Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
Lali
Lali — İranın Xuzistan ostanının şəhərlərindən və Lali şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,213 nəfər və 3,041 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Lasio
Latsio ((lattsjo), Latınca: Latium kimi tələffüz olunur) İtaliyanın mərkəzi yarımada hissəsində yerləşən 20 inzibati rayondan biridir. Latsio təqribən 5.7 milyon sakini ilə İtaliyanın ən çox əhali məskunlaşan üçüncü, 170 milyard avrodan çox ümumdaxili məhsulu ilə ən böyük iqtisadiyyata malik ikinci regionudur. == Tarixi == Latsio latın sözü olan Latiumdan götürülüb. Regionun adı latın mənşəli qədim xalqların qəbilə icmalarında da mövcuddur. Baxmayaraq ki, qədim Roma latınlardan başqa etrusklar və digər italiklər də daxil olmaqla çoxmillətli ölkə idi, amma axırıncı tayfa çoxluq təşkil edirdi. Roma mifologiyasına görə latın tayfası adını kral Latinusdan götürüb. == Coğrafiyası == Latsionun ərazisi 17,236 km²-dir və o, şimaldan Tuskani, Umbria və Mark, şərqdən Abruzzo və Malise, cənubdan Kompania və qərbdən Tirenian dənizi ilə əhatə olunub. Region əsasən düzənlik, təpəliklərdən ibarətdir və əsasən şərq və cənub zonaları kiçik dağlıq ərazilərdir. Latsionun sahili Sersio (541m) və Gata (171m) burunları ilə əhatə olunan qumlu çimərliklərdən ibarətdir. Latsionun bir hissəsi olan Pontin adaları cənub sahili boyunca uzanır.
Lassi
Lassi (Pəncabca: ਲੱਸੀ, Hindcə: लस्सी, Urduca: لسی, Marathicə: ताक, Qucaratca: છાસ, benq. লস্যি, puşt. شوملې) - Hindistan yarımqitəsində populyar və ənənəvi ayran. Su ilə qatıq və Hindistan ədviyyatlarının qarışdırılması ilə hazırlanır. Ənənəvi lassi (həmçinin duzlu lassi, və ya, sadəcə lassi kimi tanınan) bəzən üyütülmüş qovrulmuş kimyon ilə ətirli bir ləzzətli içkidir, digər tərəfdən şirin lassi ədviyyat yerinə şəkər və ya meyvə ilə qarışdırılır.
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). == Tarixi == === İxtira === Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Xaşı
Xaşı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaşı oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının sahilində, dağətəyi ərazidədir. Kənd yaxınlığındakı eyniadlı bulağın adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 160 nəfər əhali yaşayır.
Lapsi
Lapsi — erkən xristian kilsəsində Roma səlahiyyətlilərinin təqibləri altında imanlarından imtina edən mürtədlər. Bu termin öz imanından üz döndərmiş, ancaq sonradan ona qayıdan şəxslərə aiddir. == Tarixi == 250-ci ildə Roma imperatoru Desi Trayan Roma imperiyasının bütün vətəndaşlarından ənənəvi tanrılara ictimai şəkildə qurban kəsmələrini tələb edən bir fərman vermişdir. Fərman on səkkiz ay qüvvədə qalmışdır. Bir sıra görkəmli xristianlar, o cümlədən Papa Fabian, Antioxiyalı Vavila və Yerusəlimli Aleksandr qurban kəsməkdən imtina etdiklərinə görə öldürülmüşdür.Desinin fərmanı kilsə daxilində iğtişaşlar yaratmışdır. Təzyiqlərə boyun əyən və ictimai qurbanlar verən xristianlara "lapsi" deyilirdi. Qurban kəsilməsi başa çatdıqdan sonra fərdlər Roma dininə uyğunluğu təsdiq edən qanuni sənəd, yəni şəhadətnamə alırdılar. Bu sınaqdan qaçmaq üçün bir çox ruhanilər öz icmalarını lidersiz qoyub qaçmışdır.Əksər kilsələrdə dindən dönənlər xristianlığa yenidən qəbul edilirdilər. Əksinə, bəzi Afrika yeparxiyaları onları yenidən qəbul etməkdən imtina etmişdilər. Desinin hakimiyyəti dövründə baş tutan təqiblər birbaşa şizmatik novasianizm hərəkatına gətirib çıxarmışdır.
Asi
Asi (عاصی - üsyançı):
Ageratina lasia
Ageratina lasia (lat. Ageratina lasia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Alleqra Lapi
Alleqra Lapi (d. 8 sentyabr 1985) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Alleqra Lapi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Camal Lasri
Camal Lasri — King Abdulaziz University (Ciddə, Səudiyyə Ərəbistanı) elmi işçisi, kimya elmləri doktoru.
Carçı daşı
Carçı daşı — Ordubad rayonunun Biləv kəndindən cənubda, hündür təpənin üzərində təbiət abidəsi. Yerli əhalinin məlumatına görə, kəndlə bağlı ən mühüm xəbərlər bu daşın üzərinə çıxan carçı tərəfindən elan edildiyi üçün belə adlandırılmışdır. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
Ceyms Last
Ceyms Last (Almanca tələffüz: [tʃeɪms last], [dʃeɪms lɑːst]; 17 aprel 1929[…], Bremen – 9 iyun 2015[…]) — alman bəstəkar, dirijor. Əvvəlcə bir caz bas ifaçı (1950-1952-ci illərdə Almaniyada "ən yaxşı bas ifaçı" mükafatını qazanmışdır), onun markası olan "xoşbəxt musiqi" onun çoxsaylı albomlarını Almaniya və Böyük Britaniyada ən çox satılan albomlara çevirdi. Onun 65 albomu təkcə Böyük Britaniyada hit-paradlara çatır . Onun "Xoşbəxt ürək" kompozisiyası Endi Vilyams və Petula Klark tərəfindən şərhlərdə beynəlxalq uğur qazanmışdır. == Həyatı == Ceyms Lastın ilk ictimai çıxışı 1946-cı ildə Hans-Günther Österreich-in Radio Bremen Dance Orchestra ilə olmuşdur . İki il sonra Last "Last-Becker" Ansamblını yaratdı. 1950-ci ildən 1952-ci ilə qədər Last ilin ən yaxşı caz basçısı kimi tanınıb. 1964-cü ildə öz orkestrini yaratmış və müxtəlif ifaçılar tərəfindən məşhur melodiyaların rəqs aranjimanlarını yazmağa başlamışdır. Ceyms Last orksetrının ilk albomu "Non-Stop Dancing" (1965) inanılmaz uğur qazandı. O vaxtdan bəri Lastın rəhbərlik etdiyi komanda ümumi tirajı 60 milyon nüsxə olan 50-dən çox uğurlu albom buraxdı, onlardan 37-si qızıl, 18-i platin oldu.
Davasko daşı
Bu məfhumun varlığı məntiq və fizika qanunlarına ziddir. Davasko daşı - 300 tondan ağır olan bu daş parçası qayanın kənar ucluğunda küləyin əsməyi sayəsində yellənir. Artıq bir neçə minilliklərdir ki, bu daş bu şəkildə dayanır, sanki fövqəl birgüc onu bura bərkidib. Davasko daşı Argentinada Buenos-Ayresdən cənub-şərqdə yerləşən Tandil şəhərindədir. Davasko daşı burda çoxdan bəri dayandığına görə, artıq heç kəs onun haçan və necə peyda olduğunu xatırlamır. Artıq 200-dən çox nəsil dəyişib, amma daş hələ də dayanaraq bemolca həyatı müşahidə edir. Yerli sakinlərdə belə bir rəvayət var ki: "1000 il bundan öncə Davasko (Günəşin oğlu) özü ilə birgə onların əcdadlarını bura gətirib. O əkinçiliyi, maldarlığı və s. sənətkarlığı insanlara yiyələndirir. O qızıl qarşısında intizamı xüsusi ilə öyrədir.
Dırnaq lakı
Dırnaq boyası — Əl və ayaq dırnaqlarına sürülən boya. == Tarixi == Misirlilər dırnaq rəngini ictimai sinifləri bir-birindən ayırmaq məqsədi ilə istifadə etmişdilər. Kral Axenatonun həyat yoldaşı Nefertitinin əl və ayaq dırnaqlarını yaqut rənginə, Kleopatranın isə gilanar rənginə boyadığı bilinməkdədir. Alt sinifləri təmsil edən qadınların yalnız donuq rəngləri istifadə edəbilmələrinə icazə verilmişdir.
Dəyirman daşı
Dəyirman daşları — Buğda və ya digər taxılların üyüdülməsi üçün, üyüdücülərdə istifadə olunan daşlar.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. == Əsər haqqında mənbə məlumatları == Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur.Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır.Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir. Bu heykəl heç də, Kondivi və Vazarinin təsvir etdiyi heykəli xatırlatmır, belə ki, onun ağzında cəmi iki dişi var və onların da arasından dili sallanır. == Obraz incəsənətdə == Emilio Dzoççi 1861-ci ildə “Gənc Mikelancelonun “Favnın başı”nı yonması” adlı mərmər heykəl işləmişdir.
Fəlsəfə daşı
Fəlsəfə daşı (ing. Philosopher's stone) - Əlkimya elminə görə toxunduğu hər bir nəsnəni qızıla çevirə bilən daş. Kimya elminə görə isə hər hansısa bir maddəni qızıla çevirmək mümkün deyil. Bunun təməl səbəbi isə qızılın bir kimyəvi birləşmə yox kimyəvi element olmasıdır. Fəlsəfə daşnının əldə edilə bilməsi üçün orta əsrlərdə bir çox formullar hazırlanmış və sınaqlar həyata keçirilmişdir. Keçirilən sınaqların uğursuzluqla nəticələnməsinə baxmayaraq modern kimya elmi həmin araşdırmalar nəticəsində böyük inkişaf mərhələsi keçmişdir. Əlkimyaçılar keçirilən hər yeni sınağın ardından elmə məlum olmayan yeni-yeni elementlər kəşf etmişdilər. Alman əlkimyaçı Henniq Brandın fəlsəfə daşını tapmaq üçün keçirdiyi təcrübələr zamanı fosfor elementini kəşf etməsi buna misal göstərilə bilər. Fəlsəfə daşını Nikolas Flamelin kəşf etdiyi düşünülür.
Günorta daşı
Günorta daşı — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində, Çalxandağın qərb yamacında hündürlüyü 1500 metrə çatan təbiət abidəsi. == Haqqında == Xalq arasında Günortacı da deyilir. Günorta daşı günortaya qədər kölgəyə bürünmüş olur, düz günorta vaxtı isə kölgə tamamilə çəkilir. Ətrafdakı Çalxanqala, Təzəkənd, Xıncab və Sust kəndlərinin camaatı ta qədimdən ilin bütün fə- sillərində əkin-biçin, sağın və s. təsərrüfat işləri zamanı günortam səhvsiz göstərən günorta daşından "saat" kimi istifadə etmişdir. "Günortac" toponimi "Kitabi Dədə Qorqud" dastamnm qəhrəmanı, Təpəgözün gözünü çıxaran Basatm yurdu kimi xatırlanır. Bu yer isə, ehtimala görə, Təpəgözün məskən saldığı, camaata qan uddurduğu Salaxana (Salaxan) dərə- sindəki mağaranın yaxınlığında olmalıdır. Salaxananın Babək rayonunun dağlıq sahəsində, Qazan yaylağnın qərb ətəklərndə olduğu nəzərə almarsa, Günorta daşının "Kitabi-Dədə Qorqud"da adı çəküən "Günortac"la (prof. M.Seyidov, akad. V.V. Bartolda istinadən onu "Günün doğduğu uca zirvə” hesab edir) bilavastə bağlılığını söyləmək mümkündür.
Harold Laski
Harold Laski (ing. Harold Joseph Laski; 30 iyun 1893, Mançester, Böyük Britaniya — 24 mart 1950, London, Böyük Britaniya) — Britaniya siyasi nəzəriyyəçisi, iqtisadçı, müəllif və müəllim. O, siyasətdə fəal idi və 1945-1946-cı illərdə Leyboristlər Partiyasının sədri vəzifəsini yerinə yetirmiş və 1926-cı ildən 1950-ci ilə qədər London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində professor olmuşdur. Plüralist demokratiyası idealını daha geniş şəkildə Harold Laski əsaslandırmışdır. O, "dövlətin plüralist nəzəriyyəsi" və "siyasi plüralizm" anlayışlarını formalaşdırmışdır; konsepsiyanın davamçıları bunu qəbul etmiş və indi də həmin nəzəriyyədə onun qoyduğu adlardan istifadə olunur.
Hasi-Bəhbəh
Hasi-Bəhbəh (ərəb. حاسي بحبح‎) — Əlcəzairin şimalında, Cəlfa vilayətinin ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Atlas dağlıq ərazisində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir.Hasi-Bəhbəh ölkənin paytaxtı Əlcəzairdən təxminən 185 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 86,421 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Transsəhra magistralı şəhərdən keçir. Ən yaxın mülki hava limanı Bu-Sadə şəhərində yerləşir.
Hasi-Məsud
Hasi-Məsud (ərəb. حاسي مسعود‎) — Əlcəzairin şərq hissəsində, Uarqla vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir və dairədəki yeganə kommunadır. Əlcəzairdə neft sənayesinin mərkəzlərindən biridir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın şimal hissəsində, Hasi-Məsud neft yatağının ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 609 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 152 metrdir.Hasi-Məsud kommunası Ruysat, Əyn-Bəyda, Hasi-Ben-Abdullah, Əl-Həcirə, Mnager, Taybet və Bəl-bURDA kommunaları və İllizi, Tamanrasset və Qardaya vilayətlərinin əraziləri ilə həmsərhəddir . Sahəsi 71,237 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 40 mm-dir). Orta illik temperatur 22,4 °C-dir.