Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nimr əl-Nimr
Şeyx Nimr Baqir əl-Nimr (21 iyun 1959, Əl-Avamiyyə[d] – 2 yanvar 2016, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanlı şiə din xadimi və insan haqları fəalı. == Həyatı == Şeyx Nimr Baqir ən-Nimr 1958-ci ildə (bəzi mənbələrdə 1959) Ərəbistanın şərqində Əl-Qətif şəhərinin Əl-Avamiyyə qəsəbəsində alim ailəsində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük alimlərindəndir. Ayətullah Nimr İslami təhsilini 10 il müddətinə Tehranda və Suriyada alıb. Bu dövrdə o, Ayətullahlar Şirazi və əl-Mədarrəsinin anlayışını tamamilə mənimsəyib. Qısa müddətdə oranın ən qiymətli ustadlarından birinə çevrilib. Bu müvəffəqiyyətlərindən sonra "Həzrəti Qaim" Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir. Ərəbistana qayıtdıqdan sonra Əl-Avamiyyə şəhərində "İmam Qaim" Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir. Dini baxımdan ölkəsindəki məzhəblərarası münaqişə anlayışına çox qoşulmayan Nimr həm də Səud rejiminin tənqidçilərindən olub.
Nimr ən-Nimr
Şeyx Nimr Baqir əl-Nimr (21 iyun 1959, Əl-Avamiyyə[d] – 2 yanvar 2016, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanlı şiə din xadimi və insan haqları fəalı. == Həyatı == Şeyx Nimr Baqir ən-Nimr 1958-ci ildə (bəzi mənbələrdə 1959) Ərəbistanın şərqində Əl-Qətif şəhərinin Əl-Avamiyyə qəsəbəsində alim ailəsində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük alimlərindəndir. Ayətullah Nimr İslami təhsilini 10 il müddətinə Tehranda və Suriyada alıb. Bu dövrdə o, Ayətullahlar Şirazi və əl-Mədarrəsinin anlayışını tamamilə mənimsəyib. Qısa müddətdə oranın ən qiymətli ustadlarından birinə çevrilib. Bu müvəffəqiyyətlərindən sonra "Həzrəti Qaim" Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir. Ərəbistana qayıtdıqdan sonra Əl-Avamiyyə şəhərində "İmam Qaim" Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir. Dini baxımdan ölkəsindəki məzhəblərarası münaqişə anlayışına çox qoşulmayan Nimr həm də Səud rejiminin tənqidçilərindən olub.
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. == Həyatı == Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Nimba dağı
Nimba dağı və ya Riçard-Molard dağı — Afrikada 3 respublikanın ərazisində yerləşən Nimba dağı və onun ətrafındakı əraziləri əhatə edən qorunan təbiət ərazisidir. 1981-ci ildə 155-ci üzv kimi YUNESKO-nun Ümumdünya irsi sıyahısına salınmışdır == Haqqında == Heyvan növləri arasında müxtəlif antilop cinsləri, böyük pişiklər, müşk pişiyi və müxtəlif məməli və sürünənlər də vardır. Burada daşları alət və vasitə olaraq istifadə edən şimpanzelər də yaşayır. Nimba Dağı Qvineya, Kot-d'İvuar və Liberiya arasında yerləşir. Kot-d'İvuarda qalan hissə mühafizə olunan bölgəyə daxil deyil. Nimba Dağı 1 752 metr yüksəklikdə olub 40 km-lik bir dağ silsiləsinin hissəsidir. Təbiət Qoruma Sahəsi yüksək otlaq, savanna düzənliyi və yağış meşələrindən ibarətdir. Kütləvi olaraq Liberiyadan qaçqınların gəlməsindən sonra Qvineya 1992-ci ildən bəri bu sahədə dəmir filizinin çıxarılmasına icazə vermiş və bu bölgəni təhlükə altına atmışdır. Nəzarətsizlik, qanunsuz ovlanma və yanğınlar bölgənin təbiətinə böyük zərər yetirir. Bu səbəblərdən 2013-cü ildən təhlükə altındakı abidələr siyahısındadır.
Nim (rayon)
Nim (fr. Nîmes) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qar. Suprefektura — Nim. Rayon əhalisi 2006-cı ildə 505 853 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 161 nəf / km². Rayon ərazisi — 3133 km².
Nima Qum Muzeyi
Nima Qum Muzeyi (仁摩サンドミュージアム, Nima Sando Myuciamu) – Yaponiyanın Şimane prefekturasının Oda şəhərində, keçmiş Nima qəsəbəsinin ərazisində yerləşən və quma həsr olunmuş muzey. Burada dünyanın ən böyük qum saatı saxlanılır. == Tarixi == Muzeyin açılışı 3 mart 1991-ci ildə yerli bələdiyyə başçısının iştirakı ilə baş tutmuşdur. Muzeyin yaradılmasında məqsəd qəsəbə yaxınlığında yerləşən Kotoqahama çimərliyinin qumunu nümayiş etdirərək turist cəlb etmək olmuşdur. Belə ki, bu çimərliyin qumu "oxumaq" xüsusiyyətinə malikdir.Muzeyin memarı Nimada doğulmuş Şin Takamatsudur. O, muzeyin ən hündür piramidasını anasının qəbrindən görünə biləcək şəkildə dizayn etmişdir. == Xüsusiyyətlər == Muzey altı şüşə piramidadan ibarətdir. Ən böyük şüşə piramidasında Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük qum saatı saxlanılır. Bu qum saatının yuxarı kürəsinin tam boşalması və aşağı kürəsinin tam dolması düz 1 il çəkir. Hər ilin 31 dekabr tarixində gecəyarısı qum saatı çevrilir.Qum saatının yerləşdiyi şüşə piramida 21 metr hündürlüyündə və 17 metr enindədir.
Nima Ərkani Hamid
Nima Ərkani Hamid (ing. Nima Arkani-Hamed; 5 aprel 1972, Hyuston) — İran əsilli Amerika-Kanada nəzəri fiziki. Ərkaninin valideynləri Iran və Təbriz şəhərinin əhalisindəndirlər.
Panthera pardus nimr
Ərəbistan bəbiri (lat. Panthera pardus nimr) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Nim Olimpik FK
"Nim Olimpik" Futbol Klubu (fr. Nîmes Olympique club de football, Nim Olimpik və sadəcə Nim olaraq da bilinir) — Fransanın Nim şəhərini təmsil edən, Liqa 2-də oynayan və 1937-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu tutumu 18,482 nəfər olan Kostiyer stadionudur. Klubun hal-hazırkı baş məqşçisi Bernar Blankardır.
Siu Nim Tao
Siu Nim Tao (小念頭) - Vin Çun döyüş sənətində ilk öyrənilən "açıq əl" hərəkətlərinin kompleks formasıdır. Mənası "Kiçik ideyanın yumruğu" ifadəsini verir. Bu formada düzgün dayanmağa, dirsəyin düzgün vəziyyətinə, nəfəs vermə və nəfəs alma qaydalarının düzgünlüyünə, əl hərəkətlərinin düzgün yerinə yetirilməsinə diqqət yetirilir. Həm də bu forma ilə meditasiya etmək olar.
Nimba dağı Təbiət Qoruğu
Nimba dağı Təbiət Qoruğu — Qvineya və Kot-d'İvuar ərazisində yerləşən, Qvineyada 12540 hektar, Kot-d'İvuarda isə 5000 hektar olmaqla 17.540 hektarlıq ərazini əhatə edən qorunana təbiət ərazisi və UNESCO-nun Ümumdünya irsi ərazisi. Qoruq Nimba silsiləsinin əhəmiyyətli hissələrini,yerli endemik növlərin də daxil olduğu qeyri-adi dərəcədə zəngin flora və faunası olan coğrafi baxımdan unikal bir ərazini əhatə edir. Ən yüksək zirvəsi hər iki ölkənin ən yüksək zirvəsi olan 1.752 m (5.750 ft) hündürlüyündəki Nimba dağıdır. == Tarix == Təbiət qoruğu Kot d'İvuarda 1943-cü ildə 4190 SE/F Sərəncamı ilə, Qvineyada isə 1944-cü ildə yaradıldı. Qvineya hissəsi 1980-ci ildə biosfer qoruğu olaraq qəbul edildi. Hər iki ehtiyat 1981 (Qvineya) və 1982-ci ildə (Kot d'İvuar) ümumi bir Ümumdünya irsi sahəsi yaratmaq üçün birləşdirildi. 1992-ci ildə ərazidə mədən üçün dəmir filizi kəşfiyyatı başlandı və qoruq o vaxtdan bəri UNESCO-nun Təhlükədə olan Dünya İrsinin siyahısına daxil edilmişdir. Ərazidə təkmilləşdirilmiş bir qoruma naminə Qvineya Parkları Vəqfi tərəfindən bir konservasiya idarəetmə mərkəzi qurulub. Layihə 2016-cı ildə Qvineya Hökuməti və CEGENS tərəfindən təsdiqlənmişdir. == Coğrafiya == Nimba silsiləsi şimali-cənub-qərb istiqamətə yönəlmiş, təxminən 40 km-ə qədər uzanan dar bir silsilədir.
Dime Dırb
Dime Dırb (fars. ديمه درب‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 17 ailədə 34 nəfəri kişilər və 28 nəfəri qadınlar olmaqla cəmi 62 nəfərdir.
Anime
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Cimbo
Cimi
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Cimi oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cemi adlandırılmışdır. Əslində isə kənd öz adını ərazidəki min. bulaqların adından almışdır. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbəsinin inzibati ərazi vahidində yerləşən bu kənd Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. == Əhalisi == Qədim tarixə malik Cimi kəndinin əhalisini tatlar təşkil edir. Sayları təxminən 1000 nəfərə yaxındır.
FİVB
Beynəlxalq Voleybol Federasiyası (ixtisarı FİVB) — dünya üzrə voleybola nəzarət edən qurum. 222 ölkənin voleybol federasiyası quruma üzvdür. Federasiyanın yaranma tarixi isə 1947-ci il ilə təsadüf edir.
GIMP
GIMP (Rastr Qrafikalı Proqram, ing. GNU Image Manipulation Program, GIMP) — rastr qrafikası ilə işləmək üçün proqram; qismən vektor qrafikasını da dəstəkləyir. Layihənin əsası 1995-ci ildə qoyulub və hazırda könüllülər qrupu tərəfindən dəstəklənir. GNU General Public License şərtləri üzrə yayılır. == Rastr qrafikası == Rastr təsvirin əsas, ən xırda elementi nöqtədir. Ekranda təsviri yaradan nöqtələr piksellər adlanır. Rastr təsvirinin hər pikseli məkanda yerləşdirildiyi yeri və rəngi kimi xüsusiyyətləri ilə fərqlənir. Piksellərin sayı çox, ölçüləri az olduqca təsvir daha keyfiyyətli görünür. Rastr təsvirlərin istifadəsində məlumatların böyük həcmi başlıca problemə çevrilir. Jurnal səhifəsi tipli iriölçülü illüstrasiyalarla iş üçün bir neçə Gbayt operativ yaddaşa, sürətli prosessora malik müasir kompüterlər tələb olunur.
Himn
Himn — dövlət rəmzlərindən biridir. İlk dəfə qədim Yunanıstanda yaradılıb. Bu gün bütün ölkələrin himni var. Azərbaycanın da 1991-ci ildən müstəqil olduğu vaxtdan himni var. Onun sözləri Əhməd Cavadın Musiqisi isə Üzeyir Hacıbəylinindir. Qeyd etmək lazımdır ki bizim himn 1918-ci ildə yaradılıb.
Hims
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
IMDb
Internet Movie Database (IMDb, Azərbaycan dilinə tərcümədə azərb. İnternetdə filmlərin məlumat bazası‎) — kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası və veb-sayt. Baza əhəmiyyətli dərəcədə könüllülər tərəfindən zənginləşdirildiyinə görə saytın fəaliyyət texnologiyası müəyyən qədər viki-konsepsiyaya yaxındır.
Lima
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Nama
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Adriana Lima
Adriana Lima (12 iyun 1981, Salvador, Baiya) — Braziliyalı model. == Həyatı == Əsl adı Adriana Franseska Limadır. 12 iyun 1981-ci ildə Braziliyada, Salvador, Bahia şəhərində anadan olub. Atası Nelson Torres, anası Maria da Graça Limadır. Adriananın uşaqlığı çox çətin keçib, belə ki, atası anasıyla onu hələ 6 aylıq olarkən atıb getmişdir. Əvvəllər atası ilə münasibətləri gərgin olmasına baxmayaraq, mətbuatın verdiyi məlumatlara görə hal-hazırda onların münasibətləri normallaşmaq üzrədir. == Karyerası == Baxmayaraq ki, məktəbdə oxuduğu vaxt bir çox gözəllik müsabiqələrində qalib gəlmişdi, Adriana Limanın heç vaxt model olmaq kimi bir fikri olmamışdır. Amma ən yaxın rəfiqəsi model məktəbində oxumaq istədiyi və tək getmək istəmədiyi üçün Adriana da onunla modellik məktəbinə sənədlərini verdi. Hər iki qız şəkillərini müsabiqəyə göndərdilər, amma yalnız Adriana müsabiqədən keçə bildi. Tezliklə - 15 yaşında Adriana Ford şirkətinin "Dünyanın super modeli" yarışmasına qatılaraq birinci yerə çıxdı.
Anima mundi
Anima mundi — yəni dünyanın saf, səmavi ruhu. Antik filosoflara görə təbiətin hər yanına nüfuz etdiyi irəli sürülmüşdür. == Haqında == Fikrin Platon ilə ortaya çıxdığı deyilsə də, qavramın kökəninin daha antik olduğu və ilk dəfə bəzi şərqli filosofların sistemlərində irəli sürüldüyü iddiası da vardır. Stoaçılara görə, o bəşəriyyətdəki tək mühüm, həyati gücdür.Bənzər qavramlara Parakelsus kimi hermetik filosoflar və daha sonra Fridrix Şellinq (1775–1854) də sahib olmuşdur. == Okultizmdə Anima mundi == Anime mundi termini Ökult terminologiyasının termini olub, dünyanın tamamilə canlı varlıq olduğu qavramını dilə gətirmək üçün "Dünya canı" anlamında isifadə edilir. Latıncadan da tərcüməsi bu mənaya gəlir.Basilius Valentinusun "dünya ölü bir vücuddan ibarət deyildir" sözü ilə bildirdiyi Anima mundi Okultistlərin ardından Teozoflar tərəfindən də qəbul edilmişdir. Bu qavramı qəbul edən düşüncəyə görə, insan bədənində olduğu kimi Anime mundinin bədənində də sinir sistemi, hərəkət sistemləri, nəfəs sistemi mövcuddur. Anima mundinin insan varlığında olduğu kimi ruh, sübtil bədən və maddi bədən olaraq üçlü quruluşa sahib olduğu qəbul edilir.