Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnstitut
İnstitut müəyyən bir məqsəd üçün yaradılmış olan mütəşəkkil bir təşkilatdır. Onlar müntəzəm olaraq müəyyən bir mövzular üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılırlar. Bəzi ölkələrdə institutlar universitetlərin bir hissəsi də ola bilirlər. İnstitut sözü latınca Institute və ya institutum sözündən götürülmüşdür. Ümumiyyətlə, institutlar müəyyən mövzularda tədqiqatllar aparmaq üçün yaradılmış olan tədqiqat və ya ictimai təşkilatlardırlar (tədqiqat institutu və ya sosial institut). Onlar həmçinin də müəyyən bir peşə ilə bağlı və yaxud da peşəkar təşkilatlar da ola bilərlər.
İstiot
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
İstisu
Yaşayış məntəqələri İstisu (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. İstisu (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. İstisu (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. İstisu (Kosər) — Iranın Ərdəbil ostanında kənd. İstisu (Salmas) — İstisu (Dərələyəz mahalı) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. İstisu qəsəbəsi İstisu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda qəsəbə. İstisu (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə. Digər İstisu (içki) — Azərbaycanın ərazisində çıxan təbii, müalicəvi mineral su. İstisu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda mineral su mənbəyi. İstisu — Astara rayonu ərazisində müalicəvi mineral bulaqlar.
Betle istiotu
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
İnstitut (Samux)
İnstitut — Azərbaycan Respublikasının Samux rayonunun Çoban Abdallı inzibati ərazi vahidində fəhlə qəsəbəsi. Yaşayış məntəqəsi Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Zaqafqaziya Maşın-Sınaq Stansiyasının birləşmiş qəsəbələrindən ibarət olub, 1964-cü ildən ərazisindəki elmi-tədqiqat institutunun adı ilə adlandırılmışdır.<ref name="ATEL"/ Qəsəbə Gəncəçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisi 2000 nəfərdir. Əhalisinin əsasını azərbaycanlılar təşkil edir. Bundan başqa ruslar, ukraynalılar da yaşayır.
İnstitut (dəqiqləşdirmə)
İnstitut — elmi tədqiqat idarəsi; ali məktəb növü; İnstitut — ictimai quruluşun bu və ya digər forması; İnstitut — rok-qrup. İnstitut — futbol klubu. İnstitut (Samux) — Samuxda yaşayış məntəqəsi.
Sosial institut
Sosial və ya ictimai institut — bu və ya digər cəmiyyətə və ya bu və ya digər sosial qrupa xas olan, kollektiv şəkildə paylaşılan dəyərlərə əsaslanan və hərəkət, düşüncə və hiss üsulları kimi ümumiləşdirilən bir-biri ilə əlaqəli normalar sistemi. Sosial institutlar normalar və sosial gözləntilər əsasında qurulur və sosial həyat praktikalarını doğurur. Sosial institutlar ideyası sosial struktur anlayışı və insanların sosial mütəşəkkil fəaliyyəti ilə əlaqələndirilir . İnstitutlara xüsusi mülkiyyət, demokratiya, vətəndaşlıq, nikah, müqavilə, ailə və s. misal göstərmək olar. İnstitutlar sosial rolları müəyyən edir , sosial institutlarda dəyişikliklər sosial dəyişikliyin əsas meyarı hesab olunur . Belə bir fikir var ki, bu və ya digər ölkədə mövcud olan sosial institutların xarakteri həmin ölkənin uzunmüddətli perspektivdə inkişafının uğur və ya uğursuzluğunu müəyyən edir. Ehtimal olunur ki, ictimai elmlərdə "institut" terminini ilk dəfə italyan filosofu və tarixçisi, müasir sosiologiyanın sələfi Cambattista Viko (1668–1744) işlətmişdir. 1693-cü ildə mülki qurumlar haqqında bir neçə əsər yazmışdır. Sosioloji ədəbiyyatda "institut" anlayışı sosiologiyanın bir elm kimi formalaşmasından bəri istifadə olunmağa başlandı və institusional yanaşma sosiologiyanın yaradıcıları — Ogust Kont və Herbert Spenserə qədər gedib çıxır.
Birillik istiot
Klint İstvud
Klint İstvud (ing. Clinton Elias Eastwood, Jr.; d. 31 may 1930, San-Fransisko, Kaliforniya, ABŞ) — məşhur ABŞ kinoaktyoru və rejissoru. O, 55-dən artıq filmdə çəkilmiş, 4 Oskar və 3 Qızıl Qlobus mükafatına layiq görülmüşdür. 1960-cı illərin ortalarında Serco Leonenin spagetti vestern janrındakı filmlərində ifa etdiyi rollar sayəsində dünya şöhrəti qazanmışdır.
Qara istiot
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı istiot
İstiot nanə
İstisu (Astara)
İstisu (Kəlbəcər)
İstisu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu qəsəbə inzibati ərazi dairəsində qəsəbə. İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınmışdır. Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. Bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. İstisuyun hərarəti 58,8 0C dərəcədir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s.
İstisu (Lənkəran)
İstisu (əvvəlki adı: Kirov) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə İstisu şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi İstisu qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə rayon mərkəzindən 7 km aralıda, Talış dağlarının ətəyində yerləşir. Vaxtilə 1000 hektara yaxın olan ərazini əhatə edən qəsəbə hazırda cəmi 678 hektardır ki, bunun da 200 hektarından çoxu yaşayış evlərinin payına düşür. Əhalisi 3630 nəfərdir, 1880 nəfəri qadınlar, 19 nəfəri "Qəhrəman ana"dır, 718 ailə təsərrüfatı var(2017). Sovet dövründə qəsəbə sakinlərindən Xanımqız Qədirova SSRİ Ali Sovetinin, Tuğra Əliyeva və Nadir Məmmədov Azərbaycan SSR Ali Sovetinin deputatları seçilmişdilər.
İstisu (Masallı)
İstisu — Masallı rayonunda yerləşən sanatoriya, tam adı - İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasıdır. İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər. İstisuyin həqiqətən də müalicəvi olmasını XX əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut etmişdir. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan zaman – 1971-ci ildə, Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb. İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziyaya malikdir.
İstisu (Salmas)
İstisu (fars. بگرم‎آ “Abgərm”) və ya Dərmanabad — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd 2006-cı il məlumatına görə kənddə 598 nəfər yaşayır (113 ailə).
İstisu (Xaltan)
İstisu — Quba rayonu ərazisində yerləşən təbii mineral bulaq. Burdan çıxan isti kükürdlü və digər mineral tərkibli təbii su Kəlbəcərdəki İstisu bulağından sonra Azərbaycan ərazisində ən keyfiyyətli təbii müalicə mərkəzi hesab olunur. Hər il minlərlə insan müalicə məqsədilə İstisuda qonaq olur. Gələnləri daha çox ölkənin şimal və şimal-şərq rayonlarının əhalisi təşkil edir. Gil-gilçay çayının mənbəyinə yaxın-Xaltan və ya Dəhnə kəndlərinin yaxınlığında yerləşən bu müalicəvi ərazidə su vannasının qəbulu üçün iki bina inşa edilmişdir. Çayın sağ sahilindəki bulaq sol sahildəki bulaqla müqayisədə daha istidir. Bu isə həmin bulağın mənbəyinin yerin daha dərin qatında yerləşməsi ilə bağlıdır. Bu iki bulağn ətrafında isə çoxlu sayda isti kükürdlü suyu olan kiçik bulaqlar vardır. Ölkə ərazisindəki bir çox istu sularla müqayisədə burda su şor tamlı deyil. Qubanın Xaltan kəndi yaxınlığında yerləşdiyi üçün burdan çıxan suyu bəzən Xaltan və ya Xaldan suyu da adlandırırlar.
İstisu (Xaçmaz)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
İstisu (içki)
İstisu — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun hidrotermal, karbon qazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı-natriumludur. Kəlbəcər rayonu ərazisində çıxır. Slovakiyada çıxan Karlovı-Varı mineral suyuna yaxındır. Mədə-bağırsaq, maddələr mübadiləsinin pozuntuları, habelə hərəkət orqanları, sinir sistemi və ginekolojixəstəliklərə tutulanlar bu su ilə müalicə olunur, xroniki qəbzlik, qaraciyər, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir. Erməni silahlı qüvvələrinin işğalına qədər İstisu yaxınlığında mineral su dolduran zavod fəaliyyət göstərirdi.
İstisu (İsmayıllı)
İstisu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun İstisu kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 912 nəfərdir ki, onun da 480 nəfəri kişi, 432 nəfəri qadındır. Kənd Qalacıq turizm zonasında yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları kənddən keçir. Əhali əsasən bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur. Kəndə avtomobillə getmək olar.
İstisu bələdiyyəsi
İstisu bələdiyyəsi (Lənkəran)
İstisu kurortu
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutqun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.
İstisu qəsəbəsi
İstisu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda qəsəbə. İstisu (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə.
İstisu sanatoriyası
İstisu kurortu və ya İstisu sanatoriyası — 1927-ci ildə yaradılmış Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr yüksəklikdə yerləşən müalicə-istirahət mərkəzi. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. Burada hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. 1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutqun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra kurort tamamilə dağıdılıb, burada çıxan mineral müalicəvi sular isə qanunsuz olaraq başqa ad altında xarici ölkələrə satılıb. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın ayının 25-də Kəlbəcər işğaldan azad edilib. İstisu kurortu Kəlbəcər rayonunun İstisu qəsəbəsində 2225 metr hündürlükdə yerləşir. Burada yerləşən bulaqlar 1138-ci ildə güclü zəlzələ zamanı yer qabığının qabarması və çatlaması nəticəsində əmələ gəlib. Bulaqların müalicəvi xüsusiyyətlərinin olması yerli əhaliyə XII əsrdən məlum olub.