Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adana konfransı
Adana konfransı (30-31 yanvar 1943) - Türkiyə və Böyük Britaniya dövlətlərinin başçıları İsmət İnönü və Vinston Çörcillin iştirakı ilə Adana şəhərində keçirilən konfrans. 1943-cü ildə Kasablanka konfransında Türkiyənin müttəfiq ölkələrlə birgə Almaniyaya qarşı hərbi əməliyyatlarda iştirakının strateji cəhətdən zəruriliyi müzakirə olunmuş, bununla əlaqədar U.Çörçill Türkiyəyə gəlmişdi. Aparılan danışıqlara və bütün səylərə baxmayaraq Böyük Britaniya Türkiyənin müharibəyə qoşulmasına nail ola bilməmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.
Arkadiya konfransı
Arkadiya konfransı, Birləşmiş Krallıq və ABŞ nümayəndələri arasında 22 dekabr 1941 - 14 fevral 1942-ci il tarixləri arasında Vaşinqtonda təşkil edilən, tərəflər arasında Avropadakı müharibə ilə bağlı strategiyaların müəyyən edildiyi görüşlərdir. Konfransa hər iki ölkənin dövlət rəhbərləri kimi Vinston Çörçil və Franklin Delano Ruzvelt başçılıq etmişdir. == Konfransdan əvvəlki hadisələr == Nasist Almaniyası və İtaliyanın 11 noyabr 1941-ci il tarixində ABŞ-yə müharibə elan etməsi ilə ABŞ-nin Avropadakı müharibəyə qatılması qaçınılmaz hala gəlmişdi. Ardıyca yaponların 7 yanvar 1941-ci ildəki Pörl-Harbora hücumundan sonra ABŞ Sakit okeanda yaponlarla müharibəyə başlamışdı. Pörl-Harbora hücumu eyni zamanda Birləşmiş Krallığı Uzaq Şərqdəki təsir sahələrinə daha çox qüvvə ayırmağa məcbur etmişdi. Bu vəziyyətdə hər iki ölkə güclərinin birləşdirilməsi və hər iki müharibə sahəsində bölüşdürülməsi üçün stratejik qərarlar almağa məcbur oldular. Başlanğıcda ABŞ-nin Avropada müharibəyə girmək barədə düşüncəsi La-Manş sahillərindəki Fransa torpaqlarına hücum etmək yönündə idi. Stalin Avropada ikinci cəbhənin açılması məsələsində israrlı idi. Ancaq Çörçil konfrans zamanı cəbhənin Avropada yox, Şimali Aftrikada açılması məsələsində israr edirdi. Şimali Afrikada ABŞ VIII Ordusunun 18 noyabr 1942-ci ildə başlatdığı Səlib hərəkatının davamında Ervin Rommelin komandanlığındakı Alman-İtalyan qüvvələri Sirenaykanın qərbinə çəkilməyə başlamışdılar.
Bandunq konfransı
Bandunq konfransı — 1940-cı ilin sonu və 1950-ci illərin ortalarında Asiya və Afrikada bir sıra yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərin xarici siyasəti və diplomatik fəaliyyəti beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmağa başladı. 1947-ci ildə Dehlidə 26 ölkənin nümayəndələrindən ibarət keçirilən müşavirə Asiya ölkələrini əməkdaşlığa çağırırdı. Bu ölkələr bloklara qoşulmamaq xətti götürdülər. Həmin məqsədlə 1955-ci il aprelin 18-də Bandunq şəhərində konfrans çağırıldı. Konfrans İndoneziya prezidentinin nitqi ilə öz işinə başladı. O qeyd etdi ki, Asiya və Afrika yalnız birliyi saxlamaqla çiçəklənə bilər. Bu konfransda Türkiyə, Birma, Hindistan, İndoneziya, Pakistan, Seylon, Əfqanıstan, Kamboca, ÇXR, Misir, Mərakeş, Qızıl Sahil, İran, İraq, Yaponiya, İordaniya, Laos, Livan, Liberiya, Liviya, Nepal, Filippin, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Tailand, VDR(keçmiş Vyetnam Demokratik Respublikası), Yəmən və Cənubi Vyetnam nümayəndə heyətləri iştirak edirdilər. İlk dəfə olaraq keçmiş müstəmləkəçi dövlətlər öz maraqlarını əks etdirən məsələləri həll etmək üçün toplaşmışdılar. Bu, Bandunq konfransına xüsusi əhəmiyyət verdi.
Batum Konfransı
Batum müqaviləsi — 4 iyun 1918-ci ildə Batumda Osmanlı imperiyası ilə üç Zaqafqaziya dövləti — Birinci Ermənistan Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Gürcüstan Demokratik Respublikası arasında imzalanmış müqavilə. Bu, Birinci Ermənistan Respublikası ilə AXC-nin ilk müqaviləsi idi və 14 maddədən ibarət idi. == Zəmin == 5 dekabr 1917-ci ildə ruslar və osmanlılar arasında Ərzincan barışığı imzalandı və beləliklə Rusiya ilə Osmanlı imperiyası arasında Fars cəbhəsində və Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsinin Qafqaz cəbhəsində silahlı qarşıdurmalara son qoyuldu. Ərzincan barışıq müqaviləsinin ardınca 3 mart 1918-ci ildə Rusiyanın Birinci Dünya müharibəsindən çıxması ilə bağlı Brest-Litovsk sülh müqaviləsi imzalandı. 1918-ci ilin 14 mart-aprel tarixləri arasında Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi nümayəndə heyəti arasında Trabzon sülh konfransı keçirildi. Ənvər Paşa danışıqların sonunda Brest-Litovskda Şərqi Anadolu vilayətlərinin Osmanlı tərəfindən yenidən ələ keçirilməsinin tanınması müqabilində Qafqazdakı bütün ambisiyalarından çəkilməyi təklif etdi. Aprelin 5-də Zaqafqaziya nümayəndə heyətinin rəhbəri Akaki Çxenkeli Brest-Litovsk müqaviləsini daha çox danışıqlar üçün əsas kimi qəbul etdi və idarəetmə orqanlarını bu mövqeyi qəbul etməyə çağırdı. Tiflisdə hökm sürən əhval-ruhiyyə çox fərqli idi. Ermənilər respublikaya təzyiq göstərərək, Osmanlı imperiyası ilə öz aralarında müharibə vəziyyətinin olduğunu bildirirdilər. Döyüşlər yenidən başladı və Osmanlı qoşunları şərqdə yeni torpaqları ələ keçirərək müharibədən əvvəlki sərhədlərə çatdı.
Bilderberq konfransı
Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (ing. Bilderberg meetings) — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir. == Tarixi == Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrup öz adını da buradan götürüb. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar.
Genuya konfransı
Genuya konfransı (ing. Genoa Conference, it. Conferenza di Genova, fr. Accords de Gênes, alm. Konferenz von Genua‎) — İqtisadi və maliyyə məsələlərinə dair 29 dövlətin və 5 Britaniya dominionunun nümayəndələrinin iştirakı ilə 1922-ci il aprelin 10-dan - mayın 20-dək Genuya şəhərində (İtaliya) beynəlxalq toplantı. Konfrans, o zaman beynəlxalq səviyyədə tanınmayan RSFSR hökuməti üçün böyük əhəmiyyət kəsb edirdi. Vladimir Lenin RSFSR nümayəndə heyətinin sədri təyin edilmişdi. Lakin Leninin getmədiyi Genuyada, Sovet dövlətini sədrin bütün hüquqlarından istifadə edən Georgi Çiçerin təmsil etdi. RSFSR nümayəndə heyətinə həmçinin Leonid Krasin, Maksim Litvinov, Vatslav Vorovski, Yan Rudzutak, Adolf İoffe, Kristian Rakovski, Nəriman Nərimanov, Budu Mdivani, Aleksander Bekzadyan, Aleksnder Şlyapnikov, Fayzulla Xodjayev, Timofey Sapronov, Nikolay Yanson da daxil idi. Nümayəndə heyəti təkcə RSFSR-ni deyil, bütün digər sovet respublikalarını: Azərbaycan, Ermənistan, Belorusiya, Buxara, Gürcüstan, Ukrayna, Xorəzm, habelə Uzaq Şərq Respublikasının maraqlarını təmsil edirdi.
Potsdam konfransı
Potsdam konfransı (ing. Potsdam Conference, rus. Потсдамская конференция) – 17 iyul–2 avqust 1945-ci ildə Almaniyanın Potsdam şəhərində keçirilmiş ikinci dünya müharibəsinə dair konfrans. 1945-ci ilin iyulun 17-dən avqustun 2dək Berlin yaxınlığında yerləşən Potsdamda "böyük üçlüyün" növbəti görüşü keçirildi. SSRİ-dən İosif Stalin, Böyük Britaniyadan Klement Ettli, ABŞ-dən Harri Trumen bu konfransda iştirak edirdi. Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyənləşdirmək idi. Almaniya ərazisi SSRİ, Böyük Britaniya, ABŞ və Fransa işğal zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri beynəlxalq tribunala verildi. Ölkənin paytaxtı Berlin də 4 zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirildi.
Qafqaz Konfransı
Zaqafqaziya Konfransı — Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar respublikaları nümayəndələrinin 1918–1919-cu illərdə Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək üçün keçirdikləri konfranslar. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin xarici siyasəti qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: Birinci dünya müharibəsinin sona çatdığı bir şəraitdə qarşıdan gələn sülh konfransında Qafqaz dövlətlərinin ümumi mövqedən çıxış etmələri və aralarındakı problemlərin həlli üçün Gürcüstan tərəfi 1918-ci il oktyabrın 27-də Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciətlə Zaqafqaziya Konfransında iştirak etmək məqsədilə Tiflisə səlahiyyətli nümayəndələr göndərməyi təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu təklifi razılıqla qarşılayaraq, noyabrın 11-də konfransda iştirak üçün Mustafa Vəkilov və Məmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyəti yaratdı. Dağlılar Respublikası Tiflisə Vəssan Gəray Cabaqiyev və Pşemaxo Kotsevdən ibarət nümayəndə heyətini göndərdi. Ermənistan isə Gürcüstan və Azərbaycana qarşı ərazi iddiasında olduğu və silahlı qüvvə tətbiq etməklə, işğallara başladığı üçün təklənməkdən qorxaraq, konfransda iştirakdan boyun qaçırdı və öncə Gürcüstanla Borçalı ilə bağlı münaqişəni "həll etməyi", yəni qəzanın bir hissəsinin Ermənistana verilməsini şərt kimi irəli sürdü. Birinci Zaqafqaziya Konfransı 1918-ci il noyabrın 14-də Tiflisdə işə başladı. Ermənistan nümayəndə heyəti iştirak etmədiyindən, Gürcüstan nümayəndə heyətinin başçısı Y. Gegeçkorinin təklifi ilə konfrans noyabrın 20-dək təxirə salındı. Sonra elə həmin səbəbdən konfransın açılışı daha 2 dəfə təxirə salındı və onun işə başlaması dekabrda da mümkün olmadı. Ermənistan tərəfi isə Almaniya və Osmanlı imperiyasının müharibədə məğlub olmasını, Bakıya ingilis qoşununun çıxarılmasını özü üçün əlverişli hesab edərək, dekabrın 15-də Gürcüstana qarşı hərbi əməliyyatlara başladı.
Qahirə konfransı
Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Asiyada baş verən hərbi əməliyyatlar haqqında və Yaponiyaya qarşı qərarlar qəbul etmək üçün Misirin paytaxtı Qahirə şəhərində 22-26 noyabr 1943-cü il tarixində keçirilmiş konfransdır. Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi arasında olmuşdur. SSRİ rəhbəri İosif Stalin Yaponiya ilə gərginliyin ola biləcəyindən ehtiyatlanaraq bu konfransda iştirak etməmişdi ( 2 dövlət arasında 1941-ci ildə bağlanmış 5 illik Sovet-yapon bitərəflik paktına görə bu hadisə baş vermişdi və 1943-cü ildə SSRİ Yaponiya ilə müharibədə deyildi). Qahirə konfransı ABŞ-nin Misirdəki səfiri Aleksandr Kirkin iqamətgahında keçirilmişdi. 2 gün sonra İosif Stalin Franklin Ruzvelt və Vinston Çörçill ilə Tehran konfransında görüşdü. Qahirə bəyannaməsi, 27 noyabr 1943-cü ildə imzalandı və radio ilə 1 dekabr 1943-cü ildə elan edildi, müttəfiqlərin Yaponiyanın qeyd-şərtsiz təslim olmasına qədər müharibə edəcəkləri ərz olundu. Qahirə bəyannaməsinin əsas müddəaları bu idi ki, Yaponiya təcavüzkarlığının qarşısı alınmalıdır, Mancuriya, Formosa və Peskadores daxil olmaqla, bu ərazilər Çin Respublikasına qaytarılmalı idi. Yaponiya müstəmləkəçilik etdiyi ərazilərdən məhrum edilməli, Koreya azad və müstəqil dövlət olmalı idi.
Spa konfransı
Spa konfransı — Ali Müharibə Şurası ilə Almaniya arasında Belçikanın Spa şəhərində 1920-ci ilin 5-16 iyul tarixlərində keçirilmiş konfrans. Əsas müzakirə mövzusu Almaniyanın hərbsizləşdirilməsi, müttəfiqlərə kömür göndərilməsi və Almaniyanın qalib dövlətlərə ödəməli olduğu təzminat məsələsi olmuşdur. Spa konfransı Almaniyanın müharibədən sonra dəvət edildiyi ilk beynəlxalq konfrans idi. Müttəfiqlər düşünürdü ki, mübahisəli məsələlərdə məktublar və digər diplomatik vasitələrlə həll yolu tapmaqdansa, görüşüb müzakirə aparmaq daha məhsuldar olar. Buna görə konfransa Almaniya da dəvət edilmişdi. Konfransa İngiltərənin baş naziri David Lloyd Corc, Fransanın baş naziri Aleksandr Milyeran, Almaniyanı kansleri Konstantin Feyrenbax, həmçinin Britaniyanın və Fransanın Almaniyadakı səfirləri də qatılmışdı. Səfirlərə Berlində yerləşən Təzminat Komissiyası işlərinə nəzarət etmək tapşırılmışdı. Versal sülh müqaviləsi imzalandıqdan sonra Avropada dövlətlərarası münasibətlərdə başlıca məsələ Almaniyanın tərksilah edilməsi və təzminat alınması idi. Spa konfransı da bu məqsədlə çağırılmışdı. Müttəfiqlər Almaniyadan Versal sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edərək onun qarşısında aşağıdakı şərtləri irəli sürürdülər: Könüllü hərbi dəstləri tərksilah etmək, Ayrı-ayrı adamlardan silahları yığmaq, Ordunu könüllülük prinsipi əsasında qurmaq, Hərbi əmlakı təhvil vermək, Müqavilənin digər şərtlərinə əməl etmək.
TED konfransı
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir. Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.
Tehran konfransı
Tehran konfransı — 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçill (Böyük Britaniya)nın, iştirakı ilə keçirilmiş konfrans. İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirildi. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tuturdu. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini göstərdi. Çörçillin ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmağı təklif edirdilər. Lakin Çörçill planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ilin mayında “Overvold” adı altında Fransanın şimalında açmaq barədə qərar verildi. Müttəfiq dövlətlər Türkiyənin antihitler koalisiyası tərəfindən müharibəyə qoşulmasına dair tədbir görəcəkləri barədə razılığa gəldilər. Stalin Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi.
Trabzon konfransı
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi. Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi. Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada Xalq Komissarları Sovetinə üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir. Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər.
Vanze konfransı
Vanze konfransı — 1942-ci il yanvarın 20-də Berlindəki Vanze gölünün kənarında Am-Qrosen-Vanze (alm. Am Großen Wannsee‎) küçəsi ev 56-58 ünvanında yerləşən Marlir Villasında hökumət nümayəndələrinin və Almaniyanın Nasist partiyasının başçılarının iclası. Vanze konfransında "yəhudi məsələsinin son həlli" yolları və vasitələri müəyyən edildi. Reyx Baş Təhlükəsizlik Xidmətinin direktoru SS-Oberqruppenfüreri Reynhard Heydrix tərəfindən çağırılan konfrans, "yəhudi məsələsinin son həlli" yollarını (alm. Endlösung der Judenfrage‎), həyata keçirilməsində müxtəlif dövlət idarələrinin inzibati rəhbərləri arasında əməkdaşlığı təmin etməli idi. Almaniyanın işğalı altındakı Avropadakı yəhudilərin çoxunun istila edilən Polşaya sürgün edilərək məhv edilməsi qərarı verilmişdi. Konfransda Xarici İşlər Nazirliyinin, Ədliyyə, Daxili İşlər və Dövlət nazirliklərinin dövlət katibləri ilə yanaşı bir sıra nazirliklərin səlahiyyətliləri və SS nümayəndələri iştirak etmişdilər. Görüş zamanı, Heydərix Avropa yəhudilərinin necə toplanaraq Baş Hökumətdəki (Polşanın işğal olunmuş hissəsi) ölüm düşərgələrinə göndəriləcəyini və orada öldürüləcəklərini izah etmişdi. Məhz bu konfransda Avropanın yəhudi əhalisinin soyqırımı proqramı (hazırda "Holokost" termini istifadə olunur) qəbul edildi. Yəhudilərə qarşı ayrı-seçkilik nasistlərin 30 yanvar 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı.
Yalta konfransı
Yalta (Krım) konfrası (ing. Yalta Conference, rus. Ялтинская конференция) – 4–11 fevral 1945-ci ildə Yaltanın Livadiya sarayında keçirilmiş İkinci Dünya müharibəsinə dair konfrans. 1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) yeni görüşü keçirildi. Krım konfransı adını almış bu konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir. Almaniyadan təzminat alınmasının vacibliyi də qeyd olundu. Belə ki, konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalı idi. Konfransda SSRİ qərb sərhədlərinin tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldı.
Zaqafqaziya Konfransı
Zaqafqaziya Konfransı — Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar respublikaları nümayəndələrinin 1918–1919-cu illərdə Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək üçün keçirdikləri konfranslar. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin xarici siyasəti qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: Birinci dünya müharibəsinin sona çatdığı bir şəraitdə qarşıdan gələn sülh konfransında Qafqaz dövlətlərinin ümumi mövqedən çıxış etmələri və aralarındakı problemlərin həlli üçün Gürcüstan tərəfi 1918-ci il oktyabrın 27-də Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciətlə Zaqafqaziya Konfransında iştirak etmək məqsədilə Tiflisə səlahiyyətli nümayəndələr göndərməyi təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu təklifi razılıqla qarşılayaraq, noyabrın 11-də konfransda iştirak üçün Mustafa Vəkilov və Məmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyəti yaratdı. Dağlılar Respublikası Tiflisə Vəssan Gəray Cabaqiyev və Pşemaxo Kotsevdən ibarət nümayəndə heyətini göndərdi. Ermənistan isə Gürcüstan və Azərbaycana qarşı ərazi iddiasında olduğu və silahlı qüvvə tətbiq etməklə, işğallara başladığı üçün təklənməkdən qorxaraq, konfransda iştirakdan boyun qaçırdı və öncə Gürcüstanla Borçalı ilə bağlı münaqişəni "həll etməyi", yəni qəzanın bir hissəsinin Ermənistana verilməsini şərt kimi irəli sürdü. Birinci Zaqafqaziya Konfransı 1918-ci il noyabrın 14-də Tiflisdə işə başladı. Ermənistan nümayəndə heyəti iştirak etmədiyindən, Gürcüstan nümayəndə heyətinin başçısı Y. Gegeçkorinin təklifi ilə konfrans noyabrın 20-dək təxirə salındı. Sonra elə həmin səbəbdən konfransın açılışı daha 2 dəfə təxirə salındı və onun işə başlaması dekabrda da mümkün olmadı. Ermənistan tərəfi isə Almaniya və Osmanlı imperiyasının müharibədə məğlub olmasını, Bakıya ingilis qoşununun çıxarılmasını özü üçün əlverişli hesab edərək, dekabrın 15-də Gürcüstana qarşı hərbi əməliyyatlara başladı.
Tərəflərin Konfransı
Tərəflərin Konfransı (COP; fr. Conférence des Parties, CP) beynəlxalq konvensiyanın ali idarəetmə orqanıdır (müqavilə, beynəlxalq hüquq subyektləri arasında yazılı razılaşma) və konvensiyaya üzv dövlətlərin nümayəndələrindən və akkreditə olunmuş müşahidəçilərdən ibarətdir. COP-un əhatə dairəsinə "Konvensiyanın və COP-un qəbul etdiyi hər hansı digər hüquqi sənədlərin həyata keçirilməsinin" təmin edilməsi və Konvensiyanın səmərəli icrasını gücləndirmək üçün zəruri qərarların qəbul edilməsi daxildir. COP-un konvensiyalarına aşağıda qeyd olunanlar daxildir: Bazel Konvensiyası Kimyəvi Silahlar Konvensiyası Bioloji Müxtəliflik haqqında Konvensiya 2012 Heydərabad Biomüxtəliflik Konfransı (COP11) 2022 Birləşmiş Millətlər Təşkilatının Biomüxtəliflik Konfransı (COP15) Vəhşi Heyvanların Köçəri Növlərinin Qorunması haqqında Konvensiya (Bonn Konvensiyası) Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin Beynəlxalq Ticarət Konvensiyası Kioto protokolu Merkuri haqqında Minamata Konvensiyası Ramsar Konvensiyası Rotterdam Konvensiyası Davamlı Üzvi Çirkləndiricilərə dair Stokholm Konvensiyası Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə BMT-nin səhralaşma ilə mübarizə Konvensiyası BMT-nin Korrupsiyaya qarşı Konvensiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı Ümumdünya Səhiyyə Təşkilatının tütünlə mübarizə üzrə Çərçivə Konvensiyası == Həmçinin bax == Beynəlxalq hüquq == İstinadlar == == Ədəbiyyat == Timothy L. Meyer. "From Contract to Legislation: The Logic of Modern International Lawmaking". ssrn.com. Social Science Research Network. January 13, 2014. SSRN 2378870. İstifadə tarixi: July 15, 2022.
Elmi konfrans
Elmi konfrans — böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Veb konfrans
Veb-konfrans — veb-yayımlar və veb-görüşlər kimi əməkdaşlıq xidmətləri daxil olmaqla müxtəlif növ onlayn konfranslar və veb-seminarlar üçün çətir termini. Bu, onu əməkdaşlıq sessiyaları kimi tanınan digər növlərdən ayırmaq məqsədilə bəzən həmkarlar səviyyəsində veb-görüş konteksti kimi daha dar mənada istifadə edilə bilər. Bu texnologiyalarla bağlı terminologiya dəqiq və veb-konfrans standartlarına əsaslanaraq razılaşdırılmışdır, lakin terminlərdən istifadəni təmin etmək üçün xüsusi təşkilatların istifadədə olan tətbiqləri mövcuddur. Ümumiyyətlə, veb-konfrans İnternet texnologiyaları, xüsusən də TCP/IP bağlantıları vasitəsilə mümkün olur. Xidmətlər real vaxt rejimində nöqtədən nöqtəyə rabitə ilə yanaşı, bir göndəricidən bir çox qəbulediciyə multicast rabitəsinə imkan verə bilər. O, coğrafi cəhətdən səpələnmiş yerlərdə eyni vaxtda paylaşılacaq olan mətn əsaslı mesajlar, səsli və video söhbətlərin məlumat axınlarını təklif edir. Veb konfransı üçün proqramlara veb-əlaqəli kompüterdən digər veb-əlaqəli kompüterlərə görüşlər, təlim tədbirləri, mühazirələr və ya təqdimatlar daxildir. "Vebinar" termini veb və seminar sözlərindən yaradılmış mürəkkəb sözdür. Bu, internet üzərindən ötürülən təqdimat, mühazirə və ya seminar mənasını daşıyır. Bu termin düzgün qurulmadığı iddiası ilə tənqid edilmişdir, çünki "inar" etibarlı kök deyil.
Lozanna Sülh Konfransı
Lozanna Sülh Konfransı (11 noyabr 1922-24 iyul, 1923), İsveçrənin Lozanna şəhərində 8 ay davam etmiş və Türk tərəfinin qeyd-şərtsiz müstəqillik tələbi ilə çətin şəraitdə keçmişdir. Görüşmələrdə Türkiyəni təmsil edən İsmət İnönü başqanlığındakı heyətin bu uğurdakı rolu böyükdür. Lozanna konfransına qatılacaq Türk nümayəndəliyinin 8 noyabr 1922-ci ildə şərq ekspresiylə İstanbuldan hərəkət etmiş və 11 noyabr 1922-ci ildə Lozannaya çatmışdır. Türk nümayəndə heyəti rəhbəri Lozanna səfər zamanı heyət üzvlərinə ilk Başqanlıq Ümumi Bəyannaməsini 11 noyabr, 1922-ci ildə bildirmişdir. hərbi nizam və intizamını özündə ehtiva edən bu bəyannamə, konfransın davam etdiyi müddətə heyət mənsublarının işləmə və davranışlarını tənzimləyən bir təlimat funksiyası daşımışdır. == Konfransa qatılan türk nümayəndə heyəti == === Nümayəndələr === İsmət İnönü (Xarici İşlər naziri, nümayəndə heyətinin rəhbəri) Dr. Rza Nur (Səhiyyə naziri) Həsən Saka (köhnə Maliyyə naziri) === Müşavirlər === Münir Ertəgün (Xarici İşlər Nazirliyi hüquq müşaviri) Muxtar Cilli (köhnə Mütərəqqilik Nazirliyi müşaviri) Vəli Saltıkgil (Burdur millət vəkili) Zülfü Tigrel (Diyarbəkir millət vəkili) Zəkai Apaydın (Adana millət vəkili) Cəlal Bayar (köhnə İqtisadiyyat naziri və İzmir millət vəkili) Şefik Başman (Maliyyə Tədqiqat Qurumu rəhbəri) Tevfik Bıyıklıoğlu (Qərərgah polkovnik-leytenantı) Tahir Taner (Ədliyyə Nazirliyi müşaviri) Nüsrət Metya (Xarici İşlər Nazirliyi ikinci hüquq müşaviri) Yusif Hikmət Bayur (Xarici İşlər Nazirliyi Siyasi İşlər müdiri) Zühtü İnhan (Universitet təhsil üzvü) Fuad Ağralı (Maliyyə Nazirliyi Hesab İşləri müdiri) Mustafa Şərəf Özkan (Xarici İşlər Nazirliyi müşaviri) Şükrü Kaya ( Mülki işlər müfəttişi) Həmid Həsəncan (Qızıl Aypara Cəmiyyəti ikinci başqanı) Mehmed Cavid ( köhnə maliyyə naziri) Haim Nahum (Türkiyə Yəhudiləri Hamambaşı, Yüksək Mühəndis Məktəbi fransızca müəllimi) Baha Bəy ( Ədliyyə Nazirliyi Məzhəb İşləri müdiri) === Mətbuat nümayəndələri === Ruşən Əşrəf Ünaydın (yazıçı) Yahya Kamal Bayatlı (İstanbul Darulfününün müəllimi) === Baş Katib və müşavir === Rəşid Saffet Atabinen ==== Katiblər ==== Əli bəy Türkgəldi (Xariçi İşlər Nazirliyi işçisi) Mehmed Əli Balin (Xariçi İşlər Nazirliyi işçisi) Cavad Açıqalın (Xariçi İşlər Nazirliyi işçisi) Cəlal Hazim Arar (Xariçi İşlər Nazirliyi işçisi) Saffet Sav (Qızıl Aypara Cəmiyyəti işçisi) Süleyman Saib Kıran (Xariçi İşlər Nazirliyi işçisi) Rıfat Bəy (Xariçi İşlər Nazirliyi keçmiş işçisi) Dr.
Montrö Boğazlar Konfransı
Montrö boğazlar konvensiyası yaxud İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası və ya 1936-cı il Montrö konvensiyası — Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran İsveçrənin Montrö şəhərində keçirimiş beynəlxalq konfransda qəbul olunmuş konvensiya. Konvensiyanın qəbul olunduğu konfrans 1936-cı il 22 iyun - 21 iyul aralığında keçirilmiş və Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq xarakterli sazişin qəbul edilməsi ilə yekunlaşmışdır. Bununla belə, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdür. Konvensiyanın şərtləri SSRİ tərəfindən uzun illər narazılıq doğurmuşdur. Belə ki, boğazlara hərbi gəmilərin girişini bağlayan konvensiya SSRİ-nin Aralıq dənizinə hərbi girişi ilə bağlı mübahisələrə səbəb olmuşdur. 1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyi Müqavilə Seriyasında qeydiyyata alınmışdır. Konvensiya hazırda qüvvədə qalmaqda davam edir. Konvensiya XIX və XX əsrlərdə Qara və Aralıq dənizləri arasındakı strateji cəhətdən vacib olan keçidə kimin nəzarət etməsi ilə bağlı uzun müddətdir davam edən "Boğazlar Sualına" aydınlıq gətirən bir sıra razılaşmalardan biri idi. 1923-cü ildə Lozanna Müqaviləsi Dardanel boğazını silahsız bölgəyə çevirdi.
Müsəlman Fəhlə Konfransı
Müsəlman Fəhlə Konfransı — Bakı mədən rayonu müsəlman fəhlələrinin konfransı. 1920-ci il aprelin 8-də "Türk ocağı"nın binasında keçirilmişdir. Konfransda hər 25 nəfərə bir mandat olmaqla, Mədən rayonunun bütün həmkarlar ittifaqlarının 700-ə yaxın nümayəndəsi iştirak etmişdir. Mərkəzi həmkarlar ittifaqının sədri Cavad bəy Məlik-Yeqanov konfransın açılışındakı çıxışında müsəlman fəhlələrin maraqlarını müdafiə edə biləcək, xalqların öz müqəddəratını təyin etmək və Azərbaycan Cümhuriyyətinin müstəqilliyi prinsiplərinə cavab verə biləcək ali fəhlə orqanının yaradılmasının zəruriliyini vurğulamışdır. Hökumət adından daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyli və Məhəmməd Əmin Rəsulzadə cari vəziyyətə dair məruzə etmişdilər. Ş.Rüstəmbəyli hökumətin fəhlə və kəndlilərə dair tədbirlərindən ətraflı bəhs etmiş, Azərbaycan zəhmətkeşlərini həmrəyliyə və hökuməti dəstəkləməyə çağırmışdır. Məhəmməd Əmin Rəsulzadə konfrans iştirakçılarına baş verən hadisələrlə əlaqədar Azərbaycanın mövcud vəziyyəti barədə ətraflı məlumat vermişdir. Piri Mürsəlzadə mərkəzi fəhlə orqanının, həmkarlar ittifaqları şurasının vəzifələri haqqında məruzə etmişdir. Şura kooptasiya hüququ ilə 15 şəxsdən ibarət olub, 5 komissiyaya (təşkilat, barışdırıcı, mədəni-maarif, sanitar-gigiyena və tətil komissiyaları) bölünürdü. Sonra şuraya seçkilər keçirilmişdir.
Paris Sülh Konfransı
Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar 1920)— Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədilə "Antanta" ölkələri və ABŞ-nin Parisdə çağırdıqları sülh konfransı. Konfrans 18 yanvar 1919-cu ildə öz işinə başlayır. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddə sonra öz hakimiyyətini elan etmişdi. Həmdə 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi. Burada 27 ölkə təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" — ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniya baş naziri Lloyd Corc və Fransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi.
Paris konfransı (1947)
Paris konfransı — 1946-cı il iyulun 29-da Parisdə 21 dövlətin iştirak etdiyi sülh konfransı. Konfransın ilk günü iki xəttin mövcud olduğu üzə çıxdı. ABŞ və İngiltərə qərarların sadə səs çoxluğu ilə, SSRİ isə 2/3 səs çoxluğu ilə qəbul olunmasını irəli sürdü. Nəticədə kompromis variant kimi hər iki səsvermə qaydası qəbul edildi. Konfransda əsas yeri İtaliya-Yuqoslaviya sərhədi və Triyest məsələsi tutdu. SSRİ Yuqoslaviyanı müdafiə etdi. Triyestin statusu haqqında məsələ iki aya yaxın müzakirə edildikdən sonra ABŞ-nin layihəsi qəbul olundu. Dunayda gəmiçilik məsələsində SSRİ-nin bərabər imkanlara, azad ticarətə qarşı çıxmasına baxmayaraq, səsvermə zamanı ingilis-amerikan layihəsi qəbul edildi. Dunayda naviqasiya bütün dövlətlərin gəmiləri, malları və vətəndaşları üçün tam bərabərlik əsasında azad və açıq olmalı idi. Konfransda təzminat məsələsi kəskin mübahisələrə səbəb oldu.
Qərb Konfransı (NBA)
Qərb Konfransı Amerika peşəkar basketbol liqası olan NBA-də yer alan iki konfransdan (bölgə) biridir. Konfransda 5 basketbol klubundan ibarət 3 qrup mövcuddur. Hər klub öz qrupundakı klublarla 4 dəfə qarşılaşır. Klublar, öz konfransında yer alan lakin öz qruplarında yer almayan klublarla ümumilikdə 36 oyuna çıxırlar ki, buda hər klubla bir öncəki mövsümdə sərgilədikləri güc göstəricisinə görə 3 və ya 4 oyun edir. Öz konfranslarında olmayan klublarla isə 2 oyuna çıxırlar və ümumilikdə hər klub normal mövsümdə 82 oyun keçirir. Normal mövsümün sonunda konfranslarındakı 15 klubdan ilk 8-ə girən klublar pleyofflara yüksəlir. Pleyoflarda cütləşən klublar ard-arda bir neçə oyun keçirirlər və 4 qalibiyyətə çatan tərəf bir üst tura yüksəlir. Bu formata görə ev sahibi üstünlüyünə sahib klub, seriyanın 7 oyuna uzandığını düşünərsək 1, 2, 5, və 7-ci oyunları, digər klub isə 3, 4, və 6-cı oyunları öz meydanında keçirir. Şərq və Qərb konfranslarında 30 klubun mübarizə apardığı NBA-də normal mövsümdə ümumilikdə 1230 oyun baş tutur.