MİM
MİNAFAM
OBASTAN VİKİ
Mina
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Mina (ad)
Mina — ad. Mina Mazzini — səhnə adıyla Mina olan italyan müğənni.
Mina (diş)
Mina — dişi örtən parlaq qabiqdır Mina ən möhkəm hüceyrədir. Bu, onun tərkibinin 95%-nin qeyri-üzvi madələrdən təşkil olunması ilə izah olunur. Mina təbəqəsini tərkibində su 2-3%-dir ki, bu da digər orqanlardan ən az göstəricidir. Onu möhkəmliyi 397.6 kq/mm2-na çatır. Bu, ancaq almazın möhkəmliyindən bir qədər aşağıdır. Dişin mina qatının qalınlığı yerinə görə müxtəlifdir və 2 mm-ə qədər ola bilir.
Mina (dəqiqləşdirmə)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Mina dağı — Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Mina (diş) — dişlərdə xüsusi təbəqə.
Firudin bəy Mina
Mina Firudin bəy Avşar (?-1819) — azərbaycanlı şair. == Həyatı == Firudin bəy Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" kitabında yazır: "Fətəli xan Avşar Urməvinin qulamzadələrindəndir. Isfahanda uşaqlığında Fətəli xanın oğlanları Rəşid bəy və Cahangir xanla bir yerdə böyüyüb, boya-başa çatmış, bu ölkədə Dərviş Məcid, Azər, Hatif, Səbahi, Aşiq və Müştaq kimi şeir və ədəbiyyat sevən şəxslərdən tərbiyə alıb, görkəmli şeirşünas və söz ustası olmuşdur. onun bir sıra gözəl məzmunlu və məlahətli şeirləri vardır. Firidun bəy bir müddət İsfəhanda müəllifin ("Nigaristan-Dara əsərinin müəllifinə işarədir) yanında olmuş, daha sonra Azərbaycana, Urmiya şəhərinə gəlib, Hüseynqulu xan Bəylərbəyi Avşarın yanında xidmət etmiş və hicri qəməri 1235 (1819)-ci ildə orda vəfat etmişdir. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: "Şuşa", 2008, 352 səh.
Mina (obraz)
Mina Harker
Mina Harker (ing. Mina Harker) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Mina Kumari
Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933 – 31 mart 1972, Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib.
Mina Kösə
Mina Vasili oğlu Kösə (19 avqust 1933 – 25 noyabr 1999) — Qaqauz şairi. == Həyatı == Qaqauz ədəbiyyatında didaktik şeirləri ilə tanınmışdır. Ömrünün çoxunu doğulub boya-başa çatdığı kənddəki məktəbdə öyrətmənliklə keçirən şair, bir ara məktəb direktorluğu, kolxoz-sovxozlarda partiya təşkilat katibi, Karaçoban adına Beşalma Tarix-Etnoqrafiya Muzeyinin direktoru da işləmişdir. Kişinyov Dövlət Universitetinin tarix fakültəsini bitirən Mina Kösənin ilk şeirləri 1959-cu ildə "Bucaktan sesler" toplusunda çap edilmişdir. 1973 ildə isə şairin "Kısmet" (Xoşbəxtlik) adlı ilk kitabı işıq üzü görmüşdür. Sovet təbliğatına ürəkdən inanan və xalqların xoşbəxtliyini kommunizmin dünyada qalib gələcəyinə, Sovet dövlətinin xalqları əsarətdən qurtaracağına ümid bəsləyən şair ömrünün sonunadək bu mövzuya sadiq qalmışdır. Moldova Yazıçılar Birliyinin üzvü olmuş Mina Kösə "Kardaşlık" (1975), "Zapax zemli" (1979), "Topraan yrek düülmesi" (Torpağın ürək döyünməsi, 1983), "Xazır ol" (Hazır ol, 1986), "Umutlar" (1988), "Dattım ömürden" (1991), "Sabansaarın gün" (1993) kitablarını çap etdirmişdir.
Mina Mazzini
Mina (25 mart 1940, Busto Arsizio, İtaliya) — italiyalı müğənni, aktrisa və televiziya aparıcısıdır. Sənətçi 3 oktava səsə sahibdir. == Həyatı və ilk illəri == 25 mart 1940-cı ildə İtaliyanın Lombardiya bölgəsində fəhlə ailəsində anadan olmuşdur. 1958-ci ildə liseyi bitirdikdən sonra, mühasibat ixtisası üzrə ali təhsil almışdır. == Karyerası == === İlk illəri (1958–1961) === 1958-c ildə yaz tətilində ailəsi ilə birlikdə istirahət edərkən, ailəsini əyləndirmək üçün "Un'anima tra le mani" mahnısını ifa etdi. Klubun sahibi Sergio Bernardini onu səhnəyə çıxartmaq üçün əlindən gələni edirdi. Həmin ilin sentyabr ayında Happy Boys-un bek-vokalçısı olaraq səhnəyə çıxdı və bununlada peşəkar karyerasına başlamışdı. 1958-ci ilin sentyabr ayında "Rivarolo del Re" teatrının 2500 nəfərlik salonda konsert vermişdir. İlk sinqlı "Non partir"/"Malatia"-nı təqdim etmişdir. Həmin il "Be Bop A Lula"/"When" sinqlını da təqdim etdi.
Mina Qazi
Mina Qazi, Xanım Mina (d. 1908 - ö. 17 fevral 1998, Mehabad, İran ), Qazi Məhəmmədin (Mehabad Respublikasının prezidenti) sələfinin həyat yoldaşı idi.
Mina Quliyeva
Quliyeva Mina Əliqulu qızı — Alim, pedaqogika elmləri namizədi, fransız dili tədrisi metodikası problemlərinin tədqiqatçısı, tədqiqatçı alim. == Həyatı == 1925-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Mina Əliqulu qızı Quliyeva, yüksək “müəllimə” adı ilə tanınırdı. Atası, Əliqulu Quluzadə Azərbaycan dili müəllimi idi. Orta təhsilini əsasən, Bakının 16 nömrəli rusdilli məktəbində almışdı. 1946-cı ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji Institutunun xarici dil fakultəsinin fransız dili şöbəsini əla qiymətlərlə, o vaxt ən yüksək hesab edilən “Stalin təqaüdü” ilə, iki ixtisas üzrə (“Orta məktəb Fransız dili müəllimi” və “Hərbi tərcüməçi”) bitirdi. Institutu hərbi tərcüməçi kimi bitirdikdən sonra ona leytenant rütbəsi və hərbi bilet verildi. Mina xanım uzun illər respulikanın ali məktəbləri: V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Müəllimlər Xarici dillər İnstitutunda, M.F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fransız dili müəllimi vəzifəsini və eyni zamanda müxtəlif illərdə kafedra müdiri, dekan, prorektor vəzifələrini də icra etmişdir. Mina xanım 1953-cü ildə Pedaqoji elmlər namizədi dərəcəsi, 1965-ci ildə Fransız dili kafedrasının dosenti adını almışdır. Işlədiyi illər ərzində təhsilini təkmilləşdirmək məqsədi ilə və Respublika ziyalısı kimi Moskva, Paris, Strasburq, Dakar və digər şəhər və ölkələrdə olmuşdur.
Mina Sandvoll
Mina Sandvoll (ing. Mina Sundwall; 1978, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. == Bioqrafiya == Sandvoll 24 oktyabr 2001-ci ildə Nyu-York şəhərində anadan olmuşdur.[mənbə göstərin] İlk dəfə aktrisa olaraq 2012-ci ildə "Celebrity Ghost Stories" qorxu teleserialının 4-cü mövsümündə görünmüşdür. 2014-cü ildə "Law & Order: Special Victims Unit" filmində çıxış etmişdir. 2015-ci ildə isə romantik komediya-dram janrında "Maggie's Plan", triller janrında "Freeheld" və qorxu janrında "#Horror" filmlərində yer almışdır. 2018-ci ilin aprel ayında buraxılan Netflix serialı "Lost in Space"də Penni Robinson rolunu canlandırmışdır.
Mina Tanaka
Mina Tanaka (d. 28 aprel 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 35 oyun keçirib, 14 qol vurub.
Mina dağı
Mina dağı – Səudiyyə Ərəbistanında yerləşir. Məkkə şəhərinin yaxınlığındadır. Dini kitablarda bu dağın adına rast gəlinir. Bu kitablarda deyilir ki, İbrahim Peyğəmbər (ə.s) oğlu İsmaili Mina dağında Allaha qurban kəsmək istərkən Həqq-Təala əvəz olaraq qoç göndərib və orada heyvan qurban gətirilib. Həcc ziyarətinə gedən zəvvarlar zilhiccənin 10-12-də Minada qalırlar. Həcc ziyarətinin rükünlərindən olan böyük, orta və kiçik cəmərələrə daş atma, eləcə də qurban kəsmə əməllərini burada yerinə yetirirlər.
Mina gəmisi
Mina gəmisi — minaları təmizləmək üçün hazırlanmış kiçik bir hərbi gəmidir. Onun əsas vəzifəsi müxtəlif mexanizmlərdən istifadə edərək nəqliyyat təhlükəsizliyi üçün su yollarının təhlükəsizliyini təmin etmək məqsədi ilə dəniz minalarının yaratdığı təhlükələrə qarşı mübarizə aparmaqdır.
Mina lobata
Ipomoea lobata (lat. Ipomoea lobata) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Mina Əhədi
Mina Əhədi (farsca:مینا احدی) — əslən İran azərbaycanlılarından olan siyasi aktivist. Hal-hazırda İran Fəhlə-Kommunist partiyasının Mərkəzi Komitəsinin və Siyasi Büronun üzvüdür. == Həyatı == 1956-cı ildə Cənubi Azərbaycanda Əbhər şəhərində anadan olmuşdur. Həyat yoldaşı da siyasi aktivist olmuş və İran İslam Respublikası tərəfindən cütlüyün məxsusi olaraq evlilik ildönümü tarixində edam edilmişdir. Bu hadisə Mina Əhədinin edam hökmünə qarşı sonrakı mübarizəsinin əsas motivasiya qaynağı olmuşdur. O, hal-hazırda Almaniyada yaşayır və işləyir. 2 qız övladı vardır. == Siyasi fəaliyyəti == Mina Əhədi inanc əsaslı qanunlar sisteminə qarşıdır və bütün vətəndaşların bərabər olacağı hüquq sistemini dəstəkləyir. Bundan əlavə Mina Əhədi Edam Əleyhinə Beynəlxalq Komitənin və Daşlama (Rəcm) Əleyhinə Komitənin əsas simasıdır. O, həmçinin Almaniya Keçmiş Müsəlman Mərkəzi Şurasının əsas qurucusudur.
Əbu Mina
Əbu Mina (qibt. ⲁⲃⲃⲁ ⲙⲏⲛⲁ, ərəb. أبو مينا‎ ) — İsgəndəriyyədən təqribən 50 km (31 mil) cənub-qərbdə, Misirdə bir şəhər, monastır kompleksi və xristian ziyarətgah mərkəzi idi. Şəhərin qalıqları 1979-cu ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu günə gəlib çatan çox az qalıq olsa da, böyük bazilikalar kimi ən böyük binaların təməlləri asanlıqla görünməkdədir. Bölgədəki son kənd təsərrüfatı səyləri su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və bu da ərazinin bir sıra binalarının dağılmasına və ya qeyri-sabit vəziyyətə düşməsinə səbəb oldu. Ərazi 2001-ci ildə Təhlükədə olan Dünya irsi siyahısına əlavə edildi. Səlahiyyətlilər ərazidə ən çox təhlükə altında olan binaların altına qum yığmağa məcbur oldular. == Tarix == İsgəndəriyyəli Müqədddəs Mina 3-cü əsrin sonu və ya 4-cü əsrin əvvəllərində şəhid oldu. 5-ci əsrdə və sonrakı müxtəlif hadisələrdə onun dəfn edilməsi və kilsəsinin sonrakı qurulması ilə bağlı bir qədər fərqli versiyalar verilmişdir.
Mina Vitkoits
Mina Vitkoits (a.sorb Mina Witkojc, alm. Wilhelmine Wittka‎;28 may 1893 – 11 noyabr 1975) — şairə, nasir, tərcüməçi, jurnalist və publisist. Aşağı Sorb şairi Mato Kosyk ilə yanaşı, o, Aşağı Sorbca poeziyasının klassiki hesab olunur. Yakub Çişinski adına mükafat laureatı. == Bioqrafiya == O, 1893-cü il mayın 25-də Burq şəhərində Fritso Polenets və Marianna Vitkoytsun kəndli ailəsində anadan olub. Ailəsin uşaq olarkən itirib. 1899-1907-ci illərdə Burqda orta məktəbdə oxuyub. 1907-ci ildən Berlində 10 il qulluqçu, çiçəkçi və hərbi sənaye müəssisəsində çalışmışdır. 1917-ci ildə doğma şəhərinə qayıdıb, burada kənd təsərrüfatında muzdlu işçi kimi işləməyə başlayıb. 1921-ci ilin avqustunda o, bir qrup Çex və Yuxarı Sorb ziyalılarla tanış olur və bu, onu Sorblar arasında mədəni fəaliyyətlə məşğul olmağa ruhlandırır.
Mina (partlayıcı qurğu)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. == Azərbaycan ərazisində minalar == Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. == Zərərsizləşdirilməsi üsulları == Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Mina xanım Mirzəyeva
Mina xanım Mirzəyeva (Tbilisi – Bakı) — Azərbaycanın ilk ziyalı qadınlarından biri, pedaqoq. == Həyatı == Mina xanım Mirzəyeva Tiflis şəhərində anadan olmuşdur. Gimnaziyada təhsil almışdı. Sankt-Peterburq Universitetini tamamlamışdı. Mina xanım Mirzəyeva 1923-cü ildə "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü idi. Mina xanım Mirzəyeva Sovet dönəmində qadın fəallarından idi. "Mina xala" kimi tanınırdı. "Başda Ceyran Bayramova və onun yaxın köməkçiləri Mina xala, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova olmaqla, klub rəyasət heyətinin bir neçə fəalı qərara alırlar ki, qadınları kluba cəlb etmək üçün müsahibə, ucadan qiraət, yığıncaqlardan başqa, onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb etmək vacibdir. Bu işin təməlini elə o bir neçə qadın qoydu, onlar ərləri və atalarından gizli evdən öz tikiş maşınlarını gətirdilər və kiçik tikiş emalatxanası təşkil etdilər. Bir neçə gündən sonra, elə həmin qadınlar, birinci olaraq savadsızlığın ləğv edilməsi kurslarına yazıldılar.
82 mm BM-37 tabor minaatanı
82 mm lik tabor minaatanı ( BM-37) Düşmənin açıqda, səngərdə, dağların əks yamaclarında yerləşən canlı qüvvəsini və atəş vasitələrini məhv etmək və susdurmaq üçündür. Minaatandan istifadədə 4 cür minadan istifadə olunur.
Azadkənd minarəsi
Vaxtilə Naxçıvan bölgəsində yaradılan möhtəşəm memarlıq nümunələrindən biri də Azadkənd minarəsidir. == Tədqiqi tarixindən == Hazırda inzibati-ərazi bölgüsü cəhətdən Ordubad rayonuna daxil olan Azadkənddə orta əsrlər zamanı inşa edilmiş minarə haqqında ilk məlumata rus şərqşünas və diplomatı N.V.Xanıkovun “Qafqazın müsəlman kitabələrinə dair memar” adlı məqaləsində rast gəlinir. XIX yüzilliyin ortalarında abidəni tədqiq etmiş şərqşünas abidənin üzərindəki kitabəni tədqiq edərək onun naxçıvanlı memar Şeyx Cühənnah oğlu tərəfindən inşa edilməsini müəyyən etmiş və onun inşa tarixini hicri VI əsrə aid etmişdir . Bu minarə haqqında 1927-ci ildə Naxçıvanda ezamiyyətdə olarkən Azadkənddə də olmuş rus alimi V.M.Sısoyev də məlumat vermişdir. Ancaq V.M.Sısoyev kənddə olarkən minarə yarım dağılmış vəziyyətdə olmuşdur. Alim yazır ki, kəndin cənub-şərq tərəfində bir həyətdə kiçik qüllə vardır. Yerli əhali arasında o “minarə” adı ilə məlumdur. O dairəvi qüllə formasındadır, gövdəsinin uzunluğu 16 metrdir. Alimin yazdığına görə abidənin yuxarı hissəsi yaşıl və qara rəngli kərpiclərlə dama şəklində hörülmüş, Bərdə türbəsində olduğu kimi ərəb əlifbası ilə “Allah” sözü yaradılmışdır . V.M.Sısoyev həmin vaxt hündürlüyü 6 metr olan minarənin inşa tarixini N.V.Xanıkov kimi hicri VI əsrə deyil, oxşar xüsusiyyətlərinə əsasən Bərdə (1322-ci il) və Qarabağlar (XIV yüzilliyin 30-cu illəri) türbələti ilə bir dövrə - hicri VIII yüzilliyə (miladi ilə XIV yüzilliyə) aid edir.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Buenos-Ayres minaçiçəyi
Buenos-Ayres minaçiçəyi (lat. Verbena bonariensis) — minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü.
Bulbophyllum minahassae
Bulbophyllum minahassae (lat. Bulbophyllum minahassae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum minax
Bulbophyllum minax (lat. Bulbophyllum minax) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cam minarəsi
Cam Minarəsi — şərqi Əfqanıstanda yerləşən UNESCO-nun Ümumdünya İrsi obyekti. Qor vilayətinin Şahrak bölgəsində, Hari çayının sahilində yerləşir. Qırmızı daşlarla 65 metr hündürlüyündə tikilən minarənin ətrafında 2400 metrə çatan dağlarla çevrilmişdir. Minarənin xarici Kufi xətti və Nəsx xətti ilə yazılar, həndəsi fiqurlar və Quran sürələri ilə bəzədilmişdir.
Dendrobium minahassae
Dendrobium heterocarpum (lat. Dendrobium heterocarpum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Dendrobium aureum Lindl. Dendrobium rhombeum Lindl. Dendrobium atractodes Ridl. Callista aurea (Lindl.) Kuntze Callista heterocarpa (Wall. ex Lindl.) Kuntze Dendrobium minahassae Kraenzl.
Dmitri Minayev
Dmitri Dmitriyeviç Minayev (rus. Дми́трий Дми́триевич Мина́ев, 21 oktyabr (2 noyabr) 1835, Simbirsk – 10 (22) iyul 1889, Simbirsk) — Rusiya şairi. == Həyatı == 2 noyabr 1835-ci ildə doğulub. Dmitri Minayevin bir çox şeiri "Sovremennik" jurnalında çap olunurdu. Jurnala bir çox məqalə yazmışdı. 22 iyul 1889-cu ildə vəfat edib.
Dözümlü Minarələr (1991)
== Məzmun == Film mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir. == Film haqqında == Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Sponsor == Qafqaz Müsəlmanları Ruhani İdarəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dözümlü minarələr (film, 1991)
== Məzmun == Film mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir. == Film haqqında == Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Sponsor == Qafqaz Müsəlmanları Ruhani İdarəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dəniz minası
Dəniz minası - dənizdə istifadə üçün nəzərdə tutulmuş silahdır. Gəmilərin, sualtı qayıqların və digər obyektlərin partladılması üçün nəzərdə tutulmuşdur.
Dərman minaçiçəyi
Dərman minaçiçəyi (lat. Verbena officinalis) - minaçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Verbena adulterina Hausskn. Verbena domingensis Urb. Verbena domingensis var. cubensis Moldenke Verbena domingensis f. foliosa Moldenke Verbena macrostachya F.Muell. Verbena officinalis var. anatolica Kereszty Verbena officinalis f. anomala Moldenke Verbena officinalis var.
Eskadra minadaşıyıcısı
Eskadra minadaşıyıcısı – düşmәnin sualtı vә suüstü gәmilәrinә torpeda vә artilleriya zәrbәlәri endirmәk, kәşfiyyat aparmaq, döyüş vә konvoy gәmilәrini hava, yaxud gәmi hücumlarından, raket zәrbәlәrindәn qorumaq vә s. üçün hәrbi gәmi. == Tarixi == Eskadra minadaşıyıcısı XX әsrin әvvәllәrindә meydana çıxmışdır. Əsas vәzifәsi minalanmış maneәlәr yaratmaq vә sualtı qayıqları tapıb mәhv etmәk idi. Eskadra minadaşıyıcısı helikopterlәr, zenit vә gәmivuran raket komplekslәri, torpeda aparatları, artilleriya silahları vә minalar ilә tәchiz olunur.
Gicitkanyarpaq minaçiçəyi
Gicitkənyarpaq minaçiçəyi (lat. Verbena urticifolia) - minaçiçəyi cinsinə aid bitki növü.
Gödək minarəli məscid
Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir. == Haqqında == Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür. Kitabənin üzərində ərəb dilində yazılıb: Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir.
Hyalosema minahassae
Bulbophyllum antenniferum (lat. Bulbophyllum antenniferum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum antenniferum növü Cənubi Taylanddan Malayziyanın qərb və mərkəzi hissələrinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum elbertii J.J.Sm. Bulbophyllum leysenianum Burb. Bulbophyllum minahassae Schltr. Bulbophyllum ornithorhynchum (J.J.Sm.) Garay, Hamer & Siegerist Cirrhopetalum antenniferum Lindl. Cirrhopetalum ornithorhynchum J.J.Sm. Hyalosema antenniferum (Lindl.) Rysy Hyalosema elbertii (J.J.Sm.) Rolfe Hyalosema leysenianum (Burb.) Rolfe Hyalosema minahassae (Schltr.) Rolfe Hyalosema ornithorhynchum (J.J.Sm.) Rysy Phyllorchis antennifera (Rchb.
Kaho Minaqava
Kaho Minaqava (d. 20 avqust 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kaho Minaqava 2016-cı ildə Yaponiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kaho Minaqava 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.523 xal topladı və 16-cı yeri tutaraq mübarizəni dayandırdı.
Kalyan minarəsi
Kalyan minarəsi (fars. مناره کلان‎) — Özbəkistanın Buxara şəhərində yerləşən tarixi abidə. Abidə Pol Kalyan məscidinin tərkib hissəsidir. Memarının Bako olduğu minarə müsəlmanlığa keçən əhalini gündə beş dəfə namaza dəvət etmək üçün Qaraxani hökmdarı Arslan Xan Məhəmmədin sifarişi ilə 1127-ci ildə inşa olunub. Daha öncə tikilməkdə olan qüllə başa çatdırılmadan sökülür. Yeni tikilən qüllə yuxarıya doğru daralan şəkildə bişmiş kərpicdən tikilir. Uc nöqtəsinə qədər qüllənin hündürlüyü 48 metr, aşağıdan eni 9 metr, yuxarıdan isə 6 metrə bərabərdir. Minarənin daxilində yuxarısına qədər çıxan spiral şəklində pilləkənlər vardır. Minarənin səhti boyunca kərpiclərin düz və çarpaz yerləşdirilməsi nəticəsində naxış görkəmi yaranıb və yuxarı hissədə buna mavi işləmələr də əlavə olunub.Qüllənin yetərincə hündür olması səbəbindən döyüş vaxtlarında ətrafdan gələ biləcək düşməni müşahidə etmək üçün də şəhərdə yerləşən əsgərlər tərəfindən istifadə olunurdu.Tikilişindən yüz il sonra şəhərə hücuma keçən Çingiz xanın orduları tərəfindən dağıdılmaqda olduğu zaman, tikili xanda dərin təsir hissi yaratdığı üçün dağıdılmasının qarşısını aldı. 20-ci yüzilliyin əvvəllərinə qədər ölüm hökmü ilə cəzalandırılanlar buradan aşağı atıldığı üçün minarə Ölüm Qülləsi olaraq da adlandırılırdı.
M93 HORNET minası
M93 HORNET minası, ABŞ tərəfindən hazırlanmış, geniş ərazidə 100 metrə qədər məsafədən atəşlənə bilən tank əleyhinə mina növüdür. == Dizaynı == 1987-ci ilin avqustunda Amerikan Honeywell Defense System (Honeywell Müdafiə Sistemləri) və Textron Inc. firmaları tenderdə iştirak etdilər. 1990-cı ilin aprelində Textron şirkəti tələb olunan şərtləri yerinə yetirərək tenderi qazandı. == Tərifi == Həm seysmik, həm də akustik sensorlarla işləyən M93, bununla da yanından keçən vurulması mümkün hədəfləri müəyyənləşdirir. Mənzilinin içində bir hədəf tapdıqdan sonra, mina istiqamətini o tərəfə çevirib, başlatmanın atəş edəcəyi bucağı müəyyənləşdirir. Sonra qaz generatorunun köməyi ilə mina işə salınır. İnfraqırmızı sensorlar hədəfi izləyir və istiqamətini dəyişir. Hədəfə yaxınlaşdıqdan sonra, minanın içindəki detonator işə düşür. Döyüş başlığının daxilində olan partlayıcı Misznay Schardin təsiri ilə hərəkət edir və hədəfini vurur.

Значение слова в других словарях

копу́н ливре́йный марь парламентёрский революционе́р тиранобо́рчествовать ёрнически за́кут поселко́вые светосигна́л старове́рский всуе declarant derrick infernal less-common obmutescence pip-pip sociobiology vendee влипать диктатор кутёж подсвечник расплывчатость