Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koka-Kola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Koma
Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin. == Səbəbləri və təsnifatı == === Mərkəzi koma === === "Süni koma" ya "süni yuxu" === "Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir.
4-koma
Yonkoma (4コマ漫画, "dörd bölməli manqa" və ya qısaca 4-koma) — komiks stripi formatı növü. Yuxarıdan aşağıya doğru sıralanmış dörd bərabərölçülü paneldən ibarət olur. Lakin bəzən peyda olduqları nəşrlərdən asılı olaraq sağdan sola sıralana və ya hibrid 2x2 stilində ola bilər. Yonkoma sözü yapon sözü olsa da, bu stil sadəcə Yaponiyada deyil, digər Asiya və ingilisdilli ölkələrdə də mövcuddur. == Tarixi == İlk yonkoma 1902-ci ildə Rakuten Kitazava (Yasuci Kitazava qələm adından istifadə edirdi) tərəfindən istehsal olunmuşdur. "Jiji Manga" adı bu yonkomanın Frank Artur Nankivell və Frederik Burr Opperin əsərlərindən təsirləndiyi güman olunur. == Strukturu == Ənənəvi yonkomanın strukturu kişotenketsu adlandırılan struktura əsaslanır. Bu söz aşağıdakı yapon kancilərinin birləşməsindən əmələ gəlmişdir: Ki (起): Hekayə üçün əsas qoyan birinci panel. Şo (承): Birinci paneldəki hekayəni inkişaf etdirən ikinci panel. Ten (転): Klimaks rolunu oynayan və hekayəyə gözlənilməzlik qatan üçüncü panel.
Diabetik koma
Diabetik koma — qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halı. Bu hal həyat üçün təhlükəli hal olub təcili stasionar müalicə tələb edir. 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir. İnsulin azlığı və ya onun mədəaltı vəzin quyruq payında yerləşən Langerhans adacıqlarında sintezinin pozulması qanda şəkərin miqdarının normadan qat-qat artıq olmasına səbəb olur. Orqanizmin toxuma və hüceyrələri enerji mənbəyi olan şəkəri (qlükozanı) məhz insulin hormonunun vasitəsilə mənimsəyə bilir. İnsulin çatmamazlığı toxuma və hüceyrələrdə şəkər "aclığına", buna cavab olaraq da karbohidrat və yağ mübadiləsinin - lipolizin pozulması, amin turşularının aminsizləşməsi: qanda qlükozanın və keton cisimlərinin konsentrasiyasının fizioloji təlabatdan qat-qat artıq olması və keton cisimlərinin utilizasiya olunmaması ketoasidoza bununla yanaşı toxuma və hüceyrələrdə natamam parçalanma (metobolizm) məhsullarının yığılması laktatasidoza səbəb olur. Diurezin artması öz növbəsində hiperosmolyar komanı törətmiş olur. Diabetik koma yaranma mexanizminə görə ketoasidoz və hiperosmolyar komalara bölünür. === Ketoasidoz mənşəyli diabetik koma === Ketoasidoz mənşəyli diabetik koma adətən I tip şəkərli diabetlərdə mütləq insulin çatmamazlığı ilə meydana çıxır. Bu zaman hüceyrələr enerji mənbəyi olan qlükozanı mənimsəyə bilmədiyindən, ehtiyac enerjini yağ və zülalların həddən ziyadə parçalanmasından olmağa çalışır.
Mettyu Koma
Mettyu Koma - (d. 2 iyun, 1987, Bruklin, Nyu-York) amerikalı müğənni, yazar, DJ və prodüser.
Kaoma
Kaoma — Fransadan olan musiqi qrupdur. == Tarixi == "Kaoma" musiqi qrupu 1989-cu ildə Fransada yaranmışdır. Musiqi heyətləri Latın Amerikası ölkələrindən təşkil olunmuşdur. Onların 1989-cu ildə ifa etdikləri "Lambada" mahnılası böyük populyarlıq qazanmışdı. Bu mahnı bütün ölkələrin hit paradı olmuşdur. 1998-ci ildə musiqi heyətləri ayrılmışlar. 2006-cı ildə onlar yenidən birləşmişlər.
Kola
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Komar
Yuxarı Komar (Culfa)
Komi
Komi Respublikası (rus. Республика Коми, komi Коми Республика) — Rusiya Federasiyası subyektlərindən biri. == Coğrafiya == Respublikanın ərazisi 415.9 min kvadrat kilometrdir .
Komo
Komo (it. Como) — İtaliyanın Lombardiya regionunda şəhər.
Komə
Kümə — İranın İsfahan ostanının Səmirüm şəhristanının Padina bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,305 nəfər və 551 ailədən ibarət idi.
Kosa
Kosa – Kos-kosa oyununun və Novruz bayramının qəhrəmanı. Üzündə tük bitməyən və ya çox seyrək tük olan adama kosa deyərlər == Azərbaycan mədəniyyətində yeri == Əvvəllər yaz girəndə köhnə ilin çıxıb, təzə ilin gəlməsini simvolizə etmək üçün qoca Kosa istifadə edilərdi. Qoca Kosanın bir gözlü olması onun o biri dünya ilə olan bağlılığından xəbər verərdi. Cənubi Azərbaycanda kosa oyununa "Ağ Kosa, Qara Kosa" deyilər və bu adətin İbrahim peyğəmbərə qədər gedib çıxdığı hesab edilərdi. Həmədanda isə Kosanın bərəkət gətirməsi inancı mövcuddur. Ehtimal edilir ki, Günəşin övladları olan Duman, Bulud və Qışın birləşməsindən Kosa obrazı yaranmışdır. === Kos-kosa oyunu === Kos-kosa oyunu qışın ölümü, yazın başlanğıcını gülünc bir şəkildə təsvir edir. Bu oyunu məhəllə uşaqları evlərinin qabağında oynayaraq pul və ərzaq toplayarlar. Rəqs etməyi bacaran bir uşağa tərs çevrilmiş kürk geyindirərlər. Üzünə kağızdan düzəldilmiş üzlük (maska) taxar, başına uzun papaq taxıb Kosa edərlər.
Koxma
Koxma (rus. Кохма) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Koça
Roma
Roma (it./lat. Roma) — İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi. 2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır. Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür.
Soma
Soma (türk. Soma) — Türkiyənin qərbində, Egey regionunun Manisa ilində yerləşən şəhər və rayon. 2009-cu il əhali siyahıya alınmasına əsasən, ərazidə 101 011 nəfər yaşayır. Bunlardan 74 158 nəfəri Soma şəhərinin kənarında yaşayır.. Bütün rayonun ərazisi 839 kv. kilometrdir (324 kvadrat mil). Şəhər mərkəzi dəniz səviyyəsindən 161 metr hündürlükdədir. Şəhər Egey dənizinin sahilindən (Dikili limanı) 62 km uzaqlıqda, Bakırçayın sol qolunda yerləşmişdir. Şəhərin mikrorayonları: Turqutalp və ya Zəfər (qərb), Onüç Eylül (şimal), Hüriyyet (şərq), Samsaci (cənub). 13 mayda 2014-cü ildə bölgədə yerləşən kömür mədənlərində böyük insan tələfatına səbəb olan partlayış baş vermişdir.
TOMA
TOMA (türk. Toplumsal Olaylara Müdahale Aracı) — Kütləvi ixtişaşlara müdaxilə maşını DİN Çevik Polis Alayı və DQ-ın zirehli texnikası sayılan TOMA Respublika ərazisində pozulmuş ictimai əsayişin bərpası zamanı istifadə olunur. Türkiyə, Azərbaycan, Zimbabve, Gürcüstan, Qazaxıstan, Liviya kimi bir çox dövlətlərin təhlükəsizlik qüvvələri bu texnikadan istifadə edirlər. Texnika əsasən kütləni dağıtmaq üçün sudan istifadə edir.Bundan başqa o gözyaşardıcı qazlar və rəngli boyalarıda əsayişi pozanlara qarşı istifadə edə bilir. Texnikanın ön tərəfində yerləşən ton yarından çox buldozer qarşıya çıxacağ hər hansı maneəni ardan qaldırmaq üçün nəzərdə tutulub, 5 ton yükü 5 km/s aradan qaldıra bilir. Toma 20 m məsafəyə bir atıma 20 l su istifadə edə bilir. Texnika özünü yanğından qorumağa malikdir.Hər tərəfi yaxşı görə biləcək müşahidə kameraları ilə əhatələnib.
Qlasqo-Koma şkalası
Qlazqo-Koma şkalası (ing. Glasgow Coma Scale (GCS)) — insanın huşunu müəyyən etmək və neyroloji çatışmazlığı qiymətləndirmək üçün təsis edilmiş şkaladır. Bu şkala xüsusən kəllə beyin tavmalı xəstələrdə, koma və ya şok altında olan xəstələrin huşunu qiymətləndirmək üçün tətbiq edilir. Bu şkala ilk olaraq 1974-cü ildə Qlazqo Universitetinin iki neyrocərrahı Qrem Tisdeyl və Brayan Ç. Cennett tərəfindən təsis edilmiş və təcili tibbi yardım xidmətində tətbiq edilmişdir.
Koa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. == Hazırlanması == Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
Kom
Kom dağı — Bolqarıstanda dağ. Kom FK — Monteneqronun paytaxtı Podqoritsanın peşəkar futbol klubu.
Foma Akvinalı
Akvinalı Foma (həmç. Foma Akvinat və ya Tomas Akvinat, lat. Thomas Aquinas; 1225 – 7 mart 1274) — orta əsr filosofu və ilahiyyatçısı, sxolastikanın sistemləşdiricisi, tomizmin banisi. == Həyatı == İtaliyanın Akvino şəhərində, zadəgan ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarında Dominikan ordeninin mənsublarından olmuşdur. İlk təhsilini monastır məktəbində almış, daha sonra Neapol, Paris, Köln şəhərlərində universitetdə oxumuşdur. == Əsərləri == O, xristian fəlsəfəsinin banilərindən biri və filosofların knyazı hesab edilir. Foma ortodoksal sxolastikanın əsaslarını qoymuş, habelə Aristotelin fəlsəfəsi ilə xristian ilahiyyatını uzlaşdırmağı bacarmışdır. Foma antik alimlərlə yanaşı, məşhur müsəlman filosofları İbn Sina və İbn Rüşdün əsərlərindən də faydalanmışdır. Onun din və fəlsəfə münasibətlərinə dair misalları əsrlər boyu Avropa fikir dünyasında hakim düşüncələrdən olmuşdur.
Foma Akvinski
Akvinalı Foma (həmç. Foma Akvinat və ya Tomas Akvinat, lat. Thomas Aquinas; 1225 – 7 mart 1274) — orta əsr filosofu və ilahiyyatçısı, sxolastikanın sistemləşdiricisi, tomizmin banisi. == Həyatı == İtaliyanın Akvino şəhərində, zadəgan ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarında Dominikan ordeninin mənsublarından olmuşdur. İlk təhsilini monastır məktəbində almış, daha sonra Neapol, Paris, Köln şəhərlərində universitetdə oxumuşdur. == Əsərləri == O, xristian fəlsəfəsinin banilərindən biri və filosofların knyazı hesab edilir. Foma ortodoksal sxolastikanın əsaslarını qoymuş, habelə Aristotelin fəlsəfəsi ilə xristian ilahiyyatını uzlaşdırmağı bacarmışdır. Foma antik alimlərlə yanaşı, məşhur müsəlman filosofları İbn Sina və İbn Rüşdün əsərlərindən də faydalanmışdır. Onun din və fəlsəfə münasibətlərinə dair misalları əsrlər boyu Avropa fikir dünyasında hakim düşüncələrdən olmuşdur.
Kama Sutra
Kama Sutra (sanskr. कामसूत्र) — Hind mədəniyyətində cinsi əlaqənin növləri və üsulları haqqında müxtəlif tipli məlumatların verildiyi kitab. Kama Sutra sözü sanskrit dilində olan kama (azərb. zövq‎) və sutra (azərb. kitab‎) sözlərinin birləşməsindən yaranmış, tam tərcüməsi "zövqün kitabı" deməkdir. Kama Sutra anlayışı müxtəlif mənbələrdə müxtəlif şəkildə təqdim olunmuşdur. Bəzi mənbələrdə Kama Sutra Hind yaşayış tərzidir. Digər mənbələrədə isə Kama Sutra cinsi əlaqənin rahat yollarını göstərən məlumatlandırıcı kitab kimi göstərilmişdir. Kama Sutra Hindistan mədəniyyətində mühüm yer tutur və bir çox tarixi yazılarda cinsi təlim kimi göstərilir. Kama Sutra kitabında əsas məqsəd kimi qadın və kişi arasında yaşanan cinsi həzzi mümkün olduğu qədər yaxşılaşdırmaq məqsədi öndə durur.
Kama çayı
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu. Hazırda Kamanın uzunluğu 1805 km təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir. == Adı == Çayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm.
Koman (Kəleybər)
Koman (fars. كمان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 136 nəfər yaşayır (27 ailə).
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
«Кара-коюнлу» (ковёр)
ПМА "В-1" və ПМА "В-2" aşqarları