Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hubert Lanqet
Hubert Languet (1518 – 30 sentyabr 1581, Antverpen, Brabant hersoqluğu[d]) fransız Diplomatı və İslahatçısıdır. Onun diplomatiyasının aparıcı ideyası protestantlığın qorunması və genişlənməsi üçün dini və vətəndaş azadlığı idi. O, protestant kilsələrinin birliyini inkişaf etdirmək üçün əlindən gələni etmişdir. == Həyatı == Languet 1518-ci ildə Fransanın Dijon şəhərindən 21 mil (34 km) qərbdə yerləşən Vitteaux şəhərində anadan olub . O, hüquq təhsili almaq üçün Poitiers Universitetinə daxil olub, lakin ilahiyyat , tarix , elm və siyasət elmləri ilə də maraqlanıb . Padua və Bolonya universitetlərində olmuş , İtaliya və İspaniyaya səyahət etmişdir . O, şübhələrinə son qoyan Melanchthonun Loci theologici əsərindən çox təsirləndi . 1549-cu ildə Languet Wittenbergə getdi , burada Melanchthon tərəfindən mehribanlıqla qonaq kimi qəbul edildi, tez-tez səyahətlərində onu müşayiət etdi və dostları ilə intim münasibətdə idi. Protestantların təqibləri ilə Fransadan qovulan o, Vittenberqdə məskunlaşdı, qışı orada keçirdi, lakin yay və payızda geniş səyahətlər etdi. 1559-cu ildə Melanxtonun tövsiyəsi ilə Lanqet Saksoniya seçicisinin xidmətinə diplomatik agent kimi daxil oldu və 1577-ci ilə qədər bu vəzifədə çalışdı.
Cenni Longe
Cenni Karolin Marks Longe (1 may 1844, Paris – 11 yanvar 1883, Arjantöy) — C. Vilyams təxəllüslü siyasi jurnalist, xarici dil müəllimi, Cenni fon Vestfalen və Karl Marksın ən böyük qızı. == Həyatı == === İlk illəri === Cenni Karolin Marks 1 may 1844-cü ildə Parisdə Cenni fon Vestfalen və Karl Marksın ailəsində dünyaya göz açmışdır. Ailə üzvləri və yaxın dostları onu anasından fərqləndirmək üçün Cenniçen deyə çağırırdılar. O, zəif uşaq olsa da, Marks ailəsində uşaqlığını yaşaya bilən və sağ qalan ilk övlad idi. Cenni 1868-ci ildə 24 yaşında olarkən valideynlərinə maddi dəstək olmaq məqsədilə fransız dili müəllimi kimi işləməyə başladı. O, həmçinin 1870-ci ildə C. Vilyams təxəllüsü ilə sosialist mətbuatına Britaniya hökumətinin irland siyasi məhbuslarla rəftarından bəhs edən bir sıra məqalələr təqdim etmişdi. O, gələcək həyat yoldaşı, fransız jurnalist və radikal siyasi aktivist Şarl Longe ilə 1871-ci ildə tanış olmuşdu. Cütlük 1872-ci ilin martında nişanlanmış və elə həmin il oktyabrın 10-da qeydiyyat idarəsində nikaha daxil olmuşdular. Bu zaman Cenni soyadını Longe olaraq dəyişmişdi. Valideynləri kimi, gənc Cenni də evliliyinin ilk illərində iqtisadi çətinliklərlə üzləşmişdi.
Edqar Longe
Edqar Longe (18 avqust 1879, İngiltərə – 12 dekabr 1950, Alforvill) — Fransanın sosialist aktivisti, həkim, Karl Marksın nəvəsi. == Həyatı == Edqar Longe 18 avqust 1879-cu ildə İngiltərənin Remsgeyt qəsəbəsində Şarl Longenin və Karl Marksın qızı Cenni Longenin ailəsində dünyaya gəlib. Uşaq ikən çox yemək yediyinə görə onu Canavar deyə çağırırdılar. Edqar 18 aylıq olanda ailəsi Fransaya köçmüşdü. O, Fransa işçi hərəkatında olduqca fəal idi və 1905-ci ildə Jül Gedin dəstəkçisi kimi Sosialist Partiyasına qoşulmuşdu. 1937-ci ildə sosialistlərdən ayrılan Edqar 1938-ci ildə fəal üzvü olduğu Fransa Kommunist Partiyasına daxil oldu. Siyasi cəhətdən o, sadiq Stalinçi kimi Sovet İttifaqına heyran idi. Longe babası Karl Marksla Karlın qızları Cenni (Longenin anası), Eleonora və Lauranın və ailə dostu Fridrix Engelsin birlikdə çəkdirdiyi dagerotipi 1948-ci ildə Moskvadakı Sov.İKP MK-nın Marksizm-Leninizm İnstitutuna bağışlamışdı. Həmin il o, Fridrix Engelsin və babası Karl Marksın yazdığı "Kommunist Manifesti"nin Sovet İttifaqında və Polşa Xalq Respublikasında 100 illik yubileyinin qeyd edilməsində iştirak etmişdi. Longe Parisətrafı ərazidə – Alforvildə yaşayırdı.
Jan Longe
Jan Loran Frederik Longe (10 may 1876[…], London – 11 sentyabr 1938[…], Eks-le-Ben[d]) — Fransanın sosialist siyasətçisi və jurnalisti, Karl Marksın nəvəsi. == Həyatı == Jan 5 oktyabr 1876-cı ildə Londonda Şarl və Cenni Longenin ailəsində anadan olmuşdur. Ailəsi onu Conni deyə səsləyirdi. Jan ailənin ikinci oğludur. Longe ailəsi nəvələri ilə oynamağı sevən Cenninin atasını – Karl Marksı tez-tez ziyarət edirdi. Ailə 1881-ci ilin fevralında Fransaya köçmüşdü. 1882-ci ilin yayında Karl Marks Janın xalası Eleonora Marksla birlikdə üç ay Longe ailəsində qonaq qalmışdı. Bu zaman Cenni sidik kisəsi xərçəngindən əziyyət çəkirdi. Janın anası bu hadisədən bir il sonra dünyasını dəyişmişdi. Ailənin yükünü yüngülləşdirmək üçün Eleonora 1882-ci ilin avqustunda Janı İngiltərəyə aparmış, onun təhsili və tərbiyəsi ilə məşğul olacağına söz vermişdi.
Şarl Longe
Şarl Feliks Sezar Longe (14 fevral 1839, Kann[d] – 5 avqust 1903, Paris) — jurnalist, Fransa işçi sinfi hərəkatının, o cümlədən 1871-ci il Paris kommunasının görkəmli nümayəndəsi, Birinci İnternasionalın Baş Şurasının prudonist üzvü (1866–1867, 1871–1872). == Həyatı == Şarl Longe 14 fevral 1839-cu ildə Fransanın Kann şəhərində dünyaya gəlmişdir. O, siyasi fəaliyyətə başladıqdan sonra Birinci İnternasionalın Belçika üzrə müxbir katibi (1866), eləcə də Lozanna (1867), Brüssel (1868) və London konfranslarında (1871) nümayəndə kimi çalışmışdır. O, həmçinin "Journal Officiel" nəşrinin redaktoru olub. Longe 1871-ci ildə Paris Kommunasında iştirak etmiş və cari hökumət məğlub olduqdan sonra qaçqın kimi İngiltərəyə köçmüş, burada isə Karl Marksla tanış olmuşdu. Longe 2 oktyabr 1872-ci ildə Londonda Marksın böyük qızı Cenni ilə evləndi. Cütlüyün bu nikahdan altı övladı dünyaya gəldi; onlardan ilk beşi oğlan, sonuncusu isə qız idi. Şarlın iki oğlu körpə ikən dünyasını dəyişmişdi. Şarlın jurnalist oğlu Jan və həkim oğlu Edqar sonralar Fransada tanınmış sosialist fəallara çevrildilər. 1880-ci ilin iyulunda Fransa hökuməti tərəfindən verilən siyasi amnistiyadan sonra Longe Fransaya qayıtdı.
Congea
Congea (lat. Congea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Fonbet
Fonbet (rus. Фонбе́т) — Rusiyada Bukmeyker fəaliyyəti göstərən şirkət. Şirkət 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılıb. "Fonbet" şirkətinin mərc qəbulu məntəqələri şəbəkəsinin Moskvada 100-dən çox klubu və Rusiyanın 82 bölgəsində 1000-dən çox filialı var. == Tarix == "Fonbet" bukmeker şirkəti ilk dəfə "F.ON." adı altında, 1994-cü ildə şahmat qrossmeysteri Anatoli Maçulski tərəfindən yaradılır. Maçulksi hələ Sovet dövründə şahmatçılar arasında, qumar oyunlarının böyük bir bilicisi sayılırdı. Şirkətin ilk mərc qəbul etmə nöqtəsi "Ulitsa 1905 qoda" metro stansiyası yaxınlığında açılır. 1995-ci ildə şirkətin məntəqə sayı 5-ə yüksəlir. Şirkətdə mərclərin qəbulu və işlənməsi prosesi kompürləşdirilir. 1997-ci ildə şirkət rəsmi veb saytını açır və 1998-ci ildə internet üzərindən mərc qəbul etməyə başlayır.
Konfet
Konfet (Latın dilində: confectum, «hazırlanma») — müxtəlif növ şəkər və ya şokalad məmulatı. Tarixi XVI əsrə təsadüf edir.
Lonqess
Lonqess (fr. Longuesse) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 511 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbdə, Serji belediyyənin 11 km qərbdə yerləşir.
Lövgər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədi ilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Lənət
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Sonet
Sonet — lirik janrın bir növüdür. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır. İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar. Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir. == Sonetlər çələngi == sonetlər çələngi — sonetlər silsiləsidir. Bu "çələng" 15 sonetdən ibarət olur.
Agrostis langei
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Baccharis longii
Baccharis longii (lat. Baccharis longii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Congea chinensis
Congea chinensis (lat. Congea chinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin congea cinsinə aid bitki növü.
Cyperus longus
Lölə salaməleyküm (lat. Cyperus longus) - topalaq cinsinə aid bitki növü.
Emile Loubet
Emile Loubet (31 dekabr, 1838 – 20 dekabr, 1929) — Fransa prezidenti. 1899-cu ildə bu vəzifəyə seçilmişdir.
Entoni Legget
Entoni Legget (26 mart 1938, Kamberuell[d], Böyük London) — ingilis professor və fizik. 1983-cü ildən bəri İllinoys Universitetində professorluq edən Legget 2003 və 2008-ci illərdə Fizika shəsində ən mükəmməl təlimçi seçilmişdir. == Bioqrafiyası == Fizika müəllimləmi olan ingilis bir ata və riyaziyyat müəllimi olan irlandiyalı bir ananın uşağı olan Entoni Legget 1938-ci ildə doğulmuşdur. "Klara" və "Judis" adında iki bacısı, "Terence" və "Paul" adlarında iki qardaşı var. 1972-ci ildə evləndiyi antropoloq "Haruko Kinase" (doğ. 20 noyabr 1950) ilə 28 sentyabr 1978-ci il təvəllüdlü "Elizabeth Asako" adlı bir qızları var. == Təhsili == Uşaqlıq və gənclik zamanları döyüş illərinə təsadüf etmişdir. Katolik bir məktəbdə təhsilini başlayan Legget sonra yüksək qeydləri sayəsində Uimbldonda bir məktəbə daxil olmuşdur. Atasının işə başladığı xüsusi bir məktəb olan "Beaumont College" də lisey təhsilini tamamlamışdır. 1954-cü ildə Oksford Universiteti, Baliol Kollecinin imtahanlarına girir və qazanır.
Gəz (konfet)
Gəz — İsfahan şəhərində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı. Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.
Kampimodromus langei
Kampimodromus langei (lat. Kampimodromus langei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.
Lövgər vilayəti
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Senecio langei
Senecio langei (lat. Senecio langei) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü. Braziliyada bitir.
Solanum longum
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.