Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nis
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Nis Qrot
Nis Qrot (d. 4 may 1988) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Nis Qrot Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Niş Hava Limanı
Niş Hava Limanı (serb. Аеродром Ниш — Константин Велики / Aerodrom Niš — Konstantin Veliki, ИАТА: INI, ИКАО: LYNI) — Serbiyada yerləşən mülki hava limanı. Aeroport Niş şəhərindən 4 km aralıda, Medoşevas kəndində yerləşir. 2012-ci ildə hava limanı 27426 sərnişinə xidmət etmişdir. Aşırma qabiliyyəti hər saata üç təyyarədir. Priştina, Belqrad, Podqoritsa, Tivat, Sofiya, Skopye və Oxrid üçün ehtiyat hava limanı sayılır. == Tarixi == Nişdə ilk hava limanı 1910-cu ildə Trupale kəndi yaxınlığında inşa edilir. 1913-cü ildə Yuqoslaviya krallığının hava daşımaçılığını həyata keçirən Aeroput şirkətinin balansında olur. ikinci dünyü müharibəsindən sonra hava limanı hərbi məqsədlər üçün istifadə edilir. Hazırkı, hava limanının yerində 1952-ci ildə 1500 m uzunluğa malik beton uçuş-eniş zolağı salınır.
CİS
CİS və ya Coğrafi İnformasiya Sistemləri(GIS – Georaphical Information Systems) – dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və s. problemlərinin həllinə. == CİS-in beş təməl komponenti vardır == Bunlar: a) Təchizat (hardware): CİS-in işləməsini mümkün edən kompüter və buna bağlı yan məhsulların bütünü təchizat olaraq adlandırılar. Bütün sistem içərisində ən əhəmiyyətli vasitə olaraq görünən kompüter yanında yan təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici (digitizer), məlumat qeyd modulları (verilən collector) kimi cihazlar məlumat texnologiyası vasitələri olaraq CMS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. b) Proqram (software): Digər bir deyişlə kompüterdə qaça bilən proqram, coğrafik məlumatları depolamaq, analiz etmək və göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma dilləriylə reallaşdırılan alqoritmlərdir. Proqramların çox çoxunun ticari məqsədli firmalar tərəfindən inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və araşdırmaya istiqamətli inkişaf etdirilmiş proqramlar da mövcuddur. Dünyadakı CBS bazarının əhəmiyyətli bir qisimi proqram inkişaf etdirən firmaların əlindədir. Bu baxımdan indiki vaxtda CBS bu cür proqramlarla haradasa qaynaşmış vəziyyətdədir. Ən məşhur CİS proqramları olaraq ArcInfo, Intergraph, MapInfo, Netcad (Türkcə, Azərbaycan dili), Idrisi, Grass vs.
Diş
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
Eniş
Eniş (fr. L'aurore, ing. Dawn) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1881 - ci ildə işlənmiş rəsm əsəri. Əsərdə suya enən Aurora təsvir edilmişdir. Bu səbəbdən də əsər bəzən "Auroranın enişi" də adlandırılır. "Eniş" əsəri hazırda İngiltərənin Birmingerm İncəsənət Muzeyində saxlanılmaqdadır.
Kiş
Kiş - bu mənalarda gələ bilər: Kiş (Şumer) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Kiş (İran) — İranın Hörmüzgan ostanında şəhər, ostanın inzibati mərkəzi Kiş (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd Kiş (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element.Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur. Xlorofilin əmələ gəlməsi üçün mis istənilən bitkiyə lazımdır və onu başqa element ilə əvəz etmək olmaz.
NFS
NFS (Network File System)- UDP (User Datagram Protocol) nəqliyyat protokoluna əsaslanan fayl sisteminə erişmək üçün protokollar toplusu. UNIX-maşınlara, PC fərdi kompüterlərinə (Windows NT altında işləyən) və Macintosh fərdi kompüterlərinə, yəni müxtəlif əməliyyat sistemləri altında işləyən maşınlara lokal şəbəkədə faylları birgə istifadə etməyə imkan verir; bu isə faylların çoxlu sayda kopyasını ayrı-ayrı kompüterlərin lokal disklərində saxlamaq zərurətini aradan qaldırır. NFS SUN Microsystems şirkəti tərəfindən 1984-cü ildə işlənib hazırlanıb və RFC 1094 (versiya 2) və RFC 1813 (versiya 3) sənədlərində açıq standart kimi müəyyən olunub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
NZS
NZS (qəsəbə) — Xətai rayonunda yerləşən qəsəbə. NZS FK — futbol klubu.
Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir. == Əhalisi == Qəsəbədə udilər yaşayır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır. Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir.Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar. == İqtisadiyyatı == Kənddə hər həftənin bazar günü ətraf kənd və rayon sakinlərinin iştirak etdiyi kənd təsərrüfatı yarmarkası keçirilir.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Niks
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır.
Nil
Nil (ərəb. النيل‎ an-nīl, ing. Nile, q.misir iteru və ya Ḥ'pī, qibt. Ⲫⲓⲁⲣⲱ (p(h)iaro) — Afrika qitəsində çay. Dünyanın ən uzun çayıdır. "Nil" sözün mənşəyi bu çayın yunanca "Neylos" (Νείλος) adından gəlir. Nil çayının mənbəyi Viktoriya gölüdür. Afrika materikində yerləşən Nil çayı dünyanın ən uzun çayı olub uzunluğu 6650 km-dir. Eyni zamanda bir çox ölkələrdən keçdiyi üçün tranzit çaydır. Hövzəsi Ruanda, Uqanda, Keniya, Tanzaniya, Efiopiya, Sudan və Misir ərazilərindədir.
Nip
Nip (fr. Nippes, h.kreol Nip) — Haiti Respublikasının 10 departamentindən biri. 2003-cü ildə Qrand-Ans departamentindən ayrılma nəticəsində yaranmışdır. Ölkənin cənub-qərbində, Tiburon yarımadasının şimal sahilində yerləşir. Sahəsi — 1,267,8 km², əhalisi — 311 497 nəfərdir (şəhər daxil olmaqla — 51,111 nəfər, kənd — 260,386 nəfər, 2009-cu il). İnzibati mərkəz — Miraqoan şəhəridir.
Nir
Nir şəhəri, İranın Ərdəbil ostanında şəhər. Nir şəhristanının mərkəzidir.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,848 nəfər və 1,264 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır.Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Nus
Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alexander of Aphrodisias . Supplement to On the Soul. Trans. by R.W. Sharples. London: Duckworth, 2004 Burnyeat, M. “Is an Aristotelian Philosophy of Mind Still Credible?
Nıso
Nıso — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 90 nəfərdir. == Toponimiyası == Keçmişdə kəndi Milə də adlandırmışlar. Oykonim Nıso variantında da qeydə alınmışdır. Tədqiqatçılar bu oykonimi talış dilindəki nıso (gündüşməz, quzey) sözündən hesab edirlər.
Qış
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləriQış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Xış
Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu, lakin hansı növ torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti olması ilə də onlar bir-birindən seçilirdi.Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə düzəltdirilirdi. == Azərbaycanda xış növləri == Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü "ulamalı xış", "qollu xış", "çatma xış", "işkilli xış" və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər etnoqrafik bölgələrində rast gəlinirdi. Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı Azərbaycanın ayrı-ayrı bölgələrində "ulama", "çilə", "çatma", "məsənə", "uzatma" və s.
His
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.