Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pavel Makov
Pavel Makov (ukr. Павло Миколайович Маков; 28 avqust 1958, Leninqrad) — qrafik ve ofort texnikləri sahələri üzrə çalışan ukraynalı rəssam. Böyük Britaniya Təsviri və Qrafikaçılar Kral Cəmiyyətinin (1994), Ukrayna Rəssamlar İttifaqının (1998) və Ukrayna Rəssamlıq Akademiyasının (müxbir) üzvü (2006). Yeni Ukrayna dalğasının nümayəndəsi, rəssam-multiplikator. Ukraynanın Taras Şevçenko adına Milli Mükafatı laureatıdır (2018). 28 avqust 1958-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. 1974-1979-ci illərdə Krım Rəssamlıq Məktəbində oxumuş, İli Repin adına Sankt-Peterburq Rəssamlıq İnstitutunda azad dinləyici (Leninqrad, 1977-1978) olmuş, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının qrafika fakültəsini bitirmişdir (1979-1984). Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Hazırda Xarkovda yaşayır. “ART UKRAINE” jurnalının tərtib etdiyi 2011-ci il müasir Ukrayna incəsənətinin TOP 100 ən nüfuzlu şəxsiyyətləri siyahısında 49-cu yerdə göstərilmişdir.
Maqov
Maqov — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır. Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir. == Əhalisi == Əhalisi avarlardan ibarətdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənd ərazisində, Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.
Yakov
Yakov — ad. Yakov Cuqaşvili Yakov Sverdlov — rus inqilabçısı, sovet siyasətçisi və dövlət xadimi. Yakov Nikoladze Yakov Kozin — Yakov Kostyukovski — sovet və rus şairi, dramaturq və ssenaristi.
Andrey Markov
Andrey Andreyeviç Markov (rus. Андре́й Андре́евич Ма́рков; 2 (14) iyun 1856, Ryazan – 20 iyul 1922[…], Petroqrad) — rus professor, akademik və riyaziyyatçı. Ehtimal nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və riyazi analiz sahəsində işləri var.
I Yakov
I Ceyms (ing. I James of England; 19 iyun 1566, Edinburq qalası – 27 mart (6 aprel) 1625) — Şotlandiya, İngiltərə və İrlandiya kralı, Stüartlar sülaləsindən İngiltərə taxtına çıxan ilk kral. 24 mart 1603-cü ildən Şotlandiya və İngiltərə birləşdi; parlament, məhkəmə və qanunvericilik strukturu bütövlükdə I Ceymsin əlində cəmləndi. I Ceyms həm Şotlandiya kraliçası Mariya Stüartın oğlu, həm də İngiltərə və İrlandiya kralı VII Henrinin kötücəsi idi. Buna görə də hər üç taxtda pay sahibi idi. Hələ 13 aylıq bir körpə ikən anası taxtdan geri çəkilmiş və oğlunu Şotlandiya kralı elan etmişdir. 12 yaşınadək ölkəni 4 müxtəlif taxt naibi idarə etdi. 1578-ci ildə hakimiyyətə özü keçsə də, 1583-cü ilədək dövlət idarəsini tam olaraq ələ ala bilmədi. 1603-cü ildə ardında vəliəhd buraxmadan vəfat edən İngiltərənin son Tüdor hökmdarı olan I Elizabet vəfat etdi və I Ceyms onun taxtını da ələ keçirdi. Beləliklə, tarixdə Yakobin dövrü adlanan və hər 3 ölkənin birləşdiyi 22 illik bir dövr başladı.
Makon (rayon)
L’Ai-le-Roz (fr. L’Haÿ-les-Roses) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Val-de-Marn. Suprefektura — L’Ai-le-Roz. Rayon əhalisi 2006-cı ildə 249 475 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 7128 nəf / km². Rayon sahəsi — 35 km².
Markov monastırı
Markov Manastırı (mk. və serb. Марков Манастир, Markov Manastir) — Makedoniyanın Skopye şəhərindən 18 km uzaqlıqda yerləşən Markova Suşisa kəndində yerləşən pravoslav qadın monastırı. Monastır hal-hazırda Oxrid arxiyepiskopluğu tərəfindən idarə olunur. Bulqarlar Markov monastırının öz milli tarixi irsinin bir hissəsini kimi qiymətləndirirlər. Monastır bolqarlara, serblərə və makedonlara görə özlərinin milli qəhrəmanı olan Şahzadə Markonun adınadır. Markov monastırı qurulduğu gündən bəri aktiv olmuşdur. == Memarlıq xüsusiyyətləri == Monastırın üstü günbəz ilə örtülmüşdür. Monastır, hər nə qədər Serbiya İmperiyası dövründə inşa edilmişsə də, pravoslav ənənəsini təqib edən freskalar və arxitekturası səbəbiylə Bizans memarlığı və sənəti altında qiymətləndirilir. Kilsənin sahəsi 10 x 16 metrdir.
Mirzə Maşov
Mirzə Məmməd oğlu Maşov (22 iyun 1957, Tbilisi) — Gürcüstanın dövlət və ictimai-siyasi xadimi, tanınmış publisist, jurnalist və yazıçı. 1992-ci ildə Gürcüstan Respublikası Dövlət Şurasının üzvü, "Dayaq" Gürcüstan Azərbaycanlıları Assosiasiyasının Baş katibi. Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 2008-ci ildən Gürcüstan Dövlət Tele-Radio Şirkətinin Milli verilişlər redaksiyasında "Moambe"-nin ("Xəbərlər") Azərbaycan dilində yayımlanan verilişlərinin redaktoru. Mirzə Maşov 22 iyun 1957-ci ildə Tbilisi şəhərində ziyalı ailəsində dünyaya gəlib. Uşaqlığı Zalqa rayonunun Culuxlu kəndində ana nənəsinin yanında keçib. 1964-cü ildən isə ailə vəziyyətinə görə orta təhsil Marneuli rayonu Algeti kəndində alıb, 1974–75-cillər Bakıda tikintidə fəhlə olaraq işləyib. Sonra Tblisiyə qayıdaraq Şəhər İcraəyyə Komitəsi Yaşıllaşdırma İdarəsində işə başlayıb. Tblilisidə istehsalatdan ayrılmadan 1976-cı ildə S.M Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsininin qiyabi şöbəsinə daxil olub.
Pavel Maykov
Pavel Sergeyeviç Maykov (doğ. 15 oktyabr 1975, Mıtişi) — rus aktyor və teleaparıcı, 2008-ci ildən bəri müğənni və müsiqiçi, "ButterBrodsky", "7 faiz" və "Maqrit" musiqi qruplarının yaradıcısı. Pavel Sergeyeviç Maykov 1975-ci ilin 15 oktyabr tarixində Moskva əyalətində yerləşən Mıtişi şəhərində rəssam və sürücü ailəsində dünyaya göz açmışdır. . 1982-ci ildən 1992-ci ilə qədər Kievdə yaşamışdır. Kievdə yerləşən 26 № -li musiqi məktəbinin skripka və fortepiano sinfini bitirmişdir. 1992-ci ildə 1 №-li orta məktəbi bitirərək Rusiya teatr sənəti institutunun (QİTİS) "dram teatr aktyorluğu" fakultəsində Pavel Xomskinin sinfinə daxil olmuşdur. 1998-ci ildə təhsilini orada başa vurmuşdur. Diplom tamaşasında məşhur ingilis dramaturqu Uilyam Şekspirin "İki veronalı" pyesində baş qəhrəmanlardan biri olan - mənfi obraz olan Proteyi oynamışdır. 1998-1999-cu illərdə Moskva dövlət dram teatrı "Sfera"da aktyor kimi fəaliyyət göstərmiş, orada "Vestsayt əhvalatı" tamaşasında Rif rolunu oynamışdır.
Rocers Makvo
Rocers Makvo (ing. Rogers McVaugh, 1909, ABŞ — 2009, ABŞ) — amerika botaniki, təsnifatçı, Beynəlxalq Bitki Taksonomiya Assosiasiyasının keçmiş prezidenti. 1935—1938: Instructor then Asst. Professor, Botany, University of Georgia, Athens 1938—1946: Associate Botanist, Division of plant exploration & introduction, U.S. Department of Agriculture 1946—1951: Associate Professor, Botany, University of Michigan, Ann Arbor 1951—1974: Professor, Botany, University of Michigan, Ann Arbor 1955—1956: Program Director for Systematic Biology, National Science Foundation, 1974—1979: Harley Harris Bartlett Professor of Botany, University of Michigan, Ann Arbor 1946—1979: Curator of Vascular Plants, University of Michigan Herbarium, Ann Arbor 1972—1975: Director, University of Michigan Herbarium, Ann Arbor 1979—2009: Professor Emeritus, Botany, University of Michigan, Ann Arbor 1980—2009: Research Professor of Botany, University of North Carolina at Chapel Hill 1981—2009: Adjunct Research Scientist, Hunt Institute, Carnegie Mellon University International Association of Plant Taxonomy: Вице-президент в 1969-1972 годах, Президент в 1972-1975 годах Festschrift in Taxon, 1979 Botanical Society of America-Merit Award, 1977 Sociedad Botánica de Mexico- Gold Medal 1978 New York Botanical Garden- Henry Allan Gleason award 1984, for Flora Novo-Galiciana vol. 14 (1983) American Society of Plant Taxonomists—First Annual Asa Gray award, 1984 University of Guadalajara, Mexico — First Luz María Villarreal de Puga Medal, 1993 International Botanical Congress, St. Louis, USA — Millennium Medal, 1999 (one of eight worldwide) Smithsonian Institution, Washington, D.C. — First Cuatrecasas Medal for Excellence in Tropical Botany, 2001 Botanical Society of America — Centennial Award, 2006 A revision of «Laurentia» and allied genera in North America. Bull. Torrey Bot. Club 67: 778—798. 3 dic 1940.
Sergey Malov
Sergey Yefimoviç Malov (28 yanvar 1880 və ya 4 (16) yanvar 1880[…], Kazan – 6 sentyabr 1957, 9 yanvar 1957 və ya 7 yanvar 1957, Leninqrad) — türkoloq, professor, dilçi, əməkdar elm xadimi. 1880-ci il yanvarın 16-da Kazan şəhərində anadan olmuşdur. Hələ 1909–1914-cü illərdə Qərbi və Mərkəzi Çinə getmiş, ekspedisiyalarda iştirak etmiş, uyğurların dili və etnoqrafiyasına dair zəngin materiallar toplamış, qədim türk kitabələrini öyrənmişdir. S. Y. Malov SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Leninqrad Dövlət Universitetinin professoru, əməkdar elm xadimi idi. Малов С. Е. Памятники древнетюркской письменности. Тексты и исследования. — М.-Л., 1951. Сутра золотого блеска. Пб., 1917 (совм. с В. В. Радловым); Заметки по каракалпакскому языку.
Yakov Abramov
Yakov Vasilyeviç Abramov (rus. Яков Васильевич Абрамов; 21 oktyabr (2 noyabr) 1858, Stavropol – 18 sentyabr (1 oktyabr) 1906, Stavropol) — Rusiya publisisti, ədəbiyyatşünası və jurnalisti, ictimai xadim, xalq həyatının tədqiqatçısı. O, islahatdan sonrakı kənddə kəndlilərin taleyi və şəhər kənarında yaşayanların həyatı haqqında hekayə və esselərin müəllifi olmuşdur. Abramov liberal populist olmuşdur. O, 1880-ci illərin əvvəllərində. "Oteçestvennıye zapiski", "Ustoy", "Slovo", "Delo" jurnallarında məqalələr yazmışdır. 1880-ci illərin ortalarında. "Nedelya" qəzetində "kiçik əməllər nəzəriyyəsi"ni təbliğ etmişdir. O, 1890-cı ildən "Severnıy Kavkaz" qəzetinin redaktoru olmuşdur. Абрамов В. Я. Женские врачебные курсы.
Yakov Aqarunov
Yakov Mixayloviç Aqarunov (25 aprel 1907, Qırmızı Qəsəbə, Quba qəzası – 31 may 1992, Bakı) — Azərbaycan siyasi-ictimai xadimi, şair və dramaturq, Dağ yəhudilərinin yeni əlifbasının yaradıcısı. Bağban ailəsində anadan olub. 1915–1919-cu illərdə yəhudi məktəbində tədris alıb, eyni zamanda rus məktəbində oxuyub. 1920-ci illərdə komsomolçu olmuş, həvəskar dram klublarında iştirak etmişdir. 1924–1925-ci illərdə Üzeyir Hacıbəyovun Arşın mal alan pyesini cuhuri dilinə tərcümə etmişdir. 1925–1928-ci illərdə Moskva və Bakıda fəhlə institutlarında təhsil almış, Bakı Pedaqoji institutunun tarix fakültəsini və Sovet İttifaqı Kommunist Partiyası(b) Mərkəzi Komitəsinin Ali Partiya məktəbini bitirmişdir. 1932-ci ildən — Azərbaycan KP (b) Mərkəzi Komitəsinin aparatında olmuş, 1934–1938 illərdə edir. — Dağ-yəhudi ləri dilində çap olunan Kommunist qəzetinin redaktoru, eyni zamanda — Azərbaycan Dövlət Nəşriyyatının direktor müavini idi (Dağ-yəhudilərinin dilindəki kitabların nəşrinə nəzarət edirdi). 1937-ci ildən — Azərbaycan KP (b) Mərkəzi Komitəsi üzvlüyünə namizəd idi. 1938-ci ildə isə Orconikidze rayonu raykomunun birinci katibi olmuşdur.
Yakov Cuqaşvili
Yakov Cuqaşvili (gürc. იაკობ ჯუღაშვილი; rus. Яков Джугашвили; 18 mart 1907, Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası – 14 aprel 1943, Zaksenhauzen həbs düşərgəsi, Üçüncü Reyx) — İosif Stalinin dörd övladından biri. Yakov Çuqaşvili, Stalinin ilk həyat yoldaşı Yekaterina Svanidzedən olan ilk övladıdır. Qızıl Orduda göstərdiyi xidmət nəticəsində Baş leytenant vəzifəsinə qədər yüksəlmişdir. İkinci dünya müharibəsinin başlamasından sonra döyüş bölgəsinə getmiş və burada topçu olaraq döyüşmüşdür. 1941-ci ilin yay aylarında baş vermiş Smolensk müharibəsi zamanı Yakov almanlara əsir düşür. Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilən Yakov Cuqaşvili düşərgədən qaçmaq istəyərkən elektirik tellərinə toxunaraq həlak olmuşdur. Yakov Cuqaşvili 1907-ci ilin 18 mart tarixində Gürcüstanın Kutaisi şəhəri yaxınlığında yerləşən Borji kəndində anadan olmuşdur. 14 yaşına qədər Tbilisidə xalasını himayəsində qalır.
Yakov Keylixis
Yakov Keylixis (Yakov İosifoviç Keylixis, 11 may 1872, Balta[d], Podolsk quberniyası[d] – 1950, Bakı) — heykəltaraş, Bakıda qoyulmuş ilk heykəlin müəllifi. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1949). 1872-ci ildə Odessa yaxınlığındakı Balta şəhərciyində yəhudi taciri İosif Keylixisin ailəsində anadan olmuşdur. Biznesini genişləndirən İosif Keylixis bir neçə ildən sonra Odessaya köçür. Odessada Yakov atasının xeyir-duası ilə əvvəlcə Odessa rəssamlıq məktəbinə, daha sonra Odessa Rəssamlı Texnikumuna daxil olur. Odessa Bədii məktəbində Yakov florensiyalı professor Luici Yorininin sinfində təhsil alır və elə burada Yakovun heykəltaraşlığa meyli hiss olunmağa başlayır. İmperator Karakallanın büstünə görə Odessa sərgisində bürünc medal qazanan Yakov Keylixis daha sonra Peterburq İmperator Rəssamlıq Akademiyasına qəbul olur. Təhsildə qazandığı uğurlara görə onu İtaliyaya, Florensiya Rəssamlıq Akademiyasına oxumağa göndərirlər. Burada o professor Montinin emalatxanasında əvvəlcə təcrübə qazanır, sonra isə işləməyə başlayır. Yakov Keylixisin ilk iri işi 1897-ci ildə Florensiyada bədii sərgidə nümayiş etdirilmişdi və dəniz sahilində yengəc (krab) tutmuş oğlanı təsvir edirdi.
Yakov Kostyukovski
Yakov Aronoviç Kostyukovski (rus. Яков Аронович Костюковский; 23 avqust 1921, Zolotonoşa[d], Kremençuk quberniyası[d] – 11 aprel 2011, Moskva) — sovet və rus şairi, dramaturq və ssenaristi. Yakov Aronoviç Kostyukovski 23 avqust 1921-ci ildə anadan olmuşdur. 1939–1941-ci illərdə Fəlsəfə, ədəbiyyat və tarix institutunun filologiya fakültəsində təhsil almışdır. Qəzet və jurnal nəşrilə məşğul olmuşdur. 1948-ci ildən Vladlen Baxnovla birlikdə felyetonlar, satirik şeirlər, pyeslər, ssenarilər yazmışdır. 1963-cü ildən isə Moris Slobodskoyla ortaq kitablar yazmışdır. O, Moris Slobodskoy və Leonid Qaydayla birlikdə 3 məşhur komediyanın ssenarisini yazmışdır: ""I" əməliyyatı", "Qafqaz əsiri" və "Brilyant əl". Yakov Aronoviç Kostyukovski 11 aprel 2011-ci ildə miokard infarktından aprelin 8-də ağır vəziyyətdə gətirildiyi Moskvanın Botkin adına şəhər klinikasında vəfat etmişdir.
Yakov Kozin
Yakov Kozin (tam adı: Yakov Dmitriyeviç Kozin; d. 18.10.1896 - v. 18.02.1973) — Azərbaycan Universitetinin məzunu, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı tərkibində Tarix İnstitutunun direktoru, Qara dəniz-Xəzər regionu və Krımın tarixi geologiyasının və mineral resurslarının tədqiqatçısı, geoloq, geomorfoloq və rəssam, geologiya-mineralogiya elmləri doktoru (1946), Krım pedaqoji institutunun fiziki coğrafiya və ümumi torpaqşünaslıq kafedrasının, daha sonra Simferopol Dövlət Universitetinin professoru, Krım məktəblilərinin “Axtarışçı” kiçik elmlər akademiyasının prezidenti (1963-1973). Yakov Dmitriyeviç Kozin 1896-ci il 18 noyabr tarixində anadan olmuşdur. Valideynləri Don çayında bənddə matros kimi xidmət edirdilər. Alimin ailəsinin növbəti illəri də Volqa və Xəzər dənizi ilə bağlı olmuşdur. Bu da alimin gələcək elmi fəaliyyətinə öz təsirini göstərmişdir. Yakov Kozinin əmək təcrübəsi 60 ilə yaxındır. Əmək fəaliyyətinin ən məhsuldar dövrü olan ömrünün son 25 ili Krımla bağlıdır. 1914-cü ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra orduya çağırılır.
Yakov Nikoladze
Yakov İvanoviç Nikoladze (gürc. იაკობ ნიკოლაძე; 16 (28) may 1876, Kutaisi, Kutaisi quberniyası, Rusiya imperiyası – 10 mart 1951[…], Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan-sovet heykəltəraşı. Müasir gürcü heykəltəraşlığının banisi hesab edilir. Yakov Nikoladze 16 mart 1876-cı ildə Rusiya imperiyasının tərkibində olan Qafqaz canişinliyinin Kutaisi şəhərində anadan olmuşdur. Nikoladze 1947-ci ildə SSRİ Rəssamlar Akademiyasının həqiqi üzvü olmuşdur. O, 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Moskva, Odessa və Parisdə olmuşdur. Nikoladze Tbilisi Rəssamlıq Akademiyasının yaradıcılarındandır (1922). O, 10 mart 1951-ci ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-nin paytaxtı Tbilisi şəhərində vəfat etmişdir. Yakov Nikoladzenin əsərləri arasında yazıçı İ. Çavçavadze (1937) Ş. Rustaveli (1905, 1937) və başqalarının portretləri, "Lenin İskra"nın yaranması dövründə (1947) kompozisiyalar, İ. Çavçavadzenin qəbirüstü abidəsi (tunc, daş, 1911; 1923-cü ildə qoyulmuşdur) A. Serveteli (daş, 1914; 1922-ci ildə qoyulmuşdur; hazırda Gürcüstan İncəsənət Muzeyindədir), və K. Lesenlidzenin (mərmər, 1947) abidələri, Kutaisi şəhərində A. Sulukidzenin abidəsi (mərmər, 1923) və s.
Yakov Polonski
Polonski Yakov Petroviç (18 dekabr 1819 və ya 19 dekabr 1819, Ryazan[…] – 30 oktyabr 1898[…], Sankt-Peterburq) — rus şairi, etnoqrafı, dövlət məmuru. Polonskinin şeirləri Rusiyada çox məşhurlaşmış, onun sözlərinə romanslar bəstələnmişdir ("Qaraçı qızının mahnısı" bu günə kimi xalq mahnısı kimi ifa olunur). O, 1840-1850 illərdə Qafqazda İmperator dəftərxanasında çalışmış, rəsmi dövlət orqanı olan "Zaqafqazskiy vestnik" qəzetinin redaktor müavini olmuşdur. Tiflisdə yaşadığı illərdə Qafqaz xalqlarının tarixi və məişəti ilə maraqlanmış, bir çox gürcü və azərb. şairləri, musiqiçiləri ilə dostluq əlaqələri saxlamışdır. Bu illərdə Polonski folklor motivləri ilə zəngin olan şerlərini yazmış və "Sazandar" adlı şeirlər kitabını (1849) nəşr etdirmişdir. Y.Polonski azərb. xanəndə Səttara şeirlər həsr etmiş, onun təsirli səsini və ifasını öz şeirlərində tərənnüm etmişdir.
Yakov Premyakov
Yakov Premyakov (d. ? – ö. 1712) — Rus dənizçisi və tədqiqatçısı. 1710-cu ildə Y. Permyakov Lena çayı ilə şimala irəliləyir və Kolıma çayına çatır. O dövrə Rusiya dövlətinə məlum olmayan Böyük Lyaxovski və Medvejıy adalarını kəşf edir. 1712-ci ildə Boqdan Daniloviçin təşkil etdiyi ekspedisiyaya rəhbər olmuşdur. Kazak Vaqim Merkuriydə bu ekspedisiyada iştirak etmişdir. Onlar qışda itlərlə şimala Böyük Lyaxovski adasına gəlmiş Syatoy Nos burnuna çatmış və adanı tətqiq etmişlər. İkinci ekspedisiyada Yeni Sibir adalarına getməyi planlaşdırılırdı.
Yakov Sverdlov
Yakov Sverdlov (3 iyun 1885 və ya 22 may (3 iyun) 1885, Nijni Novqorod – 16 mart 1919[…], Moskva; rus. Яков Михайлович Свердлов) — rus inqilabçısı, sovet siyasətçisi və dövlət xadimi. Peşəkar inqilabçı bolşevik, ümumi 12 ildən çox sürgün və həbsxanalarda keçirdi. RSDLP (b) və RKP (b) Mərkəzi Komitəsinin üzvü. “ Pravda ” qəzetinin redaksiya heyətinin üzvü (1912). 1905-1907-ci illər inqilabı zamanı RSDLP (b) Yekaterinburq və Ural komitələrinin rəhbərliyinin üzvü idi. Oktyabr İnqilabının liderlərindən biri. 1917-ci ilin noyabrından 1919-cu ilin martında Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri (RSFSR-in rəsmi rəhbəri). 1918-ci ildə RSFSR Konstitusiyasının hazırlanmasında iştirak edən komissiyanın sədri. RKP(b) MK Katibliyinin ilk və yeganə sədri.
Yakov Zeldoviç
Yakov Borisoviç Zeldoviç (rus. Я́ков Бори́сович Зельдо́вич; 23 fevral (8 mart) 1914, Minsk – 2 dekabr 1987, Moskva) — Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının akademiki. Lenin (1956) və üç Stalin mükafatı (1943, 1949, 1951, 1953) laureatı. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1954, 1956). Vəkil köməkçisi yəhudi Ber Noximoviç (Boris Naumoviç) Zeldoviç (1889-1943) və fransız dili tərcüməçi, yəhudi Anna Petrovna Kivelioviç (1890, Novogrudok - 1975) ailəsində anadan olub. Atam tərəfindən babası (Zeldoviç Noxim Berkoviç) və ana tərəfdən babası (Kivelioviç Peretz Movşeviç) ağac taciri idi. Yakov Zeldoviç bitirmədiyi Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində eksternat tələbə kimi oxuyub. O, sonra Leninqrad Politexnik İnstitutunun fizika-mexanika fakültəsinin mühazirələrində iştirak edib. 1934-cü ildə Leninqradda SSRİ Elmlər Akademiyasının Kimya Fizika İnstitutunun aspiranturasına qəbul olunub. Yakov Zeldoviç fizika-riyaziyyat elmləri namizədi (1936), fizika-riyaziyyat elmləri doktoru (1939) elmi dərəcələrinə malik olub.
Yakov Qinkulov
Yakov Qinkulov — moldav pedaqoqu, filoloq, maarifçi. 1821-ci ildə Kişinyovda dini seminariyanı bitirib. Qarşılıqlı təhsil nəzəriyyəsinin tərəfdarı idi. 1824-cü ildə Kişinyovda birinci lankaster məktəbinin direktoru olub. Bessarabiyada ilk ibtidai məktəblərin yaradılmasında iştirak edib. 1830–65-ci illərdə Sankt-Peterburqda Xarici işlər nazirliyində tərcüməçi işləmiş, eyni zamanda 1839–58-ci illərdə Sankt-Peterburq universitetində valax-moldav dili kafedrasına rəhbərlik etmişdir. "Valax-moldav qrammatikasının qaydaları" (1840), və "Valax-moldav dilini öyrənmək məqsədilə nəsr, mənzum əsər və tərcümələrin toplusu" (1840) kitablarının müəllifidir. Bessarbiyanın təhsil müəssisələrində ana dili 50 ildən artıq bu kitablar vasitəsilə tədris edilmişdir. Moldav-rus mədəni əlaqələrinin möhkəmləndirilməsində mühüm rolu olmuşdur.
Makom (dairə)
Makom dairəsi (ing. Macomb County) — ABŞ-nin Miçiqan ştatının dairəsi.
Yakov Smuşkeviç
Yakov Smuşkeviç (lit. Jakovas Smuškevičius; rus. Яков Владимирович Смушкевич) - Sovet ordusunun Aviasiya general-leytenantı, 1939-1940-cı illərdə Sovet Hərbi Hava Qüvvələrinin (VVS) komandanı vəzifəsini icra edib. Smuşkeviç Sovet İttifaqı Qəhrəmanı adını almış ilk yəhudi kimi tarixə düşüb. Barbarossa əməliyyatının başlamasından qısa müddət öncə həbs edilmiş və Qızıl Ordu daxilində 1941-ci ildə baş vermiş repressiya kampaniyası çərçivəsində güllələnərək edam edilmişdir. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və sonradan vətənə xəyanət ittihamı ilə edam edilmiş yeganə şəxsdir. 1954-cü ildə İosif Stalinin ölümündən 1 il sonra sabiq Aviasiya General-leytenantının üzərindəki bütün ittihamlar götürülmüş və bəraət almışdır. İspaniyada vətəndaş müharibəsində olduğu zaman xidmətləri ilə önə çıxan Smuşkeviç orada General Duqlas təxəllüsü ilə məşhurlaşıb. Sovet İttifaqı Qəhrəmanı fəxri adına ilk dəfə İspaniyada göstərdiyi xidmətlərinə görə layiq görülüb. SSRİ və Yaponiya arasında 1939-cu ildə baş vermiş Xalxin-Qol döyüşü zamanı I Ordu Korpusunun aviasiyasına rəhbərlik edib və bu dəfə Yaponiyada göstərdiyi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adını alıb.