Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvaçi Kvaçantiradze
Kvaçi Kvaçantiradze - Mixeil Cavaxişvilinin romanı, haqqında Kvaçi Kvaçantiradze’de (1923-24) siyasal ve toplumsal olaylardan kendi çıkarına yaralanmasını bilen fırsatçı ve düzenbaz birini anlattı.
Avacıq
Avacıq (fars. آواجیق‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanının Dəştəki bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,649 nəfər və 377 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Avaci
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Kağız
Kağız — məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi material. == Tarixi == Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşfindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lon yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir.
Vacib
Vacib əməl yerinə yetirildikdə axirət savabı yazılan, yerinə yetirilmədikdə isə günah yazılan əməldir. Vacib əməlin növləri aşağıdakılardan ibarətdir: Nəfsi vacib ayrı bir əmələ çatmaq üçün deyil, məhz özlüyündə vacib sayılan əmələ deyilir ki, buna misal olaraq namaz və orucu qeyd etmək olar. Qeyri-vacib isə ayrı bir vacib əmələ çatmaq üçün vacib sayılan əmələ deyilir ki, buna misal olaraq, dəstəmaz, cənabət qüslü, paltarı paketmək və s. bu kimi işləri qeyd etmək olar. Bu növ vacib əməllərə «müqqəddəmi» vacib də deyilir. Təəbüdi vacib elə bir əmələ deyilir ki, yalnız qürbət və ibadət niyyəti ilə əncam verilməli, əks təqdirdə isə batil hesab olunacaqdır. Məsələn, həcc və namaz və s. Təvəssüli vacib isə qürbət niyyəti olmasa belə, əməlin özünün əncam verilməsi kifayətedici sayılan vacib işə deyilir. Buna misal olaraq namaz qılmaq üçün murdar şeyi yumaq və ya bədəni pak etmək kimi əməlləri qeyd etmək olar. Eyni vacib hər bir mükəlləfin xüsusi tərzdə tələb edilən vacib əmələ deyilir.
Avacıq mahalı
Avacıq mahalı — Xoy xanlığının inzibati ərazi bölgüsünə daxil olan mahal. == Haqqında == Avacıq mahalı Türkiyə sərhədində Bəyazidin cənubunda yerləşirdi. Cənub və şərq tərəfdən Maku xanlığı ilə həmsərhəd idi. Mahalın mərkəzi Avacıq kəndi idi. Mahalda yerli bəylərin sərəncamında 100 nəfərdən artıq daimi silahlı döyüşçü var idi. Onlardan 30 nəfərini mahal naibinin yaxın qohumları təşkil edirdi. Mahalın ərazisini Avacıq və Qazıgöl dərələri təşkil edirdi. Avacıq dərəsinin sakinlərinin əsas məşğuliyyəti yarımköçəri maldarlıq idi. Onlar qışı həmin dərədə, yayı isə Qırxlar dağında keçirirdilər. Mahalın ərazisinə otuza yaxın kənd daxil idi.
Katsuyuki Kavaçi
Katsuyuki Kavaçi (27 aprel 1955, Hiroşima) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kuzma Kovaçiç
Kuzma Kovaçiç (d. 6 iyun, 1952, Hvar adası, Xorvatiya) — Xorvat mənşəli akademik heykəltaraş və professor. == Haqqında == Kuzma Kovaçiç 1952-ci il, iyun ayının 6-da Xorvatiyada, Hvar adasında anadan olub. Orada gimnaziyada təhsil alıb. 1976-cı ildə isə Zaqrebdə İncəsənət Akademiyasını bitirib. O Hvar Kafedralında altarın müəllifidir. Papa II Con Paulun Braç adasında Selcada inşa edilən heykəlinin müəllifidir. Şkabrinya və Zaqrebdəki Franyo Tucman, Omiş yaxınlığında Qatedə Antun Mihanoviç, Prozor-Rama yaxınlığındakı Diva Qrabovçeva heykəlləri də onun əsərləridir. Kovaçiç Xorvatiya kunalarını (1, 2, 5, 10, 20, 50 lipa və 1,2,̥ 5 və 25 kuna) da dizayn edib. Beynəlxalq səviyyədə əsərləri Zaqrebdəki Müasir Qalereyada və Splitdə İncəsənət qalereyasında sərgilənir.
Mateo Kovaçiç
Mateo Kovaçiç (6 may 1994[…], Lins) — Xorvatiyalı futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən Mançester Siti peşəkar futbol kulubunun və Xorvatiya milli komandasının futbolçusu. == Klub karyerası == === Mançester Siti === 27 iyun 2023-cü ildə "Mançester Siti" Mateo Kovaçiçi transfer etdiyini açıqladı. == Həyatı == Mateo Kovaçiç 6 may 1994-cü ildə Avstiyanın Linz şəhərındə doğulub . Sonra isə Xorvatiya vətəndaşlığını qəbul edib .
Ovacıq döyüşü
Ovacıq və ya Təkiryaylağı döyüşü— Nurəli Xəlifə komandanlığı altındakı Səfəvi ordusu ilə Bıyıklı Mehmed Paşa komandanlığı altındakı Osmanlı ordusu arasında baş vermiş döyüşdür. Döyüş nəticəsində Səfəvi ordusu məğlub olmaqla birlikdə, Nurəli Xəlifə həyatını itirmişdir. 1512-ci ildə Şərqi Anadoludakı müxtəlif türk və qeyri-sünni tayfalar Səfəvilər lehinə Osmanlı hakimiyyətinə qarşı üsyana başladılar. Üsyanın mərkəzi Çəmişgəzək olmaqla birlkdə, Tokata qədər ciddi toqquşmalara və qırğınlara səbəb oldu. Üsyanı yatırmaq üçün Sinan Paşa komandanlığı altında bölgəyə Osmanlı ordusu göndərilsə də, bu ordu qızılbaşlar tərəfindən ağır məğlubiyyətə uğradıldı. Bu üsyan başlayan zaman Səlim şahzadə idi və baş verənləri diqqətlə izləməkdəydi. Sonradan taxt uğrunda mübarizədə qalib gələrək atasını hakimiyyətdən devirməyi bacardı və ordusunu hazırlayaraq Səfəvilər üzərinə yürüşünə hazırlaşdı.Bu səfərin böyük döyüşü olan Çaldıran döyüşündə qələbə qazandı. Bu məğlubiyyətən sonra Səfəvi ordusunun Şərqi Anadoludakı hakimiyyətinin əsasları laxlamağa başladı. Son olaraq Kemah mühasirəsi ilə Ərzincandakı hakimiyyətini də itirən Şah İsmayıl Nurəli Xəlifəyə hücuma keçmə əmri verdi. Nurəli Xəlifə ilə döyüşmək üçün isə Səlim sevimli sərkərdələrindən olan Bıyıklı Mehmed Paşanı vəzifələndirdi.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Kaçi
Kaçi — İranda desertdir, lakin axşam yeməyində çörəklə yemək kimi yeyilə bilər. Kachi un və yağın olması səbəbindən çox enerjiyə malikdir. Məsələn, kərə yağı və undan alınan enerji, bu kaçinin hazırlanmasında verilən miqdarlarla tək başına 3115 kaloridir ki, bu da əhəmiyyətli bir enerjidir. Bu səbəbdən arıq insanlar və zəiflikdən əziyyət çəkənlər üçün uyğun bir desertdir. Kaçi un, şəkər, qızılgül suyu, yağ, yağ və zəfərandan hazırlanır. Əvvəllər çoxlu heyvan yağı ilə hazırlanırdı. Kachi də düyü unu ilə hazırlanır.
Elektron kağız
Elektron kağız (e-kağız) – adi kağızda çapı imitasiya etmək üçün işlənib hazırlanmış və elektroforez hadisəsinə əsaslanan informasiyanın əksolunması texnologiyası. Görüntünü formalaşdırmaq üçün matrisin işıqlandırılmasına əsaslanan ənənəvi yastı maye-kristal displeylərdən fərqli olaraq, elektron kağız, adi kağız kimi, görüntünü qaytarılmış işıqda formalaşdırır. O, elektrik enerjisi sərf etmədən mətn və qrafik görüntünü yetərincə uzun müddətə saxlaya bilir, enerjidən yalnız görüntünün dəyişməsi zamanı istifadə olunur. Elektron kağızı rəqəmsal kağızdan (DIGITAL PAPER) fərqləndirmək lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 257 s.
Kağız formatı
Kağız formatı və ya A formatları — beynəlxalq İSO standartlarına müvafiq olaraq, ən böyük ölçüsü A0, ən kiçik ölçüsü isə A10 sayılır; yəni A4 (210x297 mm), A0 (841x1189 mm), A10 (26x37 mm). Müvafiq olaraq digər nəşr formatları çap vərəqinin qatlanması ilə alınır. Tərəflərin uzunluğu 1:2 nisbətdə götürülür. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Kağız kağızağacı
Kağız kağızağacı (lat. Broussonetia papyrifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çin və Yaponiyadır == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan, sıx çətirli ağac və ya koldur. İkievli bitkidir. Gövdəsinin qabığı qırmızımtıl-boz rəngdədir. Budaqları yoğun və nisbətən qısadır. Yarpağın uzunluğu 3–5 sm, eni 1–3 sm-ə çatıb, növbəli və ya spiral şəklində düzülmüş, tamkənarlı və ya üç dilimlidir. Yarpağın əsas hissəsi ürəkvari, dərin oyuğa malikdir. Yarpağın üst tərəfi, cod, tünd yaşıl, alt tərəfi isə hamar, gümüşü-boz rəngdə, yumşaq və sıx məxmərə oxşar tükcüklərlə örtülmüşdür. Yarpaq saplağı 2–5 sm uzunluqda olur.
Kağız kəsmə
Kağız kəsmə ― kağız dizaynı sənətidir. Bu sənət bütün dünyada fərqli mədəni üslublara uyğunlaşmaq üçün özünəməxsus şəkildə inkişaf etmişdir. Ən çox üslubun ortaq olduğu ənənəvi bir fərq, dizaynların kollajdakı kimi bir çox bitişik təbəqədən fərqli olaraq tək bir vərəqdən kəsilməsidir. == Tarixi == Çin rəsmisi Cai Lun, MT 105-ci ildə kağız icad etdikdən sonra MT 4-cü əsrdə Han sülaləsi dövründə kağız kəsmə sənəti meydana çıxdı. Ən qədim kağız Çində Sintszyan-Uyğur Muxtar Rayonunda tapılan 6-cı əsrin Altı Xanədanlığı dövrünə aid simmetrik bir dairədir. Sun və Tan sülalələri dövründə məşhur dekorativ sənət növü olaraq kağız kəsmə tətbiq olunmağa davam etdi. Səkkizinci və ya doqquzuncu əsrdə kağız kəsimi Qərbi Asiyada və XVI əsrdə Türkiyədə ortaya çıxdı. Kağız düzəltmə haqqında biliklər 13-cü əsrə qədər Avropaya çatmadı, buna görə kağız kəsmə yalnız bundan sonra həmin ərazilərdə yayılmışdır. Məsələn İsveçrə və Almaniyada yalnız 16-cı əsrdə kağız sənəti yayılmağa başladı. == Çində == Tszyançji (剪紙), Çində ənənəvi bir kağız kəsmə üslubudur və zəngin Çin naxışları üçün naxışların kəsilməsindən əmələ gəlmiş və daha sonra özlüyündə bir xalq sənətinə çevrilmişdir.
Kağız pul
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Kağız pullar
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Kağız pələng
Kağız pələng (Çincə: 紙老虎; zhilaohu) — güclü görsənən, əslində isə zərərsiz olan obyektləri təsvir etmək üçün istifadə olunan Çin dilində ifadədir. Bu ifadə təhdid kimi görünən lakin özlüyündə zəif olan şeyləri təsvir etmək kimi işlədilir. Çin lideri Mao Tszedun ABŞ və onun təmsil etdiyi imperializmini eyni zamanda bütün qərb blokunu bu ifadə ilə eyniləşdirmişdi.
Kağız tozağacı
Kağız tozağacı (lat. Betula papyrifera) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Kağız tozağacı Saskaçevan (Kanada) əyalətinin və Nyu-Hempşir (ABŞ) ştatının simvolik ağacıdır. Təbiətdə növün arealı Şimali Amerikanın şimal hissəsini əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 20-35 sm, gövdəsinin diametri 1 m-dək, enli-silindrik çətirli və nazik, horizontal pulcuqlarla örtülmüşdür. Cavan budaqları tükcüklü, seyrək qatranlə vəzicikli, yaşılımtıl və ya açıq-qonur, sonradan budaqları parlaq tünd-qonur, çılpaq olur. Tumurcuqları xırda, ensiz-yumurtavari, ucu biz, hamardır. Pulcuqların kənarı yapışqanlı, yaşıl, qonurdur. Yarpaqları növbəli düzülüşlü, oval və ya yumurtavari olub, uzunluğu 5-12 sm, eni 4-9 sm, ucu biz, kənarları ikidişlidir. Bünövrəsi yumru, cavanlıqda tükcüklərlə örtülüb, çılpaq, tutqun tünd-yaşıldır, uzunluğu 1,5-3 sm olan tükcüklü saplaqlarda yerləşir.
Kvazi pul
Mumlu kağız
Mumlu kağız (onion skin) – cizgi filmlərinin yaradılması və filmlərin redaktəsində: bir neçə kadrı eyni zamanda görmək üçün istifadə olunan texnika. Animator, yaxud redaktor bu yolla ardıcıllıqda olan görüntünün əsasında yeni görüntünü necə yaratmaq və ya dəyişdirmək haqqında qərar qəbul edə bilər. Ənənəvi animasiyalarda filmin ayrıca kadrı ilkin olaraq işıq mənbəyinin üzərində yerləşdirilmiş mumlu kağızın üzərinə çəkilirdi. Animatorlar üzərində işlənilən rəsmin altına öncəki və sonrakı rəsmləri elə dəqiqliklə qoyurdular ki, hamar hərəkəti almaq üçün aralıq rəsmi çəkə bilsinlər. Kompüter proqramlarında isə bu effektə, yarımşəffaf kadrlar hazırlayıb və sonra onları bir-birlərinin üzərinə proyeksiya etməklə nail olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. Mumlu kağıt nedir?
Qiymətli kağız
Qiymətli kağız — müəyyənləşdirilmiş formaya riayət edilməklə hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan həyata keçirilə və başqa şəxsə verilə bilməz. Qiymətli kağızlar, pul və yaxud əmtəə sənədləridir, onların sahibinə mülk hüquqları verilir və müəyyən pul məbləğlərinin, gəlirlərin alınmasına hüquq verir. Pullu qiymətli kağızlara — istiqraz vərəqələrini, vekselləri, pul çeklərini aid etmək olar. Əmtəə qiymətli kağızlara — onların sahiblərinin maddi, mülkiyyət hüquqlarını təsbit edən konosamentlər (əmtəə fakturaları), anbar vəsiqələri aiddir. Qiymətli kağızların arasında xüsusi yeri səhmlər tutur, onlar istər pul istərsə də mülk hüquqlarını əks etdirir. Qiymətli kağızlar alqı-satqı obyekti ola bilər. Qiymətli kağız forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 987.1-ci maddəsində qiymətli kağız anlayışı aşağıdakı kimi verilmişdir:"Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir." ABŞ-nin Vahid Ticarət Kodeksində qiymətli kağızlara aşağıdakı anlayış verilir: Qiymətli kağızlar (securities) – pul kapitalını cəlb etmək üçün silsiləvi olaraq buraxılan qiymətli kağızlardır, yəni: səhm, istiqraz, dövlətin borc öhdəlikləri və onlardan törəyən sənədlərdir (klassik opsionlar, varrant, üstünlük hüququ və s.). Qiymətli kağızları iki böyük qrupa ayırmaq olar; birinci dərəcəli əsas qiymətli kağızlar, ikinci dərəcəli törəmə qiymətli kağızlar.
100 kağız
100 kağız komediya filmi rejissor Şahin Zəkizadə tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Filmin əsas süjet xətti yüz manatlıq əsginas üzərində qurulub. Filmdə əsas rolları Valeh Kərimov, Cəfər Namiq Kamal, Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov və Pərviz Məmmədrzayev ifa edirlər. == Məzmun == Baş rolda elə "100 kağız"ın özüdür. O, filmin baş qəhrəmanı və aparıcı obrazıdır. Filmin əsas süjet xətti yüz manatlıq əsginas üzərində qurulub. Əsginas əldən-ələ keçərək sahibini dəyişir və sonda gözlənilməz anda heç kimə qismət olmur. Əsginasa sahib olan insanlar müxtəlif təbəqə və peşənin nümayəndələridir. Onların arasında yol polisi, müğənni, falçı, molla və başqaları var. Beləliklə 100 kağız müxtəlif yollarla əl dəyişir… bütün bu əl dəyişmələr komik hadisələrlə müşayət olunur.