Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Liçi
Liçi (Litchi chinensis Sonn, Sapindaceae fəsiləsindəndir) — Çin gavalısı və ya çin qozu adlanan Liçinin vətəni Cənubi Çindir və burada 4000 ildir ki, becərilir. Meyvəsi yumurtavaridən yumru formaya qədərdir. Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin quruluşuna görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyindən asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər, bəzən sarımtılqəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər şirəli, kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-84%, nüvəsi 6-26%, qabığı 12-20% arasındadır. Dadı şirin, üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir.
Qıjı
Ayıdöşəyi (lat. Dryopteris) Qıjının bir çox növlərindən gülçülükdə istifadə olunur. Erkək qıjı (Dryopteris filix-mas)- açıq sahələrdə yaxşı bitir, Vel (Pteridium aquilinum) bizim planetin ən qədim bitkilərindəndir, Braun cərgəvari (Polystichum braunii) yabanı halda Rusiyanın orta zolağında bitir. Pəncəşəkilli baldırıqara (Adiantum pedatum), skolopendra-şəkilli çalovcuq (Phyllitis scolopendrium) qıraqları dalğavari yarpaqlı bitkidir. Qıjının zəif inkişaf etmiş kök sistemindən ağacların gövdələrinin dekorasiyasında istifadə edilir. Qıjı sporlarla çoxalır. Sporları il ərzində torflu dibçəklərə əkmək olar. Dibçəkləri şüşə ilə örtmək lazımdır. Qıjını kökümsov gövdənin bölünməsi ilə də çoxaltmaq mümkündür. Azərbaycanda erkək qıjı və venera saçlı baldırıqaradan gülçülükdə uğurla istifadə olunur.
Con Lili
Con Lili (1554, Kent qraflığı – 18 noyabr 1606, London) — ingilis bədii nəsrinin və dramaturgiyasının görkəmli nümayəndələrindən və Şekspirin sələflərindən biri olmuşdur. == Həyatı == O, "Universitet"(humanitar biliklər) yazıçıları qrupuna daxil olan "alim" dramaturq idi. == Yaradıcılığı == Con Lilinin yaradıcılığının tədqiqatçısı R.Uorrik Bond onun haqqından yazır: "O, kəskin üslub hissəsinə malik idi, o, ilk dəfə olaraq ingilislərə başa saldı ki, nəsr-sənətdir. O, birinci ingilis romançısı idi". Con Lilinin qəhrəmanları və təsvir etdiyi şərait şərtidir. C.Lili əsasən saray səhnəsi üçün nəzərdə tutulmuş pastoral və mifoloji süjetli komediyalar və romanlar yazmışdır. Onun belə əsərlərindən "Kampaspa", "Safo və Faun", "Endimion", "Midas", "Bombi ana", "Qalateya", "Ayda qadın" kimi dramlarını göstərmək olar. === Əsərləri === "Kampaspa" "Safo və Faun" "Endimion" "Midas" "Bombi ana" "Qalateya" "Ayda qadın" === "Kampaspa"komediyası === Komediyanın mərkəzində İsgəndər obrazı durur. Dünyanın yarısına hökmranlıq edən Makedoniyalı İsgəndər artıq hərbi yürüşləri dayandırmaq, öz sarayına məşhur filosofları toplamaq qərarına gəlir. O, saraya filosofları, o cümlədən, Aristoteli və Platonu dəvət edir.
Erkək qıjı
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas (L.) Schott ) - ayıdöşəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir.Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir. Kökləri incə, zərif, azbudaqlanan, sərt, qonurumtul seyrək kökümsovdan ibarətdir.
Fiji Hindi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Gümüş qıjı
Gümüş qıjı(lat. Cyathea dealbata)-Qıjı cinsinə aid bitki növü. Ağacın yüksəkliyi 10 m qədər yetişər. Gümüş qıjının yarpağı, Yeni Zelandiyanın Milli Gülü dür.
Jozef Lihi
Jozef Lihi (d. 12 mart 1963) — Macarıstanlı biatlonçu. Jozef Lihi Macarıstanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Jozef Lihi birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Lihi 40:21.0 saniyəlik nəticəsi ilə 64 atlet arasında 58-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Kapron lifi
Liflər — əyirilmək və toxunmaq qabiliyyətli saplar şəklində dartıla bilən təbii və sintetik polimerlərdir. Liflər təbii, süni və sintetik liflərə ayrılır. Süni (təbii polimerlərdən alınan) və sintetik (sintetik polimerlərdən alınan) liflər kimyəvi liflər adlanır, çünki hər ikisinin istehsalında kimyəvi üsullardan istifadə olunur. Kapron lifi sintetik liflərə aiddir. == Alınması == Kapron lifi ε-aminkapron turşusunun polikondensləşməsi reaksiyasının məhsuludur. Sənayedə adətən kapron turşusunun özündən deyil, onun molekuldaxili dehidratlaşmasından alına bilən kaprolaktamdan istifadə edilir. == Xassələri == Kapron lifi rütubəti udmur, yaş halda öz möhkəmliyini itirmir, şürümür və güvə onu yemir. O, təbii liflərə nisbətən sürtünməyə qarşı daha davamlıdır. Kapron liflərinin nöqsanlarıda vardır. Turşuların təsirindən onlar amid (peptid) rabitəsi yerindən hidrolizə uğrayır.
Lili Afşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Lili Avşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Lili Kraus
Lili Kraus (3 aprel 1903, Budapeşt – 6 noyabr 1986[…]) — macar əsilli pianoçu. == Həyatı == Lili Kraus 1903-cü ildə Budapeştdə anadan olmuşdur. Atası çex, anası isə macar yəhudi ailəsindən çıxmışdı. Ferens List Musiqi Akademiyasında təhsilini bitirdikdən sonra 17 yaşı olarkən Budapeşt Konservatoriyasına daxil olmuşdu. Burada Zela Koday və Bela Bartok ilə birgə təhsil almışdı. 1930-cu illərdə Vyanada Severin Ayzenberqer, Eduard Ştereyman və Berlində Artur Şnabel ilə öz təhsilini davam etdirərək klassik ənənəyə ola marağını daha da artırdı. Lili Kraus tezliklə Motsart və Bethovenin mədəni irsini araşdıran mütəxəssis kimi tanındı. Krausun ilkin musiqi çıxışları və skripkaçı Simon Qoldberq ilə birgə ifaları ona beynəlxalq karyera qazandıran tənqidi tanınmasına gətirib çıxardı. 1930-cu illərdə Avropaya, Avstraliyaya, Yaponiyaya və Cənubi Afrikaya səfərlər etdi. 1940-cı ildə Kraus Asiya turuna çıxarkən Yavada olduğu zaman ailəsi ilə birlikdə həbs edildi və 1943-cü ilin iyun ayından 1945-ci ilin avqustuna qədər Yaponiyanın konsentrasiya düşərgəsində saxlanıldı.
Lili Larys
Lili Larys (pol. Helena Maliszewska-Płaczkiewicz, primo voto Osmólska 19 mart 1909, Yalta, Tavriya quberniyası[d] – 24 avqust 1986, Katovitse[d]) — polyak rəqqasə. == Həyatı == O, Krımın Yalta şəhərində polşalı ailəsində anadan olub. Onun valideynləri Andrey Malişevski və Teodozja Rytter idi. 1905-ci ildə Andrey xəstəliyinə görə Varşavadan Krıma getdilər. O, Yaltada kimyaçı idi və orada uğurlu rus-fransız biznesi ilə məşğul olurdu. O, Rusiyada olarkən baletlə məşğul olub. Onların Krımdakı evinə İvan Mosjukinə baş çəkdi və ona tanqo rəqsini öyrətdi. Helena və anası 1922-ci ilin noyabrında Varşavaya qayıtdılar. O, təhsilini Polşada, o cümlədən balet məktəbində davam etdirdi.
Lili Luik
Lili Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Liina və Leyla Luikdir. Lili bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
Lili Reynhart
Lili Poline Reynhart -1996-cı il 13 sentyabrda anadan olub, Amerikalı aktrisa. == Həyatı == ReynhartOhayo ştatının Klivlend şəhərində anadan olub və yaxınlıqdakı Bay Village şəhərində böyüyüb. 10 yaşından etibarən mahnı oxumaq, aktyorluq etmək və rəqs etməyi özündə inkişaf etdirən Lili anasından onu Nyu-Yorka aparmasını xahiş edir. Reynhart18 yaşında olarkən Los Angeles şəhərinə köçür. Orada öz aktyorluq qabiliyyətini davam etdirir amma 5 aydan sonra Lili bundan imtina edir. == Karyera == Reynhart televiziya serial olan Qanun və Sifariş: Xüsusi Qurbanlar Birliyi seriyalında qonaq qismində rol aldı. Reynharteyni zamanda Lilith (2011), Dalğalanmayan, amma Boğulan (2012), Yayın Kralları (2013), Gibsonburg (2013), Forever's End (2013), Miss Stivens (2016) və Yaxşı Qonşu (2016) filmlərində rol almışdır. Reynhart, Ben Foster və Elle Fanning ilə birlikdə Mélanie Laurent'ın Galveston (2018), və Lorene Scafaria'nın Hustlers (2019) filmində, Cennifer Lopez, Keke Palmer, Cardi B və Constance Wu ilə birlikdə rol aldı. 14 iyun 2019-cu ildə isə Reyinhartın Richard Tanne'nin " Kimyəvi ürəklər" filmində Grace Town rolunu canlandıracağı elan edilib. "Kimyəvi Ürəklər" Amazon Studios tərəfindən efirə çıxacaq və hal-hazırda elan tarixi isə bəlli deyil.
Lili Əfşar
Lili Avşar (fars. لیلی افشار‎; 9 mart 1960, Tehran) — musiqiçi, gitaraçı. == Həyatı == Lili Əfşar Tehran şəhərində dünyaya gəlib. "Bədii səfir" adına layiq görülüb. X, XI, XII illik "Premier Guitarist" yarışmasının qalibi olub. Memfis İncəsənət Akademiyasının baş mükafatına layiq görülüb. 2000-ci ildə "Bacarıq" mükafatı alıb.
Lisi gölü
Lisi gölü (gürc. ლისის ტბა) — Gürcüstanda, Tbilisi şəhərinin şimal-qərbində yerləşən göl. Dəniz səviyyəsindən 624 metr yüksəklikdə yerləşir. Sahəsi 0,47 km²-dir. Dərinliyi 4 metrdir. Suyun həcmi 1,22 mln km³-dir. Göl əsasən yağış, qar və yeraltı sulardan qidalanır. Ən yüksək səviyyəyə yaz aylarında, ən alçaq səviyyəyə isə payız aylarında çatır. Yayda suyun istiliyi maksimum 28 °C olur. Qışda göl bəzən donur.
Liçi (məməli)
Liçi (lat. Kobus leche) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Mərcan lili
== Mərcan lili == Mərcan lili-okeanların tropik sahillərində mərcan adalarının, mərcan riflərinin kənar yamaclarında və laqunlarında yayılmış, əsasən mərcan poliplərinin əhəngli skelet qırıntılarından ibarət çöküntülərə deyilir. Mərcan lili əsasən müasir çöküntülərdir.
Qlobigerin lili
Qlobigerin lili - pelagik kalsium-karbonatlı lil == Haqqında == Qlobigerin lili - açıq okeanın tropik və mülayim zonasında böyük dərinlikdə (2500-5300 m) çökmüş ağ, sarımtıl, bəzən də çəhrayı rəngdə lildir. Əsasən Globige­rinidae ailəsinə mənsub plankton foraminifer qabıqları və onların qırıntılarından ibarətdir. Çox vaxt termin «foraminiferli çöküntülər» terminin sinonimi kimi daha geniş mənada işlədilir. Bu isə düzgün deyil, çünki sonuncu çöküntülərin tərkibində başqa foraminifer ailələləri (məs.: Globoro­taliidae) üstünlük təşkil edə bilər. Əvvəllər qranulometrik tərkibinə görə qlobigerin lili kimi ayrılan bir çox çöküntülər alevrit və qumlara aiddir Dünya okeanı dibinin 128 milyon km2–i qlobigerin lili ilə örtülüdür. Bunun 48 milyon km2 -i Hind okeanına, 42 milyon km2 -i isə Sakit okeanına düşür. == Həmçinin bax == Gil Lil Okean Tropik Plankton Foraminiferlər Foraminiferli çöküntülər Çöküntülər Qranulometrik tərkib diaqramı Alevrit Qum Dünya okeanı == Mənbə == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Radiolyari lili
İsti dənizlərdə yaşayan plankton orqanizmlərindən - radiolyarilərin silisiumlu skeletlərindən əmələ gəlmiş lil radiolyari lili dənizlərin 4– 6 km dərinliyində yayılmışdır. Sakit və Hind okeanlarının dibində təqribən 12 milyon kv km sahə radiolyari lili ilə örtülüdür.
Tit Livi
Tit Livi (e.ə. 59, Padova, Roma respublikası – 17, Padova, Roma imperiyası), Titus Livius və ya ingilis dilində daha çox tanınan adı ilə Livi (Livy) – eramızdan əvvəl I əsrlə eramızın I əsrinin qovşağında yaşamış olan tarixçi və yazıçı olmuşdur. O, Roma tarixinə dair məşhur əsər olan Ab Urbe Condita (Şəhərin yaranmasından) əsərini yazmışdır. Əsər Romanın yaranmasından (ənənəvi olaraq eramızdan əvvəl 753-cü il) başlayaraq Avqustun hakimiyyətinə qədər olan Roma tarixindən bəhs edir. Livi, İtaliyanın şimalındakı Padovanın (Qədim Patavium) yerli siyasətçisi olmuşdur.
Umbra limi
Umbra limi (lat. Umbra limi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinin umbra cinsinə aid heyvan növü.
Xıjı gölü
Xıjı (adıq Хыжъы) — Krasnodar diyrarının Tuapsinski rayonunda yerləşən göl. Göl Krasnodar diyraının hidroloji abidəsi hesab olunur. == Etimologiyası == Xıjı (Хыжъы) adıq dilindən tərcümədə «kiçik dəniz» mənasını verir. Adıqlar arasında (qismən də şapsuqlarda) göl müqəddəs hesab olunur. == Coğrafi mövqeyi == Xıjı gölü Tuapsinski rayonunda, Kiçik Pseuşxo çayının hövzəsindədir. Göl Peus silsiləsinin şimal yamacında yerləşir. Rayonun böyük göllərindən birirdir. Xıjı Tuapsinski meşə təsərrüfatı ərazisinə daxil olub Kiçik Pseuşxo aulundan 2 km qərbdə yerləşir. Göl Txixuray dağının 5 km-dədir. == Formalaşması == Göl özünün indiki ölçülərinə XX əsrin 80-cı illərdə çatmışdır.
İynəcikli qıjı
İynəcikli qıjı (lat. Dryopteris spinulosa) — ayıdöşəyi cinsinə aid bitki növü. == Sinonimləri == Aspidium spinulosu Sw. Dryopteris lanceolatocristata (Hoffm.) Alston Dryopteris spinulosa (O.F.Müll.) Kuntze Dryopteris spinulosa (O.F.Müll.) Watt Nephrodium spinulosum Strempel Polypodium carthusianum Vill. Polypodium lanceolatocristatum Hoffm. Polystichum spinulosum Lam. & DC. Thelypteris spinulosa Nieuwl.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.