Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Külvari evkalipt
Külvari evkalipt (lat. Eucalyptus cinerea) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır.
Külvari söyüd
== Sinonimləri == Capraea cinerea Opiz Salix aurita var. cinerea (L.) Fiori Salix australis Schleich. ex J.Forbes Salix carinthiaca Host Salix deserticola Goerz ex Pavl. Salix discolor Host Salix geminata J. Forbes Salix incanescens Schleich. ex J.Forbes Salix polymorpha Host == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır.
Kalqari
Kalqari (ing., fr. Calgary) - Alberta əyalətində şəhər, Kanada.
Kalyari
Kalyari (Sardinian: Casteddu) — İtaliyaya bağlı olan Sardiniya Muxtar Bölgəsi paytaxtı və eyni adlı Cagliari vilayətinin mərkəzi olan bir liman şəhəridir.
Kulular
Kulular və ya Kolular– İranın Fars ostanında bir qrup qara dəri xalqdır ki, xüsusilə Fəsa şəhərində yaşayırlar.Kulular, İran Afrikalılarındandırlar.Madam Diyölafua, onların keçmişləri haqqında araşdırma etmişdir.Fəsanın bir sıra kəndlərində kulular sakindirlər.
Külyeri
Külyeri - Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Vərməziyar kəndindən şərqdə, Püsyan-Xanlıqlar yolunun sol tərəfində arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin mərkəzi qismi alçaq təpə şəklindədir. Ərazinin böyük bir qismi əkin sahə- sinin altında qalmışdır. Yaşayış yeri hər tərəfdən su kanalları və əkin sahələri ilə əhatə olunmuşdur. Mədəni təbəqənin dağılması nəticəsində şirli və şirsiz keramika məmulatı yerin üzərinə yayılmışdır. Aşkar olunmuş tapıntılar inkişaf etmiş və Son Orta əsrlər dövrünə aiddir. Yaşayış yerində aparılan araşdırmalar zamanı onun ərazisində xeyli bad qırıqları və kül qalıqları izlənmiş, çəhrayı və boz rəngdə bişirilmiş keramika məmulatı toplanmışdır.
Küləvari
Küləvari (fars. كوله واري‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır. Kənd boşalmadan öncə əhalisini bəxtiyarilər təşkil edirdi.
Kulalı
Kulalı — Xəzər dənizində Tülen adaları arxipelaqına aid ada. Arxipelaqın və dənizin ən iri adasıdır. Adanın sahəsi 68 km² təşkil edir. Uzunluğu 39 km, eni 2 km təşkil edir. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Manqışlaq körfəzinin şimal-qərbində, arxipelaqın isə qərbində qərar tutur. Qış ayları sahil xətti donur. == Tarixi == 1667-ci ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artileriya və 40 qayıqda hücum təşkil edilir.
Kumari
Kumari və ya Kumari Devi (nepal dilindən tərcümədə "qız" deməkdir) — Nepalda canlı hinduizm tanrısı. Kumari olmaq üçün nevari xalqının Şakya kastasından həddi-büluğa çatmamış qız seçilir. Kumarinin hinduizm tanrısı hesab edilməsinə baxmayaraq, ölkədə hinduistlərlə yanaşı buddistlər də ona sitayiş edir. Nepalda bir neçə Kumari olsa da, onlardan ən əsası Katmanduda yaşayan Krallıq Kumarisidir. Krallıq Kumarisinin seçilməsi xüsusi sərt ritualların keçirilməsini tələb edilir. Bu rituallardan sonra o, şəhərin mərkəzində yerləşən Kumari Qxar sarayına yollanır. Hazırkı Krallıq Kumarisi sayılan Matani Şakya 2008-ci ildə 3 yaşında Kumari seçilmişdir. Kumari - krala tilaka (mərasim zamanı alına qoyulan qırmızı nöqtə) qoya bilən və kralın ona sitayiş etdiyi yeganə şəxsdir. Bu ildə bir dəfə Kumadricatra bayramı zamanı baş verir. Bu gündə kral məbədə pucini yerinə yetirmək (hinduizm ritualıdır) üçün baş çəkir.
Kuzari
Kuzari (ərəb. كتاب الخزر‎ "Kitabül-hüccə vəd-dəlil fi nasr-əd-diniz-zəlil", tərcüməsi "Əzilmiş dinin müdafiə və isbatına dair kitab") — Yəhuda Haləvinin yazdığı ən mühüm kitabdır. == Mövzusu == Kuzari yəhudi dilində xəzər deməkdir. Müəllif bu əsərdə xəzərlərin iudaizmi qəbul etməsinə toxunmuş, bu məsələni fəlsəsfi yolla izah etməyə çalışmışdır. Burada xəzər xaqanının dinə dair yuxular görməsi və bunun yozulması üçün filosof, xristian və müsəlman din alimini saraya dəvət etməsi təsvir edilmişdir. Əsərdə yəhudilərin həqir görüldüyü üçün onların təmsilçisinin saraya dəvət edilmədiyi xüsusi vurğulanmışdır. Daha sonra bu şəxslərin xaqanla söhbətinin onu inandırmağa kifayət etmədiyi bildirilmiş, xaqanın da yəhudi mütəffəkiri ilə mükalimə aparmaq istəyinin yarandığı bildirilmişdir. Bu mükalimə zamanı iudaizmin həqiqi din olduğuna inanan xaqanın öz məiyyəti ilə bərabər yəhudiliyi qəbul etməsi və sünnət olunması təsvir olunmuşdur. == Məzmunu == Əsərin əsas mühüm məqamları fələsfi mülahizələrə aiddir. Müəllif yalnız ağılın köməyilə Tanrı iradəsinin anlaşılmasının qeyri-mümkünlüyü ifadə olunmuş, dinlə aptek müqayisə olunmuşdur.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
Astara bulvarı
Astara bulvarı — Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən park-bulvar kompleksi. == Tarixi == Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılmış və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. == Ərazisi == Park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilmişdir. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmışdır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Astara bulvarı ilə əlaqəli mediafayllar var.
Ayan küknarı
İlk dəfə F.B.Fişer tərəfindən qeydə alınmışdır. Dəniz səviyyəsindən 400-1200 m hündürlükdə Uzaq Şərqdə dağ yamaclarında, Kamçatka da, Saxalin də, Şimali Amerika da və Balkan dağlarında bitir. Çox vaxt qarışıq əkinlər əmələ gətirir. Ayan küknarı mənşəyinə görə çox qədim növdür. Hündürlüyü 40-50 m olan düz gövdəli, gözəl ağacdır. Çətiri düz, konusvarı, ucu bizdir. Gövdəsi tünd boz, hamar qabıqlıdır, yaşlaşanda yumrular şəklində tökülür. Digər növlərdən uzunluğu 1 sm-ə qədər olan hamar iynəyarpaqlarla fərqlənir. Uzunluğu 2 sm olan iynəyarpaqları hmaar, dişli, bir az əyri, ucu qısa, bizşəkilli, üstü tünd-yaşıl, alt tərəfi göyümtüldür. Zoğlara sıx bitişikdir, açıq sarı-qonur və ya sarı-yaşıldır.
Bakı bulvarı
Bakı bulvarı (rəsmi adı: Dənizkənarı Milli Park) — Azərbaycanın Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. == Tarixi == === İlk işlər === Bakı bulvarının ərazisində ilk tikinti işlərinə XIX əsrin əvvəllərində başlanılmışdır. Həmin dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında bu ərazidə mövcud olan ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə "Qafqaz və Merkuri" paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirmişdir. Bu qurğuların tikilməsi nəticəsində sahil zolağı 2 hissəyə bölündü: Qərb istiqamətində: Qala boyunca – Aleksandrovski sahili; Şərq istiqamətində: Bolşaya Morskaya prospektinə qədər Petrovski sahiliLakin belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi. Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi. Belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi. Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq şəhər həyatının tələbinə çevrilmişdi.
Balkan küknarı
Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir. == Məlumat mənbələri: == Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5.
Banqabandhu Bulvarı
Böyükşor bulvarı
Böyükşor bulvarı və ya Böyükşor parkı – Azərbaycanın Bakı şəhərinin Nərimanov rayonunda, Böyükşor gölünün sahilində yerləşən bulvar tipli park. Açılışı 22 may 2015-ci ildə baş tutub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak edib.Bulvar 2014-cü ildə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və 2013-cü ildə təsdiq edilmiş "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq yaradılıb. Bulvar gölün şərq və cənub sahilində yerləşir. Sahəsi isə 15 hektardan çoxdur. Bulvar neftlə çirklənmiş torpaqların təmizlənməsindən sonra salınıb. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub.Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.Bulvarın qazon sahəsi 76 191 m², ağaclarının sayı 3550, kolluqlarının sayı 33287, skamyalarının sayı isə 287-dir.
Engelman küknarı
Engelman küknarı — hündürlüyü 30–50 m-ə qədər, gövdəsinin diametri 90 sm olan ağac. Vətəni Şimali Amerikadır. Engelman küknarının çətiri möhkəm, piramida formalı, budaqları bir az sallaqdır. Uzunömürlüdür, 300-400 il yaşayır. İynəyarpaqları göyümtül, ucu biz, yumşaq, zoğlarda 10-15 il, mədəni şəraitdə 7-8 il qalır. Qabığı cavan yaşda qırmızı-qonur, sonradan açıq-qonur rəngdə olur. Dekorativ cəhətdən iynəli küknardan bir az aşağıdır. Qışa davamlıdır. Mədəni şəraitdə 1862-ci ildən becərilir. Xiyabanlarda, şəhərin küçələrində və meydanlarında, xiyaban əkinlərində tək və ya kiçik qruplarla əkilməsi məsləhətdir.
Gəncə bulvarı
Gəncə bulvarı — Gəncə şəhərində yerləşən park-bulvar kompleksi. == Bulvar haqqında == Bulvarın inşasına 2014-cü ildə başlanılmış və 2017-ci ilin fevral ayının 17-də açılışı baş tutmuşdur. Kompleksin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektardır. Burada 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılmışdır. Gəncəçayın məcrasının hər iki tərəfində betondan ümumi uzunluğu 2,4 kilometr olan istinad divarı tikilmişdir.Bulvarda Bayraq meydanı, "Əli və Nino" kompleksi, Mətbuat evi, Kitab evi, ticarət mərkəzi, 3 yaşayış binası, üç kafe, restoran, attraksionlar 1,7 kilometr uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı inşa edilmiş və monitor quraşdırılmışdır.
Hollivud bulvarı
Hollivud Bulvarı — Kaliforniyanın Los Anceles şəhərinin şərqindən qərbinə qədər uzanan bulvardır. Bulvarının başlanğıcı Hollivud Təpələrinin qərbindən başlayır. Lorel Kanyon Bulvarını keçdikdən sonra Hollivud, Kiçik Ermənistan və Tayland qəsəbəsinin Vermont prospektinə gedən böyük bir magistral yol olaraq şərqə doğru davam edir. Daha sonra Los Feliz məhəlləsindən Sanset Bulvarının şərq terminalına qədər cənub-şərqə doğru uzanır. Bulvarın bəzi yerləri məşhur turistik yerlərdir. Bunlardan bəziləri La Brea prospektinin şərqində yerləşən Hollivud Şöhrət Yolu və Gover küçəsidir. == Tarix == H.J. Whitley tərəfindən əsası qoyulan Hollivud qəsəbəsinin, Los Ancelesə birləşdirildiyi 1910-cu ilə qədər Hollivud Bulvarı, Prospekt Bulvar olaraq adlanırdı. Birləşdirildikdən sonra küçə nömrələri Vermont Bulvarında yerləşən 100 Prospekt Bulvarı, 4600 Hollivud Bulvarı olaraq dəyişdirildi. === 1920 === 1920-ci illərin əvvəllərində dünya tarixində daşınmaz əmlakın ən böyük inkişaf etdiricisi hesab edilən Çarlz Toberman (Hollivudun Atası) Hollivudu inkişaf etmiş bir teatr bölgəsi olaraq təsəvvür etdi . Toberman, Max Factor Binasını, Hollivud Ruzvelt hotelini və Hollivud Mason Məbədini tikərkən 36 layihədə iştirak etmişdir.
Kalyari FK
Kalyari" (it. Cagliari Calcio)- İtaliya futbol klubu.
Kanada küknarı
Kanada küknarı — Şimali Amerikada, Kanadada və ABŞ-nın Şimal statlarında rast gəlinən küknar növlərinin böyük qrupuna aid olan bitkidir. Hündürlüyü 20–30 m olan ağacdır. Çətiri sıx, konusvarı, diamteri 60-120 sm-dir. Qabığı hamar və ya qabıqlı, boz-qonurdur. Cavan zoğları sarımtıl və ya ağımtıl, açıq-qonur, çılpaqdır. Tumurcuqların uzunluğu 6 mm, eni 4–5 mm, şarşəkilli, qatransızdır. Onların qabıqları küt-yumurtavarı, açıq-qonur, parlaqdır. İynəyarpaqların uzunluğu 8–18 mm, eni təxminən 1,5 mm, dördtərəfli, göyümtül-yaşıl, sıx yerləşmiş, cod, bir az əyri, sürtüldükdə kəskin qoxuludur. İynəyarpaqları 5-7 (11) ilə qədər qalır. Qozaları yumurtavarı-silindrik, uzunluğu 3-6 (7) sm və eni 1,5-2,5 sm, yetişənə qədər açıq-yaşıl, yetişdikdən sonra açıq-qonurdur.
Knipoviç xulları
Knipoviç xulları (lat. Knipowitschia) — Xulkimilər fəsiləsinə daxil olan balıq cinsi. Hind Okeanında yaşayan növləri dünyanın ən kiçik balıqlarıdır və uzunluğu 1 sm təşkil edir.
Kolvari acıyonca
Hippocrepis emerus (lat. Hippocrepis emerus) — paxlakimilər fəsiləsinin hippocrepis cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, İspaniyadan Kiçik Asiyaya qədər olan ərazilərdə və Şərqi Avropada yayılmışdır. == Botaniki təsviri == 0,5-1,5 m hündürlüyündə, yarpağını tökən koldur. Budaqları yaşıl rəngli, tillidir. Yarpaqları təklələkvari, 5-9 ədəd tərs yumurtavari formalı yarpaqcıqdan ibarətdir. Onların uzunluğu 0,6-2,3 sm, eni 0,3-1 sm olub, qısa saplaqlı və ya oturaqdır. Yarpaq altlığı üçkünc, çiçəkləri qızılı-sarı rəngdə, 3-8 ədədi birlikdə qoltuqlarda çətirvari çiçək qrupu təşkil edir. Onlar yarpaqdan 2-3 dəfə iridir. Kasacığı zəngvari, 3-5 mm uzunluqda, ensiz, tərs-yumurtavari, qayıqcıq formalı, oraqvaridir.
Kolvari amorfa
== Təbii yayılması == Təbii halda Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, şaxəli, çubuqvari koldur. Yanlardan çoxlu kök pöhrələri verir. Yarpaqları təklələkvari, tökülən, uzunluğu 8-20 sm-dir. Yarpaqcıqların sayı 11-25 ədəddir. Yarpaqcıqları uzunsov-ellipsvarı və ya ovalşəkilli, uzunluğu 2,5-4 sm-ə çatır, rəngi tünd yaşıldır. Xırda çiçəkləri əvvəlcə bənövşəyi, sonradan tutqun qırmızımtıl rəngdə olub, uzunluğu 15 sm-ə qədər, sıx, ensiz, dikduran, sünbülvari təpə salxımlarda yerləşir. Çiçəkaltlıqları xırdadır. Kasacığı zəngvarı, vəzili olub, 4 küt dişli və bir alt çıxıntılıdır. Tacı birləçəkli, qırmızımtıl-bənövşəyi, uzunluğu kasacığından 2-3 dəfə böyükdür.