Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kana
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Kiana Eide
Kiana Eide (d. 25 sentyabr 1998) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Kiana Eide, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Eide həmdə 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Kiana Eide 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alisa Kano, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Ksaba Buryan
Ksaba Buryan (27 sentyabr 1994) — Macarıstanlı şort-trekçi. Ksaba Buryan Macarıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ksaba Buryan birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Buryan 2:19.284 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ksanfa (okeanida)
Ksanfa (və ya Ksanta) (yun. Ξάνθη "sarışın") — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Ksani qalası
Ksani qalası (gürc. ქსნის ციხე), yaxud başqa adı ilə Mtkvari qalası (gürc. მტკვრის ციხე, mt'k'vris tsikhe ) — Şərqi Gürcüstanın Msxeta-Mtianeti bölgəsində yerləşən qaladır. Strateji olaraq Ksani və Mtkvari (Kür) çaylarının kəsişməsinə baxan təpənin üzərində yerləşir. 1512-ci ildə Muxrani knyazı I Baqrat tərəfindən inşa edilmiş və 1746-cı ildə yenidən tikilmişdir. Qala Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəniyyət Abidələri siyahısına əlavə edilmişdir. == Yeri və planı == Ksani qalası Msxeta-Mtianeti bölgəsindəki Msxeta bələdiyyəsinə tabe olan Tsihisdziri kəndində yerləşir. Qala Ksani çayının sol sahilində, 600 metr hündürlüyündəki Sarkineti dağının zirvəsində yerləşir. Abidə strateji cəhətdən Ksani və Kür çaylarının kəsişmə nöqtələrində inşa edilmişdir. Qalaya yalnız cənub-qərbdən daxil olmaq mümkündür.
Ksani çayı
Ksani çayı (gürc. ქსანი, oset. Чысандон) — Cənubi Osetiya və Gürcüstanın çayı. Kür çayının sol qolu. == Coğrafi mövqeyi == Cənubi Osetiyanın Leninqorsk rayonundan axır. Yuxarı və orta axarları Gürcüstan ərazisindən keçir. Bu çay öz başlanğıcını Kelsk platosunun Kelistba gölündən götürür. Çayın axın sürəti yüksəkdir. Bu çayın hövzəsi boyu Leninqors rayonunu Cənubi Osetiya ilə birləşdirən magistral yol keçir ki, o da Gürcüstanın əsas magistral yollarından hesab edilir. Ksani çayının yuxarı axarlarında yüksək rekseasiya potensiala malik Dzimır (Jamuri) əyaləti yerləşir.
Oksana Hətəmxanova
Oksana Hətəmxanova (29 iyun 1990) — Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Oksana Hətəmxanova 1990-cı il iyunun 29-da anadan olub. == Karyerası == Oksana Hətəmxanova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə brass üsulula üzmə turnirnində 1:20.22 dəqiqə nəticə göstərdi və 46-cı pillənin sahibi olub.Daha sonra Oksana Hətəmxanova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 100 metr məsafəyə brass üsulula üzmə turnirnində 1:25.52 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub.
Oksana Jdanoviç
Oksana Jdanoviç (2 dekabr 1977) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Oksana Jdanoviç Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Oksana Kiselyova
Oksana Kiselyova (d. 30 may 1992) — Azərbaycan qadın milli voleybol komandasının voleybolçularından biridir. İlk dəfə Azərreyl Bakı QVK, sonra Azəryol Bakı QVK, daha sonra Lokomotiv Bakı QVK klubunda iştirak etmişdir. Əvvəl hücumçu, ardınca libero mövqesində oynamışdır. == Həyatı == Oksana Kiselyova 30 may 1992-ci il tarixində Bakı şəhərində doğulmuşdur. İdmanın voleybol növü Oksananın ən sevdiyi oyunlarından birinə çevrilmiş və o, 9 yaşından başlayaraq bu idman növü ilə məşğul olmağa başlayır. Oksana Kiselyova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. == Xüsusiyyətləri == Boy: 178 sm Çəki: 63 kq Mövqe: Libero Blok yüksəkliyi: 290 sm Hücum yüksəkliyi: 290 sm Nömrə: 16 == İdman karyerası == Oksana Kiselyova peşəkar idman karyerasına Azərreyl Bakı QVK klubunun tərkibində iştirak etməsi ilə başlamışdı. 2014-cü il avqust tarixində Oksana yenidən Azərbaycan qadın milli voleybol komandasının tərkibinə qatılmış və həmin ildə İtaliyada keçirilən "Voleybol üzrə qadınlararası dünya çempionatı 2014" turnirində iştirak etmişdir.
Oksana Kurt
Oksana Kurt (qızlıq soyadı: Parxomeko; 28 iyul 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Oksana Kurt, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub. == Həyatı == Oksana Kurt 28 iyun 1985-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Oksana Kurtun bacısı, Yelena Parxomenko da voleybolçudur və Azərbaycan yığmasında çıxış edib. Oksana Kurt ailəlidir. O, 4 iyun 2011-ci ildə Türkiyə vətəndaşı Onar Kurt ilə ailə həyatı qurdu. == Karyerası == Oksana Kurt, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Oksana Kurt daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Oksana Lıniv
Oksana Lıniv (ukr. Оксана Линів; 6 yanvar 1978, Brodı[d], Lvov vilayəti) — ukraynalı dirijor. Qraz şəhəri (Avstriya) Opera və Filarmoniya Orkestrinin Birinci qadın baş dirijoru. Dövrümüzün ən yaxşı qadın dirijorlarının ilk üçlüyünə daxil edilmişdir. == Bioqrafiya == İki musiqiçinin qızı və musiqi müəllimi, kilsə xorunun direktoru Dmitri Lınivin nəvəsi. Oksananın atası Yaroslav Lıniv (25 yanvar 1952-ci ildə anadan olub) Brodıdakı Boyan xalq xorunun rəhbəri olmuşdur. Oksana Lınivin bir Yuri adlı qardaşı var. Oksana Brodı şəhərindəki musiqi məktəbini bitirib. Sonra Vasili Barvinski Droqobıç Musiqi uçilişində oxuyur, lakin birinci kursdan sonra Lvova köçür və 1996-cı ildə Stanislav Lyudkeviç adına Lvov Musiqi uçilişini bitirir və burada fleyta çalmağı öyrənir. Daha sonra 1996-2003-cü illərdə Nikolay Lısenko adına Lvov Milli Musiqi Akademiyasında Lvov Operasının baş dirijoru Boqdan Daşakın sinfində təhsil alır.
Oksana Markarova
Oksana Markarova (ukr. Оксана Сергіївна Маркарова 28 oktyabr 1976, Rovno) — Ukrayna dövlət xadimi və iqtisadçısı. 22 noyabr 2018-ci il tarixdən 4 mart 2020-ci ilədək Vladimir Qroysman və Alexsey Qonçarukun kabinetində maliyyə naziri olmuşdur. Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür (31 may 2019-cu ildən) == Bioqrafiyası == Erməni-ukraynalı ailədə anadan olub. İlk ali təhsilini Kiyev-Moqıla Akademiyasında alır və burada ətraf mühit elmləri magistrı olur. Sonra ABŞ-nin Bluminqton şəhərindəki İndiana Universitetində təhsil alır. Orada beynəlxalq ictimai maliyyə və ticarət üzrə magistr dərəcəsi alır. 1998-ci ildən 1999-cu ilə 2001-ci ildən 2003-cü ilə qədər Amerika Xüsusi Sərmayə Fondu Western NIS Müəssisə Fondunda (hazırda Horizon Capital tərəfindən idarə olunur) İqtisadi Siyasət Müşaviri, Xarici və Korporativ Əlaqələr Meneceri vəzifəsini tutmuşdur. 2000-ci ildə ABŞ-da Dünya Bankında təcrübə keçmişdir. 2015-ci ildən bəri Oksana Markarova iqtisadiyyatın dövlət sektoruna keçir.
Oksana Orexova
Oksana Orexova (d. 27 avqust 1991) — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. Oksana Orexova, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Oksana Orexova, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
Oksana Parxomenko
Oksana Kurt (qızlıq soyadı: Parxomeko; 28 iyul 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Oksana Kurt, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri, 2014-cü ildə baş tutan Dünya Çempionatına isə 15-ci yeri tutub. == Həyatı == Oksana Kurt 28 iyun 1985-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Oksana Kurtun bacısı, Yelena Parxomenko da voleybolçudur və Azərbaycan yığmasında çıxış edib. Oksana Kurt ailəlidir. O, 4 iyun 2011-ci ildə Türkiyə vətəndaşı Onar Kurt ilə ailə həyatı qurdu. == Karyerası == Oksana Kurt, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Oksana Kurt daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Oksana Paslas
Oksana Paslas (6 iyun 1986 və ya 6 fevral 1986, Lvov) — Ukraynanı təmsil edən bədii gimnast. Oksana Paslas 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Oksana Paslas 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, Yelizaveta Karabaş və İnna Kojoxina ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Oksana Rayxel
Oksana Rayxel (d. 24 fevral 1977) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Oksana Rayxel Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Oksana Romenskaya
Oksana Romenskaya (d. 6 iyun 1976) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Oksana Romenskaya Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Oksana Rəsulova
Oksana Rəsulova (19 dekabr 1982, Dəvəçi rayonu) — Hind rəqslərinin mahir ifaçısı, aktrisa, ginekoloq və dəri zöhrəvi həkimi. "OksiMedia" MMC şirkətinin rəhbəri. İxtisasca ginekoloq və dəri zöhrəvi həkimi olmasına baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk keçirilən müziklda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"-də 1-ci yerə layiq görülüb. Nəhayət 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı "Divali 2009" da təmsil edib və 1-ci yerə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"-da iştirak edib və 3-cü yeri tutub. Oksana hind dilində sərbəst danışır, həmçinin azərbaycan və rus dillərini də bilir. == Həyatı == Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əli Bayramlı şəhərində ziyalı ailəsində dünyaya gəlib.
Oksana Tsiqulyova
Oksana Nikolayevna Tsiqulyova (d. 15 dekabr 1973; Nikolayev, Ukrayna) — Ukraynanı təmsil edən batut gimnastı. Oksana Tsiqulyova, 2000-ci ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında gümüş medal qazanan Oksana Tsiqulyova, həmdə Dünya Çempionatlarında 4 qızıl, 5 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == === 2000 Sidney Olimpiadası === Oksana Tsiqulyova, 2000-ci ildə Ukrayna bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Tsiqulyova, 37.70 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Oksana Zabujko
Oksana Zabujko (ukr. Оксана Стефанівна Забужко 19 sentyabr 1960, Lutsk, Volın vilayəti, Ukrayna SSR) — Ukrayna yazıçısı və şairəsi. == Bioqrafiya == Oksana Zabujko Kiyev Universitetinin Fəlsəfə fakültəsini (1982) və asfitanturasını (1985) bitirir. "Sözün estetik mahiyyəti sənət istiqaməti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1987-ci ildə Kommunist Partiyasına üzv olur. Kiyev Konservatoriyasında estetika müəllimi işləyib. 1989-cu ildən Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda baş elmi işçi kimi çalışır. 1992-ci ildə Oksana Zabujko qonaq yazıçı olaraq Pensilvaniya Ştat Universitetində Ukraynaşünaslıqdan dərs deyir. 1994-cü ildə Fulbrayt Fondu təqaüdü alır və Harvard, Pittsburq Universitetlərində dərs deyir. SSRİ Yazıçılar Birliyinin üzvü (1987-ci ildən) olur.
Oksana Şişkova
Oksana Valerivna Şişkova (ukr. Оксана Валеріївна Шишкова; d. 10 iyun 1991, Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna xizəkçisi, biatleti. == Bioqrafiya == Oksana Şişkova 1991-ci il iyunun 10-da Xarkov şəhərində anadan olmuşdur. Üç il akrobatik gimnastika bölməsində oxuyub. Yeddi yaşında kunq-fu öyrənməyə başlayıb. On yaşlarında onun görməsi pisləşməyə başladı və gözdən əlil oldu. On üç yaşında Paralimpiya idmanı və atletika (100 m və 200 m) məşqlərinə başlamış, «Ukrayna idman ustası» adını almışdır. 2003-cü ildə Ukrayna Atletizm çempionatına qatıldı. 2004-cü ildə, gözdən əlil uşaqlar üçün olan internat məktəbində təhsil alarkən xizək və biatlona başladı.
Oksana Madaraş
Oksana Stepanovna Madaraş (ukr. Окса́на Степа́нівна Ма́дараш; 12 sentyabr 1969, Buçaç[d], Ternopil vilayəti) — Ukrayna yüksək kateqoriyalı dirijoru, Kiyev Milli Akademik Operetta Teatrının rejissoru, xormeyster-rejissoru, müəllimi. O, Ukraynanın əməkdar artisti (2008) və Ukraynanın xalq artisti (2019) fəxri adlarına layiq görülmüşdür. == Həyatı == Oksana Madaraş 12 sentyabr 1969-cu ildə SSRİ respublikalarından olan Ukrayna SSR-də, Ternopol vilayətinin Buçaç şəhərində anadan olmuşdur. O, 1989-cu ildə Nikolayev Dövlət Musiqi Məktəbinin dirijorluq və xor fakültəsini bitirmişdir. Madaraş ali musiqi təhsilini Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında almışdır. O, 1989–1994-cü illərdə Ukraynanın xalq artisti, professor Viktor Petriçenkonun sinfində xor dirijorluğu, opera və simfonik dirijorluq kafedrasının seçmə kursu (professor, Ukrayna və Rusiyanın xalq artisti V. Kojuxarinin sinfi), Ukraynanın xalq artisti, professor Yevgeni Duşşenkonun sinfində opera və simfonik dirijorluq, 2002–2005-ci illərdə Yevgani Duşşenkonun sinfində assistentlik – opera və simfonik dirijorluq kafedrasında internatura üzrə təhsil almışdır. Madaraş təhsil aldığı müddətdə Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının Opera Studiyasında dirijorluq etmişdir (Sergey Raxmaninovun "Aleko", Pyotr Çaykovskinin "Yevgeni Onegin", Coakkino Rossininin "Sevilya bərbəri" əsərləri). O, 1994–2002-ci illərdə "Dumka" Milli Akademik Kapellasında işləmişdir. Madaraş 2002-ci ildən Kiyev Milli Akademik Operetta Teatrının səhnə dirijoru və Kiyev Uşaq Rəssamlıq Akademiyasının Musiqi fakültəsinin gənc tələbələrin kamera orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.
A (kana)
あ (hiraqana) və ya ア (katakana) – yapon dilində kanalardan biri. あ 安 kancisinin soşo stilindəki yazılışına, ア isə 阿 kancisinin radikalına əsaslanır. Müasir yapon dilində əlifba sırasında birinci yerdə gəlir. Bundan əlavə, "İroha"da 36-cı hərfdir. Romaci versiyası "a"dır. == Yaranması == ア kanası 阿 kancisinin sol elementindən törəyib. あ hiraqanası isə 安 kancisinin sadələşdirilmiş versiyasıdır. == Yazılış == あ hiraqanası 3 xətlə yazılır: Başda soldan sağa horizantal xətt. Yuxarıdan aşağı doğru gedən qövsvari xətt. Aşağıda の kanası xatırladan hissə.ア katanakası 2 xətdən ibarətdir.
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.