Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karakal
Karakol
Karakol (qırğ. Каракол) — Qırğızıstan Respublikasında şəhər. İssıkkul vilayətinin mərkəzi. Avtomobil yolları qovşağı. Yeyinti və yünkül sənayesi var. Tikinti materialları istehsal olunur. 1869-cu ildə salınmışdır.
Arakül
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdırXIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Karakul (Şaran)
Karakul (başq. Ҡаракүл, rus. Каракулька) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 7 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 27 km. == Əhali == == Tarixi == 1896-cı ildə Karakulda 9 həyət, 43 sakit (21 kişi, 22 qadın) vardı. 1920-ci ildə isə qəsəbədə 19 həyət və 117 sakin (52 kişi, 65 qadın) yaşayırdı. 1926-cı ildə Şaran rayonu Belebeevski kantonu Başqırdıstan MSSR aid idi. 1982-ci ildə kənd olaraq 40 sakinə sahib idi.
Karakol kəpənəkçiçəyi
Karakol kəpənəkçiçəyi (lat. Aconitum karakolicum) - kəpənəkçiçək cinsinə aid bitki növü.
Qamze Karakol
Qamze Karakol (15 dekabr 1998) — Türkiyəli qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Qamze Karakol İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Karabük
Karabük — Türkiyənin Karabük ilinin inzibati mərkəzi.
Karajal
Karajal (qaz. Қаражал) — Qazaxıstanın Karaqanda vilayətində, Qaraqanda şəhərindən 320 km cənub-qərbdə regional bir tabelik şəhəri. Jarık - Jezkazqan xəttindən dəmir yolu xəttinin terminal stansiyası (66 km). Dağ-mədən sənayesinin (dəmir filizi) inkişafı ilə əlaqədar olaraq meydana gəldi. Karazhal qəsəbələri şəhər rəhbərliyinə tabedir: Karajal şəhəri; JaYrem kəndi; qəsəbə Şalqinski.Bundan əlavə, keçmiş ZhGOK-un alt təsərrüfatı olan Ktai (Aktai), Klych, VSO, GRE qəsəbələri, Şalgiya kurortu da var .
Karakas
Karakas (isp. Caracas) — Venesuela Respublikasının paytaxtı. == Əhalisi, dili, dini == Rəsmi məlumatlara görə Karakas şəhərinin federal dairənin hüdudları və şəhərətrafı yerlər də daxil olmaqla əhalisinin sayı 2 mln nəfər təşkil edir. Lakin faktiki olaraq əhalinin sayı 4,5 mln nəfərə yaxındır. Karakas əhalinin sıx məskunlaşdığı şəhərdir. Burada Venesuela əhalisinin altıda biri yaşayır. Paytaxt əhalisi arasında ispan-hindu qarışığı üstünlük təşkil edir. Əhalinin təqribən 20%-i İspanlar, italyanlar, portuqallar və digər Avropa mənşəli xalqlar təşkil edir. Bunlarla yanaşı, Karakasda çox qonşu Kolumbiyanın əhalisi də məskunlaşmışdır. Zəncilər əhalinin 10%, hindular isə ən çoxu 2%-ni təşkil edir.
Qarapul
Qarapul — İrəvanda qarapul adlanan mis pullar kəsilirdi. Dörd qarapul, yeddi rus mis qəpiyinə bərabər idi. == Mənbə == == Həmçinin bax == İrəvan xanlığı Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Arakel
Arakel — erməni kişi adı. Arakel Təbrizli — erməni əsilli salnaməçi, tarixçi və din adamı.DigərArakel — Gürcüstanın Bolnisi rayonunundakı kəndin digər adı.
Orakul
Orakul (lat. oraculum, "danışıram, diləyirəm" mənalarını verən oro sözündən əmələ gəlir) — antik dövrdə ən çox yayılmış fal forması. O, inananların istəyi ilə tanrı adından orakul adlandırılan kahin tərəfindən gələcək haqqında xəbər verməkdən ibarət idi. Daha geniş mənada, orakul həm xəbərin elan olunduğu yer və həmin xəbərin mətni demək idi. Müasir dildə orakul gələcəkdən xəbər verən və həmçinin hər fikiri danılmaz həqiqət və vəhy olan insana deyilir. == Mənşəyi == Delfiyalı pifiya xaricində bütün qədim orakullar kişi cinsinə aid idilər. Tarixçilər orakulların Qədim Yunanıstana Qədim Şərqdən gəldiyini iddia edirlər, çünki oxşar falçılıq yerləri Mari, Assuriya və Qədim Misir şəhəri olan Butoda mövcud idilər.Herodotun yazdığına görə, Qədim Yunanıstan orakullarından ən qədimi Epir regionunun Dodona şəhərində yerləşirdi. Ora yunanların Elladaya gəlməsindən əvvəl yarandığı güman edilir və ehtimala görə, əvvəl bura yunan ənənəsində yer tanrıçası Geya olaraq təfsir edilən Ana Tanrıçasının müqəddəs yeri idi. Göründüyü kimi, qədim orakkuların hamısı kimi ora da xtonik kultu ilə əlaqəli idi, çünki kahinlər gələcək haqqında xəbərləri müqəddəs palıd yarpaqlarının xışıltısından verirdilər. Herodot başqa orakullardan də bəhs edir.
Kandrakul gölü
Kandrakul (başq. Ҡандракүл) - Başqırdıstanın ikinci böyük gölü. Tuymazı rayonunda, rayon mərkəzindən 25 km cənub-şərqdə - Tuymazı şəhərində, Başqırdıstanın meşə-çöl zonasında yerləşir. Suyun həcmi 0.1127 km³-dir. Dəniz səviyyəsindən yüksəklik - 167 metrdir. Gölün maksimal dərinliyi 16,5 m, orta dərinliyi isə 7,2 metrdir. Gölün təxmini ölçüləri 8 × 3,6 km-dir. == Ümumi məlumat == Karst-uçqun mənşəlidir. Göl sahili iki terrasdan ibarətdir: qumlu və delyüvial çöküntülər və sementləşmiş qumdaşı dağ süxurları. Gölün şimal-şəqr və şərq sahilləri alçaqdır, geniş qumlu çimərlikə malikdirlər.
Karabük ili
Karabük ili — Türkiyədə il.
Karasun gölü
Karasun — Krasnodar şəhərində yerləşən göllər sistemi.Əvvələr Karasun çay olmuşdur. Sonradan bəndlər vasitəsi ilə gölə çevrilmişdir Karasun çayının və gölünün adı çərkəz (adıq) mənşəli olub "карапсын" (Кlуэрейпсын) — mənbə, bulaq, yerini dəyişən deməkdir. Yerini, yatağını dəyişən çayları belə adlandırırdılıar. == Ümumi məlumat == Müasir dövrdə Karasun göllər sisteminə 15 göl daxildir: İkisi Pokrovski gölləri ("Kuban" stadionu yaxınlığında), üçü Kalininski gölləri (Selezneva və Stavropol küçələri arasında yerləşir) və on Paşkovski gölləri. Bu ərazidə çay tamamilə bəndlərlə tutularaq göl hövzələrinə çevrilib. Göllərin sahili qamışlıqla örtülüb. Göl dibi qalın çöküntü qatına malikdir. 2000-ci illərdə Paşkovski göllərini genişləndirdilər. Bu məqsədlə 60 milyon rubl ayrılmışdır. Payız aylarında Novosibirsk vilayətindən Afrikaya gedən qağayılar göllər ərazisində dayanırlar.
Karatal (Baymak)
Karatal (başq. Ҡаратал, rus. Каратал) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 15 km, kənd sovetliyindən (Akmoron): 20 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Karatup yarımadası
Karatup yarımadası (qaz. Қаратүп) — Aral dənizinin şimal-şərqində, Qazaxıstanın Qızılorda vilayətinin Aral rayonu ərazisində yerləşən keçmiş yarımada. Aral dənizinin dayazlaşmasından əvvəl dəniz boyu uzunluğu (Böyük Sarışıqanak körfəzi tərəfdən) 42 km idi. Sahildəki relyef hündürlüyü 123 m-ə, mütləq maksimum hündürlüyü isə 190 m-ə çatırdı. Hazırda Aral dənizinin quruması səbəbindən yarımada və ona bitişik ərazilər səhradır.
Maracul (Urmiya)
Maracul (fars. مراجول‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (106 ailə).
Qaragül qoyunu
Qaragül qoyunu — qabayunlu qoyun cinsi. Əsasən dərisindən və südündən istifadə edilir .. Qaragül qoyunu əsasən Türkmənistan və İranda saxlanılır. == Qaragül xəzi == Qaraqul xəzinə müxtəlif cins qoyun qurularının dərilərinə aid edilir və bunlar da özlərinin ilkin tük örtüyünün burulma quruluşuna görə fərqlənirlər. Qaraqul xəzi aşağıdakı kimi fərqlənir: təmizcinsli qara rəngli qaraqul; təmizcinsli rəngli qaraqul; təmizcinsli boz rəngli qaraqul; metis (quyruqlu) qara rəngli qaraqul; metis (quyruqlu) rəngli qaraqul; metis cinsdən olan qara rəngli qaraqul; metis müxtəlif cinsdən olan rəngli qaraqul; Doğulmayan, qaraqul cinsli quzu dərisi qaragülçəBunlar yaş fərqinə görə (hətta bir aya qədər günlərin sayına görə) və tük örtüyünün inkişaf dərəcəsinə görə üç yerə ayrılır: qolyak-lütcə (cox zəif tük örtüyü olan) Muar-cox qısa parlaq, iynəyəbənzər dalğavari tük örtüklü (qaragülçə ölü) Klyam zahılığın axırıncı mərhələsindəki embrion dərisi və doğulmuş 1-2 günlük quzu dərisi; tük örtüyü müardan çoxdur və burulma təzə başlayır( buna qaragül-qaragülçəsi deyilir) Sumuşka- doğlmuş, 2-4 günlük quzu dərisi: Yaxobob-doğuluş 1-aya qədər qaraqul cinsli quzu dərisi. Merluşka:-30 günlük quzu dərisi (qara palıdı və ağ rəngli)Qaragül xəzi müxtəlif qoyunların quzu dərilərindən ibarətdir. Qara, boz və çal rəngli təmiz cinsli qaragül dərisi, qara və əlvan rəngli müxtəlif cinslərin (zərif yunlu qoyunlardan başqa) qarışığından olan qaragül dəri saf və qarışıq cinsli qaragülçə (doğulmamış quzu), təbii və boyanmış krım dərisi, təbii və boyanmış güllü dəri, Rusiya və səhra müarının dərisi , güllü və safcinsli yaxobab dərisi bu qrupa daxildir. Bunlardan başqa sənayedə şiraz, Xorason, Əfqan, Tehran, Qərbi Cin və Monqolustan quzu dəriləri də emalı edilir. Qaraqul quzu dərisi qoyunların tükü yaşına görə çox dəyişilir. Dəriyə qiymət verilməsində bu halın çox böyük əhəmiyyəti vardır.
Türkmən karakalı
Türkmənistan karakalı
Öykü Karayel
Öykü Karayel (20 avqust 1990, İstanbul) — türkiyəli aktrisa. == Həyatı == Öykü Karayel, 20 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. == Şəxsi həyatı == Öykü Karayel, 12 iyul 2018 tarixində Can Bonomo ile evləndi.
Əbdürrəhim Karakoç
Əbdürrəhim Karakoç (7 aprel 1932, Əlbistan, Qəhrəmanmərəş ili – 7 iyun 2012, Ankara) — Türkiyə şairi, jurnalist. == Həyatı == Əbdürrəhim Karakoç 1932-ci ilin aprel ayında Qəhrəmanmaraş ilinin Ekinözü ilçəsində dünyaya gəlmişdir. Babası, atası və qardaşları da şair olduğu üçün kiçik yaşlarından şeirə maraq göstəmişdir. İlk yazdığı təxminən 2 kitab həcmində şeirlərini bəyənmədiyi üçün yandırmışdır. 1958-ci ildən etibarən yazdıqlarını "Həsənə məktublar" adı altında 1964-cü ildə 10 000 nüsxəylə çap etdirmişdir. Fədai Nəşriyyatında çap olunan bu kitab qısa zaman içində satıldığına görə yenidən 10 000 nüsxəylə nəşr olunmuşdur. 1958-ci ildə yaşadığı qəsəbənin bələdiyyəsində məsul mühasib işləməyə başlamışdır. 1981-ci ilin mart ayında təqaüdə çıxmışdır. Şeirlərinin əksəriyyəti mübariz ruhdadır. Həcvləri əsasən haqsızlıqların, demokratiya məsxərəsinin tənqidinə yönəlmişdir.
Arakel (Xocavənd)
Arakül (digər adı: Xətai) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd.15 avqust 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Kənd 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adları Arakul, Hərəkül olmuş, hətta ermənilər tərəfindən Arakel də adlandırılmışdır. 1988-ci ildə Ermənistandan qovulmuş Azərbaycan ailələri kənddə məskunlaşdıqdan sonra əhalinin xahişi ilə yaşayış məntəqəsi Azərbaycan şairi və Səfəvilər dövlətinin görkəmli xadimi Şah İsmayıl Xətainin şərəfinə Xətai adlandırılmışdırXIX əsrin ikinci yarısında Ərgünəş və ya Dolanlar kənd icmasında iki Arakel məntəqəsi vardı. Kənddə 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalındakı Sevakar kəndindən və İrəvan əyalətinin Qafan mahalından köçüb gəlmə erməni ailələri məskunlaşmışdı. Kəndin adı onun əsasını qoymuş erməni Arakelin adındandır. Kəndin digər adı Xətaidir.Kəndin əvvəlki adı Qara Quzey olmuşdur. Arakel oykonimi türk dillərindəki arak və el sözlərindən ibarət olub, "su, çay kənarında yerləşən kənd, oba" mənasına uyğundur. Celyabinsk vilayətinin Silaceki kəndi 1968-ci ilədək Arakulski adlanırdı. 1917-ci ildə Cəbrayıl qəzasında Birinci və İkinci Arakul adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.
Arakel Babaxanyan
Leo (erm. Լեո, əsl adı Arakel Qriqoryeviç Babaxanyan; 26 aprel (8 may) 1860, Şuşa – 14 noyabr 1932, İrəvan, Ermənistan SSR, SSRİ) — erməni tarixçisi və yazıçısı. O, İrəvan Universitetinin professoru olmuşdur. == Həyatı == Arakel Babaxanyan Rusiya imperiyasında, Şuşa şəhərində anadan olmuşdur. O, məktəbi bitirmiş, özünütəhsillə məşğul olmuşdur. Şuşada və Bakıda "Aror" erməni mətbəəsində, Qazaryan qardaşları mətbəəsində notarius işçisi, teleqraf və menecer kimi işləmişdir. 1895–1906-cı illərdə "Mşak" qəzetinin əməkdaşı, redaktoru olmuşdur. 1906–1907-ci illərdə Gevorq seminariyasında dərs demişdir. 1924-cü ildən ömrünün sonuna kimi İrəvan Universitetində dərs demişdir. == Elmi fəaliyyəti == O, XX əsrin əvvəllərində Ermənistan tarixinin və mədəniyyətinin əsas problemlərinə dair çoxlu tədqiqatlar dərc etdirmişdir.