Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Medved
Aleksandr Medved (rus. Александр Васильевич Медведь; 16 sentyabr 1937, Belaya Serkov, Ukrayna SSR) — görkəmli sovet sərbəst güləşçisi, SSRİ əməkdar idman ustası (1962). == Həyatı == Aleksandr Medved sərbəst güləş üzrə üçqat olimpiya çempionu (1964, 1968, 1972), 7 dəfə dünya (1962–1963, 1966–1967, 1969–1971), 4 dəfə Avropa (1966, 1968, 1971 və 1972) və 1961–1970-ci illərdə ard-arda 9 dəfə SSRİ çempionu olmuşdur. Güləş haqqında iki kitabın müəllifidir.
Pavel Nedved
Pavil Nedved (30 avqust 1972[…], Xeb) — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edilir. O, daha çox İtaliya çempionatında "Latsio" və "Yuventus" klublarında çıxış edib və onlarla birlikdə bir sıra kuboklar qazanıb. Dövrünün ən güclü yarımmüdafiəçilərindən biri hesab edilən o, 2003-cü ildə göstərdiyi gözəl oyuna görə mövsümün ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görülüb. İtaliyanın "Latsio" klubuyla UEFA Kuboklar Kubokunu qazanıb. O, dözümlülüyü və uğurlu cinah ötürmələri ilə tanınırdı. "Yuventus"da oynadığı zaman "Yuventus" azarkeşləri ona "Çex qəzəbi" ləqəbini verirlər.Nedved peşəkar futbolda 19 mövsüm keçirdikdən sonra 2009-cu ildə fubolçu karyerasını bitirir. == Həyatı == 30 avqust 1972-ci ildə Çexoslovakiyanın Almaniya sərhədində yerləşən Xeb şəhərində anadan olub və yaxınlıqdakı Skalnada kəndində böyüyüb. == Karyerası == Nedved futbolçu karyerasına doğma Çexoslovakiyada başlayıb.
Mədəd Allahverdiyev
Mədəd Mustafa oğlu Allahverdiyev — Azərbaycanın ilk iqisad elmləri doktorlarından biri, professor, iqtisadçı alim. == Həyatı == Mədəd Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir. M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir. Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur. Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956) “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur. M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. “Əmək resursları və Azərbaycan SSRİ kənd təsərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhali sakinliyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akademiya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.
Mədəd Coşqun
Mədət Çoşqun (doğum adıyla Mədəd İsa oğlu İsmayılov; d. 18 iyun 1938, Azərbaycan Gəyliyən kəndi, Başkeçid rayonu, Gürcüstan SSR, SSRİ) — azərbaycanlı şair, publisist və ictimai xadim. == Həyatı == Mədəd İsa oğlu İsmayılov 1938-cı il iyunun 18-də Borçalıda Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyən kəndində anadan olmuşdur. 1959-cu ildə Dmanisi rayonu Qızılkilsə kəndində orta məktəbini qızıl medalla, 1961-ci ildə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tbilisidə nəşr olunan "Samqori" qəzeti Mədəd Coşqunun ilk iş yeri olub. İnstitutu bitirdikdən sonra o, Dmanisi rayonuna qayıdıb, Qamışlı kəndində səkkizillik məktəbin direktor müavini, Dmanisi rayonunun yerli radio verilişləri redaksiyasının redaktoru, rayon partiya komitəsinin ideologiya şöbəsində təlimatçı vəzifələrində çalışıb. Mədəd Coşqun uzun illər Dmanisidə iki dildə (gürcü və Azərbaycan) çıxan "Trialeti" adlı rayon qəzetində Azərbaycan şöbəsinin redaktoru olub. Borçalıda milli qarşıdurma dövründə Mədəd Coşqunun Gürcüstanda sonuncu iş yeri olan "Trialeti" qəzetinin Azərbaycan dilində nəşri 1991-ci ildə dayandırılıb. Gürcüstanda azərbaycanlıların milli zəmində sıxışdırılmasının, yeni-yeni başlayan köç prosesinin qarşısını almaq, soydaşlarımızı məlumat blokadasından çıxarmaq üçün Mədəd Coşqun "İnam" adlı qeyri-leqal qəzet yaradaraq Borçalıda yayımlamağa başlayır. Mədəd Coşqun Dmanisidə 1992-ci ilə qədər mübarizəsini davam etdirir.
Mədəd Çobanov
Mədəd Namaz oğlu Çobanov (1937, Darbaz, Lüksemburq rayonu – 2 iyun 2023, Bakı) – türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü. == Həyatı == 1937-ci il aprelin 11-də qədim Borçalı mahalinda – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib, doğma Darbaz kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb, bir il müəllim işlədikdən sonra Əsgəri xidmətə yollanıb. Zabitlər məktəbini bitirib. Bir il Bolnisi rayon komsomol komitəsində çalışıb, sonra irəli çəkilib, fəaliyyətini rayon partiya komitəsində davam etdirib. Eyni zamanda,Azərbaycan EA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil alıb. 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat institutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə eləyib. Elə həmin ildən də A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunum Azərbaycan bölməsinə müəllim seçilib. 1994-cü ilədək düz 21 il həmin institutda müəllim, dosent, professor işləyib. 1992-ci ildə Bakı Dövlət Universitetində "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Cədvəl
Cədvəl: Statistik və ya faktoqrafik informasiyaları müəyyən qaydada və asılılıqla əks etdirən qrafiki forma; Operativ axtarış aparmaq üçün mümkün olan verilənlərin yığımı; hər bir verilənlər elementi yalnız bir metka (nişan) ilə, yaxud sabit yerləşdirmə ilə identifikasiya edilir; Qrafalar (xanalar) üzrə müəyyən qaydada yazılmış hər hansı məlumat və ya rəqəmlər siyahısı. Məsələn, dərs cədvəli, məlumat siyahısı; Sətirlərə və sütunlara bölünmüş nizamlanmış toplu halında ifadə edilmiş məlumatlar. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Medvedev
Medvedev — soyad.
Mehmed
Mehmet — türk kişi adı. Mehmet Akif Ərsoy — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi Mehmet Kaplan — Türkəsilli İsveçli siyasətçi. Mehmet Əli Ağca — türk cinayətkar. Mehmet Gün — türk rəssam. Mehmet Harmancı — əslən Kipr türkü olan siyasətçi Mehmet Korhan Fırat — Türkiyəli aktyor. Mehmet Yıldız — Futbolçu Mehmet Müəzzinoğlu — Türkiyənin səhiyyə naziri (2013–2016).
Melvud
Melvud Liverpul şəhərinin şimal bölgəsində yerləşən "Liverpul" klubunun təlim-məşq bazasıdır. Bura, Kerbi şəhərində yerləşən futbol akademiyasına daxil deyil.Ərazi əvvəllər St Frankis Xavier adlanan yerli məktəbə məxsus idi. Ərazi məktəbin oyun meydançası kimi istifadə edilirdi və məktəbdə dərs deyən Ata Mellinq və Ata Vudlok, saatlarını buradakı gənc oğlanlara futbol oynamağı öyrətməklə keçirirdi. Bu iki şəxsin adını xatirə olaraq yaşatmaq üçün onların hər ikisinin soyadlarının ilk hecalarından bazanın adlandırılmasında istifadə edilmişdir. == Tarix == Melvud 1959-cu ildə çox acınacaqlı vəziyyətdə idi və Uilyam Bil Şenkli tərəfindən üstün sayılan təlim-məşq bazalarından birinə çevrilmişdir. O, öz oyun filosofiyası olan "pas ver və tərpən, bu qədər sadə" kimi bilinən üslubunu məhz burada təqdim etmişdir. Oyunçular Enfilddə görüşürdülər və avtobus onları buradan Melvuda gətirirdi. Buradakı məşqdən sonra futbolçular yenidən avtobusla Enfildə qayıdır və burada duş qəbul edəndən sonra yüngül nahar edirdilər. Beləcə Uilyam Bil Şenkli futbolçularının isinmə prosesini düzgün formada idarə edirdi və bu üsulla onları zədələrdən uzaq tuturdu. Əslində 1965–66 mövsümündə "Liverpul" çempionatı qalib kimi vurarkən klub yalnız 14 futbolçudan istifadə etmişdir.2001-ci ilin yanvarında "Liverpul" Millenium Pavilyonunda məşq etməyə başladı.
Mersed
Merced - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Mersed əyalətində yerləşində bir şəhərdir. Şəhərin əhalisi 26 noyabr 2009-cu il tarixində 78958 nəfər idi. == Tarixi == İlk Merced poçt şöbəsi 1870-ci ildə açıldı. Mersed 1889-cu ildə yaradılıb və indi Hökumətin İdarəetmə meneceri formasında fəaliyyət göstərir. İkinci Dünya Müharibəsi dövründə, Mersed evlərindən çıxarılan Yapon Amerikalıların saxlanıldığı müvəqqəti "birləşmə mərkəzi" idi. Mərkəzi Kaliforniyadan olan 4,669 kişi, qadın və uşaq Mersed Assambleyası Mərkəzində 1942-ci il mayın 6-dan 15-nə kimi Kolorado ştatının daha qalıcı Granada internat düşərgəsinə köçürülmüşdü. == Demoqrafiyası == === 2010 === 15 mart 2010-cu ildə keçirilən əhalinin siyahıya alınması əsasında şəhərdə 72125 adam, 26970 ev və 18128 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır. === 2000 === 1 aprel 2000-ci ildə keçirilən əhalinin siyahıya alınmasına əsasən şəhərdə 69.368 adam, 26.536 ev və 17.540 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır.
Mədrəs
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. == Toponimika == Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Məmməd
Məmməd — Azərbaycanda daha çox işlədilən kişi adı. Məmməd İsmayıl — Ssenari müəllifi. Aktyor. Məmməd Araz — şair, tərcüməçi, publisist Məmməd Əlili — Aktyor. Rejissor Köməkçisi. İkinci rejissor. Rejissor assistenti. Məmməd Sadıqov — Aktyor. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Məmməd Hüseynov — Kino rəssamı.
Məqsəd
Məqsəd — subyektin şüurlu surətdə can atdığı real və ya ideal zirvə; prosesin hərəkət etdiyi son nəticə. == Məqsəd və vasitələr == Məqsəd və vasitələrin qarşılıqlı münasibəti məsələsi müxtəlif dövrlərdə mütəfəkkirlərin diqqət mərkəzində olmuş, bu problemə fəlsəfi, etik, siyasi nöqteyi-nəzərdən yanaşılmışdır.Mənəvi məqsədlər, onların fəaliyyətinin nəzəri təsviri, adətən şəxsiyyətlərarası münasibətlər sahəsilə məhdudlaşırdı, siyasi sahələrdə isə o, təbliğat vasitəsi kimi qəbul olunurdu. Buna görə də bu mənada siyasi məqsəd və vasitələrin tədqiqi çox mürəkkəb xarakter daşıyır. Siyasi məqsəd və vasitələr probleminin əsasını siyasət və ideologiya üzərində nəzarət təşkil edir.Bu nəzarətə isə şəxsiyyətin azadlığı səbəb olur. Siyasi məqsəd və vasitələrin qarşılıqlı münasibətləri problemi ümumi milli mənafelərin nəzərə alınması, xüsusi maraqlar üzərində nəzarət sisteminin yaradılmasının zəruriliyini nəzərdə tutur. == Mənbə == Robert F. Mager. Goal Analysis, 3rd. edition, 1997. Eliyahu M. Goldratt, Jeff Cox. The Goal: A Process of Ongoing Improvement.
Məşhəd
Məşhəd — İranın ikinci iri şəhəri. Rəzavi Xorasan ostanının inzibati mərkəzidir. Şərq iqtisadi rayonunun ən böyük şəhəri, iqtisadi, siyasi və mədəni mərkəzidir. Məşhəd ərəbcə "müqqədəs şəxsin şəhid olduğu yer" mənasını bildirir. O, İranın şimal-şərqində Kəşəvrud çayı dərəsindədir. Əhalisinin sayı 3,2 milyon nəfərdir. == Tarixi == Məşhəd haqqında ilk məlumat X əsrin sonuna aiddir. XI əsrdə Məşhədin yerində Sənaabad kəndi olmuşdur. 1736-1747-ci illərdə Nadir şah dövlətini paytaxtı idi. Məşhəd şiələrin müqəddəs şəhəridir.
Edred
Edred (ing. Edred, Eadred; 923, Uesseks krallığı[d] – 23 noyabr 955) — 946-955-ci illərdə İngiltərənin kralı. Böyük Eduardın üçüncü arvadından olan kiçik oğlu. 26 may 946-cı ildə Eduardın böyük oğlu Edmundun ölümündən sonra kral elan olunmuşdur. Edred kral olduğu dövrdə ağır xəstəlikdən əziyyət çəkdiyi üçün dövlət işlərini anası Edqiva və özünün yaxın məsləhətçisi olan Abbat Dunstana həvalə etmişdi.
Medye
Macarıstan — 19 medye və şəhərə bölünmüşdür (mac. megyék, tək halda: megye — qraflıq). Müasir inzibati bölmə 1950-ci ildə tətbiq olundu. Medye isə 175 yaraşa bölünür (mac. járások, tek: járás). Paytaxt Budapeşt 23 rayona (mac. kerületek, tək: kerület) bölünür.
Meyvə
Meyvə — bitkinin generativ orqanıdır. Fars köklü olan "meyvə" sözü əski türk dillərində yemiş adlanırmış. Hərçənd ki günümüzdə Azərbaycanın bəzi bölgələrində Qovuna və Türkiyənin bəzi bölgələrində Əncirə "yemiş" deyilir. == Quruluşu == Yemiş, adətən 2 bölümdən təşkil olunmuşdur: meyvəyanlığı toxumdanMeyvəyanlığı yumurtalığın divarından, toxum isə yumurtacıqdan yetkinləşir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki yerə ayrılır: şirəli quru.Yemişlər toxumun sayına görə birtoxumlu və çoxtoxumlu meyvələr qrupuna bölünür. Əsil meyvə dişiciyin yumurtalığından əmələ gəlir. Ancaq yemişlərin yaranmasında çiçək yatağı, erkəkciyin oturacağı, ləçəklər, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmiş bölümü iştirak edə bilir. Bunlara yalançı meyvə deyilir (alma, armud, heyva, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyvə — alma meyvə. == İstifadəsi == Qida məhsulu kimi işlədir, mürəbbə, qatı şirələr (doşab və ya bəkməz) düzəldir. Yemişlərin çoxusundan çox qədim vaxtdan xalq arasında ayrı-ayrı xəstəliklərin sağaldılması üçün də işlədilib.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. == Məbəd tikililəri == Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mədən
Mədən— faydalı qazıntılar istehsalı və zənginləşdirilməsi ilə məşğulı olan dağ-sənaye müəssisəsi. == Mədən sənayesi == Mədən sənayesi faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin emal edən (zənginləşdirən) istehsal sahələri kompleksidir.Mədən sənayesi aşağıdakı əsas qruplara bölünür: Yanacaqçıxarma (neft, təbii qaz, kömür, şist, torf); Filizçıxarma (dəmir filizi, manqan filizi, əlvan, nadir və nəcib metal filizləri, radioaktiv elementlər); Qeyri-metal qazıntılar və yerli tikinti materialları sənayesi (mərmər, asbest, qranit, dolomit, təbaşir, kaolin, gips, əhəng və s.); Mədən kimyası (apatit, kalsium duzları, nefelin, selitra, kükürd kolçedanı və s.); Hidromineral (yeraltı mineral sular, su təchizatı və digər məqsədlər üçün su).Respublikamızda daha çox neft, qaz, dəmir filizi, mərmər, tikinti daşı, mineral sular və s. çıxarılması inkişaf etmişdir.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir.Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.
Banu Məzyəd
Banu Məzyəd (ərəb. بنو مزيد) və ya Məzyədilər mərkəzi İraqda ərəb şiə sülaləsi idi. Onlar Banu Əsəd qəbiləsinin Naşirə qəbiləsinə mənsub idilər. Onlar təxminən 961-ci ildən 1160-ci ilə qədər Kufə və Hit ətrafındakı ərazidə muxtar əmirlik idarə edirdilər. == Məzyədi hökmdarları == 961–1017 : Səna əd-Dövlə Əli (I) ibn Məzyəd əl-Əsədi ən-Naşiri 1017–1082 : Nur əd-Dövlə Əbul-Ə'zz Dubays (I) ibn Əli 1082 –1086 : Əbu Kamil Bəha əd-Dövlə Mənsur ibn Dubays 1086–1108 : Seyf əd-Dövlə Fəxrəddin Əbülhəsən Sədəqə (I) ibn Mənsur 1108–1135 : Nur əd-Dövlə Əbu 'l-Ə'zz Dubays (II) ibn Sədəqə 1135-1138 : Seyf əd-Dövlə Sədəqə (II) ibn Dubays 1138-1145 : Məhəmməd ibn Dubays 1145-1150 : Əli (II) ibn Dubays 1150–???? : Mühəlhil ibn Əli == İstinadlar == == Xarici keçidlər == Bosworth, C. E. 36. The Mazyadids // The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. Edinburgh University Press. 1996. 87–88.
Cədvəl axtarışı
table lookup ~ табличный поиск ~ çizelgeye bakma ~ cədvəl axtarışı – lazım olan verilənlərin qabaqcadan yaradılmış qiymətlər cədvəlində axtarılması üçün müyyən qiymətdən istifadə olunması prosesi. Məsələn, alış qiymətindən istifadə etməklə vergilər cədvəlindən uyğun dövriyyə vergisini axtarıb tapmaq lazımdır. table ~ таблица ~ çizelge ~ cədvəl – 1. Relyasiyalı verilənlər bazasında: eyni struktura malik verilənlər yığını. Bax: RECORD; Sin: DATABASE FILE. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dmitri Medvedev
Dmitri Anatolyeviç Medvedyev (rus. Дмитрий Анатольевич Медведев; 14 sentyabr 1965[…], Leninqrad) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 3-cü Prezidenti (7 may 2008 — 7 may 2012), Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Sədri. Dmitri Medvedyev hüquq elmləri namizədi, dosent, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin fəxri doktorudur. == Həyatı == Dmitri Medvedyev 1965-ci il sentyabr ayının 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ziyalı ailəsində anadan olub. Atası Anatoli Medvedyev Leninqrad Texnologiya İnstitutunun professoru, anası Yuliya Venyaminova isə Leninqrad Pedoqoji İnstitutunun müəllimi olub. Dmitri ailənin yeganə övladıdır. Dmitri Medvedyev Sankt-Peterburqun Frunze rayonundakı 305 nömrəli fəxri məktəbi bitirib.Dmitri Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə isə həmin universitetin aspiranturasını bitirir. Tələbəlik illərində rok musiqisinə maraq göstərən Dmitri, (onun sevimli rok qrupları "Black Sabbath" və "Ossi Osborn" idi) bununla yanaşı, idmanın ağır atletika növündə də özünü sınayıb. Dmitri Medvedyev 1990-cı ildən 1999-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. Digər tərəfdən, Sankt-Peterburq Şəhər Sovetinin sədri Anatoli Sobçakın müavini, Sankt-Peterburq meriyasının xarici əlaqələr komissiyasının sədri Vladimir Putinin rəhbərlik etdiyi komissiyanın eksperti olur.
Dövri cədvəl
Kimyəvi elementlərin dövri sistemi — elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir. İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu. Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi. Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə, Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir. Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən yüksək enerji səviyyəsini göstərir.