Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koşenil
Koşenil yastıcası
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü. Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi. Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır. Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Rosenia
Rosenia (lat. Rosenia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Rosenia glandulosa Thunb.
Boris Kokenay
Boris (Barux) Yakovleviç Kokenay (rus. Борис (Барух) Яковлевич Кокенай; 20 dekabr 1892 (1 yanvar 1893), Feodosiya, Rusiya imperiyası – 24 iyul 1967, Rostov-na-Donu, SSRİ) — Karaim xalqının tarixi, mədəniyyəti və folklorunun araşdırıcısı, karaimlərə məxsus mədəniyyət kolleksiyalarının toplayıcısı, biblioqraf, ölkəşünas Boris Yakovleviç Kokenay 20 dekabr 1892-ci ildə Krımın Feodosiya şəhərində yoxsul bir karaim ailəsində anadan olmuşdur. On iki yaşına qədər Feodosiyada Toviya Simoviç Levi-Baboviç açdığı midraşda oxumuşdur. Feodosiya gimnaziyasının beş sinfini bitirmiş, lakin xəstəlik səbəbilə təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Bundan sonra bir neçə il Krım -tatar kənd məktəblərində (Beş-Xoca və Köktaş) müəllim işləmişdir. Krımda Sovet hakimiyyəti qurulduqdan sonra Feodosiya Müəllimlər İnstitutuna daxil olmuş, lakin 1921-1922-ci illərdəki aclıq dövründə Rostov-Don-a köçmüş və burada teleqraf operatoru kimi çalışmışdır. Boris Kokenay karaim, Krım-tatar, türk, ərəb, fransız və alman dillərini bilirdi. O, “Karaimcə-rusca lüğət”in müəllifidir. Müəllifin Krım karaimlərinin tarixi və mədəniyyəti ilə bağlı məqalələri “Mysl Karaimska”, “Karaj Awazy”, “Onarmach” dərgilərində dərc edilmişdir. Boris Kokenay 1942-ci ildə işğal altında olan Rostovda yaşayan vəkil M.Demidovla birlikdə alman faşistlərinin səlahiyyətli orqanlarına karaimlərin etnik mənsubiyyəti məsələsi ilə bağlı aydınlıq gətirmişdir.
Kseniya Babiçeva
Kseniya Lvovna Babiçeva (6 (19) noyabr 1907, Varşava – 16 iyun 1984, Bakı) — aktrisa, Azərbaycan SSR xalq artisti (1946), Azərbaycan SSR Ali Sovetinin deputatı. 1938–1983-cü illərdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çıxış etmişdir. Azərb. SSR Ali Sovetinin (2-ci və 9-cu çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur. Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Sona ("1905-ci ildə", C.Cabbarlı), Tugina ("Son qurban", A.Ostrovski), Nadejda, Sofya ("Düşmənlər", "Zıkovlar", M.Qorki), Nadejda Leonidovna ("Kino çəkilir…," E.Radzinski), Məryəm ("Dairəni genişləndirin", İ.Qasımov) və s. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — yanvar 1941 "Azərbaycan SSR xalq artisti" fəxri adı — may 1946 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959; 28 noyabr 1977 Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия.
Kseniya Dudkina
Kseniya Pavlovna Dudkina (d. 25 fevral 1995; Omsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Kseniya Dudkina, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. Kseniya Dudkina, 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Ulyana Donskova, Alina Makarenko, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Kseniya Kovalenko
Kseniya Kovalenko — Belarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir. Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı.
Kseniya Levkovska
Kseniya Maksimova
Kseniya Marinkoviç
Kseniya Marinkoviç (tam adı: Kseniya Marinkoviç, xorv. Ksenija Marinković; 18 aprel 1966, Virovitiça) — Xorvatiya kino, televiziya və teatr aktrisası. Kseniya Marinkoviç 1966-cı ildə Virovitiça şəhərində anadan olmuş və burada orta məktəbi bitirmişdir. Hələ səkkiz yaşından etibarən Zaqrebdəki Dramatik İncəsənət Akademiyasına daxil olanadək Virovitiça teatrında həvəskar aktrisa kimi çıxış etmişdir. Akademiyanın tələbəsi kimi Qavella Dram Teatrı və Histrioni truppası ilə əməkdaşlıq etməyə başlayır. Akademiyadan məzun olduqdan sonra Teatar u gostimada bir il çalışır və 1989-cu ildə Zaqrebdəki ZKM Teatrında işə düzəlir. Elə ən mühüm rollarını da həmin teatrda canlandırmışdır. O, əhəmiyyətli bir neçə rollarını həm də teatrdan kənarda ifa etmiş, televiziya və bədii filmlərə çəkilmişdir.
Kseniya Mustafayeva
Kseniya Mustafayeva — 8 iyun 1995-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olmuşdur. Belarus əsilli Fransalı bədii gimnastdır. Fransanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. 2013 Aralıq dənizi Oyunlarının bürünc medalçısıdır. Kseniya Mustafayeva 8 iyun 1995-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olmuşdur. Kseniya Mustafayeva karyerasının ən böyük uğurunu 2013-cü ildə Mərsində qazandı. O 2013 Aralıq dənizi Oyunlarında bürünc medal qazandı. Kseniya Mustafayeva Türkiyənin Mərsin şəhərində keçirilən 2013 Aralıq dənizi Oyunlarında çoxnövçülükdə 3-cü yeri tutdu. Kseniya Mustafayeva 2015-ci ildə Belarusu 2015 Avropa Oyunlarında təmsil etdi.
Kseniya Petrovna
Kseniya Petrovna (erz. Петрова, Ксения Семёновна 1892, Buquruslan, Samara quberniyası[d] – 1942) — Erzyan şairə, yazıçı, dramaturq. Kseniya Semenovna Petrova 1892-ci ildə Samara əyalətinin Buquruslan şəhərində torpaqsız təsərrüfat fəhləsi ailəsində anadan olub. Məktəbdə yalnız üç ay təhsil almağı müvəffəq olur. 1919-cu ildə müəllim adı almaq üçün imtahan verməli olur. Bundan sonra məktəbdə dərs deyir. Böyüklər arasında savadsızlığın aradan qaldırılmasında fəal iştirak edir. Vətəndaş müharibəsi illərində Buquruslan qəzasındaə Ağ Qvardiya və Çexoslovakiya üsyançılarına qarşı vuruşur. Döyüşlərin birində ağır yaralanır. 1920-ci ildə Buquruslan qəzası xalq maarif şöbəsinin müdiri işləyir.
Kseniya Poznyak
Kseniya Kovalenko — Belarusdan milliləşdirilmiş azərbaycanlı qadın voleybolçu. 1986-cı ildə noyabr ayının iyirmi biri Belarusun Bereza şəhərində anadan olmuşdu. Əqrəb bürcündəndir, evli və ali təhsillidir. Hündür boyu ilə seçilən voleybolçunun (190 sm) blok yüksəkliyi 295 santimetrdir. Bu göstərici onun zərbələri zamanı 300 santimetrə qədər çata bilir. Blokçu mövqeyində oynayan Kseniya 2004-cü ildən etibarən qadınlardan ibarət Azərbaycan milli voleybol komandasının şərəfini qoruyur. Milli komanda ilə birlikdə müvafiq olaraq 2006 və 2014-cü illərdə keçirilən Voleybol üzrə qadınlararası dünya çempionatında da iştirak etmişdi. Son klubu Azəryol Bakıdır. Bu komandada "iki" nömrəli formanı tərlədir. Karyerasına 2003-cü ildə Azərreyldə başlayan voleybolçu bu komanda ilə bir sıra uğurlar qazanmışdı.
Kseniya Rappoport
Kseniya Rappoport (rus. Ксения Раппопорт; d. 25 mart 1974, Leninqrad) — Rusiya aktrisası. 25 mart 1974-cü ildə Leninqradda doğulub.
Kseniya Sankoviç
Kseniya Andreyevna Sankoviç (27 iyul 1990; Minsk, Belorusiya SSR, SSRİ) — Belarusu təmsil edən bədii gimnast. Kseniya Sankoviç 2008 və 2012-ci illərdə Belarusu Olimpiya oyunlarında təmsil edib. Kseniya Sankoviç 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutub və Olimpiya oyunlarının bürünc medalını qazanıb. Kseniya Sankoviç növbəti dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Anastasiya İvankova və Alina Tumiloviç ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb.
Kseniya Simonova
Kseniya Simonova (ukr. Ксенія Симонова; 22 aprel 1985, Evpatoriya, Krım vilayəti[d]) — 1985-ci ildə Ukraynada anadan olan sənətçi dünyanın qabaqcıl qum animasiya sənətçisi olaraq bilinir. O, iştirak etdiyi bir çox qum sənəti yarışında birincilik mükafatını alıb.
Kseniya Sitnik
Kseniya Sitnik (rusca: Ксения Ситник; 15 may 1995, Mozir, Qomel vilayəti) — Belarus müğənnisi. 2005-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "Мы вместе" ("Biz birlikdə") mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Kseniya Sobçak
Kseniya Anatolyevna Sobçak (rus. Ксения Анатольевна Собчак), 5 noyabr 1981, Leninqrad) — Rusiyalı teleaparıcı, jurnalist, siyasətçi. Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr 1981-ci ildə anadan olub. Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Atası vəkil olan Anatoli Aleksandroviç Sobçak 1991-ci ildən 1996-cı ilə qədər Sankt-Peterburqun meri olub. 1998-ci ildə Sankt-Peterburq Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olan Sobçak daha sonra Moskva Dövlət Universitetinə köçürmə alıb. "Forbes" jurnalının araşdırmasına görə, onun təkcə 2008–2009-cu illər ərzində gəliri 1.2 milyon dollar olub. Gənc xanımın şəxsi həyatı da hər zaman qalmaqallı olub. Doğrudur, heç zaman rəsmi nikahda olmayıb. Amma həyatında daim yaraşıqlı, xüsusən də maddi imkanlı insanlar olub.
Kseniya Sokolyanskaya
Kseniya Aleksandrovna Sokolyanskaya (rus. Ксения Александровна Соколянская; 11 mart 1987, Moskva) — Rusiya televiziya aparıcısı, jurnalist, "Настоящее время" telekanalının xəbər aparıcısı. 1987-ci ildə Moskvada anadan olmuşdur. 2009-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Sokolyanskaya 2009-2011-ci illərdə "Kinopremyeralar" (rus. Кинопремьеры) və "Ulduz müsahibəsi" (rus. Звёздное интервью) proqramlarının aparıcısı kimi "Russia.ru" internet kanalında çalışıb. 2011-ci ilin sentyabrından 2017-ci ilin noyabrınadək "Москва 24" telekanalında: xəbər efirinin (30 iyun 2014-cü ilədək), həmçinin "Meqapolis" (rus. Мегаполис), "Moskva 24/7" (rus. Москва 24/7), "Həyat tərzi" (rus.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.
Mikania mosenii
Mikania mosenii (lat. Mikania mosenii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Polşa koşenili
Polşa koşenili (lat. Porphyrophora polonica) — Yarımsərtqanadlılar dəstəsinə, Margarodidae sinfinə daxil olan həşərat növü. Dişilərin bədənləri enli dairəvi formaya malikdir. Bədənlərinin uzunluğu isə 1,5–6,6 mm arasında dəyişşir. Rəngləri qırmızı və tünd qırmızı-bənövşəyi rəngdə olur. Gözləri yaxşı inkişaf etmişdir, Ayaqları iridir. Xüsusi ilə ön ayaqları daha yaxşı inkişaf etmişdir. Yaxşı qazma xüsusiyyətinə malik formadadır. Erkəklər 2,25–3,5 mm uzunluğa malik olur. Mavi-bənövşəyi rəngdə olurlar.
Yevgeni Koşeriu
Yevgeni Koşeriu(rum. Eugeniu Coșeriu; 1921 — 2002) - Moldova mənşəli alman linqvist, roman dilçiliyi üzrə mütəxəsssis, professor, 50-dən çox kitabın müəllifi, Rumıniya Akademiyasının fəxri üzvü. Yevgeni Koşeriu 27 iyul 1921-ci ildə Rumıniya Krallığının Mixeylen kəndində anadan olmuşdur. Sonralar həmin ərazi — Moldova SSR, hal-hazırda isə Moldova Respublikası adlandırıldı. Belsı şəhərində yerləşən Liceul Teoretic„İon Creangă" liseyində təhsil almışdır. Sinif yoldaşları Bessarabiya yazıçısı- Vadim Piraoqan və rumın yazıçı- Sergiu Grossu olmuşdur. Suza Universitetini bitirdikdən sonra Koşeriu 1940-cı ildə İtaliyaya yola düşdü. Romada yerləşən İtaliya Mədəniyyət Universitetində təhsilini davam etdirdi. 1944-cü ildə Yevgeni cənub slavyan xalqlarının poeziyasına məxsus olan Chanson de geste (epik məzmunlu fransız orta əsr ədəbiyyatının janrı) haqqında olan dissertasiyasına görə dərəcə aldı. 1944-45-ci ildə Koşeriu Paduya Universitetində çalışırdı.
Zannichellia rosenii
Zannichellia palustris (lat. Zannichellia palustris) — susünbülükimilər fəsiləsinin zannichellia cinsinə aid bitki növü. Algoides palustre (L.) Lunell Pelta palustris (L.) Dulac Zannichellia aculeata Schur Zannichellia brachystemon J.Gay ex Reut. Zannichellia clausii Tzvelev Zannichellia cothenetii P.Fourn. Zannichellia echinata Lojac. Zannichellia geniculata Gilib. [Invalid] Zannichellia graminifolia Gilib. [Invalid] Zannichellia indica Morong Zannichellia intermedia Torr. Zannichellia intermedia Nielsen [Illegitimate] Zannichellia komarovii Tzvelev Zannichellia laevis C.Presl Zannichellia lingulata Clavaud Zannichellia melitensis Brullo, Giusso & Lanfr. Zannichellia palustris var.
Kseniya Egiz
Xenia Egiz (rus. Ксения Борисовна Эгиз; 19 sentyabr 1855 və ya 1854, Simferopol – 1937, Simferopol) — təhsil sahəsində sosial-mədəni karait xadimi, Simferopolda özəl 3-cü kateqoriyalı ibtidai məktəbin təsisçisi və rəhbəri. Simferopolda rus gimnaziyasının altıncı sinfini bitirən və kişi gimnaziyasında ev müəllimi adı üçün imtahan verən ilk karaite qadın. Karaitlər müəllimlərini yüksək qiymətləndirirdilər: dəfələrlə onun üçün təntənəli təltiflər təşkil etdilər. Yubiley günlərində Simferopol və Evpatoriyanın karait icmaları ona bahalı yaddaqalan hədiyyələr təqdim etdilər: Pedaqoji fəaliyyətin 20 illiyi şərəfinə ona brilyant broş hədiyyə edilib; 25 illik yubileyi şərəfinə - brilyantlarla işlənmiş qızıl nişan; 35 illik yubileyi şərəfinə təşəkkür məktubu və qiymətli daşlarla bəzədilmiş qızıl medalyon təqdim etdilər. Təhsil Nazirliyi tərəfindən xalq təhsili sahəsində 35 illik faydalı fəaliyyətinə görə Kseniya Borisovna Anninski “Çalışmaya görə” yazısı olan qızıl medala lentinə və ayda 49 rubl 42 qəpik artırılmış pensiyaya layiq görülüb. Ömrünün sonuna qədər Kseniya Borisovna karaite ictimai işlərində iştirak etdi, 1925-ci ilə qədər Simferopol Karaite icmasının idarə heyətinin üzvü və 1925-1931-ci illərdə Krım Karaite İcmaları Birliyinin (KrımOKO) idarə heyətinin üzvü idi. Karaite mahnıları (notlarla) // Karaite həyatı. - M., 1912. - No 10-11.