Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Eunus
Yevn (yun. - Eunus) (? - e.ə.132, Enna) - Siciliya adasında birinci qul müharibəsinin rəhbəri (e.ə. 138-e.ə. 132). == Həyatı == Mənşəcə suriyalı idi. Üsyançılar onu Antiox adı ilə çar elan etmişdilər. E.ə. 132-ci ildə Roma konsulu Rupili tərəfindən əsir alınmış və həbsxanada işgəncə ilə öldürülmüşdü.
Nukus
Nukus və ya Nüküs (özb. Нукус, Nukus (Nüküs), qaraq. Нөкис, No‘kis (Nökis)) — Özbəkistanın şimal-qərbindəki Qaraqalpaqıstan Respublikasının paytaxtı, ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi olan şəhər. Təxminən 305.000 əhaliyə malikdir. Oktyabr qiyamından əvvəl Nukus şəhəri iki binadan ibarət əsgəri bir qala ikən, 1932-ci ildən etibarən inkişaf etmiş. Buna görə qaraqalpaqlar 1939-cu ildə paytaxtı Dördgöl şəhərindən bura köçürmüşlər. Nukus şəhəri Qaraqalpaqıstanın az qala mərkəzində qurulmuş bir şəhərdir.
Nuquş
Nuquş (rus. Нугуш, başq. Нөгөш dinlə) — Başqırdıstanda çay, Ağidel çayının sağ qolu. Uzunluğu 235 km-dir. Nuquş çayı Yurmatau silsiləsindən başlayır və Cənubi Ural dağlarından keçir. Çay əsasən qar suları ilə qidalanır; Bir qayda olaraq, noyabrın birinci yarısında, çay donur - aprel ayının ikinci yarısında buzlar əriyir. Nuquş Başqırdıstanda ən sürətlə axan çay hesab olunur. Yazda Nuquş çayında böyük ərintilər çox məşhurdur. Axı, turistlər mənzərəli dağlar arasında demək olar ki, qeyri-yaşayış sahələrindən keçirlər. Bundan əlavə, yol boyunca Kuperli şəlaləsi və əsl kanyon olan Pyatilistnik kimi təbiətin inciləri var.
Nurnus
Nurnus - İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzası, sovet dövründə Ellər rayonu (Kotayk, Abovyan) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Nornus formasında da qeyd edilir. Toponim monqol dilində «göl» mənasında işlənən nur//nor sözündən və ərəb dilində «ucu şiş minarəli tikinti» mənasnda işlənən naus (>nus), sözündən əmələ gəlib «göl, arx, kənarında tikinti» mənasını bildirir. Toponim tərkibindən nur / nor sözü Azərbaycan dilində nohur (arx, gölməçə) formasında işlənir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1873 - cü ildə 372 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 550 nəfər, 1904 - cü ildə 457 nəfər, 1914 - cü ildə 512 nəfər, 1916-cı ildə 642 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və Türkiyədən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir.
Nüsnüs
Nüsnüs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Nüsnüs – Ordubad rayonunda kənd, eyiadlı bələdiyyənin mərkəzi. Rayon mərkəzindən 7 kilometr şimal-şərqdə, dağ ətəyindədir. Əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və meyvəçiliklə məşğuldur. Orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi, uşaq bağçasl, rabitə şöbəsi, məscid var. Dağətəyi ərazidədir. 1933-cü ildə kəndin adı Nüsnüs kimi qeydə alınmışdır. Kəndin adı ərazidəki mineral bulaqların adından yaranmışdır. Əhalisi 2031 nəfərdir. Nüsnüs körpüsü– Ordubad rayonu ərazisində, Dübəndi çayı üzərində.
Nüsüs
Nüsüs — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Nüsüs kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 23 oktyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bəzi tədqiqatçılann ehtimalına görə, oykonim əslində Nousus olmalıdır və kəndin adı fars dilindəki nou (yeni, təzə) və Sus (kənd adı) komponentlərindən düzəlib, "yeni Sus kəndi" mənasındadır. Bu fikrə görə, yaşayış məntəqəsini Laçın rayonundakı Sus və ya Xocavənd rayonundakı Sos kəndlərindən çıxmış ailələr salmışlar. Kənd dağətəyi ərazidə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Yunus
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Echinops nanus
Echinops nanus (lat. Echinops nanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Erigeron nanus
Erigeron nanus (lat. Erigeron nanus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euonymus nanus
Euonymus nanus (lat. Euonymus nanus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Gilerme Nunes
Gilerme Nunes kimi də tanınan Gilerme Nunes da Silva (12 iyul 1998) — Braziliya təmsilçilərindən olan "Qremio Brazil" klubunda müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya futbolçusu. == Klub karyerası == Nunes Riu-Qrandi-du-Sul ştatının Novo Hamburqo bölgəsində anadan olmuşdur. Gilerme 2014-cü ildə yerli İvoti/Qlobalfut klubundan Santos klubunun akademiyasına cəlb olunmuşdur. 5 noyabr 2015-ci ildə o, klub ilə üç illik peşəkar müqavilə imzalamışdır. 3 fevral 2018-ci ildə Gilerme Nunes baş məşqçi Jair Venturanın istəyi ilə əsas komandaya dəvət almışdır. O, peşəkar karyerasında debütünü on beş gün sonra Kampeonato Paulista liqasında San-Paulu klubuna qarşı oyunda etmişdir. O, Conatan Kopeteni əvəz etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 16 sentyabr 2015-ci ildə Gilerme Nunes FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Braziliya U-17 millisinə dəvət almışdır. O, növbəti il U-20 yığmasına çağırılmış, Yay Olimpiya Oyunlarına gedəcək heyəti müəyyən etmək keçirilən məşqlərdə iştirak etmişdir.
Kamran Yunus
Kamran Yunis (5 dekabr 1974, Bakı) — Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, "ARRI", "Altın Şafran", "Vaqif Səmədoğlu" mükafatları laureatı. == Həyatı == Kamran Yunis 5 dekabr 1974-cü ildə, əslən Balakənli olsa da, Bakıda anadan olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarının iştirakçısı olub. Odlar Yurdu Azərbaycan filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə Xəlvətdə qalmış müdrik filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi Rami filmi 2007-ci ildə Hinistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Rami filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb.
Leyla Yunus
Leyla Yunus (21 dekabr 1955, Bakı) — hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri, Milli Şuranın üzvü. == Həyatı == Leyla Yunus 21 dekabr 1956-cı ildə Bakıda doğulub. === Təhsili === Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, antik ədəbiyyatı üzrə ixtisaslaşıb. === İctimai-siyasi fəaliyyəti === 1980-ci illərin sonunda Azərbaycanda başlayan demokratik hərəkatının fəal iştirakçısı olub. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının yaradıcılarından biri sayılır. 1992–1993-cü illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, Leyla Yunus Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik edib. Azərbaycanın ilk hüquq müdafiəçilərindən olan Leyla Yunus 1994-cü ildən bütün fəaliyyətini əsasən bu sahəyə yönəldərək siyasi məhbus problemi ilə məşğuldur. == Ailəsi == Evlidir, həyat yoldaşı Arif Yunus tarixçidir. Dinara Yunusova adında bir qızları var. == Mükafatları və fəxri adları == İnsan hüquqları və demokratik azadlıqlar sahəsində fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülüb, Fransanın "Şərəf Legionu Kavaleri" ordeniylə təltif edilib.
Lupinus nanus
Lupinus nanus (lat. Lupinus nanus) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Markos Nunes
Markos Nunes (7 yanvar 1961) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Markos Nunes Çilini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Markos Nunes Çilini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Məhəmməd Yunus
Məhəmməd Yunus (28 iyun 1940[…], Çittaqonq, Britaniya Hindistanı) — Banqladeşli sosial sahibkar, bankir, iqtisadçı və vətəndaş cəmiyyəti lideri. Grameen Bankını təsis etdiyinə və mikrokredit və mikromaliyyə konsepsiyalarına öncülük etdiyinə görə Nobel sülh mükafatına layiq görülmüşdür. Bu kreditlər ənənəvi bank kreditlərini ala bilməyəcək qədər yoxsul sahibkarlara verilir. Yunus və Grameen Bank birlikdə "təməldən iqtisadi və sosial inkişafı yaratmaq üçün mikro kreditlər sahəsində göstərdikləri səylərə görə" Nobel sülh mükafatına layiq görülüblər. Norveç Nobel Komitəsi bildirib ki, “əhalinin böyük qrupları yoxsulluqdan qurtulmağın yollarını tapmasa, davamlı sülh əldə edilə bilməz”, "mədəniyyətlər və sivilizasiyalar arasında Yunus və Grameen Bank göstərdilər ki, hətta ən yoxsul təbəqə belə öz inkişafını təmin etmək üçün çalışa bilər". Yunus bir sıra digər milli və beynəlxalq mükafatlara layiq görülüb. 2009-cu ildə ABŞ-nin Prezident Azadlıq medalı və 2010-cu ildə Konqresin Qızıl medalı ilə təltif olunub. 2008-ci ildə "Foreign Policy" jurnalının "Top 100 Global Thinkers" siyahısında 2-ci yerdə qərarlaşıb. 2011-ci ilin fevral ayında Yunus Saskiya Bruysten, Sopfia Eysenmann və Hans Reytz ilə birlikdə Yunus Social Business – Global Initiatives (YSB) şirkətini təsis edir. YSB bütün dünyada sosial problemləri həll etmək üçün sosial biznesləri yaradır və onlara səlahiyyətlər verir.
Neoseiulus tunus
Neoseiulus tunus (lat. Neoseiulus tunus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Nuruş Əliyev
Nuruş Əlihəsən oğlu Əliyev (1911, Aşağı Qaramanlı, Cavad qəzası – 1995, Xıllı, Neftçala rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə balıqçı, kənd sovetinin sədri, rayonda sənaye kombinatını direktoru və uzun müddət Nuruş Əliyev adına kolxozun sədri işləmişdir.
Nüsnüs hamamı
Nüsnüs hamamı — Azərbaycanın Ordubad rayonunun Nüsnüs kəndində yerləşən hamam və tarix-memarlıq abidəsi. XVIII əsrə aid olan hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Nüsnüs hamamı yeraltı hamamlar qrupuna aiddir və Ordubad rayonunun Nüsnüs kəndində yerləşir. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə hamam yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Hamamın planı düzbucaqlı formada olub, yuyunma salonu və onlara bitişik köməkçi otaqlardan ibarətdir. Uzunluğu 22,6 m, eni 9,4 m, hündürlüyü isə 5,6 metrdir. Ümumi sahəsi 213 m² olan hamamın soyunma və yuyunma salonu, ona birləşdirilən köməkçi otaqlar iki sferik günbəzlə örtülüb. Soyunma və yuyunma salonu bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilib. Hamamın isti su hovuzu yuyunma salonuna bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı borular ilə gətirilirdi.
Nüsnüs körpüsü
Nüsnüs körpüsü — Ordubad rayonun ərazisində yerləşir. Dübəndi çayı üzərində, Ordubad-Nüsnüs avtomobil yolunun 10km-liyindədir. Uzunluğu 10 paqonometr. 1998-ci ildə inşa edilmişdir. Körpü Nüsnüs kəndinin rayonunn mərkəzi ilə nəqliyyat əlaqəsini etibarlı şəkildə bərpa etmişdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 453.
Nüsnüs piri
Nüsnüs piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində orta əsrlərə aid ziyarətgah. Kəndin qərbində, nisbətən hündür ərazidə inşa edilmiş, tarixi-memarlıq abidəsi kimi diqqəti cəlb edən məscid binasının birinci mərtəbəsində yerləşir. Məscidin həyətindəki sadə quruluşlu məzarda kimin dəfn olunduğu barədə dəqiq məlumat yoxdur. Onun Dahyanus (Dağ Yunus) dövrünə, Əshabi-Kəhflə eyni tarixə aid olduğu da söylənilir. Məscidin mərkəzində hündürlüyü təxminən 5 metr olan daş sütun var. Rəvayətə görə, o bir neçə dəfə dağıdılmış, lakin yenidən peyda olmuşdur. Pirin giriş qapısı Ordubad ərazisində geniş yayılmış möhkəm qoz ağacı materialından hazırlanmışdır. Onun hündürlüyü 1,5 metr, eni isə 1 metrdir. Qapının üzərində süls xətti ilə ərəb dilində doqquz sətirlik kitabə həkk edilmişdir. Kitabə haqqında ilk dəfə rus diplomatı və şərqşünası N.V.Xanıkov məlumat vermişdir.
Nüsüs (dəqiqləşdirmə)
Nüsüs — Cəbrayıl rayonunda kənd. Yuxarı Nüsüs — Cəbrayıl rayonunda kənd.
Pedru Nuniş
Pedru Nuniş (port. Pedru Nunes, lat. Petrus Noniusı 1502[…] – 11 avqust 1578[…], Koimbra, Portuqaliya krallığı) — Portuqal riyaziyyaçı. Pedro Nuniş öz dövrünün ən məşhur riyaziyyatçısıdır. Onun əsas nailiyyəti naviqasiya üzrədir. O həmçinin bir neçə alət, vernier hansı ki, onun şərəfinə adlanmışdır. Onun ailəsi yəhudidir. Nuniş Salamanki Universitetini 1521–1522-ci illərdə oxuyub və sonra Lissabonda universitete daxil olub, 1525-ci ildə tibb üzrə dərəcə alıb. Həmçinin astronomiya, astrologiya və riyaziyyat üzrə mütəxəssisdir. Tibb təhsili aldığı zaman universitetdə filosofiya, məntiq və metafizika üzrə dərs deyib.