Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
Lali
Lali — İranın Xuzistan ostanının şəhərlərindən və Lali şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,213 nəfər və 3,041 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Lasio
Latsio ((lattsjo), Latınca: Latium kimi tələffüz olunur) İtaliyanın mərkəzi yarımada hissəsində yerləşən 20 inzibati rayondan biridir. Latsio təqribən 5.7 milyon sakini ilə İtaliyanın ən çox əhali məskunlaşan üçüncü, 170 milyard avrodan çox ümumdaxili məhsulu ilə ən böyük iqtisadiyyata malik ikinci regionudur. == Tarixi == Latsio latın sözü olan Latiumdan götürülüb. Regionun adı latın mənşəli qədim xalqların qəbilə icmalarında da mövcuddur. Baxmayaraq ki, qədim Roma latınlardan başqa etrusklar və digər italiklər də daxil olmaqla çoxmillətli ölkə idi, amma axırıncı tayfa çoxluq təşkil edirdi. Roma mifologiyasına görə latın tayfası adını kral Latinusdan götürüb. == Coğrafiyası == Latsionun ərazisi 17,236 km²-dir və o, şimaldan Tuskani, Umbria və Mark, şərqdən Abruzzo və Malise, cənubdan Kompania və qərbdən Tirenian dənizi ilə əhatə olunub. Region əsasən düzənlik, təpəliklərdən ibarətdir və əsasən şərq və cənub zonaları kiçik dağlıq ərazilərdir. Latsionun sahili Sersio (541m) və Gata (171m) burunları ilə əhatə olunan qumlu çimərliklərdən ibarətdir. Latsionun bir hissəsi olan Pontin adaları cənub sahili boyunca uzanır.
Lassi
Lassi (Pəncabca: ਲੱਸੀ, Hindcə: लस्सी, Urduca: لسی, Marathicə: ताक, Qucaratca: છાસ, benq. লস্যি, puşt. شوملې) - Hindistan yarımqitəsində populyar və ənənəvi ayran. Su ilə qatıq və Hindistan ədviyyatlarının qarışdırılması ilə hazırlanır. Ənənəvi lassi (həmçinin duzlu lassi, və ya, sadəcə lassi kimi tanınan) bəzən üyütülmüş qovrulmuş cirə ilə ətirli bir ləzzətli içkidir, digər tərəfdən şirin lassi ədviyyat yerinə şəkər və ya meyvə ilə qarışdırılır.
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Xaşı
Xaşı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaşı oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının sahilində, dağətəyi ərazidədir. Kənd yaxınlığındakı eyniadlı bulağın adı ilə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 160 nəfər əhali yaşayır.
Lapsi
Lapsi — erkən xristian kilsəsində Roma səlahiyyətlilərinin təqibləri altında imanlarından imtina edən mürtədlər. Bu termin öz imanından üz döndərmiş, ancaq sonradan ona qayıdan şəxslərə aiddir. == Tarixi == 250-ci ildə Roma imperatoru Desi Trayan Roma imperiyasının bütün vətəndaşlarından ənənəvi tanrılara ictimai şəkildə qurban kəsmələrini tələb edən bir fərman vermişdir. Fərman on səkkiz ay qüvvədə qalmışdır. Bir sıra görkəmli xristianlar, o cümlədən Papa Fabian, Antioxiyalı Vavila və Yerusəlimli Aleksandr qurban kəsməkdən imtina etdiklərinə görə öldürülmüşdür. Desinin fərmanı kilsə daxilində iğtişaşlar yaratmışdır. Təzyiqlərə boyun əyən və ictimai qurbanlar verən xristianlara "lapsi" deyilirdi. Qurban kəsilməsi başa çatdıqdan sonra fərdlər Roma dininə uyğunluğu təsdiq edən qanuni sənəd, yəni şəhadətnamə alırdılar. Bu sınaqdan qaçmaq üçün bir çox ruhanilər öz icmalarını lidersiz qoyub qaçmışdır. Əksər kilsələrdə dindən dönənlər xristianlığa yenidən qəbul edilirdilər.
Asi
Asi (عاصی - üsyançı):
Dırnaq lakı
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dəyirman daşı
Dəyirman daşları — Buğda və ya digər taxılların üyüdülməsi üçün, üyüdücülərdə istifadə olunan daşlar.
Fəlsəfə daşı
Fəlsəfə daşı (ing. Philosopher's stone) - Əlkimya elminə görə toxunduğu hər bir nəsnəni qızıla çevirə bilən daş. Kimya elminə görə isə hər hansısa bir maddəni qızıla çevirmək mümkün deyil. Bunun təməl səbəbi isə qızılın bir kimyəvi birləşmə yox kimyəvi element olmasıdır. Fəlsəfə daşnının əldə edilə bilməsi üçün orta əsrlərdə bir çox formullar hazırlanmış və sınaqlar həyata keçirilmişdir. Keçirilən sınaqların uğursuzluqla nəticələnməsinə baxmayaraq modern kimya elmi həmin araşdırmalar nəticəsində böyük inkişaf mərhələsi keçmişdir. Əlkimyaçılar keçirilən hər yeni sınağın ardından elmə məlum olmayan yeni-yeni elementlər kəşf etmişdilər. Alman əlkimyaçı Henniq Brandın fəlsəfə daşını tapmaq üçün keçirdiyi təcrübələr zamanı fosfor elementini kəşf etməsi buna misal göstərilə bilər. Fəlsəfə daşını Nikolas Flamelin kəşf etdiyi düşünülür.
Kainatın yaşı
Riyazi elm ilə məşğul olan hər kəs Kainatımızın təxminən 13.82 milyard il yaşında olduğunu biləcəklər. Müqayisə edilməsi üçün Günəş sisteminin yaşı 4.6 milyard il, Dünyanın yaşı 4.53 milyard il, canlılığın yaşı 3.9 milyard il, çoxhüceyrəli həyatın yaşı 1 milyard il, ilk onurğalıların yaşı 375 milyon il, ilk primatların yaşı 47 milyon il, ilk insansının yaşı 6 milyon il, ilk insan növünün (Homo sp.) yaşı 2 milyon il, növümüzün yaşı isə 200.000 ildir. Ancaq Kainatın yaşının necə hesablandığı bir çoxlarının bilmədiyi bir mövzudur. Hər nə qədər yenə məşhur səviyyədə fizikayla maraqlanan biri, Kainatın yaşının hesablanmasında “qırmızıya sürüşmə” və ya “Kainatın genişlənmə sürəti” kimi anlayışlara müraciət etmiş olsalar da, bunların riyazi olaraq hesablanmasının necə istifadə edildiyini bir çox adam bilməyəcək. İlk olaraq, Kainatın yaşını hesablaya bilmək üçün Kainatımızın genişlənməkdə olan bir quruluş sahib olduğunu qəbul etməliyik. Bu, əlimizdəki bütün müşahidələrlə uyğun bir iddiadır və Habbl qanunu, qalaktik çoxluqların bir-birindən uzaqlaşmış olmasını birbaşa isbatlamağımızı təmin edir. Ayrıca bu məlumat parçası, Kainatımızın keçmişdə bu günə nisbətən daha kiçik olduğunun göstəricisidir. Bu vacibdir, çünki hesablarımızı buna istinad etmək məcburiyyətindəyik. Kainatın yaşını hesablaya bilmək üçün kainatın görünən genişlənmə sürətinin (bu anda qalaktika çoxluqlarının bir-birindən uzaqlaşma miqdarının) Kainatın tarixi boyunca sabit olduğunu güman edə bilərik. Əlbəttə ki, bu doğru deyil və belə bir fərziyyə hesabımıza bir miqdar səhv qatacaq, ancaq yenə də hesabları asanlaşdırması baxımından faydalı bir fərziyyə olduğunu deyə bilərik.
Kazım Daşı
Kazım Daşı adası — Urmiya gölünün şimal-qərb sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən isə İrannın Qərbi Azərbaycan ostanı, Urmiya şəhristanı, Ənzəl bəxşı ərazisinə daxildir. Ada məskunlaşma yoxdur. Dəniz səviyyəsindən 1,449 m yüksəklikdə qərarlaşır. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada tarixi Göyərçinqala qəsri yerləşir. Bu qala tarixən xalqın əsas pənah yerlərindən olmuş və xalq hücumlar zamanı burada yerləşmişdir. Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. 1258-ci ildə Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son qoydu. O Bağdadın fəthindən əldə edilən qənimətləri Azərbaycana gətirdi.
Kür daşı
Kür daşı — Xəzər dənizində Azərbaycana məxsus ada. == Cografiyası == Qızılağac körfəzindən 30,6 km şərqdə yerləşir. Aran iqtisadi rayonunun Neftçala inzibati vahidliyinə aiddir. Uzunluğu 0,18 km təşkil edir. Demək olar ki heç bir daimi canlı məskunlaşması yoxdur. Sahildən 15 km aralıdır. Ada Bakı arxipelaqının ən son cənub qutaracagında yerləşir.
Lais qəsri
Lais qəsri (Estonian: Laiuse ordulinnus, German: Burg Lais) Livoniya ordeni qalası. Qala indi bərbad vəziyyətdədir. Laiuse qalası Estoniyada odlu silahla mübarizə üçün tikilmiş ilk qaladı. Qalanın ən qədim hissəsi, ehtimal ki, 14 -cü əsrin sonlarında Livoniya ordeni ilə tikilmişdir. İlk dəfə 1406 -cı ildə qeyd edilib. 1558 -ci ildə Livoniya müharibəsi zamanı qala rus qoşunları tərəfindən fəth edildi və çox zərər gördü. Buna baxmayaraq, qala sonradan həm Polşa, həm də İsveç hökmdarları tərəfindən istifadədə idi. Böyük Şimal Müharibəsi zamanı, 1700-1701 -ci illərdə, Narva döyüşündən sonra İsveç kralı XII Karl burada qışlaqlarını qurdu.
Lali şəhristanı
Lali şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Lali şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 35,549 nəfər və 6,341 ailədən ibarət idi.
Latviya latı
Lat (latış. Lats‎; simvolu — Ls; kodu ISO 4217 — LVL) — Latviyanın 1922-1940 və 1993-2013 milli valyutası. Müstəqilliyi bərpa ediləndən sonra, 7 may 1992-ci ildən müvəqqəti ödəniş vasitəsi kimi Latviya rublu dövriyyəyə buraxıldı. Lat dövriyyədə 5 mart 1993-cü ildən istifadə edilir. Latlar SSRİ rubluna 200 : 1 nisbəti ilə dəyişilirdi. 1, 2, 5, 10, 20, 50 santim xırda və 1, 2 lat metal pullar vardır. 10 (gümüş 925) və 100 lat (qızıl 999,9); 5, 10, 20, 50, 100 və 500 lat əskinazlar vardır. 1 Latviya latı 100 santimə (santīmu) bərabərdir. 2014-cü ilin yanvarın 1-dən Latviya Avrozonanın hissəsi olmuş və beləliklə, öz rəsmi valyutanı latdan avroya dəyişdi. 15 yanvara qədər bu ölkədə lat tədricən dövriyyədən çıxmalıdır.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Laçi FK
Laçi – Albaniyanın futbol klubu.
Laşa Bekauri
Laşa Bekauri (26 iyul 2000, Archiloskalo[d], Dedoplistsğaro rayonu, Gürcüstan) — Gürcüstanlı cüdoçudur. Gürcüstan adından beynəlxalq turnirlərdə yarışır. Son qələbələri arasında 2019 Dünya Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer və eyni zamanda 2019 Avropa Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer var. Xatırladaq ki, Laşa Bekauri 2018-ci ildə Baham adalarının paytaxtı Nassauda keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının qalibi də oldu. 2021-ci ildə Qətərin Doha şəhərində keçirilən 2021 cüdo üzrə 90 kq çəkidə Dünya Mastersində kişilər arasında bürünc medallardan birini qazandı.Bir ay sonra İsrailin Tel-Əviv şəhərində təşkil olunan 2021 cüdo Grand Slam Tel Əvivində qızıl medal qazandı. == Haqqında == 8 dekabr 2019-cu ildə Laşa Bekauri Facebook-da polis məmurlarını zorakılıq və fiziki zorakılıqda günahlandıran bir yazı yayımladı.Dövlət Müfəttişliyi, cüdoçu Laşa Bekauri'ye qarşı mümkün polis zorakılığı ilə əlaqədar istintaq başlatdı eyni zamanda Daxili İşlər Nazirliyi, Laşa Bekauri-yə qarşı İnzibati Xətalar Məcəlləsinin ikinci maddəsi ilə istintaq başlatdı.
Laşa Talaxadze
Laşa Talaxadze (gürc. ლაშა ტალახაძე; 2 oktyabr 1993) — 109 kq-dan yuxarı çəki dərəcəsində yarışan gürcüstanlı ağırlıqqaldıran. İkiqat Olimpiya, altıqat dünya və yeddiqat Avropa çempionu. == Karyerası == 2010-cu ildə beynəlxalq arenada debüt edib. Öz idman karyerası ərzində 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib. 2013-cü il oktyabrın 17-də yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında qadağan olunmuş preparatlar qəbul etdiyinə görə cəzalandırılmışdır. Cəzası 17 oktyabr 2015-ci ildə başa çatıb. 2015-ci ildə ABŞ-nin Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qızıl medal qazanıb. O, birdən qaldırmanı 207, təkanla qaldırmanı isə 247 kq-lıq nəticə ilə başa vurub. Bununla da o, yekunda 454 kiloqramlıq göstəriciyə nail olub.
Laşa Şavdatuaşvili
Laşa Şavdatuaşvili (gürc. ლაშა შავდათუაშვილი; 31 yanvar 1992, Qori) — Gürcüstan cüdo güləşçisi, Olimpiya çempionu və medal sahibi, komanda oyunlarında dünya çempionu, fərdi və komanda çempionatlarında Avropa Çempionatının təkrar çempionu və medal sahibi olmuşdur. == Bioqrafiya == Laşa Şavdatuaşvili, 1992-ci ildə anadan olmuşdur. 2010-cu ildə İliadis Kuboku turnirində 20 yaşınadək gənclər arasında Gürcüstan çempionatında üçüncü yeri tutub, Praqada gənclər arasında Avropa kubokunu qazanıb.2011-ci ildə İliadis Kuboku gənclər arasında ikinci, Dünya Gənclər Çempionatında üçüncü yeri qazanmış, Gürcüstan çempionatında gənclər arasında, Avropa çempionatında, Avropa kubokunda çıxışları heç-heçə ilə nəticələnmişdir. 2012-ci ildə yalnız böyüklər arasında oynayıb, Tbilisi, Praqa və Buenos Ayres turnirlərində Dünya Kuboku qazanaraq, IJF Grand Slam turnirində üçüncü oldu. Avropa çempionatında fərdi çıxış edərək üçüncü oldu, lakin komanda çempionatında Avropa çempionu oldu. 2012-ci il Olimpiadasında oynadığı 66 kiloqrama qədər olan 36 cüdo güləşçisi ilə mübarizə etdi. İdmançılar 4 qrupa bölündülər, onlardan dördü cüdoçuların çempionatda nəticələrinə görə yarımfinallara vəsiqə qazandı. Müsabiqəyə başlamazdan əvvəl Laşa Şavdatuaşvili açıq-aşkar seçilmiş tərəflər arasında yox idi. Lakin cüdoçu ilk 4 oyununda, müxtəlif üsulları nümayiş etdirib, müsabiqəni dəqiq bir qələbə ilə başa çatdırdı.