Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Muhu
Muhu (həmcinin Moon, Muhumaa; est. Muhu) — Estoniyanın sahəsinə görə Saaremaa və Hiyumaa adasından sonra sahəsinə görə üçüncü böyük adası. Adanın ümumi sahəsi 204 km² təşkil edir. Muhu Moonzund arxipelaqının tərkibinə daxil olan, Baltik dənizində yerləşən ada. == Coğrafiyası == Yaxınlığında yerləşən digər adalar kimi torpaq örtüyü olduqca kasıbdır. Belə ki, qum və çınqıldan təşkil olunmuşdur. Burada Tozağacı meşəsi və sahil xətdində isə qamışlıq yayılmışdır. Ən hündür nöqtəsi 24 metrdir. == Tarixi == Adanın dəniz dibindən qalxıb səthə çıxması 8000 min il öncəyə aiddir. Hal-hazırda belə proses davam edir.
Muss
Muss – şəkərlə, meyvə və giləmeyvə ekstraktından termiki emal edilmiş "M" markalı manna yarmasının və limon turşularının qarışığından alınır. Quru muss bişirildikdən sonra çalınır ki, bu zaman xörəyin müvafiq köpükvari konsistensiyası alınır. Manna yarmasının zülalları köpükyaradıcı başlanğıc sayılır.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Əbdül Muis
Əbdül Muis (ind. Abdoel Moeis; 3 iyul 1883 – 17 iyun 1959, Bandunq) — İndoneziya yazıçısı, jurnalisti və tərcüməçisi, müasir İndoneziya realist nəsrinin qabaqcılı. İndoneziyanın Niderlanddan müstəqilliyi uğrunda hərəkatın iştirakçılarından biri. == Həyatı == Qərbi Sumatradakı Sunqay-Puarda anadan olmuşdur. Cakartada üç il tibb təhsili almış, lakin xəstəliyinə görə təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalmışdır. Onun ilk işi dövlət xidməti ilə bağlı idi, lakin daha sonra Əbdül Muis İndoneziyadakı Niderland müstəmləkə hakimiyyətlərini tənqid edən bir jurnalistə çevrilmişdir. O, Qərb müəlliflərinin əsərlərini İndoneziya dilinə tərcümə etmişdir: Servantesin "Don Kixot" (1923), Mark Tvenin "Tom Soyyerin macəraları" (1928), Hektor Malonun "Ailəsiz" (1932) əsərləri buna nümunədir. Muis İndoneziyanın siyasi həyatında daha çox iştirak etmək ümidi ilə "Sarekat İslam" azadlıq hərəkatına qoşulmuşdur. İndoneziyanın müstəqilliyi məsələsinin sülh yolu ilə həllinin faydasız olduğuna əmin olmuş, ölkənin müstəmləkə hakimiyyətlərindən zorakı formada azad edilməsinin tərəfdarı idi. Buna baxmayaraq, o, daha sonra Niderland hakimiyyətinin yaratdığı nümayəndəlik orqanı olan Xalq Şurasının üzvü olmuşdur.
Wanja Mues
Wanja Mues (27 dekabr 1973, Hamburq) — (3 dekabr 1973, Almaniya, Hamburq) == Həyatı == Wanja Mues 3 dekabr 1973-cü ildə Almaniyanın Hamburq şəhərində olub. O, The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri ilə tanınan aktyor və rejissordur. 2004-cü ildən Julia ilə evlidir. Onların iki övladı var. == Fəaliyyəti == Aktyorluq karyerasına 1983-cü ildə "Storm, der Schimmelreiter" televizor filmi ilə başlamışdır. "Storm, der Schimmelreiter" filmində uğurlu çıxışından sonra 1984-cü ildə "Jokehnen" televizor serialında çəkilir. Beləcə peşəkar karyerasının əasını qoyur. Ümumilikdə 89 film və televizor seriallarında aktyorluq edir. Ən çox səs gətirmiş və tanınmağında pay sahibi olduğu işlər isə; The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri olmuşdur. Bunlardan əlavə 1996-cı ildə çəkilən "21/2 Minuten" televizor serialında uğurlu aktyorluğu sayəsində "Grimme" mükafatına layiq görülüb.
Meqahers, MHs
Meqahers, MHs (ing.megahertz (MHz), ru. мегагерц, МГц) — saniyədə 1 milyon dövrəyə (CYCLE) bərabər olan tezlik ölçüsü vahidi. Mikroprosessorların takt tezliyi (CLOCK RATE) adlandırılan sürəti meqaherslə ölçülür. Məsələn, 200 MHs tezliklə işləyən mikroprosessor saniyədə 200 000 000 dövr yerinə yetirir. Hər bir kompüter komandası müəyyən sayda dövr tələb edir, ona görə də takt tezliyi mikroprosessorun bir saniyədə neçə əməliyyat yerinə yetirə biləcəyini müəyyən edir. Bu isə mikroprosessorun nə qədər güclü olmasını göstərir. Mikroprosessorlar kimi, şin və interfeyslərin də sürəti meqaherslə ölçülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mus (Maku)
Mus (fars. موس‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (4 ailə).
Mus musculus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Mus porcellus
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Muş döyüşü
Muş döyüşü — 1467-ci il noyabrın 11-də Muş düzündə Qaraqoyunlu Cahanşahla Ağqoyunlu Uzun Həsən arasında baş vermiş döyüş. Uzun Həsən qalib gələrək Ağqoyunlu dövlətinin təməlini qoydu. Qaraqoyunlu dövlətinin varlığına son qoyuldu. == Arxaplan == XV əsrin 50-ci illərində Ağqoyunlu ərazisində vəziyyət müəyyən qədər sabitləşdi. Ağqoyunlular əleyhinə çıxmış qüvvələrə qarşı mübarizədə Cahangir Mirzənin qardaşı Uzun Həsən böyük şücaət göstərdi. Tezliklə Ağqoyunlu əyanları Uzun Həsənin ətrafında sıx birləşərək Cahangir Mirzənin əleyhinə mübarizəyə qalxdılar. Bu zaman Cahangir Mirzənin əsas qüvvələri Diyabəkirdə idi və Uzun Həsən əsas zərbəni bura vurmağa çalışırdı. 1453-cü ildə baş vermiş döyüşdə Cahangir Mirzənin qüvvələri darmadağın edildi, özü isə Mardinə qaçmaqla yaxasını qurtara bildi. Daha sonra o Uzun Həsənə qarşı mübarizədə mütəffiq tapmaq məqsədilə Ağqoyunluların əsas düşməni Qaraqoyunlu Cahanşahla ittifaqa girmək üçün Təbrizə gəldi. Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı.
Muş ili
Muş ili — Türkiyədə il. == Əhalisi == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 168 min nəfər əhalisinin 82 min nəfəri ana dilini kürdcə, 79 min nəfəri türkcə, 3 min nəfəri isə ərəbcə olaraq qeyd etmişdi. === 1927-ci s.a. === 1927-ci il siyahıya alması zamanı hazırkı Muş ilinin əraziləri Bitlis ilinin tərkibində olmuşdur. Bu zaman Bitlis ili mərkəzi (Bitlis), Muş, Əhlət, Malazgirt, Hizan, Varto, Mutki və Bulanık ilçələrindən ibarət idi. 2 iyun 1929-cu il Bitlis ilinin Muş, Bulanık, Malazgirt və Varto ilçələri inzibati mərkəz Muş olmaqla birləşdirildi və Muş ili yaradıldı. Hazırda Muş ili mərkəzi (Muş şəhəri ə/d), Bulanık, Varto, Malazgirt, Hasköy (1987-ci ildə təşkil edilmişdir) və Qorqud (1990-cı ildə təşkil olunmuşdur) ilçələrindən ibarətdir. Qorqud və Hasköy ilçələri mərkəzi (Muş şəhəri ə/d) və Bulanık ilçələrinin inzibati ərazilərində bölünmə hesabına yaradılmışdır. Beləliklə, 1927-ci il siyahıya almasına əsasən hazırkı Muş ilinin indiki ərzisində 43 584 nəfər (22 320 nəfər kişi və 21 264 nəfər qadın) əhali yaşamışdır. Onların 21 499 nəfəri Muş ilçəsində, 9 822 nəfəri Varto ilçəsində, 6 966 nəfəri Malazgirt ilçəsində, 5 297 nəfəri isə Bulanık ilçəsində məskunlaşmışdılar, 43 584 nəfərin sadəcə 697 nəfəri (678 nəfəri kişi, 19 nəfəri qadın) oxuyub-yazma bacarığına malik idi.
Qorqud (Muş)
Qorqud (türk. Korkut) — Muş ilinin ilçəsi.
Mus musculus domesticus
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Duks
Duks (lat. ducere sözündən götürülmüşdür, "başçı, rəhbər" mənasını daşıyır.) Qədim Romada dövlət titulu, legion ordu hissəsinin başçısı, əmr sahibi.
Hüms
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
JuHİ
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Juss.
Antuan Loran de Jüsse (fr. Antoine-Laurent de Jussieu; 12 aprel 1748[…], Lion – 17 sentyabr 1836[…], Paris) — Fransız botaniki. Bitkilərin ilk təbii təsnifatının banisi (1789). Botanikaya fəsilə anlayışını daxil etmişdir.
Kühl
Kühl ya da Köhl (ərəb. كُحْل‎‎); Yaxın Şərq və Afrika mədəniyyətlərində gözün üstünə çəkilən qara rəng. Göz üçün bir sıra xeyirli xüsusiyyətləri vardır. == İslam dinində == İslam inanclarına görə köhlü həm kişi, həm də qadın tibbi səbəblərə görə işlədə bilər və hətta məsləhət olunur. Bu, Məhəmməd Peyğəmbərin söylədiklərinə əsaslanır: "Göz üçün ən yaxşı olan şeylərdən biri köhldür; o yaxşı görmək üçün xeyirdir və kirpikləri uzadır." İbn Abbas söylədi: "Peyğəmbərin axşamlar hər gözə üç dəfə gözə köhl çəkmək üçün bir qabı var idi." Ayrıca, müsəlman ölkələrində Ramazan ayında gözə köhl çəkmək bir adətdir. Lakin bu məlumatın güclü qaynaqları yoxdur. Hal-hazırda müsəlmanlar bunu Məhəmməd Peyğəmbər təcrübədən keçirtdiyinə görə işlədirlər.
Maas
Maas - Niderland və Belçika ölkələri ərazisində yerləşir. Çay Belçika, Fransa və Niderlandın ərazisindən keçir. Uzunluğu 925 km, hövzənin sahəsi isə 36 min.kv.km-dir. == Maas çayı == Çay öz başlanğıcını Fransanın Lanqr platosundan götürür. Sedan və Şarlevil-Mezeraya istiqamətində şimala axır və sonda Belçikaya daxil olur. Namurda şimal-şərq istiqamətində qərbdə doğru Ardenlər və sonra Liega şimala doğru axır. Niderlandın ərazisində şimala Venloya qədər axır və sonra qərbə istiqamətlənir. Reyn çayının sağ qoludur. Çay delta yaradaraq Şimal dənizinə tökülür. == Qidalanması == Çay yağış və qar suları ilə qidalanır.
Mahu
Mahu — Gədəbəy və Şəmkir rayonları ərazisində çaydır. Şəmkir çayının sağ qoludur. Yerli əhali arasında Mahısuyu adlanır. Çay başlanğıcını Mahı dağından aldığına görə həmin dağın adını daşıyır. Dağın adı isə Mahı antroponimi ilə bağlıdır.
Mais
Mais — Azərbaycanlı adı. Mais Bərxudarov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mais Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Mais Məmmədov — televiziyaçı, jurnalist.
Mars
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər. 1965-ci ildə Mariner 4 tərəfindən edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər.
Quaş
Quaş (Sulu boya) — daha çox sıx və tutqun yapışqanlı, suda həll olunan rəngli boya növüdür. Quaş termini əvvəlcə Fransada XVIII əsrdə yarandı, ancaq bu rəngin yaradılması texnikası çox-çox əvvəllər — orta əsrlərlərə Avropada istifadə olunurdu. Orta əsrlərlərə kitab miniatürləri artıq adi akvarellə kombinasiyada sulu boyayla yerinə yetirilirdi. İntibah dövrünün rəssamları eskizlər, kartonlar və başqa hazırlıq işlərləri üçün, həmçinin portret miniatürləri üçün sulu boyanın texnikasını tətbiq edirdilər. Sulu boyanın texnikasının çiçəklənməsi XIX əsrin sonu — XX başlanğıcına təsadüf edir. Rusiyada rəssamlar birliyinin "İncəsənət Dünyası" quaşın (sulu boyanın) dekorativ keyfiyyətlərindən istifadə edərək böyük sənət əsərləri yaratdılar. Quaş tipli rənglər ağ boyaqlara (ruşullara) rəngli piqmentlərin və yapışqanların əlavə edilməsiylə hazırlanır. Ağ rəngli sulu boya ilə (ruşulların) rəng qatışığından alınan quaşa tutqun rəng zərifliyi (lətifliyi) verir, amma boyadan istifadə zamanı onun qurudulması vaxtı bir qədər vaxt aparır ki, rəsm çəkmə prosesində hər bir rəssam bunu nəzərə almalıdır. Quaş tipli boyaların köməyi ilə tünd tonları işıqlı tonlarla əvəz etmək daha asan olur. Sulu boya işlənmiş (çəkilmiş) rəsm və ya təsvir rütubətli yerdə saxlanılan zaman daha daha tez rənglərin tonu dəyişir.
Qüds
Qüds (ərəb. القدس‎ əl-Qüds ) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim ) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə.
Guts
Guts — amerikalı müğənni Oliviya Rodriqonun ikinci studiya albomu. 8 sentyabr 2023-cü ildə Geffen Records tərəfindən buraxılıb. Albomdan ilk sinql "Vampire" 30 iyun 2023-cü ildə buraxılıb və çox qısa zamanda Billboard Hot 100 hit-paradında birinci mövqeyi tutmuşdur. İkinci sinql "Bad Idea Right?" 11 avqust 2023-cü ildə yayımlanıb, mahnı ABŞ-nin Billboard "Hot Rock & Alternative Songs" hit-paradının ilk onluğuna daxil olmuşdur.
Lush
Lush — amerikalı müğənni Mitskinin ilk studiya albomu. 31 yanvar 2012-ci ildə yayımlanıb. Mitski albomu SUNY Purcase-də təhsil alarkən tələbə layihəsi kimi hazırlayıb. == Trek siyahısı == Bütün mahnılar Mitski tərəfindən yazılmış və bəstələnmişdir.