Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Bulbophyllum tinea
Bulbophyllum ovalifolium (lat. Bulbophyllum ovalifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum ovalifolium növü Çindən Malayziyanın mərkəzi hissələrinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum amblyoglossum Schltr. Bulbophyllum ariel Ridl. Bulbophyllum diploncos Schltr. Bulbophyllum hirsutum (Blume) Lindl. Bulbophyllum ovatilabellum Seidenf. Bulbophyllum parvulum Lindl. Bulbophyllum pusillum (Blume) Rchb.f.
Minəq (Heris)
Minəq (fars. مينق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 815 nəfər yaşayır (195 ailə).
Pinus pinea
Aralıq dənizi ölkələri, Balkan , Asiya, Cənubi Amerika, Çin və Çili də təbii halda bitir. Hündürlüyü 30 m-ə, gövdəsinin diametri 100 sm-ə qədər olan, enli, oval şəkilli və ya kürəvi çətirli ağacdır. Gövdəsinin qabığı qırmızımtıldır, tumurcuqları qatranlı deyil, iynəyarpaqları tünd-yaşıl, 10-15 sm uzunluqdadır. Alt yarpaqları yumurtavarı-neştərvarıdır, təpələri saçaqlı-kirpiklidir. Erkək qozaları çoxdur, xırdadır, silindrovan-uzunsov, sıx, yoğun sünbüllər əmələ gətirir. Qozaları tək-tək və ya iki-üçü bir yerdə yerləşir. Qozaların yoğun və kifayət qədər uzun ayaqcıqları var, onlar kürə şəkilli və ya oval şəkilli-kürəvi olub, dik dayanmışdır. Uzunluğu 8-9 sm, eni 6-8 sm, qalxancıqları qalın, bucaqlıdır, piramidal şişdir, işıqda parıldayır, az nəzərə çarpan, zəif görünən, köndələn, tili və bir neçə çıxıntısı vardır. Toxumları iri, uzunsov-tərs, yumurtavarı, bucaqlıdır, üzərində qalın, tünd-qonur, qırmızı rəngli, 18–20 mm uzunluqda pərdəciyi vardır, qanadlı və ya qanadsızdır. Azərbaycan da Abşeron, Zaqatala, Kür-Araz ovalığında, Şəmkir və Lənkəran da rast gəlinir.
Əl-Minya
Əl-Minya (ərəb. المنيا‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 236.043 nəfərdir (2006).
Mina (ad)
Mina — ad. Mina Mazzini — səhnə adıyla Mina olan italyan müğənni.
Mina (diş)
Mina — dişi örtən parlaq qabiqdır Mina ən möhkəm hüceyrədir. Bu, onun tərkibinin 95%-nin qeyri-üzvi madələrdən təşkil olunması ilə izah olunur. Mina təbəqəsini tərkibində su 2-3%-dir ki, bu da digər orqanlardan ən az göstəricidir. Onu möhkəmliyi 397.6 kq/mm2-na çatır. Bu, ancaq almazın möhkəmliyindən bir qədər aşağıdır. Dişin mina qatının qalınlığı yerinə görə müxtəlifdir və 2 mm-ə qədər ola bilir.
Mina (dəqiqləşdirmə)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Mina dağı — Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Mina (diş) — dişlərdə xüsusi təbəqə.
Mina (obraz)
Mina Harker
Mina Harker (ing. Mina Harker) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Mina Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Mina Kösə
Mina Vasili oğlu Kösə (19 avqust 1933 – 25 noyabr 1999) — Qaqauz şairi. == Həyatı == Qaqauz ədəbiyyatında didaktik şeirləri ilə tanınmışdır. Ömrünün çoxunu doğulub boya-başa çatdığı kənddəki məktəbdə öyrətmənliklə keçirən şair, bir ara məktəb direktorluğu, kolxoz-sovxozlarda partiya təşkilat katibi, Karaçoban adına Beşalma Tarix-Etnoqrafiya Muzeyinin direktoru da işləmişdir. Kişinyov Dövlət Universitetinin tarix fakültəsini bitirən Mina Kösənin ilk şeirləri 1959-cu ildə "Bucaktan sesler" toplusunda çap edilmişdir. 1973 ildə isə şairin "Kısmet" (Xoşbəxtlik) adlı ilk kitabı işıq üzü görmüşdür. Sovet təbliğatına ürəkdən inanan və xalqların xoşbəxtliyini kommunizmin dünyada qalib gələcəyinə, Sovet dövlətinin xalqları əsarətdən qurtaracağına ümid bəsləyən şair ömrünün sonunadək bu mövzuya sadiq qalmışdır. Moldova Yazıçılar Birliyinin üzvü olmuş Mina Kösə "Kardaşlık" (1975), "Zapax zemli" (1979), "Topraan yrek düülmesi" (Torpağın ürək döyünməsi, 1983), "Xazır ol" (Hazır ol, 1986), "Umutlar" (1988), "Dattım ömürden" (1991), "Sabansaarın gün" (1993) kitablarını çap etdirmişdir.
Mina Mazzini
Mina (25 mart 1940, Busto Arsizio, İtaliya) — italiyalı müğənni, aktrisa və televiziya aparıcısıdır. Sənətçi 3 oktava səsə sahibdir. == Həyatı və ilk illəri == 25 mart 1940-cı ildə İtaliyanın Lombardiya bölgəsində fəhlə ailəsində anadan olmuşdur. 1958-ci ildə liseyi bitirdikdən sonra, mühasibat ixtisası üzrə ali təhsil almışdır. == Karyerası == === İlk illəri (1958–1961) === 1958-c ildə yaz tətilində ailəsi ilə birlikdə istirahət edərkən, ailəsini əyləndirmək üçün "Un'anima tra le mani" mahnısını ifa etdi. Klubun sahibi Sergio Bernardini onu səhnəyə çıxartmaq üçün əlindən gələni edirdi. Həmin ilin sentyabr ayında Happy Boys-un bek-vokalçısı olaraq səhnəyə çıxdı və bununlada peşəkar karyerasına başlamışdı. 1958-ci ilin sentyabr ayında "Rivarolo del Re" teatrının 2500 nəfərlik salonda konsert vermişdir. İlk sinqlı "Non partir"/"Malatia"-nı təqdim etmişdir. Həmin il "Be Bop A Lula"/"When" sinqlını da təqdim etdi.
Mina Qazi
Mina Qazi, Xanım Mina (d. 1908 - ö. 17 fevral 1998, Mehabad, İran ), Qazi Məhəmmədin (Mehabad Respublikasının prezidenti) sələfinin həyat yoldaşı idi.
Mina Quliyeva
Quliyeva Mina Əliqulu qızı — Alim, pedaqogika elmləri namizədi, fransız dili tədrisi metodikası problemlərinin tədqiqatçısı, tədqiqatçı alim. == Həyatı == 1925-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Mina Əliqulu qızı Quliyeva, yüksək “müəllimə” adı ilə tanınırdı. Atası, Əliqulu Quluzadə Azərbaycan dili müəllimi idi. Orta təhsilini əsasən, Bakının 16 nömrəli rusdilli məktəbində almışdı. 1946-cı ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji Institutunun xarici dil fakultəsinin fransız dili şöbəsini əla qiymətlərlə, o vaxt ən yüksək hesab edilən “Stalin təqaüdü” ilə, iki ixtisas üzrə (“Orta məktəb Fransız dili müəllimi” və “Hərbi tərcüməçi”) bitirdi. Institutu hərbi tərcüməçi kimi bitirdikdən sonra ona leytenant rütbəsi və hərbi bilet verildi. Mina xanım uzun illər respulikanın ali məktəbləri: V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Müəllimlər Xarici dillər İnstitutunda, M.F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fransız dili müəllimi vəzifəsini və eyni zamanda müxtəlif illərdə kafedra müdiri, dekan, prorektor vəzifələrini də icra etmişdir. Mina xanım 1953-cü ildə Pedaqoji elmlər namizədi dərəcəsi, 1965-ci ildə Fransız dili kafedrasının dosenti adını almışdır. Işlədiyi illər ərzində təhsilini təkmilləşdirmək məqsədi ilə və Respublika ziyalısı kimi Moskva, Paris, Strasburq, Dakar və digər şəhər və ölkələrdə olmuşdur.
Mina Sandvoll
Mina Sandvoll (ing. Mina Sundwall; 1978, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. == Bioqrafiya == Sandvoll 24 oktyabr 2001-ci ildə Nyu-York şəhərində anadan olmuşdur.[mənbə göstərin] İlk dəfə aktrisa olaraq 2012-ci ildə "Celebrity Ghost Stories" qorxu teleserialının 4-cü mövsümündə görünmüşdür. 2014-cü ildə "Law & Order: Special Victims Unit" filmində çıxış etmişdir. 2015-ci ildə isə romantik komediya-dram janrında "Maggie's Plan", triller janrında "Freeheld" və qorxu janrında "#Horror" filmlərində yer almışdır. 2018-ci ilin aprel ayında buraxılan Netflix serialı "Lost in Space"də Penni Robinson rolunu canlandırmışdır.
Mina Tanaka
Mina Tanaka (d. 28 aprel 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 14 qol vurub.
Mina dağı
Mina dağı – Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Dini kitablarda bu dağın adına rast gəlinir. Bu kitablarda deyilir ki, İbrahim Peyğəmbər (ə.s) oğlu İsmaili Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib. Həcc ziyarətinə gedən zəvvarlar zilhiccənin 10-12-də Minada qalırlar. Həcc ziyarətinin rükünlərindən olan böyük, orta və kiçik cəmərələrə daş atma, eləcə də qurban kəsmə əməllərini burada yerinə yetirirlər.
Mina gəmisi
Mina gəmisi — minaları təmizləmək üçün hazırlanmış kiçik bir hərbi gəmidir. Onun əsas vəzifəsi müxtəlif mexanizmlərdən istifadə edərək nəqliyyat təhlükəsizliyi üçün su yollarının təhlükəsizliyini təmin etmək məqsədi ilə dəniz minalarının yaratdığı təhlükələrə qarşı mübarizə aparmaqdır.
Mina lobata
Ipomoea lobata (lat. Ipomoea lobata) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Mina Əhədi
Mina Əhədi (farsca:مینا احدی) — əslən İran azərbaycanlılarından olan siyasi aktivist. Hal-hazırda İran Fəhlə-Kommunist partiyasının Mərkəzi Komitəsinin və Siyasi Büronun üzvüdür. == Həyatı == 1956-cı ildə Cənubi Azərbaycanda Əbhər şəhərində anadan olmuşdur. Həyat yoldaşı da siyasi aktivist olmuş və İran İslam Respublikası tərəfindən cütlüyün məxsusi olaraq evlilik ildönümü tarixində edam edilmişdir. Bu hadisə Mina Əhədinin edam hökmünə qarşı sonrakı mübarizəsinin əsas motivasiya qaynağı olmuşdur. O, hal-hazırda Almaniyada yaşayır və işləyir. 2 qız övladı vardır. == Siyasi fəaliyyəti == Mina Əhədi inanc əsaslı qanunlar sisteminə qarşıdır və bütün vətəndaşların bərabər olacağı hüquq sistemini dəstəkləyir. Bundan əlavə Mina Əhədi Edam Əleyhinə Beynəlxalq Komitənin və Daşlama (Rəcm) Əleyhinə Komitənin əsas simasıdır. O, həmçinin Almaniya Keçmiş Müsəlman Mərkəzi Şurasının əsas qurucusudur.
Mine Okubo
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. == İlk illəri == Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu.Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir. Federal İncəsənə Proqramı çərçivəsində ABŞ ordusu üçün Fort-Ord, Qovernment adası, Oklend Qonaqpərvərlik Evi və Trejer adasında divar rəsmləri və mozaikalar yaratmışdır.
Minə Mutlu
Minə Mutlu (türk. Mine Mutlu; 28 noyabr 1948, İstanbul – 18 sentyabr 1990 və ya 21 sentyabr 1990, İstanbul) — Türkiyə teatr və kino aktrisası. == Həyatı == Minə Mutlu iştirak etdiyi gözəllik müsabiqəsində birinci seçilərək Türkiyə gözəli olmuşdur. 19 yaşından filmlərə çəkilməyə başlamışdır. 1967-ci ildən başlayaraq 1974-cü ilə kimi komediya janrlı, sonrakı illərdə isə erotik janrlı filmlərdə çəkilmişdir. Mine Mutlu 1990-cı ilin 18 sentyabr tarixində ağciyər xərçəngi xəstəliyi səbəbindən vəfat etmişdir.
Minə Nəzirova
Minə Bəşir qızı Nəzirova (d.1914, Suvagil, Zaqatala rayonu — v.1984) — sovet təsərrüfat rəhbəri, Sosialist Əməyi Qəhrəmanı (1958), SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı.