Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Acmal Kasab
Məhəmməd Ajmal Amir Kasab (Şablon:Dil-ing; 13 iyul 1987, Pəncab – 21 noyabr 2012, Puna, Maxaraştra) pakistanlı terrorçudur. Laşkare Taiba üzvü. Mumbaydakı hücumdan sonra sağ qalan on terrorçudan yalnız biri. === Bioqrafiya === 13 iyul 1987-ci ildə Pəncab əyalətinin Fəridkot kəndində kiçik yeməkxananın sahibi Əmir Şahban Kəsab və həyat yoldaşı Nura Lahinin ailəsində anadan olub. Kəsabın daha iki qardaşı və iki bacısı var idi. Kasab məktəbdə ingilis dilini öyrənib. Özüm hind dilini öyrədirdim. 2005-ci ildə Ajmal böyük qardaşı Əfzəlin fəhlə olduğu Lahora getdi. Ancaq bir neçə ay qardaşı ilə yaşadıqdan sonra evə qayıtmaq qərarına gəldi və bunu etdi. Lakin tezliklə atası Ajmal yeməkxanada işində ona kömək etmək istəmədiyi üçün şəxsi xərcləri üçün ona pul verməkdən imtina etdi.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kaşan
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Yasab
Yasab — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Yasab oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağ ətəyindədir. Yaşayış məntəqəsi eyniadlı çayın admı daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2018 nəfər əhali yaşayır. Sərhəd Zöhrabbəyov–Baş leytenant «Azərbaycan bayrağı» ordеnli igid döyüşçü. Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба.
Kasıb
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Basdırma kabab
Başab (Kəleybər)
Başab (fars. بشاب‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 455 nəfər yaşayır (112 ailə).
Kasan-Beqones
Kasan-Beqones (fr. Cassagnes-Bégonhès, oks. Cassanhas de Begonhés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kasan-Beqones kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12057. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 21 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 934 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 556 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 411 nəfər iqtisadi fəal, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 72.6%).
Kasax bazilikası
Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan – Gümrü şose yolunun üstündə yerləşən qədim türk məbədi. Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir. Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948-ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir və bu ərazilərin hələ miladdan əvvəlk dövrlərdən türklərin vətəni olması haqqında mənbələrdə çoxlu məlumatlar vardır. Belə ki, mixi yazılı kitabələr, eləcə də antik müəlliflər məhz bu ərazilərin sakini olan sak – skif – massaget tayfalarının tez – tez Urartuya yürüşlər etməsindən bəhs edir. Abaran rayonuna ilk ermənilərin gəlişi 1829 – 1830-cu illərə təsadüf edir. Həin vaxt 56 erməni ailəsi Türkiyədən köçürülərək burda məskunlaşdırılmışdır. == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоединения к Российской империи, СПб., 1852, стр.587–590; Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", В., 1994, səh.20–24.
Kasıb (Urmiya)
Kasıb (fars. كاسب‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (49 ailə).
Kasıb innovasiyası
Kasıb innovasiyası və ya Kasıbyana innovasiya — ehtiyacın ödənilməsi üçün ən sadə və mümkün ən səmərəli yolla, minimum vasitələr istifadə etməklə həyata keçirilən innovativ addımları özündə birləşdirir. == Təsvir == Kasıbyana innovasiya prosesi hər hansı şəraitdə həll yolunun tapılması və işlərin həyata keçirilməsi zəncirində mürəkkəblikləri və xərcləri azaltmaq məqsədi daşıyır. Bu durumlarda innovatorun çox vaxt əlində az vasitə olur və o, problemləri "Piramidanın dibi"ndən başlamaqla həll etməyə çalışır. Hər hansı ayrı-seçkilik və lazımsız əlavələr olmadan ehtiyac olan şeyə dəqiq şəkildə cavab vermək üçün həll yolları maksimum saflaşdırılır. Tətbiq və reallaşdırma vasitələri yüngül, aydın və mümkün ən səmərəli şəkildə olmalıdır. Bu, bir tərəfdən xərcləri və qiymətləri azaltmağa xidmət edir, digər tərəfdən, təvazökar innovatorun sahib olduğu vasitələrin azlığından qaynaqlanır. Bu, istehlakçıların real ehtiyaclarını bilməyi və bu biliyə əsaslanıb innovasiya etməyi tələb edir. == Mənşəyi == Kasıbyana və ya sadə innovasiya hind konsepsiyası Jugaad`dan mənbə götürür. Jugaad konsepsiyası hesab edir ki, bu addım, ümumiyyətlə, çətin mühitlərdə atılır. Kasıbyana innovasiyanın ortaya çıxmasında həmçinin inkişafda olan ölkələrin (İOÖ) də böyük rolu var.
Kaşan (Fransa)
Kaşan (fr. Cachan) — Fransada kommuna, Parisdən 6,7 km cənubda, l’Ai-le-Roz dairəsində və eyniadlı kantonda yerləşir. Burada Kaşan Ali normal məktəbi yerləşir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kaşan (Fransa) ilə əlaqəli mediafayllar var.
Kaşan (İran)
Kaşan — İranın İsfahan ostanının şəhərlərindən və Kaşan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 248,789 nəfər və 67,464 ailədən ibarət idi.
Kaşan (Əhər)
Kaşan (fars. كاشان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (17 ailə).
Kaşan şəhristanı
Kaşan şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kaşan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 297,000 nəfər və 81,816 ailədən ibarət idi.
Kaşub dili
Kaşub dili və ya Kassub dili (Kaşubca: kaszëbsczi jãzëk, pòmòrsczi jãzëk, kaszëbskò-słowińskô mòwa; pol. język kaszubski, język pomorski, język kaszubsko-słowiński) Slavyan dillərinin lehit alt qrupuna aid olan dil.
Lülə kabab
Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Takehiro Kasay
Tikə kabab
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Turşulu kabab
Turşulu kabab – Azərbaycan mətbəxində hazırlanan kabab növü. Lənkəran bölgəsinə aid yemək növüdür. Plovun yanında yeyilir. Turşulu kababın hazırlanmasında mal və qoyun ətlərinin qıymalarından, cəfəridən, badımcandan, kərə yağından, soğandan, duzdan, istiotdan və limon suyundan istifadə olunur. Turşulu kabab hazırlamaq üçün mal əti ilə qoyun əti soğanla birlikdə çəkilir və bəzən duz, istiot vurulur. Ayrıca qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamağa qoyulur. Ayrınca qazanda cəfəri qızardılır. Qaynadılmış ət tikələri kərə yağında cəfəri ilə qızardılır və üzərinə cəfəri suyu əlavə olunur. Çəkilmiş ətdən hazırlanan kiçik kündələr və badımcan kütlənin üzərinə əlavə olunur. İstəyə görə istiot, duz, limon suyu kimi ərzaqlar da əlavə oluna bilər.
Yasab çayı
Yasabçay — Azərbaycan Respublikasının Qusar və Xaçmaz rayonlarında, Xəzər dənizi hövzəsində çay. Uzunluğu 42 km, hövzəsinin sahəsi 250 km²-dir. Yan silsilədən başlanır. Əsasən yağış suları ilə qidalanır. İlin çox vaxtı quru olur. Suyu Xəzər dənizinə çatmır. Suvarmada istifadə edilir. ASE, V cild, Bakı, 1981, səh.
İskəndər Kabab
Türk mətbəxinin ləziz təamlarından olan məşhur Dönər Kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır. Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur. Amma İskəndər Kababı əsl, təbii dadını bu gün də Bursa şəhərində nəsildən-nəsilə ötürərək, qoruyub saxlamağı bacarıb.
Kasax körpüsü
Kasax körpüsü — Əştərək rayonu ərazisində, Kasax çayı üstündə salınmış üçtağlı daş körpüdür. == Haqqında == Körpünün uzunluğu 17 m, eni 5 m olan bu körpü XVII əsrdə salınmışdır. Körpünün böyük və orta tağları arasında üçkünc formada dalğayaran tikili inşa edilmişdir. Körpünün yanında görünən digər körpü qalıqları burada qədimdən (bəzi ehtimallara görə XII əsrdən) başqa bir körpünün olduğunu söyləməyə əsas verir. Əştərək və Kasax adlarından göründüyü kimi, bu ərazilər qədimdən Türk-Oğuz boylarının yurdu olmuşdur. Əraziyə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində başlamışdır.
Kasıb Abdullah
Abdullah Suraxanov (1875, İmamqulukənd, Hil rayonu – 1934) — ləzgi şairi. == Həyatı == 1875-ci ildə Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. O, özünə "Kasıb" təxəllüsünü götürdükdən sonra "Kasıb Abdullah" kimi tanınıb. Kasıb Abdullah uşaqlıqdan fəhlə kimi çalışıb, 20 yaşında isə Bakının bir neçə neft mədənlərində işə düzəlib. Həmin zaman o, digər Ləzgilərlə yanaşı, Bakının bir neçə neft mədənində inqilabi fəaliyyətlə məşğul idi. Bundan qəzəblənən Çar Rusiyası iki dəfə minlərlə ləzgini Bakıdan qovub. İkinci dəfə qovulan fəhlələr arasında Abdullah da var idi. O, həmkəndlisi İbrahimlə bir yerdə Rusiyanın Rostov şəhərinə yola düşür. Sonralar o, Rusiyanın Petrovsk şəhəridə balıq vətəgəsində çalışmağa başlayır. Kəndə qayıtdıqdan sonra Quba pristavı Abdullaha hədə-qorxu gəlirdi.
«Кара-коюнлу» (ковёр)