Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akça
Akça (osman. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə. Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı.
Kia
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. == Tarixi == Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Koa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. == Hazırlanması == Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
Koça
RCA
RCA — audio və video avadanlıqlarında geniş istifadə olunan standart bağlayıcı növüdür. RCA növünün adı 1940-cı illərin əvvəllərində fonoqrafları gücləndiricilərə qoşmaq üçün bu tip birləşdiricini təqdim edən Amerika Radio Korporasiyasından gəlir. Belə bağlayıcıların dezavantajı ondan ibarətdir ki, birləşdirərkən kontakt (pin) əvvəlcə siqnala (gərginliyə) qoşulur və yalnız bundan sonra korpusların kontaktları birləşdirilir. Televizorları video kartlarda televizor çıxışına qoşarkən tez-tez baş verən hallar arasında potensial fərq varsa, bu, qoşulma zamanı cihazlara zərər verə bilər. RCA fiş (jarqonda — "ata") iki kontaktdan ibarətdir: siqnal və ümumi dövrə (qoruyucu). Siqnal sancağı mərkəzdə yerləşir və diametri 3,2 mm və ya 0,125 düym (3,18 mm) olan sancaqdır. Çıxan xarici hissənin uzunluğu 9,0 mm (0,375/0,312 düym ölçüləri üçün 9,52/7,92 mm), daxili qapalı uzunluğu 6,0 mm (0,219 düym ölçüləri üçün 5,56) təşkil edir. İkinci kontakt, minimum daxili diametri 8,0 mm (0,328 düym ölçüsü üçün 8,33) olan konsentrik silindr yan səthidir. Kontaktın xarici diametri yalnız qalınlığından asılıdır və standartlaşdırılmamışdır. RCA yuvası ("ana" üçün jarqonda) də iki kontaktdan ibarətdir.
Kva
Kva, həmçinin Yeni Kva və ya Qərbi Kva — Niger-Konqo makroailəsinə daxil olan dillər ailəsi. Qərbi Afrikanın cənub-mərkəzi hissəsində yayılmışdır: Kot-d'İvuarın cənub-şərqində, cənubda və Qananın mərkəzində, Toqo və Beninin cənubunda yayılmışdır. Ailəyə başqaları ilə yanaşı, Akan dilləri də daxildir. == Yazısı == Bəzi kva dilləri üçün yazı ortada missionerlər tərəfindən təqdim edilmişdir. Latın əlifbasına əsaslanır və XIX əsrdə yaradılmışdır. İbtidai məktəblərdə bir çox dillər tədris olunur, tədris və dini ədəbiyyat, əfsanələrin qeydləri var. Radio yayımı, mətbuat və bədii ədəbiyyat əsas dillərdə nəşr olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Bennett, Patrick R. & Sterk, Jan P. (1977) 'South Central Niger-Congo: A reclassification'. Studies in African Linguistics, 8, 241–273. Hintze, Ursula (1959) Bibliographie der Kwa-Sprachen und der Sprachen der Togo-Restvölker (mit 11 zweifarbigen Sprachenkarten).
Acacia koa var. koa
Koa akasiyası (lat. Acacia koa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Havay adaları üçün endemik növdür. == Sinonimləri == Acacia heterophylla var. latifolia Benth. Acacia kauaiensis Hillebr. Acacia koa var. koa Acacia koa var. latifolia (Benth.) H. St. John Acacia koa var.
Acacia koa
Koa akasiyası (lat. Acacia koa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Havay adaları üçün endemik növdür. == Sinonimləri == Acacia heterophylla var. latifolia Benth. Acacia kauaiensis Hillebr. Acacia koa var. koa Acacia koa var. latifolia (Benth.) H. St. John Acacia koa var.
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Akça Xan
KCR-556
KCR-556, KALE qrupu tərəfindən təkmilləşdirilən avtomatdır. Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilən 5.56x45mm NATO mərmi istifadə edən avtomatdır. Uzun variantı 368 mm, qısa variantı 280 mm, yaxın məsafəli döyüşlər üçün hazırlanan variantı isə 190 mm uzunluğunda lüləyə malikdir. 890 mm uzunluğa malik silah 3.3 kg ağırlığa malikdir. Dəqiqədə 750-950 güllə işlədə bilir. 10.000 atışadək problemsiz işləyə bilir. Türkiyə Respublikasının yerli istehsalına məxsus silahlardan biridir. Silaha müxtəlif optik nişangahlar əlavə etmək olur. Darağı 30 mərmi tutumuna malikdir.
Kaç Rannı
Kaç Rannı (qüc. કચ્છનું મોટું રણ) — Hisdistanın qərbində, az bir hissəsi isə Pakistanın şərqində yerləşən şoranlıq. Öz növbəsində iki yerlə bölünür: Böyük Kaç Rannı (şimal hissə) və Kiçik Kaç Rannı (cənub-şərq hissə). Rann şözü sanskritcədən tərcümədə «səhralıq məkan» anlamını verir. Kaç Qucarat ştatının bir dairəsinin adıdır. Sahəsi 20 min. km²-dir. Orta hündürlüyü 200 m, bəzi ərazilərdə isə 465 m çatır. Mussonlar mövsümündə dəniz suyu və Banas, Luni və d. çaylatrın suyu ilə dolur.
Kaç körfəzi
Kaç körfəzi (ing. Gulf of Kutch, hind. कच्छ की खाड़ी, Kaççk) — Ərəbistan dənizinə daxil olan körfəz. Hindistanın daxilinə 180 km məsafədə uzanır. Kathiyavar yarımadasını şimaldan Kaç yarımadasını isə cənubdan əhatələyir. Maksimal dərinliyi 122 metrdir. Sahilində yerləşən Camnaqar şəhərində dünyanın ən böyük neftayırma zavodlarından biri yerləşir. Kandlada isə iri neft terminalı vardır.
Kia Carnival
Kia Carnival — 1998-ci ildən Cənubi Koreyanın avtomobil istehsalçısı olan Kia Corporation tərəfindən istehsal edilən miniven modelidir. Bəzi bazarlarda Sedona kimi də tanınır. 2007–2009-cu illər arasında Entourage modeli Şimali Amerikada Hyundai brendi altında satılmışdır.
Kia Motors
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. == Tarixi == Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Koa akasiyası
Koa akasiyası (lat. Acacia koa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Havay adaları üçün endemik növdür. == Sinonimləri == Acacia heterophylla var. latifolia Benth. Acacia kauaiensis Hillebr. Acacia koa var. koa Acacia koa var. latifolia (Benth.) H. St. John Acacia koa var.
Kra bərzəxi
Kra bərzəxi (tay กิ่วกระ ) — Malay yarımadasını Asiya materiki ilə birləşdirir. Qərbdə Andaman dənizi, şərqdə isə Siam körfəzi sahillərini yuyur. Ən dar yeri Cumpxon şəhəri iıə Kraburi çayının estuarisi arasında cəmi 44 km təşkil edir. İnzibati cəhətdən ərazinin böyük hissəsi Tailanda şimal və qərb hissələri isə Myanmaya məxsusdur. Bərzəx Kraburi çayının adından ğötürülmüşdür. == Kanal tikintisi == Bərzəx üzərində tikiləcək kanal malakka yarımadasını dolanmaqla edilən uzun səyahəti 100 km-lərlə qısalda bilərdi. Artıq XVII əsrdə ərazidən kanal tikintisi planlaşdırılırdı ancaq kifayət qədər baha başa gəlməsi və ekologiyaya vurulacaq zərbələr nəzərə həyata keçirilməmişdir. Bəziləri kanalı ən dar yerdə, bəziləri isə Surattxani və Pxanqnqa şəhərləri arasında tikilməsini təklif edirlər. Onun tikintisinə bir sıra dövlətlər xüsusi ilə Sinqapur əlehinədir. Belə ki kanalın tikintisi Malakka boğazının əhəmiyyətini azaldaraq bölgə dövlətlərinin istisadiyyatına ağır zərbə vura biıər.
Mauna Kea
Mauna Kea — (hav. ˈmɔunə ˈkea — белая гора; ing. Mauna Kea) Havay adalarında vulkan. Dəniz səviyyəsindən 13.803 fut (4,207 m) dayanan zirvəsi, ABŞ-nin Havay əyalətinin ən yüksək nöqtəsi. Mauna Keanın yaşı təxminən bir milyon ildir ki, onun fəaliyyətinin ən fəal dövrü yüz minlərlə il əvvəl idi. Vulkanın son püskürməsi qonşu vulkanlara nisbətən daha qüvvətli olmuşdur. Son püskürməsi təxminən 4500 il əvvəl baş vermişdir. İndi isə vulkan qeyri-aktivdir. Havay dilində Mauna-Kea "Ağ dağ" deməkdir. Onu qəbiləsinin yüksək rütbəli rəhbərləri ziyarət edə bilərlər.
Peça Kuça
Peça Kuça və ya PeçaKuça və ya Peça-Kuça (yap. ペチャクチャ, "[boş-boşuna] söhbət, laqqırtı") — qeyri-formal "PechaKucha Nights" konfranslarında xüsusi olaraq forma və davamlılığı baxımından məhdudlaşdırılmış qısa hesabatların təqdim olunması metodologiyasıdır. Çıxış edən şəxs 20 slayddan ibarət təqdimat-hesabat təqdim edir, hər bir slayd 20 saniyə nümayiş etdirilir, bundan sonra o avtomatik olaraq növbəti slaydla əvəz edilir. Beləliklə, təqdimatın ümumi müddəti 6 dəqiqə 40 saniyə ilə məhdudlaşır. Təqdimatlar bir-birinin ardınca gedir. Təqdimatların sayı adətən 8-12 aralığında dəyişir.
Racosperma koa
Koa akasiyası (lat. Acacia koa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Havay adaları üçün endemik növdür. Acacia heterophylla var. latifolia Benth. Acacia kauaiensis Hillebr. Acacia koa var. koa Acacia koa var. latifolia (Benth.) H. St. John Acacia koa var.
Uca andız
Uca andız (lat. Inula helenium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. Hündürlüyü (60) 80–150 sm və daha hündür olan, gövdəsi düzduran, qalın, şırımlı, qısa tüklü, yuxarı hissədə qalxanşəkilli və ya uzun ensiz salxımşəkilli süpürgə şəklində süpürgəvari budaqlanan çoxillik iri ot bitkisidir. Yarpaqları iridir, uzunluğu 40–50 sm, üst tərəfdən zəif tüklü və ya çılpaq, alt tərəfdən sıx yumşaq məxmər tüklüdür, aşağı yarpaqları saplaq üzərindədir, uzunsov-elliptik, xırda dişli və ya mişarlı, yuxarı yarpaqları oturaqdır, uzunsov-yumurtaşəkilli, sivriləşmiş, qaidəsi ürəkşəkilli, yarımgövdə həcmini artırandır. Səbətləri çoxsaylı deyil, iridir, eni 20–35 mm olub, qismən uzun saplaq üzərindədir. Qının bayır yarpaqcıqları otşəkilli, çoxsaylı, demək olar ki, qalın dərilidir, yumurtaşəkilli, boz keçə tüklü, uzunluğu 1–2 (2,5) sm-dir, ortadakılar enli tünd törəməlidir, daxili yarpaqcıqları daha ensiz, kürəkşəkilli və kütdür. Dilcikşəkilli çiçəkləri sarı rəngli, çoxsaylı, ensiz xətvaridir, təpə hissədə sivriikidişlidir, qından uzundur. Toxumlarının uzunluğu 4–5 mm, prizmaşəkillidir, çılpaqdır; kəkili qəhvəyi rəngli, 2–2,5 dəfə toxumdan uzundur. İyun-sentyabr ayında çiçəkləyir, avqust-oktyabr aylarında meyvə verir. Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ şimal, KQ cənub, Nax.
Uça Caparidze
Uça İlya Malakiyeviç Caparidze (gürc. უჩა ჯაფარიძე; 4 (17) avqust 1906 – 6 iyul 1988, Tbilisi) — gürcü boyakarı və qrafiki, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981). Uça Caparidze 17 avqust 1906-cı ildə Kutaisi quberniyasının Qari kəndində anadan olub. 1922–1924-cü illərdə Tbilisidə M.Toidzenin Xalq rəssamlıq studiyasında, 1924–1925 və 1928–1931-ci illərdə isə Rəssamlıq Akademiyasında təhsil almışdır. Erkən yaradıcılığa L. Qudiaşvilinin təsiri (rənglərin ifadəliliyi, kompozisiyanın dekorativliyi) olmuşdur. 1932–1936-cı illərdə Moskvada yaşamışdır. Uça Caparidze tarixi tabloların ("1901-ci ildə Tiflisdə 1 may nümayişi", 1939–1941), məişət rəsmlərinin ("Ananın düşüncələri", 1945, "Babanın fəxri" 1954, "Kolxoz bazarı", 1960), portretlərin (bəstəkar Z.P. Paliaşvili, 1940, şair Q.V. Tabidze, 1943, aktrisa V.İ.Ancaparidze, (1956) və b.), mənzərələrin, kitab illüstrasiyalarının (Q.V. Tabidze, İ.Q. Çavçavadze və başqalarının kitablarına) müəllifidir. "Xeyir-dua" (1957) əsərinə görə 1958-ci ildə Ümumdünya sərgisinin gümüş medalını almışdır. 1936-cı ildən Tbilisi Rəssamlıq Akademiyasında dərs demişdir.
Yat-kha
Yat-Kha – Tuva musiqi qrupu, Tuva vokalist və gitaristi olan Albert Kuvezin qrupun əvəzolunmaz iştrakçısı və lideridir. Qrupun musiqisi Tuva milli musiqi, rok-musiqi (əvvəlki illərində elektronik musiqi) və Kuvezinin qırtlaq musiqisindən təşkil olunmuşdur. Yat-Kha 1992-ci ildə Moskvada Kuvezin və rus elektronik bəstəkar İvan Sokolovski tərəfindən yaradılmışdır. Qrup yaradılarkən Tuva xalq musiqisi, müasir ritmlər və elektronik musiqi birləşdirilmişdir. Kuvezin və Sokolovski bir çox festivallarda iştrak edəndən sonra Yat-Kha adını aldılar. 1992-ci ildə General Records firması ilə Yat-Kha adı altında albom çıxartdılar. Yat-Kha albomunun çıxışından sonra Kuvezin və Sokolovski ayrıldılar və Kuvezin başqa sənətkarlarla Yat-Kha adı altında yeni beş albom çıxartdı. 1995-ci ildə morin khuur çalan Aleksey Saaya ilə Yenisey Punk albomunu çıxartmışdılar. Əvvəlki Yat-Kha albomunu bəzi mahnılar əlavə edib 1996/1997-ci illərdə Tundra’s Ghosts adı altında çıxartmışdır.
Perihan Koca
Perihan Koca Doğan (25 sentyabr 1987, Antalya) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Perihan Koca Doğan 1987-ci ildə Antalya ilində anadan olub. Samsun Ondoqquz May Universiteti Təhsil Bölməsindən məzun olub. Uzun illər Milli Təhsil Nazirliyinə tabe olan təhsil müəssisələrində müəllim olaraq çalışıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ətraf mühit Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
RCA Records
RCA Records (Ar Ey Si Rekords) — Sony Music Entertainment-ə məxsus ABŞ səsyazma şirkəti.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
«Кара-коюнлу» (ковёр)
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.