Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mədrəsə
Mədrəsə, Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələr. Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (professor), onların köməkçilərinə "muid" (asistent) deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya "tələbə" adlandırılır. VIII əsdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə Ispaniyadan Hindistana qədər uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb oldu. Bünövrəsi VIII–IX əsrlərdə qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam etdi. Mübaliğəsiz demək olar ki, X–XIV əsrlərdə Islam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil edirdi. Ən böyük universitetlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz müsəlman Şərqində yerləşirdi, ən güclü alimlər burada çalışırdılar. Bu dövrdə Azərbaycan şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərirdi.
Müdrəsə
Müdürsə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar.Turizm və yay istirahəti üçün əlverişlidir.Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
Mədrəs
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Mədrəsə-məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. İmamqulu məktəb-məscidi "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə (1990)
Filmdə gənclərin dinə qayıdışından bəhs olunur.
Mədrəsə (dəqiqləşdirmə)
Mədrəsə — Müsəlman ölkələrində orta və ali təhsil verilən müəssisələrin ümumi adı. Mədrəsə (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Mədrəsə (film, 1990) — Qısametrajlı sənədli film. Mədrəsə (üzüm) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri.
Mədrəsə (Şamaxı)
Mədrəsə — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar. Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Mədrəsə məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. İmamqulu məktəb-məscidi "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə məscidi

Zincirli mədrəsə
Zəncirli mədrəsə (Krım tatarcası: Zıncırlı mədrəsə) — Krım bölgəsinin paytaxtı Bağçasarayda olan bir mədrəsə. Krım xanlarının və tarixi Müftülük binasının yerləşdiyi Salacık səmtində yerləşir. I Mənqli Gəray xan tərəfindən 1500-cü ildə inşa etdirilib. I Mənqli Gəray Bağçasaraydakı tarixi Xansarayı tikdirməkdən əvvəl Zəncirli mədrəsə bütün Şimali Qafqazdan Ural dağlarına qədər xidmət edən bir qurum halına gətirmişdir. Bu mədrəsədə dərs verəcənlərin və oxuyacaq tələbələrin dolanışıqlarını ödəmək üçün gəliri yüksək olan torpaqlar vəqf etdi. Xanın mədrəsənin təməli atılanda şəxsən öz əlləri ilə qazdığı və daş daşıdığı rəvayət edilir. Bina başa çatanda isə mədrəsənin qapılarına çarpaz bir formada bir zəncir bağlanmışdır. Hazırda qapı girişində yerləşən bu zəncir mədrəsəyə girən tələbələrin əyilərək girməsini zəruri etdiyindən təvazökar olma yolunda təhsilə ilk addım kimi qəbul edilirdi. Mədrəsənin açılışında Xanın söylədiyi "Ağıl adamı alicənab edir, ağlı kamilliyin yolu isə elmə bağlıdı. Elmə hörmət etməyən, xan olsun, ya da padşah, o bir şeyə əsas ola bilməz, tez ya da geç o bunun zərərini görər.
Qaliya (mədrəsə)
Qaliya — 1906-cı ilin oktyabrından 1919-cu ilə qədər Ufada başqırdlar, tatarlar və digər türk xalqlarının təhsili üçün ikinci Ufa məscidində yaradılmış mədrəsə. 1919-cu ildən - başqırdlar və tatarlar üçün məktəbi idi. Mədrəsənin yaradıcısı və 1918-ci ilə qədər müdiri Ziyaitdin Kamaletdinov (Ziya Kamali) olmuşdur. Mədrəsədə təhsil altı il idi; 15 yaşdan 45 yaşa qədər olan tələbələri imtahan əsasında qəbul edirdilər; Müraciət edən hər kəsdən ibtidai təhsil tələb olunurdu. Təhsil proqramında əsas yeri ənənəvi fənlər: İslamın tarixi və fəlsəfəsi, Quranın təfsiri, Məhəmməd peyğəmbərin həyatı, həmçinin: ərəb, osmanlı, rus, türk dilləri tuturdu. Bu fənlərin tədrisi ali təhsil müəssisələri səviyyəsində tədris olunurdu. Psixologiya, pedaqogika, didaktika, ədəbiyyat, xəttatlıq da öyrənilirdi. Müəllimlər Z.Kadıri, T.Badiqi, S.Ziqanşin, L.Biksurin, Q.Terequlov, X.Fazılov, İ.Abdışev və s. idi. Müəllimlərin çoxu Misir, Suriya, Türkiyə və başqa ölkələrdə təhsil almış müəllimlər idi.
Hüseyniyyə (mədrəsə)
Hüseyniyyə mədrəsəsi (tatar. Хөсәения» мәдрәсәсе) — Orenburq dakı Hüseyniyyə məscidinin nəzdində mədrəsə. 1891-ci ildə tatar xeyriyyəçisi Əhməd Xusainovun və onun qardaşı Mahmud Xusainovun şəxsi vəsaiti hesabına inşa olunub. Bina hazırda Rusiya Federasiyası xalqlarının regional əhəmiyyətli mədəni irsinin obyekti siyahısına daxil edilib. == Tarixi == Mədrəsə 14 sinifli sistemə malik idi. XX əsrin əvvəllərində tədris sinifləri kateqoriyalara bölündü: 3 ibtidai (ibtidai), 4 orta (rüşdi), 4 orta (iqdadiya), 3 ali (qaliya). İqdadiyanı bitirənlər orta məktəbdə müəllimlik hüququ qazanıblar. Mədrəsədə tədris yeni üsulla aparılırdı (bax: Cədidizm). Ənənəvi olanlarla yanaşı, dünyəvi və təbii fənlərə, qədim tatar və rus dillərinin öyrənilməsinə də çox diqqət yetirilirdi. 1916-1917-ci tədris ilində mədrəsənin 10 sinfi: 4 ibtidai, 4 orta və 2 ali sinifi olub, burada 227 şagird (tələbə), o cümlədən internat məktəbində 57 şagird təhsil alırdı.
Mədrəsə (qəsəbə)
Mədrəsə — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar. == Mədəniyyət == Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. == Din == Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir.
Göy mədrəsə (Sivas)
Göy mədrəsə və ya Sahibiyə mədrəsəsi - bəzən adı bitişik olaraq yazılan bu tikili Anadolu Səlcuklu dönəminə aid bir mirasdır. Göy mədrəsə Sivasın mərkəzində yerləşir. Mədrəsənənin qərb hissəsində tikilinin inşası ilə bağlı bir daş kitabə vardır. Buradan göründüyü kimi tikilinin Ata Fəxrəddin Ali tərəfindən (ərəbcə: صَهِپ اتَ فَكهر ال ضِن الِ Sâhip Ata Fakhr al-Din Ali) 1271-ci ildə Kaluytan adlı meymara tikdirilmişdir. Qapının yan sütününda Göy mədrəsənin memarının Konyalı Kaluyan olması qeyd edilir. Qapı üzərində olan kitabədə belə yayılmışdır: عمر في ايام دولة السلطان الاعظم شاهنشاه المعظم غياث الدنيا و الدين كيخسرو بن قليج آرسلان خلد الله دولته "Ulu sultan, uca şahlar şahı, dünya və dinin yardımcısı Qılınc Arslan oğlu Key Xosrovun idarəçiliyi zamanında inşa edilmişdir. Allah dövlətini daim etsin." Əsas qapı və qapı üzərində olan incə işləmələr bu tikilinin ən görməli bölməsidir. Bəzəklərdə 12 növ hayvan başı, ulduz və həyat ağacı motifləri istifadə edilmişdir. Divarları oyma daşlarla işlənən minarələrin hündürlüyü 25 metrdir. Göy mədrəsə dördbucaqlı formasına sahibdir.
Mədrəsə-məscid (İçərişəhər)
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. İmamqulu məktəb-məscidi "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə (film, 1990)
Filmdə gənclərin dinə qayıdışından bəhs olunur.
Mədrəsə Kukeldaş (Daşkənd)
Mədrəsə Kukeldaş (özb. Ko'kaldosh madrasasi) — Daşkənddə yerləşən Çorsu Bazar və Çorsu metro stansiyasına yaxın yerləşən, orta əsrlərə aid mədrəsədir. Mədrəsə təqribən 1570-ci ildə Şeybani xanlığı tərəfindən tikilmişdir. Mədrəsə sarı kərpicdən tikilmiş və ənənəvi olaraq böyük giriş qapısından həmçinin daxili həyətdən ibarətdir. Qapının hündürlüyü 20 metrdir və hər iki tərəfində qüllə yerləşir. Mədrəsənin hər bir otağının eyvana çıxışı var. 1830-1831-ci illərdə mədrəsənin birinci mərtəbəsi dağıdılmış və buradakı kərpiclər yaxınlıqdakı Beklarbeqi mədrəsəsinin tikintisində istifadə edilmişdir. Sonradan bura yenidən bərpa edilmişdir. 1868-ci ildə mədrəsə zəlzələ nəticəsində zərər çəkmiş və 1902-1903-cü illərdə yenidən bərpa edilmişdir. 1950-ci illərdə isə burada yenidən bərpa işləri aparılmış və bir çox dini abidələr kimi 1966-cı ildə baş vermiş Daşkənd zəlzələsindən zərərsiz xilas edilmişdir.
İncə Minarəli Mədrəsə
İnce Minareli Mədrəsə, Konya ili, Selçuklu ilçesinde, Alaaddin Tepesi'nin batısındadır. Selçuklu Sultanı I İzzəddin Keykavus Devrinde Vəzir malik Ata Fahrettin Ali tarafından, hədis elmi öğretilmek olmaqla 663 H. (1264 M.)-ci ildə inşa etdirilmişdir.
Mədrəs Universiteti
Mədrəs Universiteti (tam. சென்னைப் பல்கலைக்கழகம்) — Hindistanın Çennai şəhərində yerləşən ali təhsil müəssisəsi. Kəlkətə və Mumbay universitetləri ilə birlikdə ölkəsinin ən qədim və öncül universitetlərindən biridir. Universitetin əsası 5 sentyabr 1857-ci ildə qoyulmuşdur. Quruluşunda nümunə kimi London Universiteti əsas götürülmüşdür. Madras Universitetinin təşkilati strukturunu aşağıdakı qurumlar əhatə edir: Senat; Sindikat; Akademik Şura; Fakültələr; Maliyyə Komitəsi; Araşdırma Forumları. Bu universitetə ​​bağlı olan bir sıra araşdırma qurumları tərəfindən dinə — təsəvvüfə dair bir çox əsər yayımlanmışdır. Buraya bağlı olan çox saydakı kolleclərin bir qismi İslami təhsil verməkdədir. Universitetin 6 kampusu var: Çepauk kampusu; Marina kampusu; Quindi kampusu; Taramani kampusu; Çetput kampusu; Maduravoyal kampusu. Universitetin nəzdində fəaliyyət göstərən məktəblər bunlardır: Tarixi Araşdırmalar Məktəbi; İctimai Elmlər Məktəbi; Siyasi və Beynəlxalq Araşdırmalar Məktəbi; İqtisadiyyat Məktəbi; Fəlsəfə və Dini Düşüncə Məktəbi; Gözəllik və Performans İncəsənəti Məktəbi; İngilis dili və Xarici Dillər Məktəbi; Tamil və digər Dravid Dilləri Məktəbi; Sanskrit və digər Hind Dilləri Məktəbi; Menecment Araşdırmaları Məktəbi; Riyaziyyat, Statistika, Kompüter Elmləri Məktəbi; İnformasiya və Kommunikasiya Araşdırmaları Məktəbi; Yer və Atmosfer Elmləri Məktəbi; Kimya Elmləri Məktəbi; Fizika Məktəbi; Həyat Elmləri Məktəbi; Təməl Tibb Elmləri Məktəbi; Nano Elm və Fotoniklər Məktəbi.
Mədrəs Hindistan Texnologiya İnstitutu
Mədrəs Hindistan Texnologiya İnstitutu (hind. भारतीय प्रौद्योगिकी संस्थान मद्रास) — Hindistanın Çennai şəhərində yerləşən ali təhsil müəssisəsi. Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Müdrisə
Müdürsə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar.Turizm və yay istirahəti üçün əlverişlidir.Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Mərəzə
Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Gəncə mədrəsəsi
Gəncə mədrəsəsi — Gəncə şəhərinin əsas meydanında vaxtilə mövcud olmuş mədrəsə binasıdır. Şah Abbas məscidini əhatə edən mədrəsə binasının dövrümüzə yalnız məscidin qərb tərəfində həyə boyunca yerləşən dörd otaq və divarlar qalmışdır. == Tarixi == Gəncə mədrəsəindən bəhs edən B.N.Zavıpkin yazır: “Məscid...hücrələrdən təşkil edilmiş bina ilə əhatə olunmuşdur. Bu hücrələrin bəzisi boşdur, bəzilərində isə məsciddə xidmət edən şəxslər yaşayırlar. Lakin, şəhərə qonaq gələn müsəlmanlar və qeyri-müsəlmanlar, o cümlədən məscidin alimlərindən dərs alan gənclər də burda sığınacaq tapırlar.” Gəncə mədrəsəsinin memarlıq quruluşu və planı haqqında ətaflı məlumat Rusiya Dövlət Mərkəzi Hərbi-Tarixi Arxivində saxlanan Gəncə qalasının 1797-ci ilə aid planında verilmişdir. == Memarlıq xüsusiyyətləri == Mədrəsənin dövrümüzə çatmış qalıqları çox da böyük olmayan bir mərtəbəli otaqlardır. Bu otaqların hər biri böyük oxvari tağ vasitəsiylə həyə açılan müstəqil girişə malikdir. Otaqlar, aralarında inşa edilmiş kar divarlar vasitəsiylə bir-birindən ayrılmışdır. Otaqların tağvari örtüyü ara divarlara söykənir. Mədrəsənin kənar divarları onu ətraf küçələrdən tamamilə izolyasiya edir ki, bunun da nəticəsində qapalı daxili həyət yarnır.
Heydəriyyə Mədrəsəsi
Heydəriyyə mədrəsəsi – Qəzvində keçmiş atəşpərəst məbədinin qalıqları üzərində Səlcuqlular dövründə tikilmiş mədrəsə. == Tarixi == İndi Heydəriyyə mədrəsəsi adlanan böyük abidənin baş tikilisi olan əski məscid binası Xumartaş günbədinə yaxın bir tarixdə – XI–XII əsrlərin qovşağında tikilmişdir. Bu abidələrin hər ikisinin memarlıq həlli bir-birinə çox yaxındır. Heydəriyyə günbədi bitkin plan-məkan quruluşu və yüksək bədii tərtibatı olan nadir memarlıq əsəridir. İbadət salonunun bütün hündürlüyü boyu qalxan və rəngli gəc bəzəkləri ilə bol süslənən hündür mehrabı yanlarında incə biçimli tağçalar yüksəlir. Salonun şimal tərəfi çox təntənəli işlənmişdir – ortadakı iri olmaqla üç sivri açırım buranın baş giriş olduğunu gözə çarpdırır. Yan divarlarda da eyni bölgü aparılmışdır. Ancaq burada künclərdə açırım yox, cənub divarında olduğu kimi ensiz tağçalar var. Bu künc taxçaların incəliyini çox sivri biçimli stalaktit salxımı tamamlayır. İbadət salonunun yuxarısını çiçəkli kufi xəttilə yazılmış kitabə zolağı qurşaqlayır.