Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luici Negri
Luici Negri (it. Luigi Negri; 5 noyabr 1947, Kodogno, İtaliya) — İtaliyalı siyasətçi və memar, Lega Nord Partiyasının üzvü. == Həyatı == 1956-cı ildə Kodognoda anadan olmuşdur. 1992–2001-ci illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. İncəsənət tarixinə olan marağı onu hər şeydən əvvəl çini araşdırmalarını genişləndirməyə və toplamağa yönəltdi.
Antonio Neqri
Antonio "Toni" Neqri (it. Antonio "Toni" Negri; 1 avqust 1933[…], Padova, İtaliya – 16 dekabr 2023, Viljüif, Fransa) — İtaliya siyasi filosofu. O, avtonomizmin ən görkəmli nəzəriyyəçilərindən biri hesab olunur. Neqri həmçinin, "İmperiya" kitabının həmmüəllifliyinə və Spinoza üzərində işinə görə tanınmışdır. Padua şəhərində anadan olmuş, doğulduğu universitetdə siyasi fəlsəfə üzrə professor kimi çalışmışdır. Neqri 1969-cu ildə "İşçi qüvvəsi" qrupunu qurmuş və "İşçilər muxtariyyəti" aparıcı üzvü olmuşdur. O, "inqilabi şüur"a çağıran çox təsirli kitablar nəşr etmişdir. Antonio Neqri 1970-ci illərin sonlarında müxtəlif ittihamlarla, o cümlədən "Qırmızı briqadalar" solçu ekstremist təşkilatın qurucusu olmaqda ittiham olunurdu. Təşkilat 1978-ci ilin mayında İtaliyanın iki dəfə baş naziri olmuş Aldo Moronun oğurlanmasında iştirak etmişdir.. Neqri "Qırmızı briqadalar" adından hədələyici telefon zəngi etməkdə şübhəli bilinirdi, lakin məhkəmə onun əlaqələrini qəti şəkildə sübut edə bilməmişdir.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Neqril
Neqril — Yamaykanın qərb sahillərində Neqril çayının mənsəbində yerləşən elə də böyül olmayaq turistik yaşayış məntəqəsi. 11 km-lik çimərlik xəttinə malikdir. Burada hətta yayın ən isti günləri belə ağ çimərlik qumu tam qızmır. Burada ən qədim tikili 1894-cü ilə aid mayakdır. XX əsrin 70-ci illərində çimərlik Hippilər arasında məşhur olmuşdur. Müəyyən dövrlərdə insanların sayı beş mini keçirdi. Hazırda əla inkişaf etmiş mehmanxana şəbəkəsinə malikdir. Yazda otel, bar və piyvəxanalar amerikalı məktəblilərlə dolu olur.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Artemisia negrei
Artemisia negrei (lat. Artemisia negrei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Meqri armudu
Meqri kəklikotu
Meğri rayonu
Meğri rayonu (və ya Mığrı) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir. == Tarixi == Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir. Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır. Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir.
Meğri silsiləsi
Meğri silsiləsi (erm. Մեղրու լեռնաշղթա) və ya Mığrı-Güney silsiləsi — Ermənistanın cənubundan başlayaraq Azərbaycanın Zəngilan rayonu ərazisinə qədər uzanan dağ silsiləsi. Silsilə Zəngəzur silsiləsondən başlayaraq Oxçuçayın qərb sahillərinə və cənub-şərqdə Araz çayına qədər uzanır. Ənhündür nöqtəsi Baqassar dağıdır (3256 m). Şimal hissəsi Sikax qoruğu ərazisindədir. Silsilə subtropik iqlimə malikdir. Qışda daimi küləklər müşahidə edilir. Silsilənin uzunluğu 46 km təşkil edir. Sulksilə qranit və qranodioritlərdən təşkil olunmuşdur. Şimal yamaclarında 1200 – 1800 m arası palıd yayılmışdır.
Meğri çayı
Meğri çayı – Zəngəzurun Oxçu və Meğri dərələrini ayıran Cibənd dağ silsiləsindən başlayır, Lehvaz dərəsindən keçərək Meğri çökəyinə, oradan isə Araz çayına tökülür: Vartanizor çay, Lehvaz çay, Lişk çay kimi qolları vardır. Zəngəzurun su hövzələri şəffaflığı, duruluğu və iti axarı ilə seçilir. Bu çaylarda dağ çaylarına məxsus çox dadlı və ləzzətli forel, bığlı balıq, göy balıq, daban balığı olur.
Nedri (Bicar)
Nedri (fars. ندري‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (19 ailə). Əhalisini kürdlər təşkil edir.
Neqeri Sembilan
Negeri Sembilan (əvvəl Negri Sembilan, Azərbaycanca: Doqquz Dövlət) — Qərbi Malayziyanın cənub-qərbində əyalət (negeri). Sahəsi 6.642 km²-dir. Malakka Boğazına 48 km-lik bir sahili olan əyalət topraklarından Linggi ve Mirar çayları axır. Əyalət bu gün o biri Malayziya əyalətlərindən fərqli olaraq, regional qəbilə rəislərinin arasından seçilən bir sultan tərəfindən idarə olunmaqdadır. == Tarix == Soyköklərini Şrivicaya hökümdarlarından götürən Negeri Sembilan şahzadələri bölgəyə xıv əsrdə Minangkabau (Sumatra) ve Selebesdən gəldilər. Anasoyluluğa əsaslanan ve Adat Perpateh adlanan qanunlarını bölgə xalqına qəbul etdirən Minangkabaular, bölgədə son dərəcə xüsusi bir mədəniyyət və arxitektura yaratdılar. Bu gün Selangor, Melaka, Johor və Pahang əyalətlərinin bəzi seqmentlərinə suveren olan doqquz dövlət (Negeri Sembilan), 1773-cü ildə zəif bir konfederasiya rəhbərliyi altında birləşdi. Konfederasiya bölgədəki qalay mədənlərinin nəzarəti ələ keçirməyə çalışan Britaniyanın təklifini qəbul edərək XIX əsrdə Britaniya himayəsi altına girdi. 1895-ci ildə Federal Malaya Əyalətinə birləşən Negri Sembilan, Yaponlar tərəfindən işğal edildiyi II Dünya Müharibəsindən sonra da Malaziya Federasiyasına qatıldı. == İqtisadiyyatı == İqtisadiyyat istehsal sektoruna dayanır, elektrik və elektron, tekstil, mebel, kimyəvi maddələr, maşın və rezin əşya istehsal maddələridir.
Neqra burnu
Neqra burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mitçell buxtasından cənub-şərqdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burun Çili Antarktida ekspedisiyaların birində iştirak edən şəxs tərəfindən adlandırılmışdır. == Yerləşməsi == Qrinviç adasındakı Spark burnundan 6.43 km şimal-şərqdə, Debelyanov burnundan 2.8 km cənub-şərqdə, Beron burnundan 4.5 km şimal-qərbdə, Edvards burnundan 8.84 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Nergi (Urmiya)
Nergi (fars. نرگي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 974 nəfər yaşayır (160 ailə).
Nüvədi (Meğri)
Nüvədi (1994-cü ildən: Nrnadzor) — Zəngəzur mahalının Meğri rayonunda kənd. == Tarixi == Nüvədi kəndinin adı 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Masırı nahiyəsinin kəndi olaraq adı çəkilir.(25 ailə yaşadığı) Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir. Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx, "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur. 25 oktyabr 2020-ci ildə Nüvədi kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyeva müraciət ediblər. 18 iyun 2021-ci ildə Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar. 452 ailə adından hazırlanan, onların hər birinin imzaları və müvafiq sübutlarla təqdim edilən müraciət 55 vərəqdən ibarətdir.
Nəqli cümlə
Nəqli cümlə — obyektiv gerçəkliyin, xəyali aləmin bu və ya digər faktı, hadisəsi barədə məlumat verən adi təsviri cümlələrə nəqli cümlə deyilir (nəqli sözü ərəb mənşəli "naqil" sözü ilə bir kökdən olub paylayan, ötürən mənalarındadır). Nəqli cümlələr vasitəsilə yalnız gördüyümüz, müşahidə etdiyimiz fakt və hadisələr haqqında deyil, başqasından eşitdiyimiz, oxuduğumuz, bir çox hallarda mifoloji təfəkkürlə bağlı hadisələr haqqında da başqalarına məlumat verir və ya başqalarından məlumat alırıq. Nəqli cümlələr söz sırası və intonasiyanın köməyi ilə formalaşır. Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən, nəqli cümlə vasitəsilə ifadə edirlər. Nəqli cümlələrdə adətən mübtəda "məlum olan"ı — temanı, xəbər isə "yeni"ni bildirir. Ona görə də bu cür cümlələr ədəbi dilin normal söz sırasını nümayiş etdirir. Müxtəsər nəqli cümlələrdə qayda üzrə əvvəlcə mübtəda, sonra xəbər, geniş nəqli cümlələrdə isə əvvəl mübtəda, sonra xəbər zonası işlənir. Nəqli cümlə adi tonla deyilir. Sonda əsasən nöqtə, qoşa nöqtə və ya üç nöqtə qoyulur.
Nəqşi-Rüstəm
Nəqşi-Rüstəm— Persepol yaxınlığında Nəqşi-Rüstəm dərəsində yerləşən arxeoloji sahə. I Şapurun (241–272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sisakan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir. Nəqşi Rüstəm (Farsca: نقش رستم Næqš-e Rostæm) İranın Fars əyalətində, Persepolun 12 km şimal-qərbində yerləşən bir arxeoloji sahədir. Fars mifologiyasının qəhrəmanı Rüstəmin təsvir edildiyi düşünülən abidə məzarların altındakı Sasani oymalarına görə Nəqşi Rüstəm, yəni "Rüstəmin Rəsmi" adlandırılır. Nəqşi-Rüstəm də Əhəməni krallarına aid yeddi türbə var. Üzərindəki yazılar onlardan birinin I Daraya aid olduğunu açıq şəkildə göstərir. I Daradan başqa o biri üç məzarın, I Xerxes, I Artaserhas və II Daraya aid olduğu düşünülür. Persepolun arxasında tamamlanmamış vəziyyətdə tapılan iki məzar, ehtimal ki, II Artaserhas və III Artaserhasa məxsusdur. Yarımçıq qalan bir dənəsi, ən uzun iki il hökmdarlıq etmiş Arsesə, daha güclü ehtimalla isə Makedoniyalı İsgəndər tərəfindən taxtdan salınmış son Əhəmənilər hökmdarı III Daraya aiddir. Nəqşi-Rüstəmdəki qəbirlərdən əlavə, məzarların alt hissəsində Sasanilər padşahlarına aid yeddi nəhəng qayaüstü təsvir vardır.
Nəşri-maarif
"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. == Tarixi == Fəaliyyətinin ilk mərhələsində "Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət" də adlandırılır. İlk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq olunmuş, 1912-ci il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. "Nəşri-maarif"in idarə heyətinə 1906-cı il noyabrın 24-də keçirilən ilk seçkilərdə cəmiyyətin tərkibinə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfərdən, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqalarından ibarət idarə heyəti, fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər. "Nəşri-maarif"in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Cəmiyyətin müxtəlif illərdə Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, habelə Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyədə, Rumıniyada şöbələri açılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək "Nəşri-maarif"in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Onlardan ikisi qız məktəbi (Balaxanıda və Zabratda) idi. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular.
Paolo Neqro
== Bioqrafiyası == Neqro "A" Seriyasında 1990-cı il oktyabrın 28-də, 18 yaşı olarkən debüt edib. O, "Boloniya"da çıxış edirdi. "Rossoblu" ilə yanaşı, Paolo "Breşiya"da da təcrübə yığıb. Oradan isə 1993-cü ildə Romanı fəth etməyə gedib. Müdafiəçini "Latsio" gözaltı etmişdi. Neqro uzun illər paytaxtlılara sadiq qaldı. Bu illər ona "skudetto"nu, eləcə də həm daxili, həm də xarici arenada bir neçə kubok qazandırdı. Paolonun aktivində həmçinin İtaliya yığmasında 8 oyun var. O, "Skuadra Azzura"da debüt matçını 1994-cü il noyabrın 16-ca Xorvatiya millisi ilə keçirib. 2005/06-cı illər mövsümündə Neqro "Latsio"dan daha az tanınan "Syena"ya üz tutdu.
Seyidlər (Meğri)
Seyidlər kəndi, Vardanazor (Vartanazur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. XIX əsrin əvəllərində kəndin adı Vardanazor kimi rəsmiləşdirilimişdir. Toponim seyidlər tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 36 nəfər, 1873cü üdə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1904 - cü ildə 439 nəfər, 1914 - cü ildə 1053 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, qırğınlarla sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 177 nəfər, 1926-cı ildə 180 nəfər, 1931-ci ildə 243 nəfər azərbaycanlı yaşamışdır.
Tağamir (Meğri)
Tağamir — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda olmuş kənd. == Tarixi == Tağamir kəndinin adı 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Kəhram Sahibi nahiyəsinin kəndi olaraq adı çəkilir.(18 ailə yaşadığı)Tağamir kəndi isə Liçk (erməni kəndi) kəndinə qatılmışdır 1946-cı ildə kənd ermənicə Liçk adlandırılmışdır. == Toponimi == Toponimdəki "taq" sözünün türk dillərində taq (Azərbaycan dilində daq) sözündən ibarət olması aydın deyil. Onu həm də "taqvarı tikinti" kimi ("Kitabi Dədə Qorqud"da "taqlı ev", Xaqani Şirvaninin bir şeirində "taqlı çadır" — bax: Xaqani, Seç. əsərləri Bakı, 1987, s. 317) də başa düşmək olar. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuşdur. 1922-ci ildə onun bir hissəsi geri qayıdaraq məskunlaşmışdır.
Vəng (Meğri)
Vəng — Meğri rayonunun inzibati ərazi vahidində kənd.
Xanthium nigri
Adi pıtraq (Xanthium strumarium) == Sinonim == Xanthium abyssinicum Wallr. Xanthium acerosum Greene Xanthium acutilobum Millsp. & Sherff Xanthium acutum Greene Xanthium affine Greene Xanthium albinum subsp. ripicola (Holub) J. Dostal Xanthium americanum Walt. Xanthium americanum Walter Xanthium arcuatum Millsp. & Sherff Xanthium arenarium Lasch Xanthium aridum St.John Xanthium barcinonense Sennen Xanthium brevirostre Hochst. [Invalid] Xanthium brevirostre Wallr. Xanthium bubalocarpon Bush Xanthium californicum var. rotundifolium Widder Xanthium calvum Millsp. & Sherff Xanthium campestre Greene Xanthium cenchroides Millsp.
Younes Megri
Younes Megri (يونس ميكري) - mərakeşli müğənni və aktyor.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.