Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Umac
Umac - Azərbaycanın milli yeməyi. Un - 50 q, Ərinmiş yağ - 20 q, Yumurta - 1 ədəd, Baş soğan - 18 q, Nanə qurusu- 1,0 q Zəfəran - 0,1 q Duz Unun üstuna duzlu su ilə çalınmış yumurta çələnir və un ovuşdurulur. Bu zaman xırda xəmir qırıntıları alınır. Yağda qızardılmış soğan suda qaynadılır, xəmir qırıntıları ələkdə silkələnib, artıq undan azad edilir və qaynar bulyona tökülərək, arası kəsilmədən qarışıdırılır. Süfrəyə verildikdə umaca zəfəran şirəsi vurulur, üstünə nanə səpilir.
Akşay Kumar
Akşay Kumar (ing. Akshay Kumar, hindcə:अक्षय कुमार; 9 sentyabr 1967, Yeni Dehli) — tanınmış hind aktyorudur. Əsl adı Raciv Hari-Om Bxatiyadır. Banqkokda idman üzrə müəllimlik etdiyinə görə bəzən onu "Hindistanın Brüs Li"si adlandırırlar. == Həyatı == Akşay Kumar 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olmuşdur. Əvvəlcə "Don Bosco School" adlı məktbədə təhsil almış, sonra "Guru Nanak Khalsa College (King's Circle)" adlı kollecdə davam etdirmişdir. Burada Akşay idmanla maraqlanmağa başlayır. Akşay Taekvondo üzrə qara kəmər qazandıqdan Tailandın paytaxtı Banqkok şəhərində Muay Tay üzrə müəllimlik, həmçinin, aşpazlıq və ofisiantlıq etməyə başlayır.. Mumbaya geri döndükdən sonra idman müəllimi olaraq çalışmağa başlayır. Bir neçə müddət müəllim kimi çalışdıqdan sonra tələbələrindən biri onu filmdə iştirak etməyə dəvət edir.
Palendra Kumar
Racendra Kumar
Racendra Kumar Tuli (20 iyul 1929, Sialkot, Britaniya Hindistanı – 12 iyul 1999 və ya 29 iyul 1999, Mumbay) — hind kino aktyoru. Bollivudun kino ulduzu. Padma Şri mükafatı laureatı (1969). Racendra Kumar 20 iyul 1929-cu ildə Pəncabda anadan olub. Kino fəaliyyətinə 1949-cu ildə başlayıb və 80-dən artıq filmə çəkilib. Toz içində çiçək, Sanqam və s. kimi filmlərdə baş rola çəkilib. Racendra Kumar 1999-cu ildə Mumbay şəhərində vəfat etmişdir. Andaz (1995) TV series Vansh (1995) TV series Phool (1993) …. Dharamraaj Insaaf Ka Khoon (1991) ….
Ronald Kuman
Ronald Kuman (21 mart 1963) — Niderlandlı futbol məşqçisi.
Sanciv Kumar
Sanciv Kumar (qüc. સંજીવ કુમાર), əsl adı Haribhay Carivala (qüc. હરિભાઈ જરીવાલા; d.9 iyul, 1938 Surat, Qucarat – ö.6 noyabr, 1985, Bombey, Maharaştra, Hindistan) — hind aktyoru. Sanciv Kumar 9 iyul 1938-ci ildə Qucarat ştatının Surat şəhərində anadan olmuşdu. Sanciv Kumar 6 noyabr 1985-ci ildə Maharaştra ştatının Bombey şəhərində vəfat edib.
Şuniçi Kumay
Şuniçi Kumay — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kuman dili
Kuman dili, həmçinin polovets dili və ya qıpçaq-polovets dili — XI–XIV əsrlərdə Dunay və Volqa arasındakı çöldə yaşamış kumanların danışdığı dil. Hazırda istifadə olunmayan kuman dili bugünkü Krım tatar və Qaraçay-balkar dillərinə yaxınlığı ilə diqqət çəkir. Kumanlar Şərqi Avropada istifadə olunan türk ləhcələrindən birində danışırdılar. == Adlandırması == Elmi nəşrlərdə bu dil Kuman və Kuman türkcəsi kimi göstərilmişdir. == Tarixi == Kumanlar XIII-XIV əsrlərdə Şərqi Avropada yaşamış türk tayfasıdır. Kumanlar tarix boyu qıpçaqlarla eyni birlikdə olduqlarından, müəyyən zaman sonra onları qıpçaqlarla eyni hesab etmişlər. Kuman türkcəsində Şərqi Avropada, Qara dənizin şimalında və qismən də Balkanlarda danışılmışdır. Kodeks Kumanikus türklər tərəfindən yazılmayan amma kuman dilinin danışıq xüsusiyyətlərini əks etdirən, öz dövründəki türk dilinin quruluşunu əks etdirən mühüm bir əsərdir. == Əsərlər == Atamız kim köktesiñ. Alğışlı bolsun seniñ atıñ, kelsin seniñ xanlığıñ, bolsun seniñ tilemekiñ – neçikkim kökte, alay [da] yerde.
Mehmet Kamaç
Mehmet Kamaç (1977, Van ili) — sosioloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mehmet Kamaç 1977-ci ildə Van ilinin Çataq ilçəsində anadan olub. Atatürk Universiteti Açıq Təhsil Bölməsindən məzun olub. Müəllim olaraq çalışıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə və farsca bilir. Evli və 4 uşaq atasıdır.
Kuma çayı
Kuma çayı (kab.-çərk. Гум,qaraç.-balk. Къум, çeç. ГӀум-хи, qum. Кум) — Şimali Qafqazda çay. Uzunluğu 802 km, hövzəsi 33,5 min km²-dir. Kuma çayının əsas qolları: sağ qoları — Podkumok, Zolka, Darya; sol qolları — Surkul, Suxoy və Sulu Karamık, Tomuzlovka, Buyvola çaylarıdır. == Etimologiyası == Çayın adı əsasən türkcə "kum" sözündən("qum") əmələ gəlmişdir. Kuma çayı şağı axarlarında, həqiqətən də qumların arasından axır. XI–XIII əsrlərdə Kumanların ərazisi boyunca axırdı, buna görə də bəziləri çayın adını Kumanların öz adı ilə-"Kumanlar" ilə eyniləşdirirlər.
Acoy Kumar Qhoş
Acoy Kumar Qhoş(benq. অজয়কুমার ঘোষ; 20 fevral 1909[…], Bərdəman rayonu[d], Britaniya Hindistanı – 13 yanvar 1962[…], Dehli) — Hindistan kommunisti, HKP-nın baş katibi. == Həyatı == Qhoş 1909-cu il fevralın 20-də Mihidcam qəsəbəsində həkim Saçindranat Qhoşun ailəsində anadan olmuşdur. Oğlana verilən Açoy adı–sahilində Mihidcam qəsəbəsi yerləşən Acoy ("məğlubedilməz") çayının adından götürülmüşdür. Qhoşun uşaqlığı və gəncliyi Kanpurda keçmişdir. Onun həyatının bu dövrü haqqında məlumat azdır. Acoy on beş yaşında ikən inqilab haqqında düşünmüş, Britaniya hökmranlığına qarşı silahlı çıxış təşkil etməyə cəhd göstərən 1915–1916-cı illərin qəhrəmanlarına valeh qalmışdı. 1923-cü ildə Qhoş Bhaqat Sinqhlə tanış oldu. Müstəmləkəçilərə bəslədikləri nifrət onları bir-birinə yaxınlaşdırdı. Onların hər ikisi başa düşürdü ki, vətəni azad etmək üçün xalqı oyatmaq lazımdır.
Kuman-qıpçaq dilləri
Kuman-qıpçaq dilləri, həmçinin polovets-qıpçaq dilləri, Qafqaz-qıpçaq dilləri, oğuz-qıpçaq dilləri — türk dillərindən qıpçaq dil qrupunun bir hissəsi. Onlara qərbi qıpçaq dilləri də deyilir, lakin belə bir terminin istifadəsi arzuolunmaz omonimliyə gətirib çıxarır, çünki şərqi qıpçaq dillərindən Cənubi Altay, Fərqanə qıpçaq və qırğız dillərindən fərqli olaraq Volqa-qıpçaq, kuman-qıpçaq və noqay-qıpçaq dilləri birlikdə qərbi-qıpçaq dilləri hesab edilir. == Tərkibi == Müasir dillərdən kuman-qıpçaq dilləri qrupuna aşağıdakılar daxildir: Krım-tatar dilinin orta dialekti; Qumuq dili; Qaraçay-balkar dili; Urum dili; Kəraim dili; Qırımçaq dili. Kuman-qıpçaq dillərini kəraim-krım-tatar və qumuq-qaraçay-balkar alt qruplarına bölmək olar. Oleq Mudrak da məhz bu bölgüyə əməl edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Баскаков Н. А. Историко-типологическая фонология тюркских языков. М.: Наука. Отв. ред. Э. Р. Тенишев.
Kusac-i Süfla (Mahnişan)
Kusac-i Süfla (fars. كوسج سفلي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (54 ailə).
Kusac-i Ülya (Mahnişan)
Kusac-i Ülya (fars. كوسج عليا‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 400 nəfər yaşayır (66 ailə).
Gümanc
Aşağı Gümanc (Təbriz)
Humay
Humay — qadın adı.
IUPAC
IUPAC kimyəvi nomenklaturası və ya IUPAC adlandırma sistemi kimyəvi birləşmələrin adlandırılması üçün istifadə edilən bir sistem olub, ümumiyyətlə kimya elmini təsvir etmək üçün istifadə olunur. O, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İngilis dili: International Union of Pure and Applied Chemistry və ya IUPAC ) tərəfindən yaradılmış və onun tərəfindən nəzarət altında saxlanılmışdır. Üzvi və qeyri-üzvi birləşmələrin adlandırılması qaydaları Mavi kitab (Blue book) və Qırmızı kitab (Red Book) kimi tanınan iki nəşrdə saxlanılır. Yaşıl kitab (Green Book) kimi tanınan üçüncü nəşrdə (IUPAP ilə əməkdaşlıq edilərək bu kitab hazırlanmışdır) fiziki kəmiyyətlər üçün istifadə ediləcək simvollar təsvir edilmişdir. Qızıl kitab (İngiliscə: Gold Book) adlı dördüncü bir kitabda isə kimyada istifadə olunan bir çox texniki terminlərin tərifləri və mahiyyəti qeyd edilmişdir. Bunlara oxşar olan xülasələr biokimya (IUBMB ilə əməkdaşlıq çərçivəsində yazılmışdır), analitik kimya və makromolekulyar kimya üçün də hazırlanmışdır. Xüsusi hallar üçün bu kitablar vaxtaşırı Pure and Applied Chemistry elmi jurnalında dərc edilmiş daha qısa tövsiyələrlə tamamlanır.
Jumak
Jumak (kor. 주막) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Kalaç
Kalaç — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Kamay
Kamay (Urmanay) —
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Kazac
Kazac (fars. كزج‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,047 nəfər yaşayır (278 ailə).
Kemax
Kemax - Dağıstan Respublikasının Dərbənd rayonunda ərazisində mövcud olmuş kənd. == Coğrafiya == Kənd 354 m hündürlüyə malik dağın ətəyində, Dərbənd şəhərindən 12 km qərbdə yerləşir. == Əhali == 1895-ci il məlumatına görə 63 ev mövcud olmuşdur. Burada 383 nəfər yaşayırdı (yahudilər — 123 nəfər). Sovet rəsmi statistikasında kənd əhalisi azərbaycanlılardan ibarət olmuşdur. Digər mənbələrdə isə onların tat olması qeyd olunur. Belə ki, onlar öz aralarında Azərbaycan dilindən istifadə etmişlər. Ancaq rəsmi mənbələr onların azərbaycanlı olmasını təstiqləyir. Onlar digər ətraf azərbaycanlı kəndlərindən fərqli olaraq islam dininin sünni məzhəbində etiqad edirdilər,. Kəndi deyilənə görə Dərbənd ətrafına açılan gözəl mənzərə ilə əlaqədar düşərgə qurduqları türklər salmışlar.
Klüman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Komar
Yuxarı Komar (Culfa)
Kuban
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 km². Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu — Protoka — sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Kırac
Əli Tufan Kıraç (17 iyun 1972, Göksun[d], Qəhrəmanmaraş) — Musiqiçi. == Həyatı == Əli Tufan Kıraç 1972-ci ildə Qəhrəmanmaraşda dünyaya gəlmişdir. Onun atası sadə bir müəllim idi. 1982-ci ildə atasının işinin İstanbula yönəlməsi səbəbiylə orada qalmalı oldular. Məhz elə buna görə də o orta məktəbini və litseyi burada Hasköydə bitirdi. Kiçik yaşlarında musiqiyə olan həvəsi Kıraçın bu sənətdə inkişafında atasına aid bağlama idi. Litseyə başladıqdan sonra onun bu yetənəyi və musiqi müəllimi olan Refik Köksalın ona öz ilk gitarasının hədiyyəsi Kıraçın həyatında bir dönmə nöqtəsi idi. Litseyi bitirdikdən sonra o, Marmara Universiteti Atatürk Eyitim Fakültəsi Musiqi Müəllimliyinə daxil oldu. Orada həm çox sevdiyi musiqi təhsilini, həm də ata məsləhini davam etdirəcəkdi. Artıq 1992-ci ildə Ortaköy Martı adlı barda səhnə həyatına başladı.