Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İvan
İvan — slavyan kişi adı. İvan Turgenev — Rusiya yazıçısı. İvan Poddubnı — kazak əsilli SSRİ pəhləvanı. İvan Ayvazovski — erməni əsilli Rusiya rəssamı. İvan Kramskoy — Rusiya rəssamı. İvan Qabışev — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Fioletov — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Nokolayşvili — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Malıqin — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Mazepa — Zaporojya ordusunun getmanı.
III İvan
III İvan Vasilyeviç (rus. Иван III Васильевич) və ya Böyük İvan (rus. Иван Великий; 22 yanvar 1440, Moskva, Böyük Moskva Knyazlığı – 27 oktyabr 1505, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının böyük knyazı, bütün Rus dövlətinin hökmdarı (rus. Государь всея Руси). == Xarici siyasəti == III İvanın dövründə, ölkənin xarici siyasətinin əsas məqsədi şimal-şərqi Rusu vahid dövlətə birləşdirmək idi. Qeyd etmək lazımdır ki, bu siyasət çox uğurlu olmuşdur. İvan hökmranlığının əvvəlində Moskva prinsipliyi digər rus hökmdarı torpaqları ilə əhatə olunmuşdu; ölür, o, bu padşahların əksəriyyətini birləşdirən oğlu Vasiliyə təslim etdi. Yalnız Pskov, Ryazan, Volokolamsk və Novqorod-Seversky nisbi (çox geniş deyil) müstəqillik qorudu. III İvanın hökmranlığından bəri Böyük Litva knyazlığı ilə əlaqələr xüsusilə kəskin olmuşdur. Moskvanın Rus torpaqlarını birləşdirməyə inteqrasiyası Litvanın mənafeyinə zidd idi və sərhədlərarası münaqişələr və sərhəd şahzadələri və boyarların dövlətlər arasında keçid müttəfiqlərinə kömək etməmişdi.
Ivan Bohun
İvan Bohun (ukraynca; Iван Богун, polyakca; Iwan Bohun; 1618, Bratslav[d] – 27 fevral 1664, Novhorod-Siverskyi[d]) — Ukrayna kazaklarının polkovniklərindən biri. 1654-1667-ci illər arasında Polşa-Litva İttifaqının Rus Çarizmi ilə müharibəsində Polyaklarla birlikdə iştirak etmişdir. İvan Bohunun ölümü hər il Lvovda xatırlanır.
Ivan Kromskoy
İvan Nikolayeviç Kramskoy (27 may (8 iyun) 1837, Ostroqojsk[d], Voronej quberniyası[d] – 24 mart (5 aprel) 1887, Sankt-Peterburq)—rus rəssamı. 1837-ci il 27 may tarixindən rusiyada anadan olmuş İvan Nokalayeviç Komskoy rəssam olmaqla yanaşı sənətşünas olmuşdur. Özu xırda burjuaziya ailəsindən olmasına baxmayaraq, İ. Kromskoyu məşhurləşdirən onun əsərləri olmuşdur. Özunun yaratdığı mədəniyyət xadimlərin portretləri ilə yanaşı rus kəndlilərin portretləri üzərində çox böyük həvəslə işləyirdi. Onun yaratdığı portretlərdən biri də "Naməlum Qadın" adlanan portretidir. Portreti 1883-cü ildə çəkmişdir. Portret Pavel Tretyakova məxsusdur. Yəni portreti rəssam çəkəndən sonra onun sahibi Pavel olmuşdur. Portretdə təsvir olunan qadının şəxsiyyəti məlum deyildir. Qadın portretdə sakit ruha malik, cəsarətli təsvir olumuşdur.
Ivan Miljković
İvan Milkoviç (13 sentyabr 1979, Niş[d]) — serb voleybolçu. == Karyerası == Voleybola 1992-ci ildə başlayıb. Onun peşəkar voleybol karyerası 1997-ci ildən Belqrad "Partizan"ından başlayır. İlk dəfə milli komanda formasını 1998-ci il 4 oktyabrda Yaponiyada keçirilən Dünya Çempionatında geyinib. Elə həmin mundialın gümüş mükafatçısı olub. Yuqoslaviya forması ilə 2000-ci il Sidney Yay Olimpiyadasında çempionluq yaşayıb. Yuqoslaviya millisinin ən gənc üzvü olan 21 yaşlı İvan Rusiya millisinə qarşı olan final matçında 19 xalla komandasının ən yaxşı nəticə göstərən oyunçusu olur. Bundan 1 il sonra 2001-ci il Avropa Çempionatında da çempionluq yaşayan İvan artıq klub karyerasını İtaliyada davam etdirirdi. 1997-ci ildən başlayan klub karyerasında öz vətənindən əlavə İtaliya, Yunanıstan və Türkiyə kimi ölkələrdə legioner həyatı yaşayıb. 8 il İtaliyada oynayan İvan italyan liqasındakı maddi məsələlərlə əlaqədar növbəti 2 ilini Yunanıstanda keçirmək qərarına gəlir.
Pop-İvan
Pop-İvan (ukr. Піп Іван) — İvano-Frankovsk və Zakarpatya vilayətlərinin sərhədindəki silsilənin cənub-şərq ucunda yerləşən Çornoqora silsiləsinin ən yüksək zirvələrindən biridir. Hündürlüyü 2020.5 m-dir. Pop-İvan Çernoqorski dağını, Karpatların başqa bir zirvəsi - Ukrayna və Rumıniya sərhədində yerləşən Pop-İvan Marmaroşski ilə qarışdırılmamalıdır. Piramidal formaya malikdir, yuxarı hissəsində daş töküntüləri var. Qum daşlarından əmələ gəlmişdir. Karpat Dövlət Milli Parkı içərisindədir. Müharibədən əvvəl Polşa xəritələrində dağ 16 nömrəli sütun olaraq təyin edilmişdir. Əsasən subalp bitki örtüyü ilə örtülmüşdür. Kollar (Sibir ardıç, rododendron) və şam meşələri (1500-1600 m yüksəklikdə) geniş yayılmışdır.
İvan Avdeyev
İvan Vasilyeviç Avdeyev (rus. Ива́н Васи́льевич Авде́ев; 1818, Perm quberniyası[d] – 29 mart 1865, Moskva) — Rusiya kimyaçısı. O, qeyri-üzvi kimya üzrə mütəxəssis, mədən mühəndisi və polkovnik olmuşdur. Avdeyev 1839-cu ildə III dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir (1839). 1818-ci ildə anadan olmuşdur. 1836-cı ildə Mədən Mühəndisləri Korpusu İnstitutunu bitirdikdən sonra Uralda, 1837-ci ildən Yekaterinburqdakı "Nijne-İsetski" zavodunda, 1838-ci ildən Yekaterinburq fabrik laboratoriyasında işləmişdir. 1840-cı ildə laboratoriyanın müdiri olmuşdur. 1840–1843-cü illərdə Fransa, Almaniya və Belçikada xaricdə ezamiyyətdə olmuşdur. 1845-ci ildə əvvəlki vəzifələrinə əlavə olaraq Yekaterinburq fabrik kitabxanasına, mineralogiya və fizika otaqlarına baxıcı təyin edilmişdir. 1856-cı ildə Moskvada Baş Təhlil Palatasına baş laborant təyin edilmiş, 1861-ci ildə isə palataya rəhbərlik etmişdir.
İvan Brkiç
İvan Brkiç (29 iyun 1995, Kоprivniçа) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin xorvatiyalı qapıçısı. 22 yanvar 2022-ci ildə "Neftçi" Brkiçi transfer etdi.
İvan Demyanyuk
İvan Nikolayeviç Demyanyuk (ukr. Іван Миколайович Дем’янюк, ing. John Demianiuk; 3 aprel 1920[…] – 17 mart 2012[…], Bad-Faylnbax[d], Bavariya) — Ukrayna əsilli keçmiş ABŞ və SSRİ vətəndaşı İkinci Dünya müharibəsi zamanı nasistlərin bir neçə konsentrasiya düşərgəsində mühafizəçi kimi xidmət edərkən törədilmiş hərbi cinayətlərdə ittiham olunur. Əvvəllər Demyanyukun məşhur qəddar mühafizəçi "İvan Qroznı" ola biləcəyi iddiası irəli sürülürdü. Almaniyadakı son məhkəməsi zamanı o, Sobibor ölüm düşərgəsində gözətçi kimi xidmət edərkən 28.000-dən çox insanın qətlində iştirak etməkdə ittiham edilib. Onun məhkəməsi 18 ay davam etdi. 2011-ci ilin mayında İvan Demyanyuk 5 il müddətinə azadlıqdan məhrum edildi. Lakin Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxsin ölümünə qədər hökm çıxarmağa vaxtı olmadığından hökm heç vaxt qüvvəyə minmədi. Bu səbəbdən Demyanyuk məhkum olunmamış hesab olunur. 2020-ci ilin yanvar ayında Berlində Sobibor düşərgəsindən əvvəllər məlum olmayan fotoşəkillər aşkar edildi.
İvan Franko
İvan Yakovleviç Franko (ukr. Іван Якович Франко; 27 avqust 1856[…], Naqueviçi[d] – 28 may 1916[…], Lvov, Sisleytaniya, Avstriya-Macarıstan) — yazıçı, şair, alim, publisist, Qalisiya və Lodomeriya krallığında (Avstriya-Macarıstan imperiyası) inqilabi sosialist hərəkatının lideri. Əsərlərin əhəmiyyətli bir hissəsi ukrayna, polyak, alman və rus dillərində yazılıb. 1915-ci ildə o, Nobel mükafatına namizəd göstərilib. Lakin vaxtından əvvəl ölümü onun namizədliyinin nəzərdən keçirilməsinə mane oldu. İvan Franko Avstriyada fəaliyyət göstərən “Rusiya-Ukrayna Radikal Partiyası” (sonralar “Ukrayna Radikal Partiyası” – URP) və Ukrayna Milli Demokratik Partiyasının yaradılmasının təşəbbüskarlarından biri olub. Frankonun şərəfinə Stanislav şəhərinin adı dəyişdirilərək İvano-Frankovsk, Lvov vilayətində isə Yanov kəndinin adı dəyişdirilərək İvano-Frankovsk adlandırılıb. İvan Franko varlı kəndli dəmirçi ailəsində anadan olub. Anası Mariya Kulçitskaya, kasıb Rusin zadəgan Kulçitski ailəsindən idi. O, ərindən 33 yaş kiçik idi.
İvan Katayev
İvan İvanoviç Katayev(rus. Ива́н Ива́нович Ката́ев; 14 (27) may 1902 və ya 27 may 1902, Moskva – 19 avqust 1937, Moskva) — rus sovet yazıçısı. Maksim Qorki ilə birlikdə "Leteraturnaya qazeta"nın yaradıcılarından biri, 1937-ci il repressiya qurbanı. İvan Katayevin atası İvan Matveyeviç Katayev tarix professoru, məşhur tarix dərsliyinin müəllifidir. Anasının qızlıq soyadı Kropotkina idi. Bəzi mənbələrə görə, coğrafiyaçı və anarxist nəzəriyyəçi Pyotr Alekseeviç Kropotkinin qardaşı qızı idi. Məşhur riyaziyyatçı akademik Andrey Nikolayeviç Kolmoqorovun qohumu olub. İvan Katayev anasını erkən yaşlarda itirib. İvan Moskvada və Suzdalda gimnaziyada oxuyub. O, 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyası (Sov.
İvan Kotlyarevski
İvan Petroviç Kotlyarevski (i.ə.rus orf. Ива́нъ Петро́вичъ Котляре́вскій, ukr. Іван Петрович Котляревський; 29 avqust (9 sentyabr) 1769, Poltava, Rusiya imperiyası – 29 oktyabr (10 noyabr) 1838, Poltava, Poltava quberniyası[d], Rusiya imperiyası) — Ukrayna şairi, tərcüməçisi, pedaqoqu və dramaturqu. Kotlyarevski Ukrayna ədəbiyyatının qabaqcıllarından biri hesab olunur. O, ukrayna dilində yazılmış və ilk dəfə 1798-ci ildə nəşr olunmuş "Eneida" poemasının müəllifidir. Bundan başqa, rus dilində də əsərləri var. Kotlyarevski ştabs-kapitan rütbəsi ilə 1806–1812-ci illər Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, müharibənin sonunda "1806-cı il Türkiyə müharibəsində rus qoşunlarının ilk hərəkətləri haqqında qeydlər" əsərini nəşr etdirmişdir. Kotlyarevskinin təsiri təkcə onun Qriqori Kvitka-Osnovyanenko, Taras Şevçenko, Yakov Kuxarenko, Stepan Pisarevski və başqaları kimi yaxın davamçılarının əsərlərində deyil, həm də XIX əsrin ikinci yarısının etnoqrafik pyeslərində, rusdilli müəlliflər Nikolay Qoqolun və Vasili Narejninin əsərlərində və Belarus ədəbiyyatında müşahidə olunmuşdur. İvan Petroviç Kotlyarevski 9 sentyabr 1769-cu ildə Rusiya imperiyasının bir hissəsi olan Poltavada Kotlyarevskilər ailəsində, zadəgan kazak starşina ailəsində anadan olmuşdur. İvanın atası Pyotr İvanoviç Kotlyarevski Poltava şəhər magistraturasında katib vəzifəsində çalışmışdır.
İvan Maslennikov
İvan İvanoviç Maslennikov (rus. Ива́н Ива́нович Ма́сленников); 16 sentyabr 1900 və ya 1900 – 16 aprel 1954, Moskva — Sovet hərbi xadimi, ordu generalı (1944). Sovet İttifaqı Qəhrəmanı (8 sentyabr 1945). 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı. 1939–1954-cü illərdə Sov. İKP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd. İvan İvanoviç Maslennikov 3 (16) sentyabr 1900-cü ildə Çalıqla stansiyasında (indiki Saratov vilayətinin Ozinski rayonu) anadan olub. Atası yerli stansiyada dəmiryolçu kimi çalışırdı. İki illik nazirlik dəmir yolu məktəbini və dəmiryol teleqraf məktəbini bitirib. Çox erkən yaşlarından əmək fəaliyyətinə başlayıb.
İvan Rutkoviç
İvan Rutkoviç (ukr. Іван Руткович; təq. 1650, Zoloçevsk rayonu[d], Lvov vilayəti – XVIII əsr) — əsasən Jolkva və Unevdə fəaliyyət göstərmiş ukraynalı ikona rəssamı. O, rəssamlıq və ağacişləmə üzrə Jolkva ikonoqrafiya məktəbinin qurucusu hesab olunur. Rutkoviçin bəzi işləri itmişdir, lakin digər ustalarla hazırladığı ikonostaslar da daxil olmaqla, bir çox yaxşı qorunub saxlanılmış ikonası mövcuddur. Volitsa Derevlianska (1680–82) və Voliya Visotskada (1688–89) yerləşən taxta kilsələrin ikonostasları, eləcə də, Jolkvadakı İsanın Doğulması Kilsəsinin böyük ikonostası (10,85 х 11,87 m) bu cür əsərlərinə nümunədir. Sonuncu qeyd olunan ikonostas Nova Skvariava ikonostası kimi tanınır və 1697–99-cu illərə aiddir, hazırda Lvov Milli Muzeyində saxlanılır. Həmin dövr üçün Ukrayna ikonostasları arasında şah əsər hesab olunur. 7 cərgə ikonadan ibarət olan əsər 2009-cu ildə bərpa edilərək ictimaiyyətə təqdim edilmişdir. Lvov Milli Muzeyində ayrı-ayrı ikonları da mühafizə olunur.
İvan Svetayev
İvan Vladimiroviç Svetayev (rus. Ива́н Влади́мирович Цвета́ев; 4 (16) may 1847, Şuya qəzası[d], Vladimir quberniyası[d] – 30 avqust (12 sentyabr) 1913, Moskva) — Rusiya alimi, tarixçi, arxeoloq, filoloq və sənətşünası. Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü (1904-cü ildən — klassik filologiya və arxeologiya kateqoriyası üzrə), Moskva Universitetinin professoru (1877-ci ildən), məxfi məsləhətçi. Moskva İmperator Universitetində İmperator III Aleksandr adına İncəsənət Muzeyinin (hazırda A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyi) yaradıcısı və ilk direktoru. Marina və Anastasiya Svetayevanın atası. İvan Svetayev kənd keşişi Vladimir Vasilyeviç Svetayevin (1818–1884) və həyat yoldaşı Yekaterina Vasiliyevnanın (1824–1859) ailəsində anadan olub. Anası erkən yaşlarda vəfat edib, ata dörd oğlunu tək böyüdüb. O, övladlarını ruhani təhsili istiqaməti üzrə yönləndirib. İvan altı il Şuy İlahiyyat Məktəbində, sonra daha altı il Vladimir İlahiyyat Seminariyasında təhsil alıb. Bundan sonra o, Tibb-Cərrahiyyə Akademiyasına daxil olur, lakin səhhətinə görə oranı tərk edərək İmperator Sankt-Peterburq Universitetinin Tarix-filologiya fakültəsinin klassik şöbəsinə keçir.
İvan Kasatkin
Yaponiyalı Nikolay və ya əsl adı ilə İvan Dmitriyeviç Kasatkin (rus. Иван Дмитриевич Касаткин; 1 (13) avqust 1836, Beryozovskiy[d], Smolensk quberniyası[d] – 3 (16) fevral 1912, Tokio[d]) – Yaponiyada rus pravoslav kilsəsinin arxiyepiskopu. Doğum adı İvan Dmitriyeviç Kasatkindir. Sankt-Peterburqda yerləşən teologiya akademiyasından məzun olduqdan sonra 1861-ci ildə Hakodate limanında yerləşən rus konsulluğu kilsəsinin keşişi kimi Yaponiyaya səyahət etmişdir. Yaponiyadakı ilk yeddi ilini yapon dilini, ədəbiyyatını, ənənələrini və adətlərini öyrənməklə keçirmişdir. Yaponiyada xristianlığı təbliğ etmək qadağası 1873-cü ilə qədər davam etsə də, onun təşəbbüsü altında 1870-ci ildə Yaponiyada rus pravoslav missiyasının əsası qoyulmuşdur. O, Kamçatka yepiskopluğunun yurisdiksiyası altında olan bu missiyanın başçısı təyin olunmuşdur. 1872-ci ildə Tokio şəhərinə köçmüş və Rusiya nümayəndəliyinin adı ilə şəhərində mərkəzində yer icarəyə götürmüşdür. Burada seminar, katexistlər məktəbi, qadınlar üçün dini məktəb və Müqəddəs Diriliş kafedralını tikdirmişdir. 1880-ci ildə Yaponiyanın yepiskopluğuna təyin olunmuşdur.
İvan Tixonov
İvan Tixonov (21 aprel 1996) — Rusiyanı və Azərbaycanı təmsil edən idman gimnastı. İvan Tixonov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçiləri Ruslan İrqaşev və Eldar Səfərovdur. Rusiyada ciddi rəqabətə görə İvan Tixonov yığmanın əsas heyətində yer almağı bacarmırdı və buna görə də Dünya və Avropa Çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilmirdi. 2018-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) İvan Tixonova Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2019-cu ildə Azərbaycanı Avropa Oyunlarında təmsil edən İvan Tixonov həmin il həm də Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. İvan Tixonov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İvan Tixonov ümumi nəticədə təsnifat mərhələsini 80.298 balla 45-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ayrı-ayrı alətlərdə də İvan Tixonov final mərhələsinə vəsiqə qazana bilmədi. 2022-ci ildə İvan Tixonov Konya şəhərində baş tutan İslam Həmrəyliyi Oyunlarında bir qızıl, bir gümüş və bir bürünc medala sahib oldu.
İvan Levitski
İvan Levitski (ukr. Іва́н Семе́нович Нечу́й-Леви́цький; əsl soyadı — Levitski; 13 (25) noyabr 1838 – 2 aprel 1918, Kiyev, Kiyev quberniyası, Ukrayna Xalq Respublikası) — ukraynalı yazıçı, publisist, tərcüməçi və müəllim. 1838-ci ildə Steblev şəhərində kənd keşişi Semyon Stepanoviç Levitskinin ailəsində anadan olmuşdur. Atası mütərəqqi fikirli savadlı bir insan idi, böyük bir ev kitabxanası vardı və öz vəsaiti hesabına kəndlilər üçün məktəb açdı, burada oğlu yazıb-oxumağı öyrəndi. Daha sonra İvan kənd məktəbində oxudu və 1847-ci ildə 1853-cü ildə bitirdiyi və ilahiyyat akademiyasına daxil olmamışdan əvvəl burada dərs dediyi Boquslav İlahiyyat Məktəbinə daxil oldu. 1853-cü ildə İ.Levitski Kiyev İlahiyyat Seminariyasına daxil olur və 1859-cu ildə oranı bitirir. Xəstəliyə görə evə qayıtmağa məcbur olub, burada müəllim işləyir. 1861-ci ildə Kiyev İlahiyyat Akademiyasına daxil olmuş, 1865-ci ildə oranı bitirmişdir. O, təyinat aldı və Poltava İlahiyyat Seminariyasında rus ədəbiyyatı müəllimi, sonra Kaliş (1866-1867), Sedlec (1867-1872) və Kişinyov (1873-1885) gimnaziyalarında çalışdı. Neçuy-Levytski inamlı ukrainofil idi və inanırdı ki, "Ukrayna dili" kitabı həm onun ruslaşdırılmasına, həm də polonizasiyasına fəal müqavimət göstərərək, xalq əsasında yaradılmalıdır.
İvan Marçuk
İvan Marçuk (ukr. Іва́н Степа́нович Марчу́к; 12 may 1936, Moskalevka[d], Ternopil vilayəti) — müasir ukraynalı rəssam, Ukraynanın Xalq Rəssamı (2002), Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı. Ukraynanın milli əfsanəsi (2021). 2007-ci ildə Britaniyanın The Daily Telegraph qəzetində dövrümüzün 100 görkəmli dahisinin siyahısına daxil edilib. İvan Marçuk Ukraynanın Xalq Rəssamı, Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı, Kiyev və Ternopil şəhərlərinin fəxri vətəndaşı, Roma Müasir İncəsənət Akademiyasının Qızıl Gildiyasının üzvüdür. 1956-cı ildə Lvov Tətbiqi Sənət Məktəbini bitirib. Sonra Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunun keramika fakültəsində təhsilini davam etdirib, sonra 1965-ci ildə Kiyevə köçüb. Əsərlərinin ilk silsiləsi "Ruhumun səsi" adlanırdı və rəssamın yaradıcılığında bütün sonrakı istiqamətlər üçün əsas oldu. Məhz bu dövrdə rəsmlər sənətkarın məşhur imza texnikasına çevrilən "plentanizm" texnikasında (Ukraynaca "pliontanizm") meydana çıxdı. Bu adı ona müəllifin özü verib və o, ukraynaca “plyontati”, yəni toxunmaq sözündəndir.
İvan Neumıvakin
İvan Pavloviç Neumıvakin (7 iyul 1928, Bişkek – 22 aprel 2018) — sovet və rus təbibi, kosmos və alternativ təbabətlə məşğul olmuşdur. Tibb elmləri doktoru, RSFSR-in əməkdar ixtiraçısı, Latviya SSR Dövlət mükafatı laureatı (1982). Sovet dövründə Neumıvakin SSRİ Elmlər Akademiyasının Tibbi və Bioloji Problemlər İnstitutunda işləyib və yüzlərlə elmi məqalənin müəllifi olmuşdur. I. P. Neumıvakin eyni zamanda müalicə və insan sağlamlığı mövzularında məşhur kitabların müəllifidir, burada bir çox xəstəliklərin "müalicəsi" üçün elmə əsaslandırılmamış alternativ təbabəti təbliğ etmişdir. Alternativ müalicə üsullarının müəllifi olmuşdur. Soda və hidrogen peroksid ilə, o cümlədən bioenerji informatikasına inam kimi metodlara müraciət edirdi. Rusiya Təbiət Elmləri Akademiyası ictimai təşkilatının üzvü (akademik) olmuşdur. I. P. Neumıvakin 1951-ci ildə Qırğızıstan Dövlət Tibb İnstitutunun tibb fakültəsini bitirmiş və ordu sıralarına çağırılmışdır. Uzaq Şərqdə aviasiya bölmələrində hərbi həkim işləyib. 1952-ci ildə Moskva Hərbi Hava Qüvvələri Elmi-Tədqiqat Aviasiya Tibb İnstitutunda aviasiya təbabəti ixtisası üzrə yeddi aylıq yenidənhazırlanma kursunu bitirmişdir.
İvan Oraxelaşvili
Mamiya Oraxelaşvili (gürc. მამია ორახელაშვილი, rus. Иван (Мамия) Дмитриевич Орахелашвили, İvan (Mamiya) Dmitrieviç Oraxelaşvili; 10 iyun 1881 və ya 1881, Kutaisi – 11 dekabr 1937 və ya 1937) — Rusiya və Gürcüstanda inqilabi hərəkatda fəal iştirak edən gürcü bolşevik və sovet siyasətçisi. Rusiya imperiyasının Kutais qubernatorluğunda (indiki Gürcüstanda) mülkədar ailəsində anadan olan Oraxelaşvili Xarkov Universitetində və Sankt-Peterburq Hərbi Tibb Akademiyasında tibb təhsili alıb. O, 1903-cü ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının bolşevik fraksiyasına qoşulmuş, 1905-ci ildə Peterburqda baş vermiş üsyanda fəal iştirak etmişdir. 1906–1914-cü illərdə bir neçə dəfə çar polisi tərəfindən həbs olunub. 1917-ci ildə bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra Oraxelaşvili Vladiqafqaz Sovetinə sədrlik etdi. 1918–1920-ci illərdə Gürcüstan Demokratik Respublikasında gizli bolşevik dəstəsində çalışmış və Gürcüstan hökuməti tərəfindən həbs edilmişdir. Gürcüstan və Sovet Rusiyası arasında bağlanmış Moskva müqaviləsinə əsasən (1920-ci ilin mayında) azad edilib və daha sonra leqallaşdırılan Gürcüstan Kommunist Partiyasının sədri olub. 1921-ci ilin fevralında Gürcüstanın cənubunda bolşevik təxribatında iştirak etdi.
İvan Rana
İvan Rana (10 iyun 1979) — İspaniyanı təmsil edən triatlonçu. İvan Rana İspaniyanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 5-ci pillədə başa vurdu. Daha sonra İvan Rana İspaniyanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 23-cü pillədə başa vurdu. Növbəti dəfə İvan Rana İspaniyanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 5-ci pillədə başa vurdu.
İvan Çerski
İvan Çerski (3 (15) may 1845, Svolno[d], Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 iyun (7 iyul) 1892, Yakutsk vilayəti[d], Rusiya imperiyası) — Əslən polyak olub paleontoloq , osteoloq , geoloq , coğrafiyaşünas və Sibirin rus tədqiqatçısıdır. Baykalın sahillərinin ilk geoloji xəritəsini tərtib edib. və "Yer səthu relyerfinin inkişaf təkamülü" ideyasını irəli sürmüşdür. Vitebsk vilayətinin Drissenski rayonunun Svolna mülkündə (indiki Vitebsk vilayətinin Verxnedvinski rayonu) anadan olub. Vilna gimnaziyasında oxuyarkən elmə böyük həvəs göstərmişdir. 1860-cı ildən Vilnadakı Hökumət (zadəganlar) İnstitutunda təhsilini davam etdirmişdir. 18 yaşında ikən 1863–1864-cü illər üsyanında iştirak etmişdir. O, əmlakı müsadirə olunmaqla və zadəgan titulundan məhrum edilməklə Sibirdə müddətsiz hərbi xidmətə məhkum edilib. 1869-cu ildə İ. D. Çerski səhhətinə görə tərk etmək hüququ olmadan ordudan uzaqlaşdırıldı. 1871-ci ildən İrkutskda İmperator Rus Coğrafiya Cəmiyyətinin Şərqi Sibir şöbəsində işləyib.
İvan Buş
İvan Buş Fyodoroviç (3.3.1771, Narva-5.11.1843, Sankt-Peterburq)— cərrah, Rusiyada ilk elmi cərrahlıq məktəbinin banisi. Mənşəcə almandır. Sankt-Peterburq (Kallina) Tibbi-Cərrahlıq Məktəbini bitirmədən 1788 ildə donanmaya səfərbər edilmişdir; 1788–1790 illərdə Rusiya-İsveç müharibəsində gəmi həkimi kimi iştirak etmiş, Stokholmda əsirlikdə olmuşdur. Rusiyaya qayıtdıqdan sonra Admirallıq hospitalında prozektor, Kronştadtda Tibbi-Cərrahlıq Məktəbində anatomiya, fiziologiya və cərrahlıq kafedrasının müdiri işləmişdi. 1797-ci ildən Kallina Tibbi-Cərrahlıq Məktəbində cərrahlıqdan dərs demişdir; 1800–1833-cü illərdə Sankt-Peterburq Tibbi-Cərrahlıq Akademiyasında cərrahlıq kafedrasının müdiri (1809 ildən akad.) olmuşdur. Buşun əsas əsəri cərrahlığı ən yeni nailiyyətlərini və özünün elmi-klinik tərcrübəsini ümumiləşdirdiyi cərrahlıq üzrə fundamental dərslikdir (1807–1808). Travmatologiyanın inkişafında xidmətləri böyükdür (məs., sınıqların dərhal yerinə salınmasını ilk təklif edənlərdən biridir). Rusiyada ilk cərrahlıq klinikasını yaratmışdır (1806). Sankt-Peterburqda Alman Həkimləri Cəmiyyətinə rəhbərlik etmişdir. 1838-ci ildə Tibb-Cərrahlıq Akademiyasında B. ad.
İvan Nevistiç
İvan Nevistiç (rus. Ivan Nevistić; 31 iyul 1998, Dyakovo, Osiyek-Baranya jupaniyası[d]) — Xorvatiya Futbol Liqasının "GNK Dinamo Zaqreb" klubunda qapıçı kimi çıxış edən xorvatiyalı peşəkar futbolçu. == Klub karyerası == Nevistiç karyerasına "Dyakovo" klubunda başlayıb, 2015-ci ilin iyununda isə "Riyeka"nın gənclər komandasına qoşulub. O, ilk peşəkar müqaviləsini həmin klubla 2016-cı ilin iyununda imzalamışdır. Nevistiç peşəkar olaraq ilk illərinin çoxunu icarə əsasında "Varajdin" klubunda keçirib. O, burada bir mövsüm keçirmiş və 32 matçda oynamışdır. 2018-ci ilin iyulunda Nevistiç "Riyeka" ilə 4 illik yeni müqavilə imzalayıb. Elə həmin il Nevistiç Sloveniyanın "Mura" klubuna icarəyə verilir və o, burada sadəcə ehtiyat qapıçı kimi 1 oyunda iştirak edir. "Riyeka" klubu 2020–21 UEFA Avropa Liqasında öz qrupunda sonuncu yeri tutduğuna görə Nevistiç qrup mərhələsindəki hər hansı digər qapıçıdan daha çox seyv (19) etmişdir. == Beynəlxalq karyera == Nevistiç Xorvatiyanın U-14-dən U-20-ə qədər gənclərdən ibarət müxtəlif milli komandalarında çıxış edib.
İrəvan İdman Klubu
İrəvan İdman Klubu — Azərbaycanda İdman Klubu. Göygöl rayon "İrəvan" idman klubu 2020-ci ildə Qərbi Azərbaycan İcmasının daima dəstəyi nəticəsində yaranıb. "İrəvan" İdman Klubu mütəmadi olaraq Göygöl rayonu Gənclər və İdman İdarəsi ilə birlikdə İdmanın müxtəlif növləri üzrə rayondaxil turnirlər, birinciliklər keçirir. Hal-hazırda Göygöl rayon "İrəvan" idman klubunda 200 nəfərə yaxın idmançı idmanla məşğul olur. İdmançıların peşəkarlığını artırmaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün klub mütamadi olaraq daxili yarışlar, rayon birincilikləri, açıq çempionatlar və kütləvi idman tədbirləri təşkil edir. 1996-cı ildə gənclər arasında, 1998-ci ildə böyüklər arasında Rusiya çempionu olan, Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, 2-ci dan qara kəmər ustası, 24 il məşqçi müəllim işləyən İrəvan idman klubunun direktoru Cəfərov Fəxri Faiq oğlunun peşəkarlığı və işinə məsuliyyətlə yanaşması sayəsində Göygöl Rayon İrəvan İdman klubunun tərkibində İdmanın 6 növü üzrə bölmələr fəaliyyət göstərir. Fəaliyyətə başladığı 2 il müddətində Azərbaycan, Dünya, Avropa çempionatlarından çoxlu sayda qızıl, gümüş və bürünc medallar qazanılıb. 2022-ci ildə Taekvon-do İTF və Hapkido Fedarasiyasının keçirdiyi açıq Bakı birinciliyində klub ən yaxşı nəticə əldə edib. 16 idmançının 12 nəfər 1-ci yerə, 2 nəfər 2-ci yerə və 2 nəfər 3-cü yerə layiq görülüb. 2022-ci ildə "MMA" Fedarasiyasının keçirdiyi ilin ən yaxşı klubu nominasiyası "İrəvan" idman klubu seçilib.