Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kourtni Koks
Kourtni Koks (15 iyun 1964, Birminqem, Alabama) — amerikalı aktrisa. "Dostlar" teleserialındakı Monika və "Fəryad" filmindəki Qeyl rolu ilə məşhurdur. == Həyatı == Kourtni Koks Alabama ştatının Birminqem şəhərində anadan olub. Koks biznesmen Riçard Levis Koks (28 yanvar 1931 - 3 sentyabr 2001) biznesmen, və onun həyat yoldaşı Kourtni Koplandın qızıdır. Onun iki böyük bacısı var, Virciniya və Dotti; bir böyük qardaşı var, Riçard. Onun valideynləri 1974-cü ildə boşanıb və anası biznesmen Hunter Koplandla evlənib. Mauntin Brok Ali Məktəbindən məzun olduqdan sonra Mount Vernon Kollecində memarlıq ixtisasında təhsil almağa başlasa da, bu təhsilini başa vurmayıb. Bunun əvəzinə o, model və aktyorluq karyerasına davam etdi. Koks ingilis, şotland, uels, irland və alman əsillidir. == Evlilik və ailə == 12 iyun 1998-cu ildə Koks David Arqette ilə evlənib.
Laverna Koks
Laverna Koks (ing. Laverne Cox; 29 may 1972, Mobil, Alabama) — ABŞ aktrisası.
Riçard Koks
Riçard Koks (ing. Richard Cocks; 1566 – 1624) – 1613-1623-cü illərdə Ost-Hind şirkətinin Yaponiya postunun meneceri. Onun Yaponiyadakı biznes fəaliyyətləri uğursuzluqla nəticələnmişdir. Yaponiyadakı həyatı boyunca yazdığı zəngin informasiyalı gündəliyi ilə tanınır. 1565-ci ildə xırda torpaq sahibi Robert Koksun üçüncü oğlu kimi doğulmuşdur. Ost-Hind şirkəti Hirado limanında (indiki Naqasaki prefekturası) ticarət postu qurmaq üçün Riçard Koksun başçılığı altında bir çox taciri Yaponiyaya göndərmişdir. Koks iki dəfə Edo şəhərini ziyarət etmişdir. 1616-cı ildəki ilk ziyarəti zamanı şoqun Tokuqava Hidetada ilə qısa görüşü baş tutmuşdur. Lakin ingilislərin Yaponiyadakı ticarət fəaliyyətləri uğursuzluqla nəticələnmişdir. Hirado limanı ticarət üçün əlverişsiz idi, eləcə də, holland və portuqal tacirlər Yaponiyada ingilislərlə rəqabət aparırdılar.
Brayn Koks
Brayn Koks (1 iyun 1946[…], Dandi, Şotlandiya) — şotland film və teatr aktyoru.
Boks
Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri idman növüdür. Boks qarşılaşmaları dünyanın bir çox ölkəsində izlənilir. Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır. Məşq üçün "armud" adlı alətdən istifadə olunur. Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər.
Foks
Foks (ad)
Keks
Keks — şirin un məmulatı. Adətən üzüm, qoz və müxtəlif giləmeyvələrlə bişirilir. Kekslar müxtəlif formalarda bişirilir: Dördbucaq, yumru, halqavari, uzunsov və s. == Tarixi == İlk keks reseptlərinə qədim Roma yazılarında rast gəlmək olar. O dövrün mətbəxində kekslar çovdar unu istifadə etməklə üzüm və qozla bişirilirdi. Keks sözü orta əsrlərdə "meyvə" və "piroq" sözlərinin birləşməsindən yaranmışdır (Fructus, kechel). XV-ci əsrin sonlarında şəkər istehsalının inkişafı ilə əlaqədar keks müxtəlif ölkələrin mətbəxində yayılmağa başladı. == Ədəbiyyat == В. В. Похлебкин. Большая энциклопедия кулинарного искусства. Все рецепты В. В. Похлебкина,Центрполиграф, 2009 (rusca) Л. Ф. Захарова, Е. И. Толчинская.
Koke
Koku
Koku (yap. 石石, çin. 石, Pinyin: Dàn, (qədim çincə: "şí")) — təxminən 180,39 litrə bərabər olan ənənəvi yapon həcm vahidi. 1891-ci ilədək koku 10 kub şakuya ( ≈ 0,278 m3) bərabər götürülürdü. Həmin il verilən imperator fərmanı ilə 1 kiçik koku 240100/1331 litrə bərabər götürüldü ki, bu da təxminən 180,39 litrə (və ya 5 buşel, 40 imperiya qallonu, yaxud 48 ABŞ qallonu) bərabərdir. Tarixən koku yetişkin bir şəxsin 1 ildə istehlak edə biləcəyi düyünün miqdarına əsasən müəyyən edilirdi. 1 koku düyü təxminən 150 kq bərabərdir. Samurayların maaşı, vilayətin gəlirliliyi koku ilə müəyyən olunurdu. Koku həm də gəminin yükgötürmə səviyyəsini ölçmək üçün də istifadə edilirdi — 50 kokuluq kiçik gəmilər və 1000 kokuyadək böyük gəmilər. Hazırda Yaponiyada bu ölçü vahidi hələ də istifadə edilir.
Kots
Kots (ing. Coats Island) — Hudzon körfəzinin şimalında, Nunavut vilayətinin Kivallik bölgəsinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 5498 km² olaraq, Adaların dünyada sahəsinə görə sıralamasında 107-ci, Kanadada isə 24-cü yeri tutur. Sahil xətdinin uzunluğu 385 km-dir. Adanın uzunluğu 127 km, maksimal eni 72 km təşkil edir. Kots adası Sauthempton adasından 71 km cənubda yerləşir (Fişer və Evans boğazları). Adanın səthi hamar və düzəndir. Ən hündür nöqtəsi 185 m yüksəkliyə malik olan təpə Pembrok burnu (Pembroke) ilə Prefontain bunu (Prefontaine) arasında yerləşir. Adanın cənubunda kiçik göllər vardır. Mərkəzdə isə göllər daha sıx şəbəkəyə malikdirlər.
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Koko
Koko bu mənalara gələ bilər:
Alan Koks (aktyor)
Alan Koks (ing. Alan Cox; 6 avqust 1970, London) - Böyük Britaniya aktyorudur. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir.
Koş
Koş (isp. Cox) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 45,90 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6957 nəfərə çatmışdır.
Kök
Yerkökü (lat. Daucus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. "Divanü Lüğat-it-Türk"də "geşür" adlandırılan bu bitkiyə hazırda Azərbaycanın bəzi bölgələrində xalq arasında keşir, türkmən türkcəsində kəşir, tatar və başqırd türkcəsində kişir, qaraqalpaq türkcəsində geşir deyilir. Həmçinin türkiyədə "keşir salatı" və "keşir dolması" şəklində bu kəlmədən istifadə edilir. == Tərkibi == Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir.
Elyar Foks
Elyar Foks (ing. Elyar Fox) (15 iyul 1995, London) — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı. Onun fanatlarına "Fokserlər" deyilir. == Həyatı == Əsl adı Elyar Əfşari olan müğənninin anası ingilis, atası azərbaycanlıdır. O, İlinqdə anadan olmuş, Qrinfordda böyümüşdür. Təhsilini əvvəlcə Queensmead Məktəbində, daha sonra Costons Primary Schoolda almışdır. Elyarın özündən böyük bir qardaşı da var.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. == Coğrafiya == qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Foks eksperimenti
Foks körfəzi
Foks körfəzi (ing. Foxe Basin) — Şimal Buzlu okeanında yerləşən körfəz. Körfəz Kanada sahillərini yuyur. İngilis kəşfiyyatçısı Luka Foksun şərəfinə adlandırılmışdır. Şərqdə Baffin Torpağı, qərbdə Melvill yarımadası və Sauthempton adaları arasında geniş bir uzantı təşkil edir. Cənubda eyni adlı boğazla Hudzon boğazı və Hudzon körfəzi ilə, şimalda Fari və Hekla boğazı vasitəsilə Butiya körfəzi ilə birləşir. Körfəzin uzunluğu təqribən 600 km, eni isə 500 km-dir. Dalğalar yarımgündəlikdir, hündürlüyü 1,2-dən 9 m-ə qədərdir. Körfəz oktyabrda donur. Foks körfəzi geniş, əsasən dayaz çökəkliklərdən ibarətdir, dərinliyi ümumiyyətlə 100 metrdən (330 fut) azdır, cənubda isə 400 metrə (1300 fut) qədər dərinliklər vardır.
Foks yarımadası
Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır. Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir. Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır. == Araşdırılması == Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir.
Fyodor Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Fyodr Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Henri Noks
Henri Noks (ing. Henry Knox; 25 iyul 1750, Boston, On üç koloniya – 25 oktyabr 1806 və ya 21 oktyabr 1806) — ABŞ hərbi xadimi, ilk ABŞ hərbi katibi. == Həyatı == Uşaql illərində Bostonda kitab mağazasında katib kimi çalışır, daha sonra öz kitab ticarətini açır. 18 yaşından üsyançıların tərəfində Amerika İnqilabına qatılır. Knox 1772-ci ildən Boston qrenader korpusunda qrenader kimi xidmət etmişdir. 1775-ci ildə Corc Vaşinqton hərbi ləyaqətinə görə polkovnik vəzifəsinə yüksəldi, tezliklə dost oldular. İngilislərdən əsir götürülən silahlardan istifadə edərək bir sıra kampaniyalarda özünü uğurla sübut edən öz topçu bölməsini yaratdı. 1785-ci ildən Müdafiə Naziri təyin olundu. Müdafiə naziri olaraq, ABŞ-nin nizami hərbi donanmasını, ABŞ milisini təşkil edə bildi və sahil istehkamları şəbəkəsi yaratdı. Eyni zamanda, hindu qəbilələri ilə yaxşı əlaqələr qurdu, bəziləri İngilislərə qarşı müharibədə Amerikalıları dəstəklədi.
Keks-qurbağa
Keks-qurbağa (ing. Frog cake) – qurbağı başı formasında Avstraliya deserti. Əsasən biskvit və kremdən ibarətdir. İlk dəfə Avstrayida keks-qurbağa «Balfours» şirniyyat bişirilən yerdə 1922-ci ildə bişirilmişdir. O dövrdən cənubi Avstriyanın əsas sevimli şirniyyatlarından olmuşdur. Əvvəllər keks-qurbağa yaşıl rəngdə olurdu sonradan isə qəhvəyi və çəhrayi rəngəd bişirilməyə başlanıldı. == Tarixi == 1920-ci ilin əvvəllərində Qordon Balfur (Con Balfurun bacısı oğlu, Balfours şirniyyat evinin rəhbəri) Fransaya köçür. Burada o avropalıların keks-qurbağasını görür. Balfours bundan sonra yəni 1922-ci ildən sonra öz menyularına bu şirniyyatı əlavə edir. Bu şirniyyat Balfourun əsas şirniyyatlarından birinə çevrilir və Avstraliyanın cənubuna qədər yayılır.
Koka-Kola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.