Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayti
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Kuzinellus obsis
Kuzinellus obsis (lat. Kuzinellus obsis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
AHİK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Alik
Alik (erm. Ալիք) - İranın paytaxtı Tehran şəhərində gündəlik nəşr olunan erməni dilli qəzet. Alik, İranda nəşr olunan ilk və yeganə erməni icmasına məxsus qəzetdir. Qəzetin nəşrinə 1931-ci ilin mart ayında başlanmışdır. İlk vaxtlarda həftədə 1 dəfə olmaqla nəşr edilən Alik, 1935-ci ilin əvvvələrindən etibarən həftədə 2 dəfə olmaqla nəşr edilmişdir. 1941-ci ildən etibarən isə gündəlik nəşrə keçmişdir. Hal-hazırda baş redaktoru Terenik Melikyandır.
Azıx
Azıx (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən mağara. == Həmçinin bax == Azıxantrop — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə aid növ.
Kira Naytli
Kira Naytli (ing. Keira Knightley) — məşhur İngiltərə aktrisası. == Həyatı == Kira Naytli 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri - anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə, onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur. Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi.
Matyas Tayti
Matyas Tayti (2 iyun 1998-ci ildə anadan olub) — Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstan futbolçusudur. == Klub karyerası == === Dioşqyor === Tayti Barselona akademiyası vasitəsilə inkişaf etmişdir. 10 iyul 2016-cı ildə o, La Liqa təmsilçilərindən olan Malaqa klubuna transfer olmuşdur. 17 iyul 2018-ci ildə Tayti Nemzeti Baynoksaq I təmsilçilərindən olan Dioşqyor klubu ilə müqavilə imzalamışdır. Tayti öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Puşkaş klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Attila Busaini əvəz etmişdir. Nemzeti Baynoksaq I görüşündə Dioşqyor rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 1 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Nkosilati Nyati
Nkosilati Nyati — Zimbabveli ətraf mühit fəalı. O, 10 yaşından ətraf mühiti qorumağa başlamış və gənclərin mühüm qərarların qəbulu prosesinə cəlb edilməsinin tərəfdarı olmuşdur. O, hesab edir ki, gənclərin müxtəlif strukturlarda səsini çıxarıb qərar qəbul edə bilmədikləri halda iqlim ədalətini təmin etmək səyləri həyata keçirilə bilməz. 2019-cu ildə Nkosilati İspaniyanın Madrid şəhərində Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişikliyi konfransında iştirak edir və iqlim dəyişikliyi ilə bağlı daha güclü fəaliyyət üçün kampaniya aparır. == Fəaliyyət == Nkosilati Nyati Viktoriya şəlaləsi yaxınlığında böyüyüb. O, Viktoriya şəlaləsindəki zibillikləri görən gündən sonra ətraf mühitin mühafizəsi yoluna qədəm qoyur, bundan sonra ekoloji problemlərdən daha çox xəbərdar olur. O, 11 yaşında ikən Zimbabvedəki Çamabondo İbtidai Məktəbində 5-ci sinifdə oxuyarkən ölkəsindəki iqlim dəyişikliyinin təsirlərini hiss etməyə başlayır. 2019-cu ildə Victoriya şəlaləsində şiddətli quraqlıq yaşanır. İqlim dəyişikliyi nəticəsində təqribən 7,7 milyon Zimbabveli qida çatışmazlığı ilə üzləşir və 45 milyon Cənubi Afrikalı gələcək aclıq riski altındadır. Həmçinin Zimbabvenin səkkiz rayonunda misli görünməmiş qida çatışmazlığı var və beş faizi ötüb.
Xəbər saytı
Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzet — qəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər. İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir. Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər. Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir. Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur.
Nayt adası
Nayt adası (ing. Knight Island) — Alyaska körfəzində, Şahzadə Vilhelm boğazının girişində yerləşən ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska Valdez-Kordova siyahıyaalma bölgəsinə aiddir. Montaqyo adasının şimalında yerləşir. Nayt adasının sahəsi 277,2 km²-dir. Bu göstərici ilə ABŞ-nin 54-cü ən böyük adasıdır. Daimi yaşayışı yoxdur. Adanın çox hissəsi Çuqaç milli meşəsinin bir hissəsidir. Adanın şimal və şərq sahilləri 1989-cu ildə Ekson Valdez neft sızması nəticəsində ağır şəkildə çirklənmişdir.
Şuq Nayt
Marion Knight, Jr. və yaxud bilinən adı ilə Şuq Nayt (Suge Knight). Bir zamanlar Dr. Drenin mühafizəçisi. Eyni zamanda Death Row Records səs yazma şirkətinin qurucularından biri. Bir çox ittihamlarla qarşı qarşıya qalıb və ən önəmlisi də Tupak Şakur-un öldürüldüyü hadisədədir.
Dayti Milli Parkı
Dayti Milli Parkı (alb. Parku Kombëtar i Malit të Dajtit) ― 1966-cı ildə mərkəzi Albaniyada yaradılmış, 2006-cı ildən bəri 293,84 km² ərazini əhatə edən milli park. Park Adriatik dənizinin 40 kilometr (25 mil), Tirananın isə 26 kilometr (16 mil) şərqində yerləşir. Ərazi Albaniya Qoruq Əraziləri Agentliyi (ing. Albanian Agency of Protected Areas - AKZM) və Tirana Bələdiyyəsi Parklar və İstirahət Agentliyinin (ing. Tirana Municipality Parks and Recreation Agency APR) birlikdə səlahiyyətindədir. Park ekosistem və biomüxtəlifliyin fərqliliyi üçün əlverişli şərait yaradan olduqca parçalanmış, kələ-kötür topoqrafiyası ilə seçilir. Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) parkı II kateqoriyaya daxil etmişdir. Park həmçinin Plantlife tərəfindən beynəlxalq əhəmiyyətli Mühüm Bitki Sahəsi (ing. Important Plant Area (IPA)) kimi tanınmışdır.
Afik Həsənov
Afik Namik oğlu Həsənov (1 noyabr 1999; Böyük Muruq, Qusar rayonu, Azərbaycan — 3 oktyabr 2020; Buzluq, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Afik Həsənov 1 noyabr 1999-ci ildə Qusar rayonunun Böyük Muruq kəndində Namik Həsənovun ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə Qusar rayon Böyük Muruq kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Afik Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afik Həsənov da səfərbər olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri olan Afik Həsənov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Alik Musayev
Alik Rafiq oğlu Musayev (7 avqust 1987, İmişli rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alik Musayev 1987-ci il avqustun 7-də İmişli rayonunun Sarıxanlı kəndində anadan olub. == Hərbi xidməti == Alik Musayev 2011-2017-ci illərdə DİN Daxili Qoşunlarının, 2017-ci ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş çavuşu olan Alik Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alik Musayev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alik Musayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alik Nəcəfov
Alik Nəcəfov (tam adı: Alik Malik oğlu Nəcəfov; 1 iyul 1957, Şamaxı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksiyalar nəzəriyyəsi" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Alik Malik oğlu Nəcəfov 1957-ci il iyul ayının 1-də Şamaxı şəhərində anadan olmuşdur. 1964-cü ildə C. Cəbrayılbəyli adına 5 №-li məktəbin birinci sinfinə daxil olmuşdur. 1969–1974-cü illərdə S. M. Qənizadə adına 1 №-li orta məktəbdə oxumuş və bitimişdir. 1979-cu ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstksiya Bürosunda riyaziyyatçı-proqramçı vəzifəsində, 1983-cü ildən indiyə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat" kafedrasında baş lobarant vəzifəsindən professor vəzifəsinə kimi işləyir. 1996-cı ildə "Qarışıq törəmələri dominant olan funksiyların parametrli fəzası" mövzusunda namizədlik, 2008-ci ildə "Morri tipli fəzalardan olan funksiyaların diferensial və diferensial-fərq xassələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildə AzMİU-nun "Ali riyaziyyat" kafedrasının dosenti, 2014-cü ildə professor elmi adını almışdır. 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışır. 70-dən çox elmi əsərin, 1 dərs vəsaitinin və birneçə metodiki vəsaitlərin müəllifidir.
Alik İsayev
Alik İsayev (23 fevral 2001, Xızı rayonu, Azərbaycan – 20 oktyabr 2020, Şuşa) – Xüsusi Təyinatlı Qüvvələr əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alik Şakir oğlu İsayev 2001-ci il fevralın 23-də Xızı rayonunda anadan olub. Əslən qədim Borçalı mahalının Başkeçid elindəki (indiki Gürcüstan Respublikasının Dmanisi rayonu) Hamamlı kəndindən olan Alik İsayevin ailəsi ötən əsrin sonlarında Xızı rayonunda məskunlaşıblar. Alik İsayev 2001-ci il fevralın 23-də — Xızıda anadan olub. Subay idi. == Hərbi xidməti == Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük İkinci Qarabağ müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlərdə də "Canavar" ləqəbli Alik gizirlərlə birlikdə irəli atılıb. Şuşa yolunda 32 erməni quldurunu öldürüb.
Alik İsmayılzadə
Alik Ismail-Zadeh (1961, Azərbaycan) (tam adı: Ali Tofiq oğlu İsmayılzadə) — elm xadimi. == Həyatı == Ali İsmayılzadə (Alik Ismail-Zadeh) 1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsini, 1983-cü ildə M. Lomonosov Moskva Dövlət Universitetinin Fizika fakultəsini, 1990-cı ildə REA Yerin Fizikası Şmitt İnstitutunun Riyazi-geofizika üzrə elmlər namizədi (PhD) dərəcəsini, 1997-ci ildə Rusita Elmlər Akademiyasının (REA) Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun (İEPTMG), Geofizika üzrə elmlər doktoru (DSc) dərəcəsini bitirmişdir. 1992-ci ildən 2022-ci ilə qədər Rusiya Elmlər Akademiyası IEPTMG Seysmik və Vulkanik Təhlükə Riskinin Modelləşdirilməsi qrupunun rəhbəri, Baş elmi işçi / Professor-tədqiqatçı kimi faəliyyət göstərib. 2001-ci ildən Professor İsmayılzadə Almaniyanın Karlsrue Texnologiya İnstitutunda (KIT) baş elmi işçi vəzifəsində çalışır. == Fəaliyyəti == === Mükafatları === 1993 – Beynəlxalq Elm Fondu mükafatı, Nyu York, ABŞ; 1995 – Avropa Akademiyası mükafatı və medalı, London, Birləşmiş Krallıq; 1995 – İtaliya Təhsil Nazirliyi Tədqiqat Burosu mükafatı, Roma, İtaliya; 1996-1997 – İsveç İnstitutu Tədqiqat Təqaüdü Mükafatı, Stokholm, İsveç; 1999 – Rusiya prezidenti Yeltsin Təqaüdü mükafatı, Moskva, Rusiya; 2000 – Kral Cəmiyyəti Tədqiqat Təqaüdü mükafatı, Cambridge Universiteti, Böyük Britaniya; 2001 – Alexander von Humboldt Tədqiqat Təqaüdü Mükafatı, Almaniya; 2007 – Ən çox istinad edilən sənəd 2004-2007 Elsevier mükafatı; 2007 – Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) Baş Katibi seçilib; 2009 – Beynəlxalq Mükafatı (International Award), Amerika Geofizika İttifaqı (AGU); 2011 – Geofiziki Risk və Davamlılıq üzrə İttifaq Komissiyasının fəxri üzvü, Beynəlxalq Geodeziya və Geofizika Birliyi; 2012 – Axford Görkəmli Mühazirə mükafatı, Asiya Okeaniya Geoelmlər Cəmiyyəti (AOGS); 2013 – Kral Astronomik Cəmiyyətinin (Royal Astronomical Society) Fəxri Üzvü; 2017 – Avropa Elmlər Akademiyasının (Academia Europaea) Həqiqi Üzvü; 2018 – Beynəlxalq Elmi Şuranın (International Science Council) Baş Katibi seçilib; 2019 – Geodeziya və Geofizika Beynəlxalq Birliyinin (IUGG) Fəxri Üzvü; 2019 – Amerika Geofizika İttifaqının (AGU) Fəxri Üzvü; 2019 – Səfir Mükafatı (Ambassador Award), AGU; 2022 – Beynəlxalq elmi şurasının (International Science Council) Fəxri Üzvü. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === 1983-1986 – Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya İnstitutu, Kiçik tədqiqatçı; 1987-1990 –Rusiya Elmlər Akademiyası, O.Şmitt adına yerin fizikası İnstitutu, Aspirant; 1990-1998 – Rusiya Elmlər Akademiyası, Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutu, Baş elmi işçi; 1995-1996 –Triyest Universiteti, Tətbiqi Geofizika şöbəsi, Post-doc, İtaliya; 1995 –Vrije Universiteti, Yer Elmləri Fakültəsi, İştirakçı alim, Amsterdam, Niderland; 1996 –Universität Mainz, Institut für Geowissenschaften, İştirakçı alim, Mainz, Almaniya; 1996 – Elmin İnkişafı Avropa Birliyi – EUROSCIENCE, Təsisçi üzv; 1996-1999 – Kral Texnologiya İnstitutu, Paralel Kompüterlər Mərkəzi, dəvət olunmuş alim, Stokholm, İsveçrə; 1998-2000 – Uppsala Universiteti, Yer Elmləri Bölməsi, dəvət olunmuş alim, Uppsala, İsveçrə; 1999 – "La Sapienza" Roma Universiteti, Fizika Bölməsi, Dəvət olunmuş professor, Roma, İtaliya; 1999 – Hebrew University of Jerusalem, Yer Elmləri İnstitutu, Dəvət olunmuş professor, İsrail; 2000 – Kembric Universiteti (U. Cambridge), Teorik Geofizika İnstitutu, DAMTP, Kral Cəmiyyəti iştirakçı təqaüdü, Kembric, Birləşmiş Krallıq; 2001-2002 – Karlsruhe Universiteti, Geofizika İnstitutu; 2001-2015 – Abdus Salam Beynəlxalq Teorik Fizika Mərkəzi, İştirakçı müəllim, seminar direktoru, Triyest, İtaliya; 2002-2003 – Heidelberg Elmlər Akademiyası, WSM Layihəsi, Baş tədqiqatçı, Almaniya; 2003, Kaliforniya Universiteti (UCLA), Yer və Kosmos Elmləri Bölməsi, Dəvət olunmuş professor, Los-Anceles, ABŞ; 2003-2012 – Karlsruhe Texnologiya İnstitutu/ Karlsruhe Universiteti, Geofizika İnstitutu, Baş alim, Layihə direktoru, Karlsruhe, Almanya; 2005-2016 – Institut de Physique du Globe de Paris, Professeur intive, Paris, Fransa; 2006-2007 – Tokio Universiteti, Zəlzələ Araşdırma İnstitutu, Dəvət olunmuş professor, Tokio, Yaponiya; 2014 – Çin Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Dəvət olunmuş professor, Pekin, Çin.
Atik Sinan
Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol – 1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından == Həyatı == Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir. Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır.
Aziak adası
Aziak adası (ing. Aziak Island) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Böyük Sitkin adasından cənubda yerləşir. 1,8 km uzunluğa malikdir. İlk dəfə 1852-ci ildə Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır. Aleut dilində ha-azax sözündən törəmişdir, tərcümədə "on" deməkdir. Adanın maksimal hündürlüyü 117 metrdir.
Azil mədəniyyəti
Azil mədəniyyəti — İspaniyanın şimalında və Fransanın cənubundakı epipaleolit ​​dövrünün arxeoloji mədəniyyəti (və ya texnoloji ənənəsi). Yəqin ki, Aziliya mədəniyyəti, təxminən 8 min il əvvəl Allerda iqlim fərqliliyi e.ə. dövrünə aiddir və madlen mədəniyyətini izlədi. Arxeoloqların fikrincə, Asil mədəniyyəti madlenin son mərhələsi idi, iqlim istiləşməsi isə bölgədə insanların yaşam tərzində dəyişikliklərə səbəb oldu. Buzların əriməsi qida ehtiyatlarını azaldıb və Madeleine mədəniyyətinin istehsalçılarının yoxsullaşmasına səbəb ola bilər. Nəticədə, Aziliya alətləri və sənəti Buz dövrünün sələflərinə nisbətən daha xam və daha az yayılmışdır və ya tamamilə tamamilə fərqlidir. Bu mədəniyyətin diaqnostik artefaktları, xüsusən, Azil ucları (yuvarlaq arxaları olan mikrolitlər), kobud düz sümük qarpun və mücərrəd bəzək naxışları olan çınqıllardır. Sonuncu, ən çox Ariz çayının bölgəsində (en:Arize) Fransa Pireneyində yerləşən Mas-d'Azil mədəniyyət abidəsindədir. Bu çınqıllardan 145-i İsveçrənin Birsmatten-Eremitaj abidəsindən tanınır. Madlen mədəniyyətinin son mərhələsi ilə müqayisədə mikrolitlərin sayı artmışdır.
Azim Müzəffərov
Müzəffərov Azim Ələkbər oğlu (1 yanvar 1960, Gərd, Qafan rayonu – 8 mart 1984, Əfqanıstan) — 1982-1984-cu illərdə SSRİ -nin Əfqanıstanda apardığı müharibənin iştirakçısı olmuş azərbaycanlıdır. == Həyatı == Müzəffərov Azim Ələkbər oğlu 01.01.1960-cı ildə Qərbi Azərbaycanın (Ermənistan SSR ) Qafan rayonunun Gərd kəndində anadan olmuşdur. 1968-ci ildə Qafanda baş vermiş güclü zəlzələdən sonra ailəsi ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə köçmüşdür. 1975-ci ildə Saray qəsəbəsinin hal-hazırda onun adını daşıdığı 2 №-li məktəbin 8-ci sinfini nümunəvi davranış, əla və yaxşı qiymətlərlə bitirmişdir. 1975-ci ildə Sovet İttifaqı Qəhrəmanı M. Ələkbərov adına Saray qəsəbə 1№-li orta məktəbin 9-cu sinfinə qəbul olunub, 1977-ci ildə müvəffəqiyyətlə bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ( hal-hazırda Azərbaycan Dillər Universiteti ) qəbul olmuşdur. 1982-ci ildə universiteti İngilis və alman dilləri ixtisası üzrə tam kursu bitirmişdir. Qısa bir müddətdə təyinatla Qərbi Azərbaycanın Qafan rayonunda müəllim işlədikdən sonra könüllü olaraq Hərbi xidmətə getmişdir. 1984-cü il 8 mart tarixində hərbi xidmətinin bitməyinə 2 gün qalmış , ƏDR –da öz beynəlmilləl borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Orta məktəb illərində şeir yazmağa başlamışdır.
Aziz Benich
Əziz Eraltay Behiç (ing. Aziz Behich; 16 dekabr 1990) — sol cinah müdafiəçisi kimi çıxış edən Avstraliya futbolçusu. O, Şotlandiyanın "Dandi Yunayted" klubu və Avstraliya millisində çıxış edir.
Aziz Yıldırım
Aziz Yıldırım və ya azərbaycanlılaşdırılmış formada Əziz İldırım (tr. Aziz Yıldırım) — Fənərbaxça klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
Azıx (Hadrut)
Azıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Azıx kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd adını ərazidəki Azıx mağarasının adından almışdır. XIX əsrin I yarısında Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş erməni ailələri burada məskunlaşmış və yaşayış məntəqəsini Azox adlandırmışlar. Azıx mağarası və ya Azıx kahası Quruçayın sol sahilində, 900 m. hündürlükdədir. Azərbaycanda ən iri karst mağarası hesab olunur. Tədqiqatçıların fikrincə, azıx qədim türk dillərindəki "ayı" sözündəndir və mağara "ayı mağarası"dır. Mənbələrdəki Azuq variantına əsaslanan tədqiqatçılar isə bu toponimi "azuqə yeri", "tədarük yeri", "anbar" kimi izah edirlər.
Azıx (Xocavənd)
Azıx — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Azıx kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd adını ərazidəki Azıx mağarasının adından almışdır. XIX əsrin I yarısında Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş erməni ailələri burada məskunlaşmış və yaşayış məntəqəsini Azox adlandırmışlar. Azıx mağarası və ya Azıx kahası Quruçayın sol sahilində, 900 m. hündürlükdədir. Azərbaycanda ən iri karst mağarası hesab olunur. Tədqiqatçıların fikrincə, azıx qədim türk dillərindəki "ayı" sözündəndir və mağara "ayı mağarası"dır. Mənbələrdəki Azuq variantına əsaslanan tədqiqatçılar isə bu toponimi "azuqə yeri", "tədarük yeri", "anbar" kimi izah edirlər.
Abıy ulusu
Abıy ulusu (saxa Абый улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Belaya Qora şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Arktikada (coğrafi koordinatları: 146 ° 25 'şərq uzunluğu və 68 ° 32' şimal enliyi), Kolıma ovalığında yerləşir. Allayıaxa, Orta Kolıma, Yuxarı Kolıma, Muoma və Ust-Yana ulusları ilə həmsərhəddir. Ərazi — 69,4 min km²-dir. Rusiyadakı on birinci ən uzun çay olan İndigirka və Uyandı çayları rayon ərazisindən axır. Aşağıdakı yaşayış məntəqələri rayonda yerləşir: Suturuoxa, Kuberqan, Abu, Sıagqannah, Kenq-Kuel. Çoxlu sayda kiçik və böyük göllərə sahibdir (təxminən 12000), bunlardan ən böyüyü Ojoqino gölüdür. Landşaft əsasən meşə-tundra ilə təmsil olunur. Bitki örtüyündə Qmelin şamı üstünlük təşkil edir.
Abiy Əhməd Əli
Abiy Əhməd Əli (Ge'ez: ዐቢይ አህመድ አሊ; 15 avqust 1976) — 2 aprel 2018 tarixindən etibarən Efiopiyanın 10-cu Baş naziri və Efiopiya Federal Demokratik Respublikasının 4-cü Baş naziri olaraq xidmət edən bir Efiopiyalı siyasətçidir. Oromo Demokratik Partiyasından olan Efiopiya Xalq İnqilabçı Demokratik Cəbhəsinin ilk Oromo sədridir. EPRDF-nin dörd koalisiya partiyasından biridir. Abiy eyni zamanda Efiopiya parlamentinin seçilmiş üzvü və ODP və EPRDF icra komitələrinin üzvüdür. Keçmiş bir ordu kəşfiyyatçısı, Baş nazir olduqdan bəri geniş siyasi və iqtisadi islahatlar proqramına başlamış və Cənubi Sudan, Eritreya'daki sülh sazişləri və Sudan Respublikasında keçid razılaşması işləmişdir. Abiy, Efiopiya ilə Eritreya arasındakı 20 illik müharibədən sonrakı ərazi böhranını bitirməkdəki işinə görə 2019 Nobel sülh mükafatı layiq görüldü. 2021-ci ilin oktyabr ayında Abiy Əhməd ikinci 5 illik müddətə rəsmən and içdi.
OASİS
OASIS (Organization for the Advancement of Structured Information Standards) – elektron ticarət sahəsində standartları hazırlayan beynəlxalq qurum. 1993-cü ildə qurulmuş OASIS’in dünyanın 100 ölkəsindən 600-dən artıq təşkilatı təmsil edən 5000-dən çox üzvü var. İnformasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən olan IBM, Novell, Oracle, Microsoft və Sun tərəfindən maliyyələşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oksid
Oksid — Biri oksigen olmaqla iki elementdən ibarət olan mürəkkəb maddələrə oksidlər deyilir. Oksidlərdə oksigenin oksidləşmə dərəcəsi "–2" olur. Yalnız Fe3O4 dəmirin qarışıq oksidində 8/3 valentlik göstərir ancaq başqa element atomları ilə birləşərkən. Məsələn: Na — O – Na. Oksigen atomlarının öz aralarında rabitə yaratdığı iki elementli mürəkkəb maddələr peroksidlər adlanır. Peroksidlərdə oksigenin oksidləşmə dərəcəsi "-1" olur. Məsələn: Na — O — O — Na — natrium peroksid; H — O — O — H — hidrogen peroksid. NaO2, KO2 superoksidləri və OF2 — birləşməsi oksid deyil. Hazırda He, Ne və Ar-dan başqa bütün elementlərin Oksigenli birləşmələri alınmışdır. Kimyəvi xassələrinə görə oksidlər duzəmələgətirməyən və duzəmələgətirən oksidlərə bölünür.
Onsil
Onsil (lat. Leopardus tigrinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Obşak
Obşak (rus. Общак), oğru kassası və ya qazan — kriminal jarqonda kriminal cəmiyyət arasında qarşılıqlı yardım fondu. "Obşak"ın iki növü var – azadlıqdan məhrumetmə yerlərində və azadlıqdan məhrumetmə yerlərindən kənarda. Oğruların qanunlarına görə, "obşak"a töhfələr könüllü olmalıdır, baxmayaraq ki, praktikada bu tələb həmişə yerinə yetirilmir. "Obşak" cinayətkarların ("qanuni oğru" və ya "vəziyyətə baxan") etibarından istifadə edən nüfuzlu cinayətkar liderin nəzarəti altındadır. Ümumi fondun toplanması, saxlanması və istifadəsi qaydalarının pozulması ciddi şəkildə cəzalandırılır. "Obşak"ların formalaşması XX əsrin əvvəllərindən əvvəl başlamışdır. == Həbsxanalarda == Azadlıqdan məhrumetmə müəssisələrində pul, yemək, siqaret, çay və əşyalardan ibarətdir. Regional "obşak"lar pul köçürmələri və vəsaitləri hesabına doldurulur. "Obşak"ın vəsaitləri administrasiyaya rüşvət vermək və çətin vəziyyətdə olan məhbuslara və ya onların ailələrinə dəstək vermək üçün istifadə olunur.
Aytıs
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır. Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.
Bastı
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəcə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Dayki
Dayki — Yaponiya adı. Dayki Niva — Yaponiya futbolçusu. Dayki İvamasa — Yaponiya futbolçusu. Dayki Takamatsu — keçmiş Yaponiya futbolçusu. Dayki Sakamoto — Dayki Kamikava — Yaponiya cüdoçusu.
Haiti
Haiti Respublikası (fr. République d'Haïti və Haiti kreol : Repiblik Ayiti) — Amerika qitəsində Karib dənizində yerləşən bir ada dövlətidir. Kubanın şərqində yerləşən Hispanyola adasını Dominikan Respublikası ilə paylaşır və adanın qərb hissəsindədir. Ərazisi 27750 km2 olan ölkənin əhalisi 10 milyondur, paytaxtı Port-o-Prins şəhəridir. Qədim fransız müstəmləkəsi olan Haiti, Şimali və Cənubi Amerikada Birləşmiş Ştatlardan sonra istiqlaliyyətini elan edən ikinci ölkədir. Bundan əlavə, bu gün Qərb yarımkürəsinin ən kasıb ölkəsidir və idarəetməsindəki anarxiya vəziyyəti hələ də davam edir. == İqtisadiyyat == Haitinin milli pulu qurd adlanır.
Hatti
Hattlar — e.ə. 2,500–2,000/1,700-cü illərdə Anadolunun mərkəzi və cənub-şərq hissəsində yerləşən Hatti ölkəsində (indiki Türkiyə) erkən və orta tunc dövründə məskunlaşan xalq. Ölkənin və xalqın adı sonradan onları fəth edən, Hind-Avropa dil ailəsinə mənsub olan hetlərə miras qalmışdır. == Məskunlaşma == Hattlar bir neçə şəhər dövlətində yaşayırdılar. Həmçinin, yaşadıqlara şəhərlərə bunlar aiddir: Arinna — əsas müqəddəs şəhər, Günəş ilahəsi Vurusemunun şəhəri. Purusxanda — eramızdan əvvəl 2400-cü il və sonrasında baş tutmuş hadisələr haqqında mənbələrdə qeyd edilmişdir. Alaca Höyükdə əvvəlki qazıntı təbəqəsində tapılmış, adı bilinməyən şəhər; Nerik — İldırım tanrısına sitayiş edildiyi şəhər. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Akurgal, Ekrem. The Hattian and Hittite Civilizations. Ankara: Ministry of Culture.
Laiti
Laiti (fransızca: "Laïcat", ingiliscə: "Laity", italyanca: "Laicato"), xristian dini terminologiyasında ruhban təbəqəsindən olmayan bütün din xadimlərini müəyyənləşdirmək üçün istifadə olunan bir söz olub, hərfi mənada müəyyən bir peşədən olmayan insanları ifadə edən bir termindir.
Qayğı
Qayğı (film, 1943)