Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Nubar
Nubar — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Abşeron rayonu ərazisində yaşayış yeri.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Nübar
Nubar — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Abşeron rayonu ərazisində yaşayış yeri.
Aşıq Nabat
Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası – 3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub. 1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır. Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir. 3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh.
Nabat Abdullayeva
Nabat Abdullayeva (tam adı: Nabat Cumay qızı Abdullayeva; 25 may 1925, Nuxa – 27 dekabr 2006, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1980), professor (1982). 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1954-cü ildən həmin institutda pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan dilinin morfologiyası və sintaksisi sahəsində tədqiqatları var. Ali məktəb tələbələri üçün bir sıra dərs vəsaitlərinin müəllifidir.
Nabat Aşurbəyova
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. == Həyatı == Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Nabat Məhərrəmqızı
Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssamı (2018). == Həyatı == N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir. Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.
Nabat Səmədova

Nubar Ozanyan
Nubar Ozanyan (erm. Նուպար Օզանեան) və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub. == Bioqrafiya == Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş, orada Yılmaz Güneyi müdafiə etmişdir. Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur.
Nubar Terziyan
Nubar Terziyan (16 mart 1909, İstanbul – 14 yanvar 1994, İstanbul) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Nubar Terziyan 1909-cu ildə İstanbulda anadan olmuşdur. 1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub. == Fəaliyyəti == Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub.
Nübar Həkimova
Nübar Muxtarova
Nübar Muxtar qızı Muxtarova (30 avqust 1948) — Azərbaycan pedaqoqu, pedaqoji elmlər doktoru (1996), professor (1997). "Tərəqqi" medalı ilə təltif olunmuşdur (2009). == Həyatı == Nübar Muxtarova 30 avqust 1948-ci ildə Litva SSR-in Şaulyay şəhərində anadan olmuşdur. Sonra Şamaxı rayonuna köçmüşlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. 10 elmi-praktik konfransın, o cümlədən, 4 beynəlxalq elmi-praktik konfransın təşkilatçısı və rəhbəri olmuşdur. Rusiya, Türkiyə, Çin, Malayziyada keçirilən beynəlxalq konfranslarda çıxış etmişdir. BDU-nun Böyük Elmi Şurasının qərarı ilə nəşr olunan "Pedaqoji aləm" adlı jurnalın təsisçisi və baş redaktorudur (1999-cu ildən). Bakı şəhər YAP Səbail rayon Qadınlar Məclisinin sədridir.
Nübar Novruzova
Nübar Novruzova (tam adı: Nübar Qulu qızı Novruzova; 8 mart 1958, Naxçıvan) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Nübar Qulu qızı Novruzova 1958-ci ilin martın 8-də (sənədlə 1 martdır) Naxçıvanda anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil almışdır. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilmişdir. Daim axtarışlar aparan, yorulmadan çalışan aktrisa az vaxt ərzində teatrın aparıcı aktrisası olub, baş rollarda müvəffəqiyyətlə çıxış etmişdir. Aktrisanın əsas rolları bunlardır: "Qonşu qonşu olsa" Ağca — ("Qara qız" S. S. Axundov, A. Şaiq) Xumar — ("Qızaran üfüqlər") Leyla — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli) Qumru — ("Sabah çoxdan başlanır", Rəhman Əlizadə) Nazlı — ("Ərizə", Əli Əmirli) Bala Dovşan — ("Çal oyna", İskəndər Coşğun) Bahar — ("Ana laylası", İskəndər Coşğun) Qadın — ("Unutmağa kimsə yox", Kamal Abdulla) Naza — ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev) Yetər — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov) Şeytan — ("Toxmaq Əhməd", Rauf İçərişəhərli) Naza — ("Ləyaqət", Marat Haqverdiyev) Nargilə — ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev) Jannina — ("Məzəli hadisə", Karlo Qoldoni) Sona xanım — ("Hacı Qara", Mirzə Fətəli Axundov) Böyükxanım — ("Aydın" C. Cabbarlı) Zalxa — ("Hekayəti-xırs quldurbasan" M. F. Axundov) Ana — ("Ələddinin sehrli çırağı" N. Kazımov) Tənbəl qız — ("Göyçək Fatma" Azərbaycan xalq nağılı) Missis Sauberi — ("Oliver Tvistin macəraları" Çarlz Dikkens) Qonşu — ("Viktoriya" Knut Hamsun) Sədəf qarı — ("Əcəl atı" Vaqif Əlixanoğlu) Səkinə — ("Mən səni sevirəm" Əli Əmirli) Dayə — ("Romeo və Cülyetta" U. Şekspir) Xeyransa — ("Buzovna kəndinin əhvalatları" Elçin) Yelena xala– ("Dörd əkizin nağılı" P. Pançev) Markolfa — ("İtalyansayağı xoşbəxtlik" D. Fo, P. Filippo) Ana — ("Ağ ölüm" V. Siqarev) == Mükafatları == Teatr sənətinin inkişafındakı xidmətlərinə görə o, 1991-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Pəhləvan Nabat
Pəhləvan Nabat (1812, Şuşa – XX əsr) — Qarabağın adlı-sanlı güləşçisi[mənbə göstərin] == Həyatı == Nabat Məşədi Səfərəli oğlu 1812-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Dabbaqlıqla məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Məşədi Nabat hündür, qolu zorlu bir adam idi. Cəfərqulu xan Cavanşirin pəhləvanı idi. Xan şərq dünyasından tanınmış pəhlivanları Şuşaya dəvət edər, Məşədi Nabatla güləşdirərdi. Tarixçi Baharlı yazır: "Belə ki, bundan əqdəm Dördlər qurdu məhəlləsində bir pəhləvan var idi. Onun adı pəhləvan Nabat və sənəti dabbağlıq idi. Çox zorlu və güləşkən adam idi. Baharlı Pəhləvan Nabat haqqında yazır: "Və heç kəs onun arxasın yerə qoymayıbdır.
Qubat Əliyev
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Şubat (serial)
Şubat — 2012-2013-cü illərdə EfLAtunfilmin hazırladığı və TRT 1-də yayımlanan 32 seriyalı Türkiyə serialı. Serialın baş rollarda Əlican Yücəsoy, Melisa Sözən və Musa Uzunlar sənətkarlar var. == Məzmunu == Şubat uşaqlığında anası tərəfindən Çanqaya klinikasına aparılır. Burada onu çətin günlər gözləyir. Onun üzərində əməliyyatlar aparılır, iynələr vurulur. Bir gün klinikada yanğın olanda bir çox uşaq ölür. Xilas olunanlar arasında olan Şubat, klinikanın yaxınlığındakı quyuya düşür. Yaxınlıqdan keçən ortayaşlı kişi (Əziz) quyunu açarkən onu görür. O gündən Əziz, Şubata atalıq edir. İllər sonra Şubat ticarət mərkəzində televizora baxarkən Yağmur Çanqayanı görür və ona aşiq olur.
Şubat (teleserial)

Poqos Nübar
Poqos Nübar (q.erm. Պօղոս Նուպար; 2 avqust 1851, Qahirə – 25 iyun 1930[…], Parisin 16-cı dairəsi[d]) — Misirin üç dəfə valisi olmuş Nübar Paşanın oğlu. Erməni Milli Nümayəndə heyətinin sədri və digər on erməni milli hərəkatının lideri ilə birlikdə 1906-cı il aprelin 15-də Erməni Ümumi Xeyirxahlar İttifaqının (AGBU) qurmuş və 1906-1928-ci illərdə onun ilk prezidenti olmuşdur. 1912-ci ildə o, katolikos V Gevorq tərəfindən Ermənistan Milli Nümayəndə heyətinə sədr təyin edilib. == Həyatı == Nübar 1851-ci ildə İstanbulda anadan olub. Onun atası Misirin baş naziri Nübar Paşa olub. Misir və Fransada inşaat mühəndisi kimi təhsil alıb. Misirdə su işləri və Sudanda suvarma layihələrində çalışıb.
Nabat (film, 2014)
Nabat — Elçin Musaoğlunun tammetrajlı bədii filmi. Film “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. == Məzmun == Film Qarabağ müharibəsini əks etdirir. “Nabat” filmində güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazı yaradılıb. == Haqqında == Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınıb. Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmin səs redaktəsi və dublyajı Nadir Mahmudova məxsusdur. Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində nümayiş etdirilmişdir. == Festivallar == 71st Venice International Film Festival, Italy.
Nubar Ozanyan dəstəsi
Nubar Ozanyan dəstəsi (erm. Նահատակ Նուպար Օզանեան Գումարտակ, ərəb. طابور الشهيد نوبار اوزانيان‎) — Suriya Demokratik Qüvvələrinin tərkibində Suriyada fəaliyyət göstərən erməni hərbi təşkilatı. 2019-cu ilin aprelində qurulmuşdur. Lideri Masis Mutanyandır. == Tarixçə == Dəstə, 2019-cu il aprelin 24-də, erməni soyqırımının 104-cü ildönümünündə yaradılmışdır. 2017-ci ildə Raqqada öldürülən Türkiyə Marksizm-leninizm kommunist partiyası silahlı qolunun lideri olan Nubar Ozanyanın şərəfinə adlandırılmışdır. Məqsədləri erməni xalqı, dili və mədəniyyətini, eyni zamanda bütün rojava xalqlarını "Faşist Birlik və Tərəqqi Partiyası təmsilçiləri" olaraq "İraq Şam İslam Dövləti və Türkiyədən" qorumaqdır. 14 avqust 2019-cu il tarixdə Nubar Ozanyan dəstəsi və Türkiyə Marksizm-leninizm kommunist partiyası tərəfindən Ozanyanın Raqqa müharibəsində ölümünün ikinci ildönümünü qeyd edən ortaq bir mərasim təşkil edilmişdir. Suriya Demokratik Qüvvələrinin tərkibində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı Sülh Bulağı əməliyyatında vuruşmuşdur.
Şubat (teleserial, 2012)
Şubat — 2012-2013-cü illərdə EfLAtunfilmin hazırladığı və TRT 1-də yayımlanan 32 seriyalı Türkiyə serialı. Serialın baş rollarda Əlican Yücəsoy, Melisa Sözən və Musa Uzunlar sənətkarlar var. == Məzmunu == Şubat uşaqlığında anası tərəfindən Çanqaya klinikasına aparılır. Burada onu çətin günlər gözləyir. Onun üzərində əməliyyatlar aparılır, iynələr vurulur. Bir gün klinikada yanğın olanda bir çox uşaq ölür. Xilas olunanlar arasında olan Şubat, klinikanın yaxınlığındakı quyuya düşür. Yaxınlıqdan keçən ortayaşlı kişi (Əziz) quyunu açarkən onu görür. O gündən Əziz, Şubata atalıq edir. İllər sonra Şubat ticarət mərkəzində televizora baxarkən Yağmur Çanqayanı görür və ona aşiq olur.
Nabat xanım Aşurbəyova-Rzayeva
Aşurbəyova Nabat Qoca qızı (1795, Bakı – 7 dekabr 1912, Bakı) — məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirib. == Həyatı == Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. O, öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüş, tatar küçəsində (sovet dövründə Krupskaya, indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun şeirlər yazdığı da məlumdur. Təəssüf ki, həmin şeirlər sonrakı nəsillər üçün saxlanmamışdır. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905–1914-cü illər) Təzəpir məscididir. Hal-hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani İdarəsi yerləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı memar, Sankt-Peterburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş memarı olmuşdur.
Kuban
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 km². Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu — Protoka — sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Mübah
Mübah (ərəb. مباح‎) və ya caiz — İslam dininə görə axirət savabının yazılması haqqında heç bir dəlil olmayan bəyənilən əməldir. Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
NuGet
NuGet (Nyu Get deyə tələffüz olunur) — proqramçıların təkrar istifadə edilə bilən kodu paylaşmalarını təmin etmək üçün hazırlanmış bir paket idarəetmə sistemi. Proqram azad və açıq-mənbəlidir. Outercurve Fondu əvvəlcə NuPack adı altında yaratdı. 2010 -cu ildə istifadəyə verildikdən sonra NuGet daha böyük alət və xidmətlər ekosisteminə çevrildi. == Haqqında == NuGet, proqramçılar üçün bir paket meneceridir. Yaradıcılara faydalı kodu paylaşmağa və istehlak etməyə imkan verir. NuGet paketi, .nupack və ya .nupkg fayl adı sonluğuna malik olan və .NET assemblylərini (Birlikdə işləmək və məntiqi bir funksionallıq vahidi yaratmaq üçün qurulmuş növlər və mənbələr toplusu) və onlara lazım olan faylları ehtiva edən tək bir ZIP faylıdır. NuGet əvvəlcə bir Microsoft Visual Studioya "əlavə funsiya" olaraq paylandı. Visual Studio 2012 -dən başlayaraq həm Visual Studio, həm də Mac üçün Visual Studio NuGet paketlərini yerli olaraq istehlak edə bilər. NuGet-in əsas işlədiləbilən faylı olan nuget.exe, həm paketlər yarada, həm də istehlak edə bilən azad və açıq mənbəli əmr sətiri tətbiqidir.