Bu məqalə Mədrəsə qəsəbəsi haqqındadır. Digər mənalar üçün Mədrəsə (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Mədrəsə — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə.
Mədrəsə | |
---|---|
40°36′47″ şm. e. 48°33′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 738 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar.[1][2]
Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var.
Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir[3].
Qəsəbə əhalisini etnik Azərbaycanlılar və Axısqa türkləri təşkil edir[4] 13 – 22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Mədrəsə qəsəbəsində 2.115 nəfər (1.037 nəfəri kişilər, 1.078 nəfəri qadınlar) əhali yaşayırdı[5].
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Mədrəsə qəsəbəsinin 2.2 min nəfər əhalisi vardır[6]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Şamaxı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |