Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akşay Kumar
Akşay Kumar (ing. Akshay Kumar, hindcə:अक्षय कुमार; 9 sentyabr 1967, Yeni Dehli) — tanınmış hind aktyorudur. Əsl adı Raciv Hari-Om Bxatiyadır. Banqkokda idman üzrə müəllimlik etdiyinə görə bəzən onu "Hindistanın Brüs Li"si adlandırırlar. Akşay Kumar 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olmuşdur. Əvvəlcə "Don Bosco School" adlı məktbədə təhsil almış, sonra "Guru Nanak Khalsa College (King's Circle)" adlı kollecdə davam etdirmişdir. Burada Akşay idmanla maraqlanmağa başlayır. Akşay Taekvondo üzrə qara kəmər qazandıqdan Tailandın paytaxtı Banqkok şəhərində Muay Tay üzrə müəllimlik, həmçinin, aşpazlıq və ofisiantlıq etməyə başlayır.. Mumbaya geri döndükdən sonra idman müəllimi olaraq çalışmağa başlayır. Bir neçə müddət müəllim kimi çalışdıqdan sonra tələbələrindən biri onu filmdə iştirak etməyə dəvət edir.
Palendra Kumar
Racendra Kumar
Racendra Kumar Tuli (20 iyul 1929, Sialkot, Britaniya Hindistanı – 12 iyul 1999 və ya 29 iyul 1999, Mumbay) — hind kino aktyoru. Bollivudun kino ulduzu. Padma Şri mükafatı laureatı (1969). Racendra Kumar 20 iyul 1929-cu ildə Pəncabda anadan olub. Kino fəaliyyətinə 1949-cu ildə başlayıb və 80-dən artıq filmə çəkilib. Toz içində çiçək, Sanqam və s. kimi filmlərdə baş rola çəkilib. Racendra Kumar 1999-cu ildə Mumbay şəhərində vəfat etmişdir. Andaz (1995) TV series Vansh (1995) TV series Phool (1993) …. Dharamraaj Insaaf Ka Khoon (1991) ….
Sanciv Kumar
Sanciv Kumar (qüc. સંજીવ કુમાર), əsl adı Haribhay Carivala (qüc. હરિભાઈ જરીવાલા; d.9 iyul, 1938 Surat, Qucarat – ö.6 noyabr, 1985, Bombey, Maharaştra, Hindistan) — hind aktyoru. Sanciv Kumar 9 iyul 1938-ci ildə Qucarat ştatının Surat şəhərində anadan olmuşdu. Sanciv Kumar 6 noyabr 1985-ci ildə Maharaştra ştatının Bombey şəhərində vəfat edib.
Komar
Yuxarı Komar (Culfa)
Kumari
Kumari və ya Kumari Devi (nepal dilindən tərcümədə "qız" deməkdir) — Nepalda canlı hinduizm tanrısı. Kumari olmaq üçün nevari xalqının Şakya kastasından həddi-büluğa çatmamış qız seçilir. Kumarinin hinduizm tanrısı hesab edilməsinə baxmayaraq, ölkədə hinduistlərlə yanaşı buddistlər də ona sitayiş edir. Nepalda bir neçə Kumari olsa da, onlardan ən əsası Katmanduda yaşayan Krallıq Kumarisidir. Krallıq Kumarisinin seçilməsi xüsusi sərt ritualların keçirilməsini tələb edilir. Bu rituallardan sonra o, şəhərin mərkəzində yerləşən Kumari Qxar sarayına yollanır. Hazırkı Krallıq Kumarisi sayılan Matani Şakya 2008-ci ildə 3 yaşında Kumari seçilmişdir. Kumari - krala tilaka (mərasim zamanı alına qoyulan qırmızı nöqtə) qoya bilən və kralın ona sitayiş etdiyi yeganə şəxsdir. Bu ildə bir dəfə Kumadricatra bayramı zamanı baş verir. Bu gündə kral məbədə pucini yerinə yetirmək (hinduizm ritualıdır) üçün baş çəkir.
Kumlar
Cumacea (lat. Cumacea) — heyvanlar aləminin buğumayaqlılar tipinin ali xərçənglər sinfinə aid heyvan dəstəsi. Hazırda 1600 növü var, onlardan Xəzər dənizində 18 növü qeyd edilmişdir. Xəzərdə yaşayan kumların evriqalin (Pseudocuma cercaroides, Stenocuma graciloides, Pterocuma pectinata) və stenoqalin (Pterocuma qrandis, Stenocuma diastyloides) növlər təşkil edir. Kumlar çapaq, külmə və s. balıqların qidasında mühüm rol oynayırlar.
Kunar
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Kuçar
Kuçar (fars. کوچار‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 384 nəfər yaşayır (124 ailə).
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 190 nəfərdir. Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. Qumarın ən məşhur formalarına slot, blackjack və rulet kimi kazino oyunları, həmçinin idman mərc oyunları, poker və lotereya oyunları daxildir. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Acoy Kumar Qhoş
Acoy Kumar Qhoş(benq. অজয়কুমার ঘোষ; 20 fevral 1909[…], Bərdəman rayonu[d], Britaniya Hindistanı – 13 yanvar 1962[…], Dehli) — Hindistan kommunisti, HKP-nın baş katibi. Qhoş 1909-cu il fevralın 20-də Mihidcam qəsəbəsində həkim Saçindranat Qhoşun ailəsində anadan olmuşdur. Oğlana verilən Açoy adı–sahilində Mihidcam qəsəbəsi yerləşən Acoy ("məğlubedilməz") çayının adından götürülmüşdür. Qhoşun uşaqlığı və gəncliyi Kanpurda keçmişdir. Onun həyatının bu dövrü haqqında məlumat azdır. Acoy on beş yaşında ikən inqilab haqqında düşünmüş, Britaniya hökmranlığına qarşı silahlı çıxış təşkil etməyə cəhd göstərən 1915–1916-cı illərin qəhrəmanlarına valeh qalmışdı. 1923-cü ildə Qhoş Bhaqat Sinqhlə tanış oldu. Müstəmləkəçilərə bəslədikləri nifrət onları bir-birinə yaxınlaşdırdı. Onların hər ikisi başa düşürdü ki, vətəni azad etmək üçün xalqı oyatmaq lazımdır.
Humar zirvəsi
Humar zirvəsi (bolq. връх Хумар, ‘Vrah Humar’ \'vr&h hu-'mar\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1300 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Yorum buzlağından şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir. Zirvə Bolqarıstanda yerləşən qədim Humar qalasının adını daşıyır. Humar zirvəsi 65°14′36″ c. e. 62°12′03″ q. u. koordinatlarında yerləşmişdir.
Meena Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Mina Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Oumar Kaba
Oumar Kone
Oumar Kone (11 fevral 1985, Mali) — Malili cüdoçu. Oumar Kone Malini 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. 11 fevral 1985-ci ildə anadan olub. Oumar Kone birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Lusiano Korreya ilə üz-üzə gəldi. Həmin görüşdə Oumar Kone rəqibinə 2:102 hesabı ilə uduzdu.
Oumar Ture
Oumar Ture (24 yanvar 1996) — Malili üzgüçü. Oumar Ture Malini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Oumar Ture birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 57.56 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Qumar turizmi
Qumar turizmi — qumar oynamaq üçün bir yerə yığılan oyunçuları, eyni zamanda bu səyahəti və oyunu təşkil edən sektoru ifadə edən ümumi anlayış. Qumar turizminin Las- Veqas, Kıbrıs, Macarıstan, Portuqaliya, Sinqapur, Yaponiya, İspaniya, Dubay, Vyetnam və s. mərkəzləri vardır. Qumar turizmi ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, həm də məşğulluq imkanlarının təmin edilməsinə və artırılmasına kömək edir. Kazinoların adətən otel, kurort, restoran və s. bənzər tipli obyektlərin sıx olduğu ərazilərdə yerləşdirilir. Bu obyektlər və kazinolar müxtəlif formalarda əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, qumar turizmi başqa turizm növlərinə nisbətən daha bahalı hesab olunur. ABŞ Dünya miqyasında ən böyük qumar turizm mərkəzlərindən biridir. ABŞ-də ən böyük qumar bazarları bunlardır: Las-Veqas, Nyu-York, Detroit, Atlantik Citi və s.
Ronald Kuman
Ronald Kuman (21 mart 1963) — Niderlandlı futbol məşqçisi.
Taş-Kumır
Taş-Kumır, Daş-Gömür (qırğız dilində - Ташкөмүр) — Qırğızıstanın Cəlalabad vilayətində vilayət tabeli şəhər. Qırğızıstanda 2009-cü ildə aparılmış əhalinin siyahıya alınmasına görə Taş-Kumır şəhərinin əhalisi 34 756 nəfərdir. Onlardan 30 530 nəfərini (87,8 %) qırğızlar, 2635 nəfərini (7,6 %) özbəklər, 680 nəfərini (1,9 %) ruslar, 542 nəfərini (1,6 %) tatarlar təşkil edirlər . Hazırda şəhərin tərkibinə Şamaldı-Say, Kızıljar qəsəbələri və Tendik kəndi də daxildir. 1999-cu ildə qırğızlar əhalinin 65 %, ruslar — 12 %, özbəklər — 8 %, qazaxlar — 1 %, tatarlar — 7 %, taciklər— 0,5 %, ukraynalılar — 1 %, digər millətlər— 5 %-ni təşkil edirdilər. Taş-Kumır şəhəri Fərqanə vadisinin şimal-şərq hissəsində yerləşir. Şəhər şimal-qərb tərəfdən Aksıy rayonu, şimal-şərq tərəfdən Kara-Kul şəhəri, şərqdən Nooken rayonu ilə sərhəddir. Şəhərin ərazisi 48.3 kv.km.-dir, dəniz səviyyəsindən 585 metr yüksəklikdə yerləşir. Yay dövründə havanın orta temperaturu +40 °S-dək yüksəlir, qış dövründə temperatur −15 °S-dək düşür. Küləyin sürəti saatda 6-8 metrə çatır.
Tumar kəndi
Tumar kəndi (Takab)