Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Axlı lələ
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Aşıq Lələ
Aşıq Lələ (XVII əsrin sonu—XVIII əsrin əvvəli) — XVII yüzilin sonu, XVIII yüzilin önündə yaşamış el şairi. == Həyatı == El şairi Aşıq Lələ XVII yüzilin sonu, XVIII yüzilin önlərində yaşayıb. Yaşam yolu haqqında məlumat olduqca azdır. Bəzi mənbələrdə XVI əsrdə yaşadığı da qeyd edilir. XVIII yüzilə bağlı əlimizdə bir qaynaq var. Osmanlılar Qarabağı aldıqdan sonra, 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı vergi dəftərini hazırlayıblar. Həmin dəftərdə Cavanşir elinin Yağləvənd oymağının Gecəgözlü oymağında yaşayanların arasında bir ailə ilgi çəkir. Həmin ailənin siyahısını olduğu kimi yazımızda veririk. Uzunəli Tanrıqulu oğlu, (Uzunəlinin) qardaşı Lələ, (Lələnin) qardaşı Əminəli. Aşıq Lələnin yaradıcılığından bilirik ki, onun Uzunəli adlı qardaşı olub.
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qərbi isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub. 2017-ci il Fevral döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Jele
Jele (fr. gelée) — kaloidli qida qarışığı (adi meyvələrdən), jelatin əlavəli (pektin, aqar), və bütün kütləni soyuduğu zaman jelatin görünüşü olur. == Haqqında == Jele həmçinin jelatinin buzağın ayaqlarından və başlarından hazırlanır. Şirin jele (fr. gelée), ətli jeledən fərqli olaraq (fr. l’aspic), yeməyin üzərinə tökülməsi isə rus-dilində xolodeç(soyuq) adlanır. Meyvələrdən və giləmeyvələrdən ibarət jele özündə çoxlu pektinləri birləşdirir. Onları jelatin əlavə etmədən də almaq olar çünki pektin ona xüsusi dad verir. Belə jeleləri turş almalardan hazırlayırlar. Jelenin ölçmə dərəcəsi litrdir.
Lalə
Lalə və ya xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Leylə
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. == Əhali == Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. == Təhsilin vəziyyəti == Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Lülə
Lülə ― odlu silahların, saçılma, barıt və barıtı atəşləyən kapsuldan meydana gələn güllənin ucundakı saçılma(lar) və ya mərmini hədəfə göndərmək üçün lazım olan; yivli və ya yivsiz, uzun dəlikli metal borudur. Silahların sapından ucuna qədər olan hissə və mərminin atıldığı yerdir. Lülə xusuilə yivli silahlarda olmaqla əsasən bir silahın ən bahalı və ən maliyyətli hissəsidir.
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Ləzə
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Pele
Edison Arantes do Nascimento (Pelé) (23 oktyabr 1940[…], Tres-Korasoyns[d], Minas-Jerays – 29 dekabr 2022[…], Morumbi[d]) — dünya futbol tarixinin ən böyük futbolçularından biri. Braziliya milli futbol komandası ilə 3 dəfə Dünya Kubokunu qazanmışdır. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda almışdır. Bütün zamanların ən böyük oyunçularından biri kimi qəbul edilən və FİFA tərəfindən "ən böyük" adlandırılan Pele, 20-ci əsrin ən uğurlu və populyar idman xadimləri arasında idi. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Əsrin idmançısı seçilib və Time siyahısına 20-ci əsrin 100 ən mühüm adamı kimi daxil edilib. 2000-ci ildə Pele Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Əsrin Dünya Oyunçusu seçildi və FİFA Əsrin Oyunçusu mükafatının iki birgə qalibindən biri oldu. Onun 1363 oyunda 1279 qolu, Ginnesin Rekordlar Kitabına düşüb. Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi də məhz o olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürmüşdür.
Pələ
Pələ — ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən su nəqliyyatı vasitəsi. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən pələ belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi kələk ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Pələni hazırlamaq üçün 15-20 sm diamterli və 2,2-2,5 m uzunluğunda ağacları bir-birinə paralel qoyur, baş, ortaya və ayaq hissələrinə isə köndələn şəkildə üç ağac bərkidirdilər. Beləliklə, ağacların arasıda əmələ gələn kvadratşəkilli sahələrə qoyun və keçi dərisindən hazırlanmış, içərisinə hava ilə doldurulmuş tuluqlar bağlanırdı. Bundan sonra pələnin üstünə çubuq çəpərə salınırdı. Pələ xüsusi çəp vasitəsilə hərəkətə gətirilir, kiçikhəcmli yüklərin və 2-3 sərnişinin digər sahilə keçirilməsi üçün nəzərdə tutulurdu.
Rele
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub. İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Tələ
Tələ (film, 1990)
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Hüseyn xan Lələ
Hüseyn xan Lələ (?-1918) — İran Mücəzat Komitəsinin üzvü. == Həyatı == Hüseyn Lələ suçu şagirdi kimi Ağabala xan Sərdari-Əfxəmin sarayına işə düzəlmişdi. Məşrutətələblərə qoşulub Gilandan Təbrizə qədər fəaliyyət göstərmişdi. 1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə xainlərindən intiqam almaq üçün "Cəza komitəsi" təşkil olundu. Onun müavini Əsədulla xan Əbülfətzadə idi. Dəstəyə ilk qoşulanlar arasında Kərim Dəvatgər, Rəşidəssultan Xalxali, Seyid Murtuza, Əbdülhüseyn Saatsaz vardı. Sonralar bu komitəyə Məmmədnəzər xan Mişkətülməmalik, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, xəttat İmadülküttab və Hacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daxil oldular. Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan götürməyə başladılar. Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı. Hacı Zaman xan Kürdüstani komitənin bütün sirlərini açdı, onun hiyləsilə komitə uzvləri Kürdustana, Bani şəhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər.
Lalə-Tulpan
"Lalə-Tülpan" Ufa Katedral Məscidi (başq. «Ләлә-Тюльпан» Өфө йәмиғ мәсете, rus. Уфимская соборная мечеть «Ляля-Тюльпан») — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhəri islam mədəniyyət və təhsil mərkəzi. Məscid 7 aprel 1998 tarixində açılmışdır, və müsəlman bayramlarına ev sahibliyi edir. == Tarixi == Layihə yaz fəslinin simvolu olan lalə gülünə (qədim dövrdən türk xalqlarının simvolu olmuşdur) əsaslandırılmışdır. Məscidin minarələri iki qönçəni özündə birləşdirir. Məscid layihəsinin memarı V. V Davlyaşindir. Məscid möminlərin ianələri və Başqırdıstan Respublikası hökumətinin köməyi ilə inşa edilmişdir. İnşaat 1989-cu ildə başlamış, 1998-ci ildə isə başa çatmışdır. Layihə "BNZS" tresti tərəfindən həyata keçirilmişdir.
Lalə (Qürvə)
Lalə (fars. لاله اي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 617 nəfər yaşayır (132 ailə). Əhalisini kürdlər təşkil edir.
Lalə (ad)
Lalə — bir çox şərq ölkəsində kişi və qadın adı. Lalə (xaşxaş gülü) Azərbaycan dilində gül adıdır. Həmçinin, qırmızılıq bildirir. Bu söz fars dilindəki "Lale" (لاله) sözündən gəlir, bu söz isə pəhləvi dilindəki "Alalaq" (Alālag) sözündən gəlir ki, bu da çələng əsməsi bitkisinə verilən addır. Bu söz fars dilindəki "Lal" (لال, lāl; mənası – qırmızı) sözü ilə eyni kökü daşıyır. Sözün ruslaşdırılmış variantı – "Lala" (Лала).
Lalə Abbasova
Lalə Abbasova — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, jurnalist. == Həyatı == Lalə Abbasova 1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olmuşdur. Ata tərəfdən əsli Quba rayonunun Xınalıq kəndindəndir. Anası isə Bakıda anadan olsa da İran Azərbaycanından, Ərdəbildəndir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləmişdir. Üç övladı — 1 oğlu, 2 qızı vardır. == İctimai-siyasi fəaliyyəti == 1977-ci ildən "Вышка" qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən "Ваш дом" jurnalının redaktoru vəzifələrində çalışmışdır. 2000-ci ildən "Мир женщин" qəzetinin baş redaktorudur. Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı olmuşdur.
Lalə Allahverdiyeva
Allahverdiyeva Lalə İsmayıl qızı — tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin "Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi (2010), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2021), Bakı şəhəri Baş allerqoloqu. Azərbaycan Respublikasının Pezident Yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti, Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin üzvü. == Həyatı == 1974-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirib. 1975-1978-ci illərdə 6 saylı uşaq xəstəxanasında həkim-ordinator işləyib 1978-2009-ci illərdə ATU-nin pediatriya fakultəsində baş laborant, assistent, dosent, professor, 09.09.2009-cu ildan isə ATU-nin Klinik Allerqologiya və İmmunologiya kursunun müdiridir. 1981-ci ildə Moskvadakı Mərkəzi həkimlərin təkmilləşmə institutunda namizədlik dissertasiyanı, 2006-cı ildə isə Bakıdakı Elmi-Tədqiqat pulmonologiya institutu Doktorluq dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildən Bakı şəh. Səhiyyə şöbəsinin baş allerqoloqudur. Lalə Allahverdiyeva Azərbaycan Respublikasının tibb tarixində ilk dəfə olaraq "Azərbaycan allerqoloqgiya və klinik immunologiya" elmi-praktik juranl təsis etmiş və jurnalın baş redaktorudur. Jurnal Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. Juranlın ilk nömrəsi 2013-cü ilin yanvar ayında işıq üzü görmüşdür.
Lalə Azərtaş
Lalə Azərtaş (tam adı: Lalə Qabil qızı Azərtaş; 30 mart 1982, Bakı) — Azərbaycanlı teleaparıcı. == Həyatı == 1982-ci il martın 30-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib. 2002–2020-ci illərdə Azad Azərbaycan Tv-da, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib. Bir çox beynəlxalq mükafatlarla təltif olunub. Azəriqaz İB-də İctimai Şuranın katibidir. Hal-hazırda BDU-nun Hüquqşünaslıq fakültəsinin 3-cü kursunda təhsil alır. İki qız övladı var. == İstinadlar == ""Bir Arzu var" - cəzb edir, düşündürür, həyacanlandırır… (VİDEO)" ( (az.)).
Lalə Bağıyeva
Lalə Bağıyeva (d. 13 yanvar 1986) — azərbaycanlı voleybolçu. == Həyatı və karyerası == Lalə Bağıyeva 13 yanvar 1986-cı ildə doğulmuşdur. 2007–2008-ci illərdə "Rabitə", 2008–2009-cu illərdə "Azərreyl", 2009–2011-ci illərdə "Lokomativ Bakı", 2011–2012-ci illərdə isə "Bakı" klubunda çıxış edərək Avropa turnirlərində iştirak etmişdir. 2011-ci ildə qısa müddət "Şirvan" klubunun oyunçusu olmuşdur. Sonuncu dəfə "Lokomotiv Biləcəri" klubunun heyətinə qatılmışdır. 2008–2012-ci illərdə Azərbaycan milli komandasının heyətində çıxış etmişdir. O, 2009 və 2011-ci illərdəki Avropa çempionatlarında Azərbaycanı təmsil etmişdir. == Xüsusiyyətləri == Lalə Bağıyevin boyu 165 santimetrdir. Libero mövqeyində çıxış etmişdir.