTÁSİYA
İMKANLI
OBASTAN VİKİ
İmkan
İmkan — varlığın determinasiya əlaqələrini ifadə edən kateqoriyalardan biri. kafilik, reallaşması mümkün olan vəziyyət; həyatın hər bir hadisəsində mövcud olan inkişaf istiqaməti; həm qarşıdan gələn, həm də izahedici, yəni kateqoriya kimi çıxış edir. İmkan və ya potensiya anlayışı Aristotel tərəfindən ilk dəfə işlənib hazırlanmışdır. Aleksandr Baumqarten mümkün olanı (lat. possibile – mümkün) “tərkibində ziddiyyət olmayan şey” kimi müəyyən etmişdir. Konsepsiyanın kateqorik mahiyyəti Q.İhqeyzer (1933), A.Gehlen və V.Kamlax tərəfindən qeyd edilmişdir. Kateqorik şərhin fəlsəfi əsasları Vilhelm Diltey tərəfindən qoyulmuşdur. İmkan anlayışı rasional şəkildə tamamilə izah edilə bilməz: hər bir ehtimalda ehtimal olunan qeyri-mümkünlük, “qeyri-mümkün olanın mümkünlüyü” var. İmkan nəyin ola biləcəyini bilməklə müəyyən edilmir. Ehtimalları, imkanları bilmək həmişə imkanımıza təsir etmir.
İmkan iqtisadiyyatları
İmkan iqtisadiyyatları — “həcm deyil, müxtəliflik sayəsində səmərəliliyi” təmsil edən termin (sonuncusu istifadə edilən termin “miqyas iqtisadiyyatıdır”). İqtisadiyyatda "iqtisadiyyat" maliyyəyə qənaət, "həcm" isə məhsulun şaxələndirilməsi yolu ilə istehsal / xidmətlərin genişləndirilməsi ilə eynidir. Məsələn, benzin satan bir yanacaqdoldurma məntəqəsi müştəri xidmətləri nümayəndələri vasitəsilə qazlı içkilər, süd, bişmiş məhsullar və s. Termin və konsepsiya inkişafı iqtisadçılar Con C. Penzar və Robert D. Uillinq (1977, 1981) ilə əlaqələndirilir. Bir firma üçün miqyas iqtisadiyyatı, bir məhsul növü üçün istehsal miqyasını artıraraq orta xərcləri (vahid başına xərcləri) azaltmaq deməkdirsə, miqyaslı iqtisadiyyatlar daha çox məhsul istehsalı ilə ortalama xərcləri azaltmaq deməkdir. Miqyaslı iqtisadiyyatlar, Ansoff matrisinin bir hissəsi kimi məhsulun şaxələndirilməsini, mülkiyyət təcrübəsi və ya bölünməz fiziki varlıqların müntəzəm və təkrar istifadəsinə əsaslandığı təqdirdə təsirli edir. Məsələn, xərclənən pul vahidi başına daha çox məhsul təşviq olunduqca, daha çox insan əldə edilə bilər. Bununla birlikdə, bir anda yeni məhsulların reklamının əlavə dəyəri daha az təsirli ola bilər (həcm itkisi nümunəsi). Əlaqədar nümunələrə müxtəlif növ məhsulların paylanması, məhsul dəsti, məhsulun astarlanması və ailə markası daxildir. “Yayılan və səmərəli olmasının gözlənilən, daha sonra müəyyən bir müddət ərzində yüksək gəlir gətirəcəyi” miqyaslı iqtisadiyyatlardan fərqli olaraq, miqyaslı iqtisadiyyatlar bu yaylağa əsla çata bilməz.
Sanniya imkan verin
Sanniyə şans verin (ing. Sonny With a Chance)- komediya serialıdır. Disney Channeldə 2009-cu ilin fevral ayından göstərilir. Sanni Munroe - sadə bir qızdır.Lakin bir gün internetdə nəşr etdiyi təqdimat videosu sayəsində Mendi adlı bir üzvünü itirmiş olan "Necə gəldi!" adlı komediya şousunda rol alma haqqını əldə edir və beləcə oyunçular tamamlanır. Nümayiş dünyasına addım atmaq üçün Sanni, anasıyla birlikdə Viskonsindən həm yeni dostlarla, həm də yeni düşmənlərlə tanış olacağı Hollivuda daşınır. Burada Sanni Hollivudda həyat, aktyorluq, ulduzlar və mediada yaxşı bir imic yaratmaq haqqında bir çox yeni fikir əldə edir və orada Toni adlı qızla tanış olur.Toni Sanninin qələbələrinə sevinməsədə birinci rəfiqəsi olaraq onu çox sevir.O burda Çet adlı rəgibi ilə tanış olur və nə qədərdə o onun rəqibidir onlar bir-birinə aşiq olurlar.onu da qeyd edək ki Sanni öz işində çox məharətlidir. Demi Lovato ..... Sanni Munroe Tiffani Tornton ..... Tauni Hart özündən razı,gözəl bir qızdır. Sterlinq Nayt .....
Sanniyə imkan verin
Sanniyə şans verin (ing. Sonny With a Chance)- komediya serialıdır. Disney Channeldə 2009-cu ilin fevral ayından göstərilir. Sanni Munroe - sadə bir qızdır.Lakin bir gün internetdə nəşr etdiyi təqdimat videosu sayəsində Mendi adlı bir üzvünü itirmiş olan "Necə gəldi!" adlı komediya şousunda rol alma haqqını əldə edir və beləcə oyunçular tamamlanır. Nümayiş dünyasına addım atmaq üçün Sanni, anasıyla birlikdə Viskonsindən həm yeni dostlarla, həm də yeni düşmənlərlə tanış olacağı Hollivuda daşınır. Burada Sanni Hollivudda həyat, aktyorluq, ulduzlar və mediada yaxşı bir imic yaratmaq haqqında bir çox yeni fikir əldə edir və orada Toni adlı qızla tanış olur.Toni Sanninin qələbələrinə sevinməsədə birinci rəfiqəsi olaraq onu çox sevir.O burda Çet adlı rəgibi ilə tanış olur və nə qədərdə o onun rəqibidir onlar bir-birinə aşiq olurlar.onu da qeyd edək ki Sanni öz işində çox məharətlidir. Demi Lovato ..... Sanni Munroe Tiffani Tornton ..... Tauni Hart özündən razı,gözəl bir qızdır. Sterlinq Nayt .....
Yaşa və ölməyə imkan ver (film, 1973)
Yaşa və ölməyə imkan ver (ing. Live and Let Die) — 1973-cü ildə Qay Hamilton tərəfindən çəkilən detektiv filmi . Film Yan Fleminqin eyniadlı romanı əsasında çəkilmişdir. Film Britaniya superagenti Ceyms Bond haqqında səkkizinci filmdir. Filmdə kinoaktyor Rocer Mur ilk dəfə Ceyms Bond obrazını canlandırmışdır. Film 1974-cü ildə "Live and Let Die" bəstəsinə (Pol Makkartni və Wings tərəfindən) görə Oskar mükafatı nominasiyasının "Ən yaxşı mahnı" kateqoriyasına layiq görülmüşdür. Live and Let Die — Internet Movie Database saytında.
4K görüntü imkanı
4K — Kinematoqrafiya məqsədləri üçün bazara təqdim olunan ilk 4K kamera, 2003-cü ildə bazara buraxılan Dalsa Origin-di. 4K texnologiya, Kaliforniya Universiteti, San Diego, CALIT2, Keio Universiteti, Dəniz Yüksək Lisenziya Məktəbi və 2004-cü ildə IGrid və CineGrid kimi məkanlarda müxtəlif nümayişlər gerçəkləşdirən dünyadakı Universitetlərdəki müxtəlif araşdırma qrupları tərəfindən inkişaf etdirilmişdir. == Formatlar == === Rəqəmsal film === Rəqəmsal film ən-boy dərəcəsi piksel görüntü imkanı dərəcəsinə görə dəyişir. Rəqəmsal filmlərdəki ilk yüksək görüntü imkanı standartlarından biri 4K'dır. Xüsusilə komputer oyunlarının inkişafında 4K standartının böyük qatqısı olmuşdur. === PC formatları === ==== UHD ==== Ultra High Definition (UHD), 3840 x 2160 piksel və yuxarı görüntü imaknına verilən addır. Bir UHD monitor, bir Full-HD monitorun dört qatı görüntü imkanı təmin edir. Şaquli görüntü imkanı piksel sayısı (3840) səbəbi ilə kinematoqrafiya 4K standartı ilə qarşılaşdırılaraq "4K" ilə sinonim işlədilir. UHD'nin 4K, 5K, 8K və 10K törəmələri PC monitorlarında işlədilməkdədir. ==== YouTube formatı ==== iyul 2010'da YouTube 4K formatındakı videoların yüklənməsinə qismən olsa da icazə vermişdir.
Sənədləşdirilməmiş imkanlar
Sənədləşdirilməmiş imkanlar – ( undocumented features) texniki qurğular və proqram təminatında rast gəlinən, ancaq sənədlərdə göstərilməmiş özəlliklər. Onların bəzilərinin sənədlərdə təsvir olunmaması, sadəcə, diqqətsizlik səbəbindən ola bilir. Başqa bir qismi isə onların son istifadəçilər üçün deyil, texniki dəstək mütəxəssisləri, yaxud gəlişdiricilər üçün nəzərdə tutulmasıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ultra yüksək görüntü imkanı TV
Ultra Yüksək Görüntü İmkanı TV (vəya UHDTV, Ultra HDTV) NHK Science & Technology Research Laboratories tərəfindən üzərində işlənilən bir rəqəmsal video formatıdır. HDTV'yə görə 16 qat daha yüksək görüntü imkanlı bir görüntüyə sahibtir. Geniş Dörtərəfli Yüksək Görüntü İmkanı (WQHD) (2560 × 1440) və Kvadrat Tam Yüksək Görüntü İmkanı (QFHD) (3840 × 2160) versiyaları ilə təkmilləşdirilən UHDTV, edilən qabaqcıl səviyyə çalışmalarından sonra 7680x4320 meqapiksel formatına çatmışdır. İlk mərhələ UHDTV təcrübə işi 2003-cü ildə edilmişdir. 30 dəqiqə davam edən test işlərində HD yayımın 16 qatı daha yüksək bir görüntü imkanına çatmışdır. UHDTV üçün təkmilləşdirilən ilk kamera 2,5 inç (64 mm) ölçülərində CCD texnologiyası ilə dizayn edilmişdir. İlk UHD kamera 3840 × 2048 görüntü imkanı sahibdir. Sonrasında UHD kameralarının 7680×4320 meqapikselə yüksəldilməsi ilə əlaqəli işlər uğurla nəticələndi. Hal-hazırda Vestel, Sony, Samsung, LG Electronics, Panasonic kimi firmalar UHDTV ve UHD Monitor istehsalata başlamışdır. Ultra yüksək görüntü imkanı TV olaraq tanıdılabiləcək iki cür görüntü imkanı vardır: 4K UHDTV (2160p) 3840 × 2160 (8.3 meqapiksel) görüntü imkanına sahibdir.
İmkanların yetkinliyi modeli
İmkanların yetkinliyi modeli (Capability Maturity Model - CMM) — Karnegi Mellon Universitetinin (ABŞ) nəzdində Software Engineering Institute tərəfindən işlənib hazırlanıb və müəssisələrdə proqram təminatının işlənib hazırlanması proseslərinin yetişkənliyi modelini təsvir edir. Bu model çərçivəsində hər hansı şirkətin belə bir imkana hansı səviyyədə hazır olması, daha dəqiqi, şirkətin beş səviyyədən hansında olması müəyyənləşdirilir: 1. Başlanğıc (Initial). Bu ən ibtidai səviyyədə şirkət proqram təminatı işləyib hazırlamaq imkanına malikdir. Fəqət şirkətin tam başa düşülmüş prosesi yoxdur və məhsulun keyfiyyəti tamamilə gəlişdiricilərin fərdi bacarıqları ilə müəyyənləşir. Bir nəfər təşəbbüs göstərir və komanda onun göstərişləri ilə hərəkət edir. Bir layihənin uğuru başqasının uğurlu olacağına zəmanət vermir. Layihənin sonunda xərclər, iş qrafiki, keyfiyyət haqqında məlumatlar qeydə alınmır. 2. Təkrarlanabilən (Repeatable). Proses müəyyən dərəcədə izlənilir. Xərclər və planlar haqqında qeydlər aparılır.
İnkişaf etmiş görüntü imkanı televiziyası
İnkişaf etmiş görüntü imkanlı televiziya ya da genişlədilmiş görüntü imkanı televiziya (EDTV) (ing. Enhanced-definition television) — Amerikan Elektronik İstifadəçilər Birliyi (CEA) tərəfindən təsdiq edilmiş bir rəqəmsal televiziya (DTV) format və bu formatı dəstəkləyən televiziya növüdür. ETV SDTV'dən daha çox inkişaf etmiş bir sistem olmasına baxmayaraq HDTV qədər uğurlu bir sistem deyildir. Xüsusilə dünyada VCD cihazlarının inkişafı və buna bağlı olaraq sinema filmlərinin CD mühitində daha çox yayılması sonrası seçim edilən bir texnologiya olan ETV, DVD inkişafından sonra köhnə populyarlığını itirmişdir. ETV 480p vəya 576p siqnal görüntüləmə qabiliyyətinə sahibdir. Çox vaxt 480p (NTSC) və 576p (PAL)siqnal axtarışı edən ETV'nin bəzi standartları ölkədən ölkəyə dəyişiklik göstərməktədir. Görüntüləmə texnologiyasında yaşanan texnolojik inkişaflar və buna bağlı olaraq köhnə texnologiyaların populyarlığını itirməsi sonucu ETV günümüzdə sadəcə oyun formatlarında işlədilir hala gəlmişdir.

Значение слова в других словарях