Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • КОНФЕРАНСЬЕ

    м нескл. конферансье (концертдин чIавуз адан программада авай затIар гьар сеферда тамашачийриз малумардай кас).

    Tam oxu »
    Rusca-ləzgicə lüğət
  • конферансье

    неизм.; м. (франц. conferencier) Артист, ведущий конферанс.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • КОНФЕРАНСЬЕ

    м нескл. konferansye (konsert proqramının nömrələrini tamaşaçılara elan və nömrələr arasındakı fasilələrdə onları məşğul edən artist).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • KONFERANSYE

    сущ. конферансье (артист, выступающий в жанре конферанса)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • KONFERANSYE

    [fr.] конферансье (концертдин программада авай затӀар гьар сеферда тамашачийриз малумардай ва буш арада абур машгъулардай артист).

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • KONFERANSYELİK

    сущ. работа, обязанности конферансье; konferansyelik etmək конферировать (выполнять обязанности конферансье)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • KONFERANSYÉ

    ...nömrələr arasında tamaşaçıları məşğul edən artist. Lətifənin yaxşı tanıdığı konferansye cavan fəhlələrin özlərindən deyildi. M.Hüseyn.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KONFERANSYE

    i. master of ceremonies; compere

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • konferansye

    is. présentateur m

    Tam oxu »
    Azərbaycanca-fransızca lüğət
  • konferansye

    konferansye

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • КОНФЕРАНС

    м konferans (konferansyenin tamaşaçılara və ya dinləyicilərə verdiyi xəbər, məlumat).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • конферанс

    -а; м. (франц. conference) Эстрадный жанр - выступление на сцене, связанное с объявлением и комментированием номеров программы; текст такого выступления.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • konferans

    konferans

    Tam oxu »
    Azərbaycanca-türkcə lüğət
  • KONFERANS

    сущ. конферанс (эстрадный жанр – выступление на сцене, связанное с объявлением и комментированием номеров программы)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • KONFERANS

    konferans

    Tam oxu »
    Türkcə-azərbaycanca lüğət
  • KONFRANS

    ...nümayəndələrinin müşavirəsi, yığıncağı. Elmi konfrans. Beynəlxalq konfrans. – Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağırılmışdı. C.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KONFRANS

    конференция

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • KONFRANS

    ...организаций для обсуждения и решения каких-л. вопросов). Partiya konfransı партийная конференция, elmi konfrans научная конференция, konfrans çağırma

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • KONFRANS

    i. conference; sülh ~ ı peace conference

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • konfrans

    is. conférence f ; sülh ~ı conférence de paix

    Tam oxu »
    Azərbaycanca-fransızca lüğət
  • KONFRANS

    [lat.] конференция (мешверат патал, месэлаяр гьялун патал тир кӀватӀал, собрание).

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • konfrans

    konfrans

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • конферировать

    -рую, -руешь; нсв. что Выполнять обязанности конферансье. Конферировать номера программы. Мне поручили конферировать.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • CONFERENCE

    n 1. konfrans, toplantı, müşavirə; party ~ partiya konfransı / müşavirəsi; international ~ beynəlxalq konfrans / müşavirə; round-table ~ dəyirmi stol

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • конференц-зал

    ...(нем. Konferenzsaal) Зал для торжественных заседаний, конференций. Большой конференц-зал Академии наук.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • КОНФЕРЕНЦ-ЗАЛ

    м konfrans zalı (təntənəli iclaslar zalı).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • konfrans-salon

    konfrans-salon

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • ПРЕСС-КОНФЕРЕНЦИЯ

    ж mətbuat konfransı.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • КОНФЕРЕНЦИЯ

    ж konfrans (dövlətlərin və ya təşkilatların nümayəndələrinin müşavirəsi); международная конференция beynəlxalq konfrans; научная конференция elmi konf

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • COĞRAFİYAÇI

    bax coğrafiyaşünas. Coğrafiyaçıların konfransı.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • conférence

    f 1) mühazirə; 2) konfrans, müşavirə

    Tam oxu »
    Fransızca-azərbaycanca lüğət
  • ENTERTAINER

    n 1. estrada artisti; konferansye; 2. ev sahibi, qonaq qəbul edən

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ÜMUMUNİVERSİTET

    прил. общеуниверситетский. Ümumuniversitet konfransı общеуниверситетская конференция

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ПАРТКОНФЕРЕНЦИЯ

    ж (партийная конференция) partkonfrans (partiya konfransı).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ROUND-TABLE

    adj dəyirmi stol; ~ conference dəyirmi stol konfransı

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ЧИТАТЕЛЬСКИЙ

    прил. oxucu -i[-ı]; читательская конференция oxucu(lar) konfransı.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ELMİ-ƏMƏLİ

    научно-практический. Elmiəməli konfrans научно-практическая конференция

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • КОНФЕРЕНЦИЯ

    konfrans (dövlətlərin və ya təşkilatların nümayəndələrinin müşavirəsi)

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • SELEKSİYAÇI

    сущ. селекционер (специалист по селекции). Seleksiyaçıların konfransı конференция селекционеров

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ВСЕРОССИЙСКИЙ

    ...-i[-ı]; Всероссийская конференция учителей Ümumrusiya müəllimlər konfransı.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ELMİ-TƏCRÜBİ

    прил. научно-практический. Elmi-təcrübi konfrans научно-практическая конференция

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • COLLOQUY

    n 1. rəsmi söhbət; müzakirə; konfrans; 2. yazılı şəkildə mükalimə / dialoq

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ADVISABILITY

    ...məqsədəmüvafiqlik, məqsədəuyğunluq; the ~ of holding a conference konfrans keçirməyin məqsədəuyğunluğu

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • TRIPARTITE

    ...vahiddən ibarət olan, üçtərəfli; a ~ conference üç dövlətin konfransı; 2. üçlük

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • MƏQSƏDƏUYĞUNLUQ

    i. expediency, advisability; konfrans keçirməyin məqsədəuyğunluğu the advisability of holding a conference

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • ÜMUMŞƏHƏR

    is. [ər.] Bütün şəhər üçün ümumi, bütün şəhərə aid. Ümumşəhər partiya konfransı. Ümumşəhər kitabxanası.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • OXUCU

    ...reader; yaxşı ~ great reader; pis ~ poor reader II. s. reader’s; ~ konfransı readers’ conference

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • ПАРТ...

    ...“partiya” mənasında olan birinci tərkib hissəsi; məs.: партконференция (partiya konfransı); партактив (partiya aktivi).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • INTERNATIONAL

    .../ trade / conference beynəlxalq qanun / müqavilə / ticarət / konfrans; ~ peace bütün dünyada sülh

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ÜMUMAVROPA

    ...общеевропейская безопасность, tərksilah məsələlərinə dair ümumavropa konfransı общеевропейская конференция по вопросам разоружения

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • перегримировать

    ...перегримировывание кого-что Загримировать заново, по-иному. Перегримировать актёра, конферансье, телеведущего, куклу. Перегримировать в другой грим.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Adana konfransı
Adana konfransı (30-31 yanvar 1943) - Türkiyə və Böyük Britaniya dövlətlərinin başçıları İsmət İnönü və Vinston Çörcillin iştirakı ilə Adana şəhərində keçirilən konfrans. 1943-cü ildə Kasablanka konfransında Türkiyənin müttəfiq ölkələrlə birgə Almaniyaya qarşı hərbi əməliyyatlarda iştirakının strateji cəhətdən zəruriliyi müzakirə olunmuş, bununla əlaqədar U.Çörçill Türkiyəyə gəlmişdi. Aparılan danışıqlara və bütün səylərə baxmayaraq Böyük Britaniya Türkiyənin müharibəyə qoşulmasına nail ola bilməmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.
Arkadiya konfransı
Arkadiya konfransı, Birləşmiş Krallıq və ABŞ nümayəndələri arasında 22 dekabr 1941 - 14 fevral 1942-ci il tarixləri arasında Vaşinqtonda təşkil edilən, tərəflər arasında Avropadakı müharibə ilə bağlı strategiyaların müəyyən edildiyi görüşlərdir. Konfransa hər iki ölkənin dövlət rəhbərləri kimi Vinston Çörçil və Franklin Delano Ruzvelt başçılıq etmişdir. == Konfransdan əvvəlki hadisələr == Nasist Almaniyası və İtaliyanın 11 noyabr 1941-ci il tarixində ABŞ-yə müharibə elan etməsi ilə ABŞ-nin Avropadakı müharibəyə qatılması qaçınılmaz hala gəlmişdi. Ardıyca yaponların 7 yanvar 1941-ci ildəki Pörl-Harbora hücumundan sonra ABŞ Sakit okeanda yaponlarla müharibəyə başlamışdı. Pörl-Harbora hücumu eyni zamanda Birləşmiş Krallığı Uzaq Şərqdəki təsir sahələrinə daha çox qüvvə ayırmağa məcbur etmişdi. Bu vəziyyətdə hər iki ölkə güclərinin birləşdirilməsi və hər iki müharibə sahəsində bölüşdürülməsi üçün stratejik qərarlar almağa məcbur oldular. Başlanğıcda ABŞ-nin Avropada müharibəyə girmək barədə düşüncəsi La-Manş sahillərindəki Fransa torpaqlarına hücum etmək yönündə idi. Stalin Avropada ikinci cəbhənin açılması məsələsində israrlı idi. Ancaq Çörçil konfrans zamanı cəbhənin Avropada yox, Şimali Aftrikada açılması məsələsində israr edirdi.Şimali Afrikada ABŞ VIII Ordusunun 18 noyabr 1942-ci ildə başlatdığı Səlib hərəkatının davamında Ervin Rommelin komandanlığındakı Alman-İtalyan qüvvələri Sirenaykanın qərbinə çəkilməyə başlamışdılar. Çörçil şimal-qərbi Afrika sahillərinə ediləcək ABŞ hücumunun Almaniyanı Şimali Afrikada iki cəbhəli döyüşlərə məcbur edəcəyinə inanırdı.
Bandunq konfransı
Bandunq konfransı — 1940-cı ilin sonu və 1950-ci illərin ortalarında Asiya və Afrikada bir sıra yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərin xarici siyasəti və diplomatik fəaliyyəti beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmağa başladı. 1947-ci ildə Dehlidə 26 ölkənin nümayəndələrindən ibarət keçirilən müşavirə Asiya ölkələrini əməkdaşlığa çağırırdı. Bu ölkələr bloklara qoşulmamaq xətti götürdülər. Həmin məqsədlə 1955-ci il aprelin 18-də Bandunq şəhərində konfrans çağırıldı. Konfrans İndoneziya prezidentinin nitqi ilə öz işinə başladı. O qeyd etdi ki, Asiya və Afrika yalnız birliyi saxlamaqla çiçəklənə bilər. Bu konfransda Türkiyə, Birma, Hindistan, İndoneziya, Pakistan, Seylon, Əfqanıstan, Kamboca, ÇXR, Misir, Mərakeş, Qızıl Sahil, İran, İraq, Yaponiya, İordaniya, Laos, Livan, Liberiya, Liviya, Nepal, Filippin, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Tailand, VDR(keçmiş Vyetnam Demokratik Respublikası ), Yəmən və Cənubi Vyetnam nümayəndə heyətləri iştirak edirdilər. İlk dəfə olaraq keçmiş müstəmləkəçi dövlətlər öz maraqlarını əks etdirən məsələləri həll etmək üçün toplaşmışdılar. Bu, Bandunq konfransına xüsusi əhəmiyyət verdi.
Batum Konfransı
Batum konfransı — 11 may–4 iyun 1918-ci il tarixlərində Osmanlı və Zaqafqaziya seymi nümayəndələrinin iştirakı ilə keçirilmiş konfrans. 45 nəfərlik Cənubi Qafqaz nümayəndə heyətinə Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri Akaki Çxenkeli başçılıq edirdi. Nümayəndəliyin həlledici səsə malik 6 üzvü arasında Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski də vardı. Osmanlı nümayəndə heyətinə ədliyyə naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi; heyətə Qafqaz cəbhəsi Osmanlı ordularının Baş komandanı Mehmet Vehib paşa və b. da daxil idilər. Almaniya təmsilçisi fon Lossov müşahidəçi statusu ilə konfransa qatılmışdı. Cəmi bir rəsmi toplantısı keçirilən konfransda Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəy Menteşe "Osmanlı imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında" müqavilə layihəsini müzakirəyə çıxardı. Osmanlı tərəfinin bir sıra yeni tələb və təkliflərini özündə əks etdirən bu sənədə münasibətdə Cənubi Qafqaz nümayəndəliyində fikir ayrılıqları yarandı və mövqelərin qütbləşməsi, xarici güclərə meyllənmənin qüvvətlənməsi baş verdi. Azərbaycandan olan təmsilçilər Osmanlı layihəsini dəstəklədilər. Çünki onlar ermənilərin də yaşadıqları bəzi ərazilərin (Axalkalaki və Ahısqa qəzalarının bütünlüklə, Sürməli, Aleksandropol, Eçmiədzin qəzalarının isə müəyyən hissələrinin) Osmanlı dövlətinə güzəştə gedilməsinin Cənubi Qafqazda Azərbaycanın mövqelərini qüvvətləndirəcəyi qənaətində idilər.
Bilderberq konfransı
Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (ing. Bilderberg meetings) — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir. == Tarixi == Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrup öz adını da buradan götürüb. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar.
Genuya konfransı
Genuya konfransı (ing. Genoa Conference, it. Conferenza di Genova, fr. Accords de Gênes, alm. Konferenz von Genua‎) — İqtisadi və maliyyə məsələlərinə dair 29 dövlətin və 5 Britaniya dominionunun nümayəndələrinin iştirakı ilə 1922-ci il aprelin 10-dan - mayın 20-dək Genuya şəhərində (İtaliya) beynəlxalq toplantı.Konfrans, o zaman beynəlxalq səviyyədə tanınmayan RSFSR hökuməti üçün böyük əhəmiyyət kəsb edirdi. Vladimir Lenin RSFSR nümayəndə heyətinin sədri təyin edilmişdi. Lakin Leninin getmədiyi Genuyada, Sovet dövlətini sədrin bütün hüquqlarından istifadə edən Georgi Çiçerin təmsil etdi. RSFSR nümayəndə heyətinə həmçinin Leonid Krasin, Maksim Litvinov, Vatslav Vorovski, Yan Rudzutak, Adolf İoffe, Kristian Rakovski, Nəriman Nərimanov, Budu Mdivani, Aleksander Bekzadyan, Aleksnder Şlyapnikov, Fayzulla Xodjayev, Timofey Sapronov, Nikolay Yanson da daxil idi. Nümayəndə heyəti təkcə RSFSR-ni deyil, bütün digər sovet respublikalarını: Azərbaycan, Ermənistan, Belorusiya, Buxara, Gürcüstan, Ukrayna, Xorəzm, habelə Uzaq Şərq Respublikasının maraqlarını təmsil edirdi. Konfransda iştirak etməkdən imtina edən ABŞ-ni bu konfransda müşahidəçi qismində - İtaliyadakı səfiri Riçard Çayld təmsil edirdi.
Potsdam konfransı
Potsdam konfransı (ing. Potsdam Conference, rus. Потсдамская конференция) – 17 iyul–2 avqust 1945-ci ildə Almaniyanın Potsdam şəhərində keçirilmiş ikinci dünya müharibəsinə dair konfrans. == Konfransın qərarları == 1945-ci ilin iyulun 17-dən avqustun 2dək Berlin yaxınlığında yerləşən Potsdamda "böyük üçlüyün" növbəti görüşü keçirildi. SSRİ-dən İosif Stalin, Böyük Britaniyadan Klement Ettli, ABŞ-dən Harri Trumen bu konfransda iştirak edirdi. Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyənləşdirmək idi. Almaniya ərazisi SSRİ, Böyük Britaniya, ABŞ və Fransa işğal zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri beynəlxalq tribunala verildi. Ölkənin paytaxtı Berlin də 4 zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirildi.
Qafqaz Konfransı
Zaqafqaziya Konfransı — Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar respublikaları nümayəndələrinin 1918–1919-cu illərdə Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək üçün keçirdikləri konfranslar. == Zəmin == 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin xarici siyasəti qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: == Birinci Konfrans == Birinci dünya müharibəsinin sona çatdığı bir şəraitdə qarşıdan gələn sülh konfransında Qafqaz dövlətlərinin ümumi mövqedən çıxış etmələri və aralarındakı problemlərin həlli üçün Gürcüstan tərəfi 1918-ci il oktyabrın 27-də Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciətlə Zaqafqaziya Konfransında iştirak etmək məqsədilə Tiflisə səlahiyyətli nümayəndələr göndərməyi təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu təklifi razılıqla qarşılayaraq, noyabrın 11-də konfransda iştirak üçün Mustafa Vəkilov və Məmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyəti yaratdı. Dağlılar Respublikası Tiflisə Vəssan Gəray Cabaqiyev və Pşemaxo Kotsevdən ibarət nümayəndə heyətini göndərdi. Ermənistan isə Gürcüstan və Azərbaycana qarşı ərazi iddiasında olduğu və silahlı qüvvə tətbiq etməklə, işğallara başladığı üçün təklənməkdən qorxaraq, konfransda iştirakdan boyun qaçırdı və öncə Gürcüstanla Borçalı ilə bağlı münaqişəni "həll etməyi", yəni qəzanın bir hissəsinin Ermənistana verilməsini şərt kimi irəli sürdü.Birinci Zaqafqaziya Konfransı 1918-ci il noyabrın 14-də Tiflisdə işə başladı. Ermənistan nümayəndə heyəti iştirak etmədiyindən, Gürcüstan nümayəndə heyətinin başçısı Y. Gegeçkorinin təklifi ilə konfrans noyabrın 20-dək təxirə salındı. Sonra elə həmin səbəbdən konfransın açılışı daha 2 dəfə təxirə salındı və onun işə başlaması dekabrda da mümkün olmadı. Ermənistan tərəfi isə Almaniya və Osmanlı imperiyasının müharibədə məğlub olmasını, Bakıya ingilis qoşununun çıxarılmasını özü üçün əlverişli hesab edərək, dekabrın 15-də Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Bu münaqişə ingilis hərbi qüvvəsi nümayəndələrinin fəal müdaxiləsindən sonra dekabrın 31-də dayandırıldı.
Qahirə konfransı
Qahirə konfransı — İkinci dünya müharibəsi dönəmində Asiyada baş verən hərbi əməliyyatlar haqqında və Yaponiyaya qarşı qərarlar qəbul etmək üçün Misirin paytaxtı Qahirə şəhərində 22-26 noyabr 1943-cü il tarixində keçirilmiş konfransdır. Görüş ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniya baş naziri Vinston Çörçill və Çin Respublikasının prezidenti Çan Kayşi arasında olmuşdur. SSRİ rəhbəri İosif Stalin Yaponiya ilə gərginliyin ola biləcəyindən ehtiyatlanaraq bu konfransda iştirak etməmişdi ( 2 dövlət arasında 1941-ci ildə bağlanmış 5 illik Sovet-yapon bitərəflik paktına görə bu hadisə baş vermişdi və 1943-cü ildə SSRİ Yaponiya ilə müharibədə deyildi). Qahirə konfransı ABŞ-nin Misirdəki səfiri Aleksandr Kirkin iqamətgahında keçirilmişdi.2 gün sonra İosif Stalin Franklin Ruzvelt və Vinston Çörçill ilə Tehran konfransında görüşdü. Qahirə bəyannaməsi, 27 noyabr 1943-cü ildə imzalandı və radio ilə 1 dekabr 1943-cü ildə elan edildi, müttəfiqlərin Yaponiyanın qeyd-şərtsiz təslim olmasına qədər müharibə edəcəkləri ərz olundu. Qahirə bəyannaməsinin əsas müddəaları bu idi ki, Yaponiya təcavüzkarlığının qarşısı alınmalıdır, Mancuriya, Formosa və Peskadores daxil olmaqla, bu ərazilər Çin Respublikasına qaytarılmalı idi. Yaponiya müstəmləkəçilik etdiyi ərazilərdən məhrum edilməli, Koreya azad və müstəqil dövlət olmalı idi.
Spa konfransı
Spa konfransı — Ali Müharibə Şurası ilə Almaniya arasında Belçikanın Spa şəhərində 1920-ci ilin 5-16 iyul tarixlərində keçirilmiş konfrans. Əsas müzakirə mövzusu Almaniyanın hərbsizləşdirilməsi, müttəfiqlərə kömür göndərilməsi və Almaniyanın qalib dövlətlərə ödəməli olduğu təzminat məsələsi olmuşdur. == İştirakçılar == Spa konfransı Almaniyanın müharibədən sonra dəvət edildiyi ilk beynəlxalq konfrans idi. Müttəfiqlər düşünürdü ki, mübahisəli məsələlərdə məktublar və digər diplomatik vasitələrlə həll yolu tapmaqdansa, görüşüb müzakirə aparmaq daha məhsuldar olar. Buna görə konfransa Almaniya da dəvət edilmişdi. Konfransa İngiltərənin baş naziri David Lloyd Corc, Fransanın baş naziri Aleksandr Milyeran, Almaniyanı kansleri Konstantin Feyrenbax, həmçinin Britaniyanın və Fransanın Almaniyadakı səfirləri də qatılmışdı. Səfirlərə Berlində yerləşən Təzminat Komissiyası işlərinə nəzarət etmək tapşırılmışdı. == Danışıqlar == Versal sülh müqaviləsi imzalandıqdan sonra Avropada dövlətlərarası münasibətlərdə başlıca məsələ Almaniyanın tərksilah edilməsi və təzminat alınması idi. Spa konfransı da bu məqsədlə çağırılmışdı. Müttəfiqlər Almaniyadan Versal sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edərək onun qarşısında aşağıdakı şərtləri irəli sürürdülər: Könüllü hərbi dəstləri tərksilah etmək, Ayrı-ayrı adamlardan silahları yığmaq, Ordunu könüllülük prinsipi əsasında qurmaq, Hərbi əmlakı təhvil vermək, Müqavilənin digər şərtlərinə əməl etmək.
TED konfransı
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir.Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. == Tarix == Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. == TED Talks == TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur. Hazırda onlayn rejimdə 15 milyonluq auditoriya tərəfindən 100 milyondan çox baxılan 400 video vardır.
Tehran konfransı
Tehran konfransı — 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçill (Böyük Britaniya)nın, iştirakı ilə keçirilmiş konfrans.İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirildi. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tuturdu. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini göstərdi. Çörçillin ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmağı təklif edirdilər. Lakin Çörçill planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ilin mayında “Overvold” adı altında Fransanın şimalında açmaq barədə qərar verildi.Müttəfiq dövlətlər Türkiyənin antihitler koalisiyası tərəfindən müharibəyə qoşulmasına dair tədbir görəcəkləri barədə razılığa gəldilər. Stalin Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi. Konfransda Almaniyanın taleyi məsələsi müzakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törənməməsi üçün tədbirlər görəcəklərini bildirdilər.
Trabzon konfransı
Trabzon konfransı və ya Trabzon sülh konfransı — 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilən konfrans. Açılış iclası 14 mart 1918-ci ildə baş tutmuşdur. Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Hüseyn Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli idi. == Tarixi == Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdır. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini "Müsavat"dan Xəlil bəy Xasməmmədov və Məmmədhəsən Hacınski, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, "İttihad"dan Mir Yaqub Mehdiyev, "Hümmət"dən Əkbər ağa Şeyxülislamov, bundan əlavə məsləhətçi və tərcüməçi kimi Əhməd bəy Pepinov və Məhəmməd Əmin Rəsulzadə təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilmişdi. Zaqafqaziya seymi bu qərarları tanımamış və Petroqrada Xalq Komissarları Sovetinə üvanlanmış teleqram göndərərək seym bolşevik hökumətini və Xalq Komissarları Sovetini tanımadığından müqaviləni də tanımadığını bildirmişdir.Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb etmişdilər. 14 mart 1918-ci ildə Osmanlı hökuməti və Zaqafqaziya seymi Trabzonda sülh konfransı keçirmişdilər. Osmanlı nümayəndələri Zaqafqaziya müstəqilliyini elan etmədiyi üçün seymin nümayəndə heyətinin danışıqlar aparacaq hüquqi şəxs ola bilmədiyini bəyan etmişdir.
Vanze konfransı
Vanze konfransı — 1942-ci il yanvarın 20-də Berlindəki Vanze gölünün kənarında Am-Qrosen-Vanze (alm. Am Großen Wannsee‎) küçəsi ev 56-58 ünvanında yerləşən Marlir Villasında hökumət nümayəndələrinin və Almaniyanın Nasist partiyasının başçılarının iclası. Vanze konfransında "yəhudi məsələsinin son həlli" yolları və vasitələri müəyyən edildi. Reyx Baş Təhlükəsizlik Xidmətinin direktoru SS-Oberqruppenfüreri Reynhard Heydrix tərəfindən çağırılan konfrans, "yəhudi məsələsinin son həlli" yollarını (alm. Endlösung der Judenfrage‎), həyata keçirilməsində müxtəlif dövlət idarələrinin inzibati rəhbərləri arasında əməkdaşlığı təmin etməli idi. Almaniyanın işğalı altındakı Avropadakı yəhudilərin çoxunun istila edilən Polşaya sürgün edilərək məhv edilməsi qərarı verilmişdi. Konfransda Xarici İşlər Nazirliyinin, Ədliyyə, Daxili İşlər və Dövlət nazirliklərinin dövlət katibləri ilə yanaşı bir sıra nazirliklərin səlahiyyətliləri və SS nümayəndələri iştirak etmişdilər. Görüş zamanı, Heydərix Avropa yəhudilərinin necə toplanaraq Baş Hökumətdəki (Polşanın işğal olunmuş hissəsi) ölüm düşərgələrinə göndəriləcəyini və orada öldürüləcəklərini izah etmişdi.Məhz bu konfransda Avropanın yəhudi əhalisinin soyqırımı proqramı (hazırda "Holokost" termini istifadə olunur) qəbul edildi.Yəhudilərə qarşı ayrı-seçkilik nasistlərin 30 yanvar 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı. Nasist rejimi tərəfindən yəhudiləri könüllü olaraq ölkəni tərk etməyə məcbur etmək üçün şiddət və iqtisadi təzyiqdən vasitə kimi istifadə edilirdi. 1939-cu ilin sentyabrında Polşanın işğalından sonra Avropa yəhudiliyinin məhvinə başlandı və 1941-cı ilin iyununda SSRİ-yə hücumdan sonra qətllər daha da gücləndi.
Yalta konfransı
Yalta (Krım) konfrası (ing. Yalta Conference, rus. Ялтинская конференция) – 4–11 fevral 1945-ci ildə Yaltanın Livadiya sarayında keçirilmiş İkinci Dünya müharibəsinə dair konfrans. == Konfransın qərarları == 1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) yeni görüşü keçirildi. Krım konfransı adını almış bu konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir. Almaniyadan təzminat alınmasının vacibliyi də qeyd olundu. Belə ki, konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalı idi. Konfransda SSRİ qərb sərhədlərinin tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldı.
Zaqafqaziya Konfransı
Zaqafqaziya Konfransı — Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar respublikaları nümayəndələrinin 1918–1919-cu illərdə Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək üçün keçirdikləri konfranslar. == Zəmin == 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin xarici siyasəti qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi: == Birinci Konfrans == Birinci dünya müharibəsinin sona çatdığı bir şəraitdə qarşıdan gələn sülh konfransında Qafqaz dövlətlərinin ümumi mövqedən çıxış etmələri və aralarındakı problemlərin həlli üçün Gürcüstan tərəfi 1918-ci il oktyabrın 27-də Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciətlə Zaqafqaziya Konfransında iştirak etmək məqsədilə Tiflisə səlahiyyətli nümayəndələr göndərməyi təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu təklifi razılıqla qarşılayaraq, noyabrın 11-də konfransda iştirak üçün Mustafa Vəkilov və Məmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyəti yaratdı. Dağlılar Respublikası Tiflisə Vəssan Gəray Cabaqiyev və Pşemaxo Kotsevdən ibarət nümayəndə heyətini göndərdi. Ermənistan isə Gürcüstan və Azərbaycana qarşı ərazi iddiasında olduğu və silahlı qüvvə tətbiq etməklə, işğallara başladığı üçün təklənməkdən qorxaraq, konfransda iştirakdan boyun qaçırdı və öncə Gürcüstanla Borçalı ilə bağlı münaqişəni "həll etməyi", yəni qəzanın bir hissəsinin Ermənistana verilməsini şərt kimi irəli sürdü.Birinci Zaqafqaziya Konfransı 1918-ci il noyabrın 14-də Tiflisdə işə başladı. Ermənistan nümayəndə heyəti iştirak etmədiyindən, Gürcüstan nümayəndə heyətinin başçısı Y. Gegeçkorinin təklifi ilə konfrans noyabrın 20-dək təxirə salındı. Sonra elə həmin səbəbdən konfransın açılışı daha 2 dəfə təxirə salındı və onun işə başlaması dekabrda da mümkün olmadı. Ermənistan tərəfi isə Almaniya və Osmanlı imperiyasının müharibədə məğlub olmasını, Bakıya ingilis qoşununun çıxarılmasını özü üçün əlverişli hesab edərək, dekabrın 15-də Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Bu münaqişə ingilis hərbi qüvvəsi nümayəndələrinin fəal müdaxiləsindən sonra dekabrın 31-də dayandırıldı.
Elmi konfrans
Elmi konfrans - böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağı. Elmi konqres – müəyyən elmi problemi müzakirə etmək məqsədilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
2015 Bilderberq konfransı
2015 Bilderberq konfransı (ing. 2015 Bilderberg Conference) — Bilderberq klubun 2015-ci ildə təşkil olunan toplantısı. == Toplantı məkanı == Toplantı 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" otelində keçirilir. Bu toplantıya 22 ölkədən 140-a yaxın şəxs dəvət alıb. Eyni məkanda Bilderberq klubun 1988-ci ildə təşkil olunan toplantısı da keçirilmişdir. == Konfransın gündəliyi == Konfransda müzakirə olunan əsas mövzuların siyahısı toplantıdan əvvəl klubun saytında dərc olunub. Konfransın gündəliyinə bu mövzular daxildir: Süni İntellekt; Kibertəhlükəsizlik; Kimyəvi silahlarla bağlı təhlükələr; Cari iqtisadi məsələlər; Avropa strategiyası; Qloballaşma; Yunanıstan; İran; Yaxın Şərq; NATO; Rusiya; Terrorizm; Birləşmiş Krallıq; ABŞ; ABŞ-dəki seçkilər.
Azərbaycan-Ermənistan Konfransı
Azərbaycan Ermənistan Konfransı — Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini müzakirə etmək məqsədilə 1919-cu il dekabrın 14–21-də Bakıda keçirilmişdir. == Hadisələrin gedişatı == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti konfransın keçirilməsi üçün bir sıra hazırlıq işləri görmüşdü. 1919-cu il oktyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 1919-cu il 7 oktyabr tarixli teleqramına cavab olaraq birdirmişdi ki, Cümhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasibətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir. Azərbaycan Hökuməti hələ 1919-cu ilin aprelində Ümumqafqaz konfransının çağırılmasına dair Gürcüstan hökumətinin təklifinə də razılıq vermiş və öz nümayəndələrini göndərmişdi. Konfransın işi yarımçıq qaldığından, Azərbaycan Hökuməti avqustda onun işinin yenidən bərpa edilməsinə razılıq vermişdi. Azərbaycan Hökuməti, eyni zamanda, hər iki dövlətə aid mübahisəli məsələlərin həlli üçün Ermənistan-Azərbaycan iclasının çağırılması haqqında Ermənistan hökumətinin təklifini də qəbul etmiş, erməni tərəfinin təklifində göstərilən məsələlərin gündəliyə daxil edilməsinə etiraz etməmiş, iki dövlət arasında təkcə müvəqqəti demarkasiya xəttinin yaradılması məsələsini deyil, Azər-baycan və Ermənistan respublikaları arasındakı bütün sərhəd mübahisələrinin qəti həlli məsələsini müzakirə etməyi zəruri saymışdı. Müvafiq hazırlıq işləri aparıldıqdan sonra Cümhuriyyət Hökuməti konfransın çağırılması üçün Bakı şəhərini daha münasib bilmiş və Ermənistan hökuməti nümayəndələrini Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan respublikaları arasında saziş imzalandı. Onun 4-cü bəndinə əsasən, hər iki hökumət qarşıdakı konfransa bərabər sayda nümayəndə göndərməli idi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən konfransın sədri Fətəli xan Xoyski, nümayəndələri Məmməd Həsən Hacinski və Rəhim bəy Vəkilov, Ermənistan tərəfindən isə nümayəndə heyəti Arutünyants (sədr), knyaz Arqutinski-Dolqorukov və Bekzadyandan ibarət idi.
Azərbaycan Ermənistan Konfransı
Azərbaycan Ermənistan Konfransı — Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı mübahisəli məsələləri, o cümlədən sərhəd məsələlərini müzakirə etmək məqsədilə 1919-cu il dekabrın 14–21-də Bakıda keçirilmişdir. == Hadisələrin gedişatı == Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti konfransın keçirilməsi üçün bir sıra hazırlıq işləri görmüşdü. 1919-cu il oktyabrın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi konfransın keçirilməsi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin 1919-cu il 7 oktyabr tarixli teleqramına cavab olaraq birdirmişdi ki, Cümhuriyyət Hökuməti öz qonşuları ilə mehriban münasibətlər qurmağa, bütün mübahisələri razılıq əsasında həll etməyə səy göstərir. Azərbaycan Hökuməti hələ 1919-cu ilin aprelində Ümumqafqaz konfransının çağırılmasına dair Gürcüstan hökumətinin təklifinə də razılıq vermiş və öz nümayəndələrini göndərmişdi. Konfransın işi yarımçıq qaldığından, Azərbaycan Hökuməti avqustda onun işinin yenidən bərpa edilməsinə razılıq vermişdi. Azərbaycan Hökuməti, eyni zamanda, hər iki dövlətə aid mübahisəli məsələlərin həlli üçün Ermənistan-Azərbaycan iclasının çağırılması haqqında Ermənistan hökumətinin təklifini də qəbul etmiş, erməni tərəfinin təklifində göstərilən məsələlərin gündəliyə daxil edilməsinə etiraz etməmiş, iki dövlət arasında təkcə müvəqqəti demarkasiya xəttinin yaradılması məsələsini deyil, Azər-baycan və Ermənistan respublikaları arasındakı bütün sərhəd mübahisələrinin qəti həlli məsələsini müzakirə etməyi zəruri saymışdı. Müvafiq hazırlıq işləri aparıldıqdan sonra Cümhuriyyət Hökuməti konfransın çağırılması üçün Bakı şəhərini daha münasib bilmiş və Ermənistan hökuməti nümayəndələrini Bakıya dəvət etmişdi. Konfrans ərəfəsində, 1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan respublikaları arasında saziş imzalandı. Onun 4-cü bəndinə əsasən, hər iki hökumət qarşıdakı konfransa bərabər sayda nümayəndə göndərməli idi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən konfransın sədri Fətəli xan Xoyski, nümayəndələri Məmməd Həsən Hacinski və Rəhim bəy Vəkilov, Ermənistan tərəfindən isə nümayəndə heyəti Arutünyants (sədr), knyaz Arqutinski-Dolqorukov və Bekzadyandan ibarət idi.
Bakı Fəhlə Konfransı
Bakı Fəhlə Konfransı (BFK) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək məqsədilə yaradılmış bolşevik təşkilatı. == Fəaliyyəti == 1918 il dekabrın 15-də fəaliyyətə başlamışdı. BFK-da fəhlə təşkilatları 251 nümayəndə ilə təmsil olunmuşdur. Səsvermə hüququna yalnız Bakı şəhərinin fəhlə və qulluqçuları malik idilər. Mərkəzi BFK-dan əlavə, Bakı rayon fəhlə konfransları da yaradılmışdı. BFK-nın "Bakı Fəhlə Konfransının Əxbarı" adlı qəzeti nəşr olunmuşdur. BFK öz fəaliyyətinə iqtisadi tələblərlə başlamışdı. Belə ki, BFK yanında yaradılmış tətil komitəsinin başlıca vəzifəsi öz rəhbərlikləri altında tətillər təşkil etmək idi. Eser və menşeviklərin redaktorluğu ilə tətil komitəsinin orqanı olan "Bakı tətil komitəsinin xəbərləri" qəzeti nəşr olunurdu. Cəmi üç nömrəsi işıq üzü görmüş qəzetin ilk nömrəsi 1918 il dekabrın 25-də çıxmışdır.
Brüssel konfransı (1937)
Brüssel Konfransı 1937 -ci il - Yaponiyanın Çinə təcavüzü ilə əlaqədar SSRİ, ABŞ, Çin, Belçika, Fransa, Portuqaliya, Niderland, İtaliya, Böyük Britaniya, Danimarka, İsveç, Meksika, Boliviya, Avstraliya, Cənubi Afrika İttifaqı, Kanada, Norveç, Hindistan və Yeni Zelandiya nümayəndələrinin noyabrın 3–24-də Brüsseldə keçirilmiş konfransıdır. Yaponiya və Almaniya Brüssel konfransında iştirakdan imtina etdilər. Konfransda Yaponiyaya qarşı iqtisadi tədbirlərin görülməsinə dair Çinin tələbini yalnız SSRİ müdafiə etdi. Yaponiyanın Vaşinqton konfransı (1921–1922) qərarlarını pozmasını qeyd etməklə kifayətlənən ABŞ, Böyük Britaniya və Fransanın Brüssel konfrasındakı mövqeyi üzündən, Yaponiyanın təcavüzkarlığının qarşısını almaq üçün, əslində, heç bir tədbir görmədi.
Böyük Şərq Konfransı
Böyük Şərq Konfransı — Amerika Birləşmiş Ştatlarında universitet komandalarının mübarizə apardığı idman liqasl. Komandaların mübarizə apardığı idman növləri fərqli olsa da, hər universitet fərqli idman növü liqalarında həmişə eyni komandalar ilə mübarizə aparırlar. 17 böyük prestijli universitet bu konfransda iştirak edir. Bunlardan 16-sı daimi üzv 1-i müddətli üzvdür. Konfransda iştirak edən komandalar ABŞ-nin şimal cənub və orta-qərb hissəsindən iştirak edən komandalardır.
Cenevrə Konfransı (1954)
Cenevrə Konfransı — 26 aprel 1954-cü ildən 21 iyula qədər SSRİ, Çin, Birləşmiş Krallıq, ABŞ və Fransa xarici işlər nazirlərinin, həmçinin Çin, Şimali Vyetnam, Kamboca, Laos və Cənubi Vyetnamın nümayəndələrinin iştirak etdiyi konfrans. Konfransda Koreya və Hind-Çin məsələlərinə toxunulmuşdur. Koreyanın birləşməsi məsələsi ilə bağlı müzakirələr nəticəsiz başa çatmışdır. Konfransın ikinci yarısı Hind-Çininin taleyinə həsr olunmuşdur. Onun gedişinə konfrans zamanı baş verən Dyenbyenfuda Fransa ekspedisiya qüvvələrinin məğlubiyyəti böyük təsir göstərmişdir. Odur ki, digər tərəfdən, Cenevrə Konfransı Dyenbyenfuda gedən döyüşlərin gedişatına da təsir etmişdir. Konfransa hazırlıqla bağlı məlumatlar Fransa qarnizonunun mənəviyyatına mənfi təsir göstərmiş və Tay batalyonunda kütləvi şəkildə fərariliyə səbəb olmuşdur. 21 iyulda Fransanın Hind-Çindəki müstəmləkə müharibəsinə son qoyan və regionda keçmiş Fransa müstəmləkələrinin taleyini müəyyən edən sazişlər bağlanmışdır. 1955-ci ilin oktyabrında Vyetnam Respublikasının cənubunda Vyetnam Respublikasının elan edilməsi və bu ölkənin prezidenti Nqo Dinh Zyemin azad seçkilər keçirməkdən imtina etməsi Cenevrə razılaşmalarının həyata keçirilməsini pozmuşdur. Beynəlxalq Nəzarət Komissiyası öz funksiyalarını yerinə yetirə bilməmiş və faktiki olaraq fəaliyyət göstərməmişdir.
Lozanna Sülh Konfransı
Lozanna Sülh Konfransı (11 noyabr 1922-24 iyul, 1923), İsveçrənin Lozanna şəhərində 8 ay davam etmiş və Türk tərəfinin qeyd-şərtsiz müstəqillik tələbi ilə çətin şəraitdə keçmişdir. Görüşmələrdə Türkiyəni təmsil edən İsmət İnönü başqanlığındakı heyətin bu uğurdakı rolu böyükdür.Lozanna konfransına qatılacaq Türk nümayəndəliyinin 8 noyabr 1922-ci ildə şərq ekspresiylə İstanbuldan hərəkət etmiş və 11 noyabr 1922-ci ildə Lozannaya çatmışdır. Türk nümayəndə heyəti rəhbəri Lozanna səfər zamanı heyət üzvlərinə ilk Başqanlıq Ümumi Bəyannaməsini 11 noyabr, 1922-ci ildə bildirmişdir. hərbi nizam və intizamını özündə ehtiva edən bu bəyannamə, konfransın davam etdiyi müddətə heyət mənsublarının işləmə və davranışlarını tənzimləyən bir təlimat funksiyası daşımışdır. == Konfransa qatılan türk nümayəndə heyəti == === Nümayəndələr === İsmət İnönü (Xarici İşlər naziri, nümayəndə heyətinin rəhbəri) Dr. Rza Nur (Səhiyyə naziri) Həsən Saka (köhnə Maliyyə naziri) === Müşavirlər === Münir Ertəgün (Xarici İşlər Nazirliyi hüquq müşaviri) Muxtar Cilli (köhnə Mütərəqqilik Nazirliyi müşaviri) Vəli Saltıkgil (Burdur millət vəkili) Zülfü Tigrel (Diyarbəkir millət vəkili) Zəkai Apaydın (Adana millət vəkili) Cəlal Bayar (köhnə İqtisadiyyat naziri və İzmir millət vəkili) Şefik Başman (Maliyyə Tədqiqat Qurumu rəhbəri) Tevfik Bıyıklıoğlu (Qərərgah polkovnik-leytenantı) Tahir Taner (Ədliyyə Nazirliyi müşaviri) Nüsrət Metya (Xarici İşlər Nazirliyi ikinci hüquq müşaviri) Yusif Hikmət Bayur (Xarici İşlər Nazirliyi Siyasi İşlər müdiri) Zühtü İnhan (Universitet təhsil üzvü) Fuad Ağralı (Maliyyə Nazirliyi Hesab İşləri müdiri) Mustafa Şərəf Özkan (Xarici İşlər Nazirliyi müşaviri) Şükrü Kaya ( Mülki işlər müfəttişi) Həmid Həsəncan (Qızıl Aypara Cəmiyyəti ikinci başqanı) Mehmed Cavid ( köhnə maliyyə naziri) Haim Nahum (Türkiyə Yəhudiləri Hamambaşı, Yüksək Mühəndis Məktəbi fransızca müəllimi) Baha Bəy ( Ədliyyə Nazirliyi Məzhəb İşləri müdiri) === Mətbuat nümayəndələri === Ruşən Əşrəf Ünaydın (yazıçı) Yahya Kamal Bayatlı (İstanbul Darulfününün müəllimi) === Baş Katib və müşavir === Rəşid Saffet Atabinen ==== Katiblər ==== Əli bəy Türkgəldi (Xariçi İşlər Nazirliyi işçisi) Mehmed Əli Balin (Xariçi İşlər Nazirliyi işçisi) Cavad Açıqalın (Xariçi İşlər Nazirliyi işçisi) Cəlal Hazim Arar (Xariçi İşlər Nazirliyi işçisi) Saffet Sav (Qızıl Aypara Cəmiyyəti işçisi) Süleyman Saib Kıran (Xariçi İşlər Nazirliyi işçisi) Rıfat Bəy (Xariçi İşlər Nazirliyi keçmiş işçisi) Dr.