NİSGİL

is. Bir şeydən dolayı daim ürəkdə qalan məmnuniyyətsizlik hissi, ürəkdə çəkilən qüssə, dərd.
Anasının sözləri Xəlilin ürəyində bir nisgil olub ölənədək qalmışdı. Ə.Haqverdiyev.
[Kərbəlayı Eyvaz:] Yazıq Dürnisə! Nisgilin ürəyimi dağlayır! Çəmənzəminli.

□ Nisgil eləmək – özünə dərd eləmək, qüssələnmək, kədərlənmək. Hərçənd kasıbıq, ev-eşiyimizin ləyaqəti yoxdur.
Amma yenə nisgil eləmədim. M.S.Ordubadi.

◊ Ürəyində nisgil qalmaq – arzusu, gözlədiyi şey vaxtında yerinə yetmədiyi üçün bir dərd olaraq ürəyində qalmaq.
Vur-tut ikicə ilin gəlini olan Geysubəyimin nisgili ürəyində, arzusu gözündə qalmışdı. Ə.Vəliyev.
Dostum, ürəyində qalmasın nisgil; Qoy açım sirrimi, sən də eşit, bil! R.Rza.

Антонимы

  • NİSGİL NİSGİL – SEVİNC Danış ki, ürəyində qalmasın bir nisgilin (S.Rüstəm); Sabirin gözlərində sevinc ifadəsi canlandı (M

Этимология

  • NİSGİL Güman olunur ki, ərəbcə miskin (aciz, yazıq) sözünün həm fonetik, həm də semantik baxımdan dəyişilmiş formasıdır
NİSF
NİSGİLLƏNMƏ

Значение слова в других словарях

анорекси́я городни́чество кетч коне́чный мерканти́льность посажа́ть пропе́рчить антифаши́ст глуши́тель неопису́емо обежа́ть о́стров перспекти́вный по-чёрному сниска́ние теорети́ческий шара́ханье civy collodion goat's-beard hombre miaow print-seller tortilla кипяток