Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heyva
Heyva (lat. Cydonia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təsviri == Kiçik ağac və ya koldur, hündürlüyü 1,5-5 m-dir. Yarpaqları yumurtavari-oval və ya oval, tam kənarlı, üst tərəfdən tünd yaşıl, (2) 4-5 (14) sm uzunluğunda, (2) 3-5 (11) sm enində, qısa saplaqlıdır. Kasayarpaqları oval, sıx tükcüklüdür. Çiçəkləri iri, tək, diametri 5 sm-ə qədərdir. Ləçəkləri çəhrayı, və ya demək olar ki, ağ rəngli, tərsyumurtavari, uzunluğu 2-3 sm-dir. Yetişməmiş meyvələri sıx keçə tükcüklü, yetişmiş meyvələr çılpaq, sarı rəngli, ətirli, armudvari və ya yumurtavari-şarvaridir. == Tarixi == Meyvə onu "supurgillu" adlandıran akkadlılara məlum idi. Heyva almanın yetişmədiyi Mesopotamiya düzənliyində çiçəkləyir, Aralıq dənizi ətrafında qədim dövrlərdən becərilirdi.
Meyvə
Meyvə — bitkinin generativ orqanıdır. Fars köklü olan "meyvə" sözü əski türk dillərində yemiş adlanırmış. Hərçənd ki günümüzdə Azərbaycanın bəzi bölgələrində Qovuna və Türkiyənin bəzi bölgələrində Əncirə "yemiş" deyilir. Yemiş, adətən 2 bölümdən təşkil olunmuşdur: meyvəyanlığı toxumdan Meyvəyanlığı yumurtalığın divarından, toxum isə yumurtacıqdan yetkinləşir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki yerə ayrılır: şirəli quru. Yemişlər toxumun sayına görə birtoxumlu və çoxtoxumlu meyvələr qrupuna bölünür. Əsil meyvə dişiciyin yumurtalığından əmələ gəlir. Ancaq yemişlərin yaranmasında çiçək yatağı, erkəkciyin oturacağı, ləçəklər, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmiş bölümü iştirak edə bilir. Bunlara yalançı meyvə deyilir (alma, armud, heyva, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyvə — alma meyvə. Qida məhsulu kimi işlədir, mürəbbə, qatı şirələr (doşab və ya bəkməz) düzəldir.
Moyva
Moyva (lat. Mallotus villosus) — Osmeridae fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 25 sm, çəkisi 52 q, maksimal ömür müddəti isə 10 ildir. Moyvaların olduqca kiçik pulcuq və dişləri olur. Onlara dünyanın bütün okeanlarında rast gəlinir: Arktika, Atlantik okean və Sakit okean , Norveç dənizindən tutmuş Şpisbergen adaları ətrafındakı ərazilər. Bəzi müəlliflər onlara bir necə yarımnövləri daxil edirlər: Mallotus villosos villosus Müller, 1776 və sakitokean moyvası Mallotus villosus catervarius Pennatt, 1784. Bəzən onları kapelan olaraq adlandırırlar. Əsasən siyənək, lososların balaları və planktonlarla qidalanırlar. Okean və dənizlərin 300 metr bəzən isə 700m dərinliklərində müşahidə edilirlər. Kürüləmə ərəzisi nisbətən dayaz olur.
Neyva
Neyva (isp. Neiva) — Maqdalena çayının yuxarı hissəsində, Kolumbiyanın qərbində yerləşən şəhərdir. Uila departamentinin inzibati mərkəzi hesab olunur. 1539-cu ildə əsası qoyulmuşdur. Hindlilər tərəfindən şəhər məhv edilmiş və 1612-ci ildə yenidən abadlaşdırılmışdır. Şəhərin bir dəmiryolu stansiyası və hava limanı vardır. Neyva şəhəri kakao, qəhvə, banan, düyü və paxla əkinçilik mərkəzləri və heyvan yetişdirilməsi daha yaxşı inkişaf etmişdir.
Adi heyva
Adi heyva (lat. Cydonia oblonga ) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin heyva cinsinə aid bitki növü.
Alma (meyvə)
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Heyva dolması
Heyva dolması - Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti - 108q heyva - 400q, ərimiş yağ - 25q, şabalıd - 25q, şüyüd - 12q, şəkər - 5q, duz. == Hazırlanma qaydası == Qoyun ətindən hazırlanmış qiyməyə duz, göyərti və qabıqdan təmizlənmiş şabalıd qatılır.
Heyva parabüzəni
Heyva parabüzəni (lat. Epilachna chrysomelima Fabr.) — Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır == Biologiyası == Əsasən balqabaq, qovunun, xiyar və s. bostan bitkilərinin yarpaqları və qismən də meyvələri ilə qidalanır, böcəklər adətən may ayının ikinci yarısından başlayaraq oktyabr ayının sonuna qədər aktiv fəaliyyətdə olur. Uzunluğu 3-4 mm, üzərində sarı fonda 22-24 qara ləkələri var. İl ərzində iki nəsil verir. Kütləvi surətdə iyulun ortalarından sentyabr ayının sonuna qədər müşahidə olunur, sonra tədricən say dinamikası aşağı düşür. Yağıntıların başlaması ilə əlaqədar olaraq, tədricən qış sığınacaqlarına çəkilirlər. Qışlama dövrünü də qidalandıqları sahələrdə quru ot və xəzəllərin altında, bəzən də, bükülmüş xəzəllərin içərisində keçirirlər. Ümumiyyətlə, rütubətli sahələrə meyillidirlər.
Heyva povidlosu
Heyva povidlosu - heyva püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Heyva sukatı
Heyva sukatı - Heyva dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə heyva, şəkər tozu, vanil daxildir. Heyva sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Manqo (meyvə)
Meyvə güvəsi
Meyvə güvəsi (lat. Anarsia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinə aid heyvan cinsi.
Meyvə milçəyi
Meyvə milçəkləri — Goniurellia tridens növündən olub, qanadlarında qarışqalara oxşayan fiqurlar var. Qarışqalarla meyvə milçəkləri demək olar ki ortaq ovçuları bölüşürlər. Ovçular milçəyə yaxınlaşanda, bu qanadları sürətli şəkildə çırparaq ətrafında bir çox qarışqa varmış kimi bir təəssürat yaradır. Bu, ovçuların başını qarışdırır və bir neçə saniyəliyinə də olsa meyvə milçəyinin qaça bilməsi üçün şərait yaradır. Meyvə milçəklərinin qanadlarında müxtəlif ləkələr görmək mümkündür. Bu vəziyyət, meyvə milçəklərinin əcdadlarında da böyük ehtimalla olmuşdur. Amma elmə məlum olan təxminən 5.000 meyvə milçəyi növündən yalnız 36'sında bu ləkələr qarışqaları xatırladır. Digərlərinin çoxunun qanadları ləkəsiz və ya şəffaf görünüşdə qarşımıza çıxır. Bu səbəbdən ləkəli qanadlılıq, təkamül müddəti içərisində sonradan əldə edilmiş bir xüsusiyyətdir. Təməl olaraq ləkəli qanadlara sahib olmaq kamuflyaj bənzəri üstünlük təmin edə bilər.
Meyvə qabıqyeyəni
Meyvə qabıqyeyəni (lat. Scolytus mali Bechst.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ. Sürfə mərhələsində qışlayır. Ədəbiyyat məlumatlarına əsasən aprel ayında pup mərhələsində keçir, bizim tədqiqatlara görə, pup mərhələsinə əsasən may ayının birinci ongünlüyündə keçir. Böcəklərin təbiətdə uçuşu, iyunun əvvəlindən iyulun ortalarına qədər davam edir. bu müddətdə dişi fərdlər ağacın qabıq hissəsini gəmirərək, iri deşiklər açır və oraya 60-dan 120-yə qədər yumurta qoyur. 6-8 gündən sonra yumurtalardan çıxan sürfələr qidalana-qidalana uzun yollar açaraq qabığın alt qatlarına, oduncağa qədər gedirlər. Sürfə mərhələsindən sonra oduncaq hissədə də puplaşırlar. İldə bir nəsil verir, bəzək bitkilərindən başqa digər meyvə ağaclarına da ciddi zərər verir. Bizim müşahidələrimizə görə ən çox əriyə (25-30%) və şama (20-24%) zərər verir.
Meyvə sousları
Meyvə sousları hazırladıqda meyvə-giləmeyvə püresinə şəkər az qatılır, azacıq bişirilir, pasterizə edilir və nəticədə çox keyfiyyətli, dadlı, bilavasitə qida üçün yararlı konserv əldə edilir. Meyvə sousları, bir qayda olaraq, zavod şəraitində hazırlanır və kütləvi iaşə müəssisələrində şirin xörəklərin hazırlanmasında və süfrəyə verilməsində istifadə edilir. Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Nar (meyvə)
Portağal (meyvə)
Portağal — Rutaceae ailəsinin müxtəlif sitrus növlərinin meyvəsidir. İlk növbədə Citrus × sinensis, onu acı portağal kimi adlandırılan əlaqəli Sitrus × aurantiumdan ayırmaq üçün şirin portağal adlanır. Şirin portağal cinsi yolla çoxalır (nuklear embrion vasitəsilə apomiksis); şirin portağal növləri mutasiyalar nəticəsində yaranır. Portağal — pomelo (Citrus maxima) və mandarin (Citrus reticulata) arasında hibriddir. Xloroplast genomu və buna görə də ana xətti pomelonun genomudur. Şirin portağalın tam genomu ardıcıllıqla tərtib edilmişdir. Portağal Cənubi Çin, Şimal-Şərqi Hindistan və Myanmanı əhatə edən bir bölgədə yaranmışdır və şirin portağalın ilk qeydi eramızdan əvvəl 314-cü ildə Çin ədəbiyyatında olmuşdur. 1987-ci ildən etibarən portağal ağaclarının dünyada ən çox becərilən meyvə ağacı olduğu müəyyən edilmişdir. Portağal ağacları şirin meyvələrinə görə tropik və subtropik iqlimlərdə geniş şəkildə becərilir. Portağal ağacının meyvəsi təzə yeyilə bilər, ya da şirəsi və ya ətirli qabığı üçün emal oluna bilər.
Reyva erası
Reyva erası (令和時代, Reiwa jidai) – Yaponiyada hazırkı era. Reyva erasının 1 may 2019-cu ildə başlamışdır. Həmin gün İmperator Akihitonun böyük oğlu Naruhito Yaponiyanın 126-cı imperatoru kimi taxtda oturmuşdur. 30 aprel 2019-cu ildə isə İmperator Akihito Payızgülü taxtından imtina etmiş və Heysey erasını başa çatmışdır. 2019-cu il iki eraya ev sahibliyi etmişdir: 30 aprel Heysey 31 olmuş, 1 mayda isə Reyva 1 olmuşdur. Yaponiya hökuməti eranın adını canlı yayımlanan mətbuat konfransı vasitəsilə açıqlamışdır: baş katib Yoşihide Suqa lövhədə eranın adını kancilərlə nümayiş etdirmişdir. Baş nazir Şinzo Abe Reyvanın "gözəl şəkildə bir araya gələn insanlar tərəfindən ortaya çıxarılan mədəniyyəti əks etdirdiyini" demişdir. Yaponiya Biznes Federasiyasının keçmiş sədri Sadayuki Sakakibara, Kioto Universiteti professoru və Nobel laureatı olmuş alim Şinya Yamanaka və mükafat qazanmış romançı Mariko Hayaşi də daxil olmaqla 9 nəfərlik ekspert qrupu bu adı 5 namizəd içindən seçmişdir. Reyva sözünün kanci yazılışı qədim şeir antologiyası olan Manyoşudan, xüsusilə də harmoniyanı təmsil edən Yaponiyanın müqəddəs ume güllərindən alınmışdır. İlk dəfədir ki, Yaponiyada bir era adı Çin ədəbiyyatından yox, klassik yapon ədəbiyyatından götürülür.
Senzo Meyiva
Senzo Meyiva — CAR futbolçusu; Cənubi Afrika Respublikasının futbol üzrə milli komandasının qapıçısı 26 oktyabr 2014-cü ildə Meyivanın evinə 3 nəfər naməlum şəxs hücum çəkərək ona odlu silahdan atəş açıblar. 27 yaşlı futbolçu hadisədən sonra xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmamışdır.
Eyva Maks
Amanda Eyva Koci (16 fevral 1994, Miluoki, Viskonsin) — Eyva Maks kimi tanınan amerikan-alban musiqiçi və müğənni-mahnı müəllifi. 2020-ci ilin sentyabrında Böyük Britaniya Albomları Chart -da ikinci, ABŞ Billboard 200 -də isə 27-ci yerdə qərarlaşan Heaven and Hell (Cənnət və Cəhənnəm) adlı debüt studiya albomu çıxardı. 2023-cü ilin yanvarında musiqiçinin ikinci debüt studiya albomu Diamonds and Dancefloors (Almazlar və Rəqs zalları) çıxdı. == Həyatı və musiqiçinin karyerası == === 1994-2012: Erkən illəri === Amanda Koçi kimi doğulan musiqiçi 16 fevral 1994-cü ildə Miluoki, Viskonsində dünyaya gəlmişdir. Maksın valideynləri albandırlar. Maksın özündən 7 yaş böyük qardaşı da var. Maks uşağlıq dövrü boyunca ailəsinin pul qazanmaqla bağlı olan çətinliklərini görmüşdür. Onun valideynləri ingilis dili bilmədiklərinə baxmayaraq, 3 işdə birdən işləməyə çalışırdılar. Maksın anası opera müğənnisi, atası isə pianoçudur. Maks ailəsi ilə birlikdə 8 yaşında olanda Virciniyaya köçmüşdür.
Meya Banda
Meya Banda (5 iyul 1991-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Meyv Binçi
Meyv Binçi (d. 28 may 1940, Dublin - ö. 30 iyul 2012, Dublin) — İrlandiya jurnalisti, yazıçısı. Roman və qısa hekayə janrlarına üstünlük vermişdir. Meyv Binçi 1940-cı ildə İrlandiyanın paytaxtı Dublinin yaxınlığında yerləşən Dalkey kəndində anadan oldu. Killineydəki Holi Çayld Konvent katolik qız məktəbinə getdikdən sonra Kollec Universitetindən məzun oldu və müəllim kimi fəaliyyət aparmağa başaldı. 1963-cü ildə Qüdsdəki İsa peyğəmbərin son şam yeməyini yediyi mağarada olduqdan sonra ateist oldu. Daha sonra Kibbutzda işləmək üçün İsrailə köçdü. İsraildə olarkən hər həftə atasına yaşadığı torpaqlarda gedən müharibələrdən və həyatından bəhs edən məktublar yazırdı. Atası bu məktublardan birini Dublinin "Irish Times" qəzetinə 18 funta satdığa dövrdə Meyv Binçinin müəllimlik maaşı 16 sterlinq idi.
Mariano Diaz Meyia
Mariano Diaz Meyiya (1 avqust 1993[…], Premiya-de-Mar[d], Kataloniya) — Real Madrid kulubunun hücumçusu. Mariano Diaz 1 avqust 1993-cü ildə İsbaniyanın Premiya de mar şəhərində anadan olub.
Zolaqlı meyvə güvəsi
Zolaqlı meyvə güvəsi (lat. Anarsia lineatella) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin çökəkqanadlılar fəsiləsinin meyvə güvəsi cinsinə aid heyvan növü. Kəpənəyin qanadlarının açılmış halda ölçüsü 11–14 mm-dir. Ön qanadları açıq boz rəngdədir. Yumurtaları oval formada olub sarıdır. Yaşıl tırtılların uzunluğu 8–12 mm, oxlov formasında olub çəhrayı, pupun uzunluğu 6–7 mm olub, qəhvəyi-sarı rəngdədir. Zolaqlı meyvə güvəsi ikinci yaş tırtıl mərhələsində cavan zoğların qabığı altında qışlayır. Yazda, aprel ayının ikinci yarısında zərərvericinin ikinci nəslinin tırtılları qışlama yerlərindən çıxaraq, tumurcuq, çiçək və təzəcə açılmış yarpaqlarla qidalanırlar. Tırtılların inkişafı may ayının 15-dək çəkir. Puplaşma yetişmiş meyvələrin içərisində gedir.
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Fətva
Fətva (ərəbcə:فتوى), İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən veriləbilən dini sənəd. Fətva sadəcə İslam hüququ ilə əlaqədar olaraq deyil, İslamın qaydaları ilə idarə olunan dövlətlərdə də, hakimin verdiyi qərardır. == Fətva ilə hökm arasında fərq == Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir. Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır.
Geyşa
Geyşa sözünün hərfi mənası – "incəsənət adamı" deməkdir. Geyşalar – milli güllü kimono geymiş, sifəti xüsusi bir formada makyaj olunmuş qadınlara deyilir. Onların sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir. == Tarixi == Geyşa mədəniyyətinin mərkəzi ilk olaraq Kioto, Osaka və Tokio şəhərləri olmuşdur. Bu şəhərlərdə ilk dəfə geyşalar XVII əsrdə peyda olmuşlar. İlk öncə geyşa vəzifəsini aktyor, musiqiçi kişilər yerinə yetirirdilər. Bu aktyor-musiqiçi kişilər "Kabuki" teatrının işçiləri idilər. Amma sonralar bu işi ancaq qadınlar yerinə yetirirdilər. İndiyədək də “Kabuki” teatrının aktyorları geyşalarla əlaqəni kəsməmişlər. İlk qadın geyşa Kasen olmuşdur.