Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Istakan-Arıta
Istakan-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malikdir. Cənub-qərb sahilləri sıldırımlıdır. Adada 5 metr hündürlüyə malik təpə vardır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Sinniqes-Arı adası yerləşir. Ərazisində elədə böyük olmayan gölləri vardır.
Stəkan
Stəkan — adətən qulpsuz olan, silindr və ya kəsik konus formasına bənzəyən, isti və soyuq içkilər içilməsi üçün nəzərdə tutulan əsasən şüşədən hazırlanan qabdır.
İstiran (Xoy)
İstiran (fars. استران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.196 nəfər yaşayır (221 ailə).
Aleksey Stukas
Aleksey Stukas (17 fevral 1979, Odessa – 2002, Odessa) — Ukrayna və Azərbaycan futbolçusu, yarımmüdafiəçi. == Klub karyerası == Odessa futbolunun yetirməsi. On altı yaşında ikinci liqada çıxış edən Dinamo-Fleş komandasında debüt etdi. 1995/96 mövsümü başa çatdıqdan sonra bu klub həvəskar statusu aldı. Aleksey həvəskar səviyyədə çıxışlarını davam etdirdi. 1998-ci ildə "Neftçi"yə dəvət olundu. Bakı təmsilçisinin heyətində o, ölkə kubokunu qazandı. həmçinin 1999-cu ildə "Kəpəz" komandasına vurduğu qolla klubun çempionatda 500-cü qolunun müəllifi oldu. Sonradan Azərbaycan vətəndaşlığını aldı. Ukraynaya qayıtdıqdan sonra "Mikolayiv" munisipal futbol klubunda bir mövsüm keçirdi, orada o, digər milliləşən Azərbaycanlı oyunçu Vladimir Poşexontsev və sonradan milliləşən Aleksandr Çertoqanov ilə brilikdə oynuyurdu.
Armudu stəkan
Armudu stəkan — Azərbaycanda çay dəstgahının tərkib hissəsi Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkan olaraq qalsa da, digər stəkan və fincanlara üstünlük verənlər də yetəri qədər var. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.
Corc İstman
Corc İstmen (ing. George Eastman, 12 iyul 1854[…] – 14 mart 1932[…], Roçester[d], Nyu-York ştatı) — amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Corc İstmen 1854-cü ildə ABŞ-nin Uotervill şəhərciyində varlı olmayan biznesmen aliləsində anadan olub. Yeddi yaşında ikən atası vəfat edib, anası isə ailəni saxlamaq üçün evlərinin otaqlarının kirayəsi ilə məşğul olub. Çəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq Roçester bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir. === Şirkətin yaranması === 24 yaşında İstmen Santo-Dominqoda dincəlməyi və şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyirdi. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
Merilin İstman
Merilin İstman (ing. Marilyn Eastman; 17 dekabr 1933, Davenport[d], Ayova – 22 avqust 2021, Tampa, Florida) — ABŞ aktrisasıdır. Ən yaxşı çəkildiyi film Yaşayan ölülərin gecəsi filmidir. Merilin ABŞ yazıçısı və diktoru Con F. İstman ilə ailə həyatı qurmuş və onların üç övladı dünyaya gəlmişdir. Merilin İstman 1937-ci il tarixində Ayova ştatında anadan olmuşdur. Film karyerasına 1957–1966-cı illərdə çəkilmiş "Perri Meyson" televiziya serialı ilə başlamışdır. Ardınca 1968-ci ildə çəkilmiş Yaşayan ölülərin gecəsi filmində Helen personajını canlandırmışdır. Bu filmdə populyarlıq əldə etmiş və bir müddət film karyerasından uzaqlaşmışdır. 1995-ci ildə "Qonaq", 1996-cı ildə isə Santa Klaus" filmlərinə çəkilmişdir.
İsakan (Urmiya)
İsakan (fars. عيسي كان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
İstvan Tatar
İstvan Tatar (24 mart 1958 — 2 yanvar 2017) — Beynəlxalq yarışlarda Macarıstanı təmsil edən sprinter. O, 1980 Yay Olimpiya Oyunları və 1988 Yay Olimpiya Oyunlarında 100 metr və 4 × 100 metr məsafəyə qaçış yarışlarında iştirak etmişdir.
İştvan Mesaroş
İştvan Mesaroş (mac. Mészáros István; 19 dekabr 1930, Budapeşt – 1 oktyabr 2017, London, İngiltərə, Birləşmiş Krallıq) — macar əsilli filosof və iqtisadçı, Sasseks Universitetinin (Böyük Britaniya) əməkdar professoru. 1956-cı ildə Sovet işğalından sonra Macarıstanı tərk etdi. Onu müasir Qərb marksizminin nümayəndələrinə aid edirlər. Həmçinin özünü post-marksist adlandırırdı. İştvan Mesaroş fəhlə ailəsindən olub və anası tərəfindən böyüyüb. Müharibə şəraitində o, doğum haqqında şəhadətnaməni saxtalaşdıraraq on iki yaşında fabrikdə işləməyə başladı (işçiliyin minimum yaşı on altı idi).Gənc işçi olaraq, ilk dəfə beynəlxalq əmək istismarı — kişilər və qadınlar arasında əmək haqqı bərabərsizliyi ilə qarşılaşdı - onun xaricə məxsus müəssisədə (Standart radio fabriki) işləyən yetkin fəhlə yoldaşları macar işəgötürənində işləyən anasından daha çox maaş alırdı. Mesaroş yalnız İkinci Dünya Müharibəsi başa çatdıqdan və pulsuz təhsilin tətbiqindən sonra təhsil ala bildi. O, Budapeşt məktəbinə daxil olub — Budapeşt Universitetinin Estetik İnstitutunda Georg Lukaçın assistenti kimi çalışıb, 1954-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1956-cı ildə o, marksist və anti-stalinist yönümlü olan Eszmélet jurnalının icraçı redaktoru vəzifəsində çalışdı.
İştvan Nyerş
İştvan Nyerş (macar. Nyers Istvan; 25 may 1924 və ya 25 mart 1924 – 9 mart 2005, Subotiça, Serbiya və Monteneqro) — Macarıstanlı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu eyni zamanda Stefano Niers (it. Stefano Nyers) və Etienne Nyers (fr. Etienne Nyers) adları ilədə tanınır. İştvan Nyerş 24 mart 1924-cü ildə Fransanın Lotaringiya bölgəsinin Mozel departamentində olan Fremen-Merlebach şəhərində anadan olub. Macarıstanın Özd şəhərindən olan atası, ixtisasca mədənçi idi və İştvan doğulmazdan əvvəl ailəsi ilə birlikdə Fransaya işləmək üçün köçmuşdu. İştvan uşaq olan zaman ailəsi Fransadan Macarıstanın Subotiça şəhərinə qayıdır və İştvanın uşaqlığı burada keçir. İştvan futbolçu karyerasına "Sabadqai Vashutash" klubunda başlayır.
İştvan Peli
İştvan Peli (ing. Istvan Pely; d. 1974, ABŞ) — ABŞ video oyun rəssamı və dizayneri. Onun videooyunlarına olan marağı atası evə bir Apple IIe kompüteri gətirəndə başlamışdır. İştvan kollecdə təhsil aldığı vaxtlarda üçölcülü kompütür qrafikaları ilə maraqlanmağa başlamış və 3D Studio R2 proqramı ilə tanış olmuşdur. İştvan bir neçə dostu ilə "Majectic" (azərb. Əzəmətli‎) adlı bir Mac/PC macəra oyunu hazırlamış və onu məzun olmazdan əvvəl satışa çıxarmışdır. İştvan 1997-ci ildə "Bethesda Softworks"a qoşulmuş və şirkət üçün daha iki videooyunu, yəni "Symbiocom" və "Zero Critical"ı hazırlamışdır. İştvan Peli 2006-cı ildən etibarən "Bethesda Softworks" videooyun şirkətində birbaşa fəaliyyət göstərir. O, ilk olaraq "The Elder Scrolls IV: Oblivion" videooyununda baş mədən rəssamı olaraq fəaliyyət göstərmişdir.
İştvan Seçeni
İştvan Seçeni (mac. István Széchenyi, 21 sentyabr 1791, Vyana – 8 aprel 1860, Döblinq) Macar dövlət xadimi və yazıçısı. O, 1848-ci ildə baş vermiş macar inqilabının 4 liderindən biri olmuşdur. Seçeninin bir vaxtlar ictimai və iqtisadi həyatda başladığı proseslər macar cəmiyyətində dərin izlər buraxmışdır. Elə buna görə də o, hər nə qədər özünü Macar millətinin "qulu" adlandırsa da, Macar tarixində "Ən böyük Macar" (ing. The Greatest Hungarian) adına layiq görülmüşdür. İştvan Seçeni 1771-ci ildə Vyanada macar əsilzadə olan qraf Ferens Seçeni ilə Yuliyana Festetiç de Tolnanın ailəsində anadan olmuşdur. Seçeni ailəsi Macarıstanın ən qədim və soylu ailələrindən biri idi. Seçeninin atası Macarıstan Milli Muzeyinin qurucularından idi . Seçeni öz uşaqlığını Vyanada və Nadçenkdə keçirtmişdi.
İştvan Yuhaz
İştvan Yuhaz (tam adı: mac. István Juhász; 2 iyul 1943, Budapeşt) — çoxluqlar nəzəriyyəsi üzərində işləmiş macar riyaziyyatçı. Hazırda Macarıstan Elmlər Akademiyasının Renyi Riyaziyyat İnstitutunda çalışır. İştvan Yuhaz 1966-cı ildə Eötvöş Lorand Universitetindən məzun olub və 1974-cü ilədək burada işləyib. Həmin ildən etibarən Macarıstan Elmlər Akademiyasının Alfred Renyi Riyaziyyat İnstitutunda fəaliyyət göstərib və hazırda həmin institutun emerit professorudur. Yuhaz 1977-ci ildə Akademiyada elmi işini müdafiə edərək elmlər doktoru dərəcəsi alıb. 2007-ci ildə Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2015-2018-ci illərdə Avropa Çoxluqlar Nəzəriyyəsi Cəmiyyətinin prezidenti olub. Studia Scientiarum Mathematicarum və Topologiya və onun tətbiqi jurnallarının redaktə heyətinin üzvüdür.
İtuçan şəlaləsi
İtuçan şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonunun Şin kəndi ərazisində yerləşən şəlalə. İtuçan şəlaləsi elmi ədəbiyyata yeni daxil edilən şəlalələrdən biridir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 2023-cü ilin avqust ayında Şəki rayonu Şin çayı, çayın qolları və ətraf ərazilərində regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı şəlalə aşkar edilib. Şəlalə Şin çayının sağ sahilində, dəniz səviyyəsindən 1299 metr hündürlükdə, tarixi Axtı-Şəki yolunun üzərində yerləşir. Alim Qafqaz Ağabalayev verdiyi məlumata görə, Elvin Qarayev tərəfindən aşkar edilən yerli əhalinin "İtuçan" adlandırdığı şəlalə bugünə qədər elmi mənbələrdə qeyd olunmayıb. Şəlalə yerli əhali tərəfindən İtuçan adlandırılır. Şəlalənin yerli əhali tərəfindən "İtuçan" adlandırılmasının əsas səbəbi isə əvvəlki vaxtlarda həmin şəlalənin yerləşdiyi bu yoldan bir çoban itinin yıxılıb ölməsi ilə bağlıdır. Şəlalə 14 metr hündürlükən tökülməkdədir.
Lüdmila Tukan
Lüdmila Tukan (rum. Ludmila Tukan 21 iyun 1982, Çadır-Lunqa, Qaqauziya) — Qaqauz müğənnisi, bəstəkar mahnılarının ifaçısıdır. 2013 Türkviziya Mahnı Müsabiqəsinin iştirakçısı. == Bioqrafiyası == Lüdmila Tukan 21 iyun 1982-ci ildə Moldova Respublikası, Qaqauziyanın Çadır-Lunqa şəhərində anadan olmuşdur. Uşaqlığını və gəncliyini Qaqauziyanın Bağırçı kəndində keçirmişdir. Müğənni kimi karyerasına 1998-ci ildə başlayır. 2008-ci ildə "Qagauziyanın gümüş səsi" yarışmasında Lüdmila ilk qran-prini qazanır. Üç ilə yaxın, o, popular pop üslubunda doğma qaqauz dilində, eləcə də rus və moldavan dillərində mahnılardan ibarət olan "Sana, mamu" ("Sənə, ana") adlı ilk albomunun qurulması üzərində işləmişdir. Müğənni ilk diskini sevimli anasına həsr edir. 2011-ci il müğənni üçün karyerasında bir dönüş nöqtəsi olur.
Sükan hidrogücləndiricisi
Sükan hidrogücləndiricisi - sükan idarə mexanizminin tərkib hissəi olub, avtomobilin hidravlik sistemi vasitəsilə hərəkət zamanı avtomobilin idarə olunmasını asanlaşdırır və əksəlaqəni saxlayaraq verilmiş trayektoriya üzrə hərəkətin stabilliyini təmin edir. Sükan hidrogücləndiricisi elə quraşdırılmışdır ki, onun sıradan çıxması zamanı sükanın idarə edilməsi pozulmayır, bu halda sükan sadəcə ağır işləyir. Hidrogücləndirici özündə qapalı hidravlik sistemi təsvir edir. Buraya nasos, təzyiq tənzimləyicisi, hidravlik maye qabı, ventili və hidrosilindri idarəedən siistem daxildirlər. Avtomobilin mühərrikindən hərəkət alan nasos, mayeni lazımi səviyyədə saxlayan təzyiq tənzimləyicisi və maye qabı hidrogücləndiricidə təzyiq meyillənməsini stabilləşdirməyə xidmət edir. İkitərəfli gücləndirici hidrosilindr müasir avtomobillrdə adətən sükanın idarə sistemindəki darağa birləşdirilir və onun hərəkətinə güc verir. Ventil sükan valına bərkidilir və ona düşən momentə uyğun reaksiya verir. Sükanın dönmə hərəkətini ventilin işləməsinə çevirmək üçün çoxlu sayda üsullar mövcuddur. Bunların əksəriyyəti valda hərəkətli hissənin yerləşdirilməsinə əsaslanır. Müasir avtomobillərdə valın hərəkətli hissəsi rolunu torsion oynayır.
Tukan (bürc)
Tukan (lat. Tucana) - göyün cənub yarımkürəsində bürc.
Müqəddəs I İştvan
Stefan və ya Müqəddəs I İştvan (mac. (Szent) I. István, lat. Sanctus Stephanus) və ya Böyük (ttəq. 975, Esterqom, Esterqom[d] – 15 avqust 1038, Sçentkirali[d], Esterqom[d]) — Arpad sülaləsindən olan Nitran knyazı (995–997), böyük knyaz (mac. nagyfejedelem, 997-ci ildən) və Macarıstanın ilk kralı (1000/1001). Macarıstanların xristianlaşdırılması üçün canonlaşdırıldı. Katoliklər və pravoslavlar tərəfindən pozulmuşdur. Nəhayət, onun hökmranlığında, mütləq monarxiya rejimi quran Macarıstan tayfaları birləşdi. Vəftizdən sonra xristian adı İştvan (Stefan) aldı. Həm valideynləri vəftiz olunmasına baxmayaraq, Istvan Arpad ailəsinin ilk dindar xristian idi.
Müqəddəs İştvan Universiteti
Sent İştvan Universiteti (ing. Szent István University, mac. Szent István Egyetem) və ya qısaca SZIU — Macarıstanın ən böyük kənd təsərrüfatı universitetidir.
Sent İştvan Universiteti
Sent İştvan Universiteti (ing. Szent István University, mac. Szent István Egyetem) və ya qısaca SZIU — Macarıstanın ən böyük kənd təsərrüfatı universitetidir.