Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kraynı adası (Oxot dənizi)
Kraynı adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Penjin körfəzində, Treti adası və Melkovodnı körfəzindən cənub-şərqdə, Elistratova burnu və yarımadası, Vtoroy adasından isə cənubda yerləşir. İnzibati baxımından Kamçatka diyarı Penjin rayonu ərazisinə daxildir.
Kraşye
Kraşye (fr. Crachier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. L'İl-d'Abo kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38136. Kommunanın 2012-ci il üçün əhalisi 474 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 370 ilə 462 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Kuranə
Kuranə (Urmiya)
Ukrayna
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. == Əhali == 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. === Mədəniyyəti === Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.
Payne
Payne (alm. Peine‎) — Almaniyanın Aşağı Saksoniya vilayətində şəhər, eyni adlı rayonun paytaxtı. Burada Fuhse və Mittelland çayları axır, Braunşveyqdən təqribən 25 km qərbdə və Hannoverdən 40 km şərqdə yerləşir. == Tarixi == 1130-cu ilə aid edilən aktda Roma imperatoru II Lotarın ministerialı olan Bertold fon Paginin adı çəkilir, hansı ki öz adını şəhərə "Payne" formasında vermişdi. Burq Payne qalası bu dövrə və ya daha əvvələ aid olunur. 1201-ci ildə Hildeshaym salnaməsində, yepiskop Hartbert fon Hildeshaym və Ekbert və Gunselin von Volfenbüttel qardaşları arasındakı nifaq təsvir edilib. Qraf Gunselin fon Volfenbüttel, Alman ordusunun baş komandanı və Müqəddəs Roma İmperatoru IV Ottonun yanında seneşal idi. Qələbəni Gunselin qazandı və Burq Payne və ətraf əraziləri nəzarət altına aldı. Qalanın cənubunda Gunselin 1218 və ya 1220-ci illərdə Payne şəhərini qurdu. 1223-cü ildə qəsəbə şəhər imtiyazlarını aldı.
Rayen
Rayen — İranın Kirman ostanının Kirman şəhristanının Rayen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,623 nəfər və 2,405 ailədən ibarət idi.
Adam Rayner
Adam Rayner (alm. Adam Rainer‎; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs. Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur. == Bioqrafiya == Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur. 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur.
Alayne Baquerot
Alayne Baquerot (23 noyabr 1978) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Alayne Baquerot Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Brayen Piterman
Brayen Piterman (ing. D. Brian Peterman) – ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq vitse-admiralı.
Donetsk (Ukrayna)
Donetsk (ukr. Донецьк, Doneck) — Ukraynanın şərqində yerləşən böyük sənaye və iş mərkəzi. Donetsk vilayətinin inzibati mərkəzidir. Donetsk şəhəri alçaq sıra dağlarından cənuba Donetsk kömür hövzəsinin mərkəzi hissəsində, çöl zonasında, Kalmius çayının yuxarılarında yerləşdirilmişdir və kiçik meşələrlə, təpələrlə, çaylarla və göllərlə mühasirəyə alınmışdır. == Əhalisi == Əhalinin sayına görə Donetsk Ukraynada beşinci yeri tutur. Şəhər əhalisinin sayı 1,7 milyon insandan yuxarı təşkil edir. Donetsk şəhərinin ümumi sahəsi — 385 km²-dir. O şimaldan cənuba 38 km, şərqdən qərbə isə 55 km uzanmışdır. Şəhər 9 inzibati əraziyə bölünmüşdür. Donetsk öz yaxınlığındakı şəhərlər ilə birlikdə Donetsk aqlomerasiyasının — Ukraynanın ən böyük sənaye mərkəzini təşkil edir.
Karine Ğazinyan
Karine Ğazinyan — Ermənistan Respublikası xarici işlər nazirinin müavini (2009–2011). == Həyatı == Karine Ğazinyan 1955-ci ildə İrəvan şəhərində anadan olub. 1977-ci ildə İrəvan Dövlət Universitetinin alman dili fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra 4 il Mozambikdə SSRİ səfirinin köməkçi-katibi, 1983–1988-ci illərdə Portuqaliyada SSRİ səfirinin köməkçisi vəzifələrində çalışıb. 1988–1992-ci illərdə Moskvada 31 nömrəli liseydə ingilis dili müəllimi, 1992–1994-cü illərdə İrəvan Dövlət Universitetində ingilis və portuqal dillərindən dərs deyib. Ermənistanın Rumıniyada və Almaniyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu il mart ayından 2011-ci il sentyabradək Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tutub. 2011-ci il sentyabr ayında Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri təyin olunub. Karine Ğazinyan 57 yaşında qəflətən Los-Ancelesdə müalicə olunduğu xəstəxanada əməliyyat zamanı vəfat edib. Ermənistan Respublikasının Mxitar Qoş medalı və Rumıniya Böyük Xaç Ordeni ilə təltif olunub.
Karl Rayner
Karl Rayner (ing. Carl Reiner; 20 mart 1922, Bronks, Nyu-York, ABŞ — 29 iyun 2020, Beverli-Hillz, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Krabbe yarımadası
Krabbe yarımadası (rus. Полуостров Краббе) — Rusiya Federasiyasının Primorsk diyarı ərazisində yerləşən yarımada. Diyarın ən iri yarımadalarından biridir. Yarımada coğrafi baxımdan Primorsk diyarının cənub-şərq sahillərində yerləşir. Sahillərini Yapon dənizinin suları yuyur. Yarımada Xasanski rayonunun cənub-qərbində, Zarubino və Poset qəsəbələri arasında yerləşir. İlk dəfə 1854-cü ildə ekspedisiya zabiti vitse admiral E. V. Putyatin tərəfindən kəşf edilmişdir. Yarımada 1863-cü ildə Dəniz Nazirliyinin vitse admiralı Nikolay Karloviç Krabbenin şərəfinə adlandırılmışdır. == Təbiəti == Yarımada qədim vulkanik suxurlardan təşkil olunmuşdur. O qərbdən şərqə doğru uzanır.
Krasnı Xutar
Şıxlı (əvvəlki adı: Krasnı Xutor) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılmışdır.
Krasnı Xutor
Şıxlı (əvvəlki adı: Krasnı Xutor) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılmışdır.
Krayniy adası
Krayniy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 4,2 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Kolokol adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 1 km və 650 m). == Təsviri == Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 1,3 km, eni isə 300 metr təşkil edir. Adanın maksimal hündürlüyü 11 metrdir. Adada çay və göl yoxdur.
Kuranə (Urmiya)
Kuranə (fars. ‎‎‎‎‎كورانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 550 nəfər yaşayır (99 ailə).
Prayneş Qunnesvaran
Prayneş Qunnesvaran (12 noyabr 1989-cu ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən Hindistan peşəkar tennisçisi. 17 oktyabr 2016-cı ildə o, Dünya ATP reytinqində 329-cu sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Qərbi Ukrayna
Qərbi Ukrayna (ukr. Західна Україна) — Ukrayna tarixinin müxtəlif dövrlərində etnik Ukrayna ərazilərinin müəyyən bir hissəsini təyin edən qeyri-rəsmi termin. Əsas şəhərləri Lvov, Çernovtsı, Xotın, Lutsk, İvano-Frankovsk, Rivne, Ternopol, Ujqorod şəhərləridir. İkinci Dünya müharibəsinin başlanğıcında bütün ərazilər, seçki sonrası işğal altında olan Polşadan Sovet İttifaqına keçmək üçün ictimai razılıq əldə etmək məqsədi ilə təyin edilmiş və seçkilərdən sonra 22 oktyabr 1939-cu ildə Ukrayna Sovet Sosialist Respublikasına daxil edilmişdir.
Raynek burqqraflığı
Raynek burqqraflığı (alm. Burggrafschaft Rheineck‎) — Müqəddəs Roma İmperiyasına daxil olan feodal qurumlardan biri idi. 1794-cü ildə burqqraflıq 165 hektar ərazini əhatə edirdi və 100-ə yaxın əhalisi var idi. == Tarixi == Raynek qalası 11-ci əsrdə Pfals hakimləri tərəfindən tikilmiş Reyn çayın sahilindəki bir təpənin üstündə yerləşən bir qala idi (indiki Bad Brayziq, Reynland-Pfalts). XII əsrdə Salm qrafı Otto fon Salm ilk dəfə özünü Raynek qrafı adlandırmışdı. 1150-ci ildə Otto döyüşdə öldürüləndən sonra qala 1151-ci ildə imperator Barbarossanın əmri ilə dağıdıldı. Strateji cəhətdən yaxşı yerləşən qala Köln arxiyepiskopu tərəfindən tezliklə yenidən quruldu. Qala, ehtimal ki, 1180-ci ildə Ulmen cəngavərlər ailəsinə verildi və tezliklə bu ailə fon Raynek adını aldı. 1539-cu ildə ailənin nəsli kəsildikdə, qala Varsberq baronlarına keçdi (1576-cı ildən burqqraflıq titulu aldılar), onlar da öz növbəsində qalanı 1654-cü ildə Avstriyanın Zinsendorf qraflarına satdılar. Reynek burqqrafları Reyxstaq knyazlarının imperiya şurasının Vestfaliya imperator qraflıqlar şurasında yer və səs hüququna malik idi və Kürreyn dairəsinə aid idi.
Ukrayna Dövləti
Ukrayna Dövləti (ukr. Українська Держава) və ya İkinci Getmanlıq (ukr. Другий Гетьманат) — 1918-ci ilin aprel-dekabr aylarında, Rusiya vətəndaş müharibəsi dövründə Almaniyanın protektoriyası altında Ukraynanın dövlət quruluşu formasının rəsmi adı. Yarı-monarxiyalı, diktatorlu getman rejimi 29 aprel 1918-ci il tarixində dövlət çevrilişi nəticəsində qurulmuşdur. Bəyan edilmiş Ukrayna Dövlətinin başçısı Pavel Skoropadski – dövlətin, ordunun və məhkəmənin ali rəhbəri idi. Skoropadski avstriyalı və alman işğalçı qüvvələr, böyük mülkədarlar, burjuaziya və getman ordusunda xidmət edən rus zabitlərə arxalanırdı. Getman Pavel Skoropadski Mərkəzi Şuranı və onun orqanlarını, respublikanı və Ukrayna Xalq Respublikası dövründə edilmiş islahatları ləğv etmişdir.Getman rejimi təsis olunandan bəri keçmiş Milli Şuranın bazasından olan partiyaların təzyiqinə məruz qalmışdı. İşğalçı qüvvələrin yerli xalqa davranışı və ərzaqları oğurlaması genişmiqyaslı kəndli üsyanlarına səbəb olurdu. == Hökumət == Ukrayna Dövlətinin hökuməti belə idi: == İnzibati bölgü == == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Akunov, V. Германский прихвостень, или Московский запроданец? (rus).
Ukrayna Kazakları
Ukrayna Kazakları (ukr. Українські Козаки) — Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Uçuşlar üçün Aero L-39 Albatros təlim təyyarələri istifadə olunurdu. == Tarixi == Komanda 1995-ci ildə yaradılmışdır. Komandanın ilk çıxışı 1997-ci il 24 avqustda Ukraynanın Müstəqillik Günü baş tutmalı idi. Bayrama bir aydan az vaxt qalmış, təlim uçuşu zamanı qəza baş verdi və 2 pilot həlak oldu. Baş vermiş faciəyə baxmayaraq 24 avqsutda uçuş baş tutdu. Daha sonra isə komanda ləğv olundu. Komandanın ləğvindən bir neçə il sonra isə Ukraynanın digər aerobatika komandası olan Ukrayna Şahinlərinin ləğv olunmasına səbəb olan qəza baş verdi.
Ukrayna Konstitusiyası
Ukrayna Konstitusiyası (ukr. Конституція України)- Ukrayna Respublikasının əsas qanunu. == Ukrayna Konstitusiyasının tarixi == === Filip Orlik Konstitusiyası, 1710-cu il === Getman İvan Mazepanın ölümündən sonra 5 aprel, 1710-cu ildə yeni getman Filip Orliklə İvan Mazepaya sadiq kazaklar arasında getmanın hüquq və vəzifələrini müəyyən edən "Hərbi hüquq və azadlıqlar haqqında müqavilə" imzalandı. Bu sənəd Polşa kralı və şlyaxtalar arasında imzalanan Konstitusiya sənədinin bənzəri idi və tarixdə "Orlik Konstitusiyası" kimi tanınır. Sənəd köhnə ukrayna və latın dillərində tərtib edilmişdir. Sənədin latınca adı: lat. «Pacta et Constitutiones legum libertatumqe Exercitus Zaporoviensis». Bağlanmış "kontrakt və müqavilələr" Ukraynanın İsveçin himayəsini saxlamaq şərti ilə Rusiya və Reç Pospolitadan asılılığını ləğv etdi. Ukraynanın ərazisi 1649-cu il Zborov müqaviləsinə əsasən müəyyənləşdirildi. "Orlik Konstitusiyası" ilə əlaqədar abidələr qurulmuşdur: 9 aprel 2010-cu il, Bender qalası və "Dnestrətrafı" ərazisində.
Ukrayna Mərkəzi
Ukrainian Center — Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun nəzarəti altında və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin himayəsi altında ölkələrarası turizmin və iqtisadi potensialın artırılması məqsədilə yaradılmış qurumdur.. == Tarixi == Ukrayna Mərkəzi 17 oktyabr 2021-ci ildə Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun nəzarəti altında və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin himayəsi altında yaradılmışdır. == Məqsədi == Ukrayna Mərkəzi, turizm və turizm-kurort sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla bir neçə vəzifəni bir anda həyata keçirəcək innovativ bir layihədir. Mərkəzin bazasında, Ukraynanın birinci xanımı Yelena Zelenskayanın himayəsi altında, qonaqpərvər Azərbaycanı ziyarət edən ukraynalı turistlər üçün audio bələdçilər sistemi tətbiq olunacaq. Məlumata görə, Mərkəzin ayrı bir istiqaməti Ukrayna və Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, habelə tələbə mübadiləsi və tədqiqatlara yönəlmiş, xüsusən informasiya texnologiyaları sahəsində proqramlar həyata keçirilir. == İstinadlar == == Xarici keçidlər == В Баку открыли Украинский центр (фото) В центре Баку открылся Украинский центр, станет центром активности украинской диаспоры в Азербайджане, местом проведения мероприятий, направленных на развитие двусторонних отношений между странами.
Ukrayna Qəhrəmanı
Ukrayna Qəhrəmanı (ukr. Герой України) — Ukraynanın ən yüksək dövlət mükafatı, ali fərqlənmə nişanı. == Xarici keçidlər == Знаки отличия Президента Украины «Герой Украины» Звання «Герой України» (ukr.) Кавалеры Золотой Звезды.
Ukrayna Respublikası
Ukrayna (ukr. Україна [ukrɑˈjinɑ]) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa, Macarıstan, Slovakiya, Moldova və şərqdən Rusiyayla həmsərhəddir. Cənubdan Qara dənizə çıxır. == Əhali == 2010-cu il oktyabrın 1-də Ukraynanın əhalisi 45 822 214 nəfər idi. Ondan şəhər əhalisi — 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi — 14 378 092 nəfər və ya 31,4% təşkil edir. 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən Ukrayna əhalisi 45539.1 min nəfərdir. === Mədəniyyəti === Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb.