Əhməd İhsan Tokgöz
Əhməd İhsan Tokgöz (türk. Ahmet İhsan Tokgöz; 1868, Ərzurum, Ərzurum vilayəti və ya Konstantinopol – 28 dekabr 1942, Dəyirməndərə[d], Kocaeli ili) — Türkiyə jurnalisti, tərcüməçisi, çapçısı, naşiri, siyasətçisi və idman idarəçisi.
Tokgöz Türkiyə mətbuatı tarixinin ən uzunömürlü jurnallarından biri olan "Sərvət-i Fünun"un qurucusu olmuşdur. O, Jül Verni Türkiyədə tanıdan ilk yazıçı olmuş və buna görə də "Jül Vern mütərcimi" kimi məşhurlaşmışdır. Tokgöz Avropada çap texnologiyalarının Osmanlı imperiyasına gətirilməsinə və Türkiyədə çap fəaliyyətinin modernləşdirilməsinə öncülük etmişdir. O, Türkiyə Böyük Millət Məclisinin IV, V və VI çağırış Ordu vilayətindən millət vəkilidir.
Əhməd İhsan Tokgöz 1868-ci ildə Ərzurumda anadan olmuşdur. O, əslən Kastamonun Daşkörpü qəzasındandır. Tokgözün atası Osmanlı imperiyasında dəftərdar və mühasib işləmiş Əhməd Xalid bəy idi. Onun atası Ərzurum, Priştina, Şkoder, Kastamonu, İstanbul, Dəməşq, Ankara və Bursada xəzinədar işlədiyi üçün uşaqlığı müxtəlif şəhərlərdə keçmişdir.