KÖKS


1. bax döş 1-ci mənada. Köks qəfəsi.
– Zahirən heyrətamiz dərəcədə sadə və sakit olan bu balacaboylu insanın köksündə bu qədər zəngin və güclü bir ürək yaratmış təbiətin ecazına heyran qalmamaq olmazdı. M.İbrahimov.
[Vahid:] Bu sözləri eşidəndə az qaldı ürəyim köksümü yarıb çıxsın. B.Bayramov.

2. məc. Ürək mənasında.
Çəkilib köksümə dağlar, düyünlər. Q.Zakir.
Anaxanım … köksünü sıxmaqda olan kədərlərini bölüşmək üçün Atabalanın yolunu gözləməyə başladı. A.Şaiq.
Mən bir dövürdəyəm ki, tunc qanadlanır; Qara daşın, mərmərin köksü atlanır. M.Müşfiq.

◊ Köks dolusu – dərindən, sinəsi tutduqca. Köks dolusu nəfəs almaq.
Köks keçirmək – bax köksünü ötürmək.
Mütərəddid vəziyyətlər, baxışlar, köks keçirmələr bır-birini təqib edirdi. M.S.Ordubadi.

Köks(ünü) gərmək – özünü qorxmadan qabağa vermək, döşünü qabağa vermək, sinə gərmək, müqavimət göstərmək.
Qanlı süngülərə gərmiş köksünü; Qanilə yazmışdır hər qalib günü. S.Vurğun.
Yollarındakı bütün bəla və müsibətlərə köks gərən haqq aşıqları, nağılların dediyinə görə, yuxularında gördükləri sevgililərinə qovuşmaq üçün yola düşürdülər… Ə.Məmmədxanlı.

Köksünü ötürmək – dərindən nəfəs almaq (fikirdən, qüssədən, qəmdən və s. hisslərin təsirindən).
Camaat harada idi ki, səs-səmir də çıxa idi, – deyə, qoca köksünü ötürdü. Ə.Məmmədxanlı.
Məzlum dərindən köksünü ötürdü. S.Vəliyev.

Синонимы

  • KÖKS 1. köks bax döş 1 2. köks bax ürək
  • KÖKS döş — sinə
KÖKLÜK₂
KÖKSÜDOLU
OBASTAN VİKİ
Abdurrahman Köksaloğlu
Abdurrahman Köksaloğlu (1930 – 15 iyul 1980, Şişli, İstanbul ili) — Türkiyə siyasətçisi. == Həyatı == Abdurrahman Köksaloğlu 1930-ci ildə Sivasın Suşehri ilçəsinə bağlı Karalar kəndində anadan olub. 1956-cı ildə Cumhuriyyət Xalq Partiyasına daxil olub. CHP Şişli təşkilatının rəhbərliyində çalışan Köksaloğlu 1963-cü ildən 1973-cü ilədək İstanbul Bələdiyyə Məclisinin üzvü seçilib. 1973-cü il seçkilərində İstanbuldan CHP millət vəkili seçilən, Köksaloğlu 1977-ci il seşkilərində yenidən Türkiyə Böyük Millət deputatı seçildi. 15 iyul 1980-cu ildə Şişlidəki iş yerində iki silahl tərəfindən qətlə yetirildi. Mustafa Sarıgülün ilk həyat yoldaşı Gülsüm Köksaloğlunun atasıdır.

Значение слова в других словарях