Rasim Babayev
Rasim Babayev Hənifə oğlu (31 dekabr 1927, Bakı – 24 aprel 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1959), Azərbaycan SSR xalq rəssamı (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1991).
== Həyatı ==
Rasim Babayev 31 dekabr 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1945–1949-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. Daha sonra təhsilini 1949–1956-cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda davam etdirmişdir.
== Yaradıcılığı ==
Rasim Babayev Azərbaycan rəngkarlığının və qrafikasının inkişafında müstəsna xidmətləri olmuş rəssamdır. Müxtəlif janr və mövzularda,
xüsusən boyakarlıq və dəzgah qrafikas ı janrlarında sahəsində yaratdığı rəsm əsərləri ilə tanınmışdır.
Sənətkarın dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmlərinə "Sumqayıt", "Daşkəsən", "Abşeron", "Ağaclar", "Neft çənləri" (1958), "Neftin doldurulması" (1958), "Qız" (1958), "Qara şəhər" (1958), "Daşkəsən yollarında" (1961), "Fəhlənin portreti" (1962), "Almaniyada" (1963), "Qobustan" (1964), "Xınalıq" (1964), "Dəvələr" (1966), "Hamamlar" (1969), "Qaçaq Nəbi" (1969), "Köhnə Bakı" (1970), "Narlar" (1970), "Kənd" (1970), "Qədim qəbiristanlıq" (1970), "Rəssam Ə.Rzaquliyev" (1970) və başqa əsərlərini daxildir.
Habelə rəssam "Ölüm Düşərgəsi", "Qardaş Xatirəsi", "Dağlar", "Yer" və "Göy", "Mənim bağım" kimi boyakarlıq əsərlərinin və "Qız", "Rəssam S.Bəhlulzadə" portretlərinin müəllifidir. Rasim Babayev 1980-ci illərin sonu 1990-cı illərdə baş vermiş hadisələrlə bağlı tablolaların müəllifidir. O, 20 Yanvar faciəsini əks etdirən "Qanlı general" tablosunu yaratmışdır.