BƏR

BƏR1

f. 1) yan, kənar; 2) qapı.

BƏR2

f. 1) meyvə, məhsul; 2) m. səmərə, mənfəət.

BƏR3

f. 1) köks, sinə; 2) üzrə.

BƏR4

f. aparan, aparıcı.

BƏR’

ə. sağalma, yaxşı olma, şəfa tapma.

BƏNNA
BƏRABƏR
OBASTAN VİKİ
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. 1. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra ─ medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. 2. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda "20 il" sözləri həkk olunmuşdur. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. Medalda çevrə boyunca "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi" sözləri yazılmışdır. 3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ" sözləri, aşağı hissədə "1991 ─ 2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur.
"Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi (1991-2011)" yubiley medalı
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. 1. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra ─ medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. 2. Medalın ön tərəfinin üzərində iri səkkizguşəli ulduzun içərisində olan Azərbaycan Respublikasının xəritəsinin fonunda "20 il" sözləri həkk olunmuşdur. Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. Medalda çevrə boyunca "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi" sözləri yazılmışdır. 3. Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ" sözləri, aşağı hissədə "1991 ─ 2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur.
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı
"Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı — SSRİ medalı.
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı
"Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 10 sentyabr 1947-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Merkuri-2" bərəsinin qəzaya uğraması
"Merkuri-2" bərəsinin qəzaya uğraması — 22 oktyabr 2002-ci ildə, saat 09.30 radələrində Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus "Merkuri-2" bərəsinin Bakıdan 130 kilometrlik məsafədə qəzaya uğrayaraq batması hadisəsi. Bu hadisə Azərbaycanın gəmi nəqliyyatı tarixindəki ən böyük qəzadır. "Merkuri-2" gəmi-bərəsində həlak olmuş, xilas edilmiş, itkin düşmüş heyət üzvlərinin və sərnişinlərin müvafiq siyahısı. "MERKURİ-2" GƏMİ-BƏRƏSİNİN HƏLAK OLMUŞ HEYƏT ÜZVLƏRİ VƏ SƏRNİŞİN 1. Səlimov Fikrət Pəsi oğlu 2. Salıkov Maarif Şirnalı oğlu 3. Melnikova Tatyana Vasilyevna 4. Nəbiyev Nəriman Nəbiulla oğlu {sərnişin} /Qazaxıstan vətəndaşı/ biletsiz "MERKURİ-2" GƏMİ-BƏRƏSİNİN XİLAS EDİLMİŞ HEYƏT ÜZVLƏRİ 1. Ağayev Asəf Şərur oğlu 2. Novruzov Samir Qərib oğlu 3.
93 saylı Bərdə şəhər seçki dairəsi
Azərbaycan Respublikası 93 saylı Bərdə şəhər seçki dairəsi — Azərbaycan Respublikasında seçki dairəsi. == Haqqında == Azərbaycan Respublikası Konstitusiyasının 83-cü maddəsində 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində 125 birmandatlı seçki dairəsi (ərazisi) yaradılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli 3/07 saylı Qərarına uyğun olaraq yaradılmışdır. Bu qərara qədər həmin ərazini 56 saylı Bərdə şəhər seçki dairəsi əhatə edib. == Tərkibi == 93 saylı Bərdə şəhər DSK-nın tərkibi aşağıdakı kimidir: == Məntəqələr və hüdudları == == Seçkilər == === Milli Məclis === Tərlan Musayeva 1995-ci ildə I çağırış, Zahid Oruc 2001, 2005 və 2010-cu illərdə II, III və IV çağırış, Gövhər Baxşəliyeva 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. ==== 1995-ci il Milli Məclis seçkiləri ==== 12 noyabr 1995-ci ildə keçirilən seçkilərdə Tərlan Musayeva Bimandatlı seçki dairələri üzrə (majoritar) 56 saylı Bərdə şəhər seçki dairəsindən I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. ==== 2000-ci il Milli Məclis seçkiləri ==== 7 yanvar 2001-ci ildə keçirilən təkrar seçkilərdə Zahid Oruc Bimandatlı seçki dairələri üzrə (majoritar) 56 saylı Bərdə şəhər seçki dairəsindən II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. ==== 2005-ci il Milli Məclis seçkiləri ==== 6 noyabr 2005-ci ildə keçirilən seçkilərdə Zahid Oruc 93 saylı Bərdə şəhər seçki dairəsindən III çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. ==== 2010-cu il Milli Məclis seçkiləri ==== 7 noyabr 2010-cu ildə keçirilən seçkilərdə Zahid Oruc 93 saylı Bərdə şəhər seçki dairəsindən IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Protokol üzrə seçicilər haqqında informasiya ==== 2015-ci il Milli Məclis seçkiləri ==== 1 noyabr 2015-ci ildə keçirilən seçkilərdə Gövhər Baxşəliyeva 93 saylı Bərdə şəhər seçki dairəsindən V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
94 saylı Bərdə kənd seçki dairəsi
ABN-Bərdə FK
ABN-Bərdə FK — Azərbaycan futbol klubu. Azərbaycan Birinci Liqasında çıxış edirdi. Klub 1992-ci ildə təsis edilmişdir. Çempionatda Azərbaycanın mərkəzi bölgəsi Bərdə şəhərini təmsil edirdi. == Tarixi == Klub 1992-ci ildə "Pambıqçı" adı ilə yaradılmışdır. Elə həmin il müstəqil Azərbaycanın ilk çempionatında çıxış etməyə başladı. 1998-ci ilə qədər Premyer Liqada yarışırdı. 1997-ci ildə klubun adı "Qarabağ Bərdə" olaraq dəyişdirildi. 1998 mövsümündə maddi çətinliklər üzündən komanda dağıldı və Premyer Liqanı tərk etdi. 2005-ci ildə yeni sponsor əldə edərək klub yenidən fəaliyyətə qayıtdı, lakin artıq "ABN" adı ilə çıxış etməyə başladı.
Adnan Bərəkət
Adnan Bərəkət (3 sentyabr 1982, Amsterdam) — sağ vinger mövqeyində çıxış etmiş Mərakeş əsilli Niderland futbolçusu. O, "NAK Breda", "Eyndhoven", "Kambür", "Bakı", "Den Bosx" və s. kimi klublarda çıxış etmişdir. == Karyerası == Bərəkat 2010-cu ilin yanvarında Azərbaycan Premyer Liqası təmsilçisi "Bakı" klubu ilə 2,5 illik müqavilə imzalamışdır. "Bakı"nın heyətində debütunu 2 fevral 2010-cu ildə "Turan Tovuz"a qarşı keçirilən ev oyununda etdi, həmin oyun paytaxt təmsilçisi üçün 2:1 qələbə hesabı ilə bitdi. Klub forması ilə Bərəkət ilk qolunu növbəti mövsüm 6 noyabr 2010-cu ildə 3:1 hesabı ilə bitən "Gəncə" klubuna qarşı keçirilən oyunda vurdu. 2011-ci ilin noyabrında Bərəkət aylarla maaş almadan "Bakı" klubundan ayrıldı. Barakat Bakıdan getdikdən sonra 2012-ci ilin yanvarında "Muanqtonq Yunayted" ilə müqavilə imzalasa da, Bakı ilə mübahisəsi səbəbindən yeni klubunda həmən oyunlara çıxa bilmədi və klub onun qeydiyyatını dayandırdı. 2013-cü ilin iyil ayında "Muanqtonq Yunayted"i tərk etdi.
Albaniyanın bərpa olunan enerjisi
Albaniyanın Bərpa olunan enerjisinə bioyanacaq, geotermal mənbələr, su, günəş və külək ilə işləyən elektrik stansiyaları daxildir. Albaniyanın bərpa olunan energetikasının əsasını hidroelektrostansiyalar təşkil edir, baxmayaraq ki çəkilmə zamanı və ya su aşağı səviyyədə olanda energetika ilə problemlər yaşanır. Albaniyanın günəş, külək və geotermal mənbələrin istifadəsi üçün böyük potensiala malikdir, bu da Aralıq dənizi iqlimi, təbii su quyuları və balkan dağların mövcud olması ilə bağlıdır. == Su elektrik stansiyaları == Elektrik enerjisinin əsas mənbəyi SES-di, hansı ki hər halda daimi dəyişikliklərə görə etibarsız sayılır. Albaniya 2012-ci ildə 100 min yaşayış evini elektriklə təmin edilməsi üçün Verbumd adlı Avstriya şirkəti ilə Aşta SES-in tikintisi barədə müqavilə bağlamışdı. == Günəş elektrik stansiyaları == BMT-nin inkişaf proqramı Albaniyada günəş batareyalarının tikintisini planlaşdırır. Proqram daxilində 75 min m² sahəli panellərin quraşdırılması üçün 2,75 milion ABŞ dolları xərcləndi. 2010-cu ildə 10 700 m² quraşdırılmışdır, batareyaların qalan hissəsinin tikintisi 2015-ci ildən davam etdirildi. Günəş batareyaları ildə 2100 - 2700 günəş saatı üçün nəzərdə tutulub. Bu növ energetika yaşayış evləri, kommersiya və sənaye binalarının istilik və elektriklə təchizatı üçün istifadə oluna bilər.
Alpout (Bərdə)
Alpout — Azərbaycan Respublikasının Bərdə rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Goranboy və Laçın rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır.
Alpout bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA və ya BOEMDA) — Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarixi == 16 iyul 2009-cu ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il il Fərmanı ilə yaradılıb. Şirkət Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında yaradılıb. Ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilib. Şirkətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilirdi. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 01 fevral tarixli, 810 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla agentlik ləğv olunub. 22 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.
Alternativ və Bərpa olunan enerji
Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühiti çirklənməkdən(torpaq, su, hava) qorumaq üçün Alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələr (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Rusiya və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında İES və SES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarını, sularını, atmosferini daha çox çirkləndirdiyi üçün , alternativ energiyadan istifadəni çoxaltmalıyıq == Bərpaolunan enerji növləri == Bərpaolunan ya da yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur. Bir neçə bərpaedilən enerji çeşidləri vardır: === Külək enerjisi === Bu enerjidən insanlar qədim zamanlardan yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır.
Aq-Manay bərzəği
Aq-Manay bərzəği (rus. Ак-Монайский перешеек, ukr. Ак-Монайський перешийок, krımtat. Aq Manay boynu, Акъ Манай бойну) — Kerç yarımadasını Krımın əsas hissəsi ilə birləşdirir. Azov dənizinin Sivaş körfəzi və Arabat körfəzlərini Qara dənizin Feodosiya körfəzini ayırır. Bərzəğin uzunluğu təqribi — 15 km, eni ən dar yerdə — 17 km təşkil edir. Bərzəx öz adını onun ərazisində yerləşən Aq-Manay və Parpac kəndlərinin adından götürmüşdür. Bərzəğin şimal hissəsində Arabat Oxu adlı burun vardır. Onun ərazisində hərbi su anbarları və Kamışıncki Luk gölü vardır. Bərzəxdə Kamenskoe, Lovovo, Petrovo, Semisotka, Frontovoe, Yacmennoe və şəhər tipli qəsəbə olan Primorsk Bərzəz artıq I–III əsrlərdə məskunlaşma mövcud idi.
Arif Bərdəli
Arif Bərdəli — Tibb Elmləri doktoru, professor. == Həyatı == Arif bərdəli 1962-cü ildə Azərbaycan Respublikası Bərdə rayonu Arabaçılar kəndində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Tibb Universitetində almışdır.Hal-hazırda Türkiyə Cümhuriyyətində yaşayır. Türkiyə Egey Universitetinin Molekulyar Tibb Laboratoriyasında fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Tibb Elmləri doktoru, professor === Mükafatları === "Genetik xəstəliklər mütəxəssisi"; "Uşaq xəstəlikləri mütəxəssisi"; "Revmatoloji xəstəliklər mütəxəssisi"; Molekulyar Genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi, Milan Universiteti; Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === Rusiya Səhiyyə Nazirliyinin Uşaq xəstəliklər İnstitutunda həkimlik təcrubəsi; Türkiyənin İzmir şəhərində "Şəfa Özəl Xəstəxanalar" şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurub və rəhbəri olub; Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professorudur, tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir; Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir; İngilscə nəşr olunan SCI indeksli jurnallarda 145 məqaləsi yayınlanıb. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir. SCI indeksli jurnallarda 62 elmi tezisi dərc olunub, beynəlxalq konfrans və simpoziumlarda 172 elmi məruzə ilə çıxış edib. Türk dilində nəşr olunan 34 məqalənin muəllifidir və Türkiyədəki konfranslarda 191 elmi təqdimatı var. 603 elmi məqaləsinə dünya tibb ədəbiyyatında dərc olunan 1700 elmi işdə istinad edilib.
Asəf ibn Bərxiyə
Asəf ibn Bərxiyə – rəvayətlərə görə Süleyman peyğəmbərin vəziri olmuşdur. O, çox imanlı bir şəxs kimi tanınır. Süleyman peyğəmbər Səba kraliçasının taxtını onun yanına gətirtmək əmrini verdikdə, öncə İfrit adlı bir cin onu gətirmək istəmişdir. Ancaq sonra, Asəf ibn Bərxiyə Süleymanı inandırdı ki, o bu işi daha yaxşı yerinə yetirəcəkdir. O, taxtı bir göz qırpımında gətirəcəyini vəd vermiş və verdiyi vədi də həyata keçirmişdir. Bu hadisə Quranda (27: 40) anılmaqdadır.
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi (film, 1923)
Azərbaycanda suvarmanın və pambıqçılığın bərpa edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi təbliğat filmində Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün meliorasiya və suvarma sisteminin yaradılmasından və onun təkmilləşdirilməsindən bəhs olunur. == Film haqqında == Filmin neqativi Moskva Mərkəzi Dövlət Kinofondunda saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ağalı (Bərdə)
Yerliağalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 191 nəfərdir.
Bahar Bərdəli
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent. Ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995); Yeni Azərbaycan Partiyasının üzvü (1998). == Həyatı == Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964-1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974-1979) bitirmişdir. 1979-1991-ci illərdə Bərdədə, 1991-2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir. 2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür. == Qalereya == == Yaradıcılığı == === Bədii kitablar === Qarabağın maralı.
Bakı-Aktau bərə yolu
Bakı-Aktau bərə yolu — Xəzər dənizinin Bakı və Aktau portları arasında dəniz yolu. 1970-ci illərdə neft daşımaları ilə fəaliyyətə başlamışdır. Bu yol ilə ildə 6–6,5 mln. ton neft Qazaxıstandan Bakıya daşınırdı. Uzunluğu 470 km-dir. 2001-ci ilin sentyabrında yenidən bərpa olunmuş dəmir yolu variantı Bakı–Aaktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. yüklər, həmçinin sərnişin daşımaları yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Yük-sərnişin bərələrinə 28 dəmir yolu vaqonu və ya sisterni, uzunluğu 20 m-ə -dək olan avtoqatarlar və s. yükləmək mümkündür.
Bakı-Türkmənbaşı-Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Balakən (gəmi-bərə)
"Balakən" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Balakən" gəmi-bərəsi "Bərdə" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmiş və onunla yaxından tanış olaraq, istismara verilməsini bildirən düyməni basmışdır. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.