Məhəmməd Yunus (28 iyun 1940, Bathua[d], Britaniya Hindistanı) — Banqladeşli sosial sahibkar, bankir, iqtisadçı və vətəndaş cəmiyyəti lideri.
Məhəmməd Yunus | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyun 1940 (84 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, sahibkar, universitet müəllimi[d], bankir[d] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | iqtisadçı, sahibkar, universitet müəllimi[d], bankir[d] |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
muhammadyunus.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Grameen Bankını təsis etdiyinə, mikrokredit və mikromaliyyə konsepsiyalarına öncülük etdiyinə görə Nobel sülh mükafatına layiq görülmüşdür.[1] Bu kreditlər ənənəvi bank kreditlərini ala bilməyəcək qədər yoxsul sahibkarlara verilir. Yunus və Grameen Bank birlikdə "təməldən iqtisadi və sosial inkişafı yaratmaq üçün mikro kreditlər sahəsində göstərdikləri səylərə görə" Nobel sülh mükafatına layiq görülüblər. Norveç Nobel Komitəsi bildirib ki, "əhalinin böyük qrupları yoxsulluqdan qurtulmağın yollarını tapmasa, davamlı sülh əldə edilə bilməz", "mədəniyyətlər və sivilizasiyalar arasında Yunus və Grameen Bank göstərdilər ki, hətta ən yoxsul təbəqə belə öz inkişafını təmin etmək üçün çalışa bilər". Yunus bir sıra digər milli və beynəlxalq mükafatlara layiq görülüb.[2] 2009-cu ildə ABŞ-nin Prezident Azadlıq medalı və 2010-cu ildə Konqresin Qızıl medalı ilə təltif olunub.[3]
2008-ci ildə "Foreign Policy" jurnalının "Top 100 Global Thinkers" siyahısında 2-ci yerdə qərarlaşıb.[4]
2011-ci ilin fevral ayında Yunus Saskiya Bruysten, Sopfia Eysenmann və Hans Reytz ilə birlikdə Yunus Social Business – Global Initiatives (YSB) şirkətini təsis edir. YSB bütün dünyada sosial problemləri həll etmək üçün sosial biznesləri yaradır və onlara səlahiyyətlər verir. Yunusun yeni, humanist kapitalizm vizyonunun beynəlxalq icra qolu kimi, YSB inkişaf etməkdə olan ölkələrdə sosial bizneslər üçün inkubator fondlarını idarə edir və şirkətlərə, hökumətlərə, fondlara və QHT-lərə məsləhət xidmətləri göstərir.
2012-ci ildə Şotlandiyanın Qlazqo Kaledoniya Universitetinin rektoru olub, 2018-ci ilə qədər bu vəzifəni tutub. Əvvəllər o, Banqladeşin Çittaqonq Universitetində iqtisadiyyat üzrə professor olub.[5][6] Maliyyə işi ilə bağlı bir neçə kitabı nəşr edilib.[7] O, mikrokreditləri dəstəkləyən Grameen America və Grameen Foundation-ın təsis heyətinin üzvüdür.
2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Yunus Sosial Biznes Mərkəzi yaradılıb. 2024-cü ilin mart ayında Məhəmməd Yunusun iştirakı ilə mərkəzin açılışı olub.[8] Məhəmməd Yunus 2017-ci ildən UNEC-in Fəxri doktorudur. 2024-cü ilin mart ayından isə UNEC rektorunun müşaviridir.[9]
Yunus eyni zamanda 1998-ci ildə amerikalı xeyriyyəçi Ted Törnerin BMT-nin işlərinə dəstək üçün 1 milyard dollarlıq hədiyyə etdiyi ictimai xeyriyyə təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının direktorlar şurasında işləyir.[10]
Doqquz uşağın üçüncüsü olan Məhəmməd Yunus[11] 28 iyun 1940-cı ildə indiki Banqladeşin Britaniya Hindistanı Benqal Prezidentliyinin Çittaqonq əyalətinin Hathazari şəhərində Kaptai yolunun kənarındakı Bathua kəndində benqal müsəlman ailəsində anadan olmuşdur.[12][13] Atası zərgər olan Həzi Dula Mia Şoudaqar, anası isə Sufiya Xatundur. Uşaqlığının erkən illəri kənddə keçib. 1944-cü ildə ailəsi Çittaqonq şəhərinə köçür və o, kənd məktəbindən Lamabazar ibtidai məktəbinə keçir.[12][14] 1949-cu ildə Yunusun anası psixoloji xəstəlikdən əziyyət çəkirdi. Daha sonra o, Şərqi Pakistanda 39,000 tələbə arasından 16-cı yerə çıxmaqla Chittagong Collegiate School-nun buraxılış imtahanından keçdi.[14] Daha sonra Yunus Çittaqonq Kollecində oxuyarkənbir çox fəaliyyət sahələrində uğur qazanır, dramaturgiya üzrə mükafatlara yiyələnir.[14] 1957-ci ildə Dəkkə Universitetinin İqtisadiyyat fakültəsinə daxil olaraq, 1960-cı ildə bakalavr, 1961-ci ildə isə magistr dərəcəsini bitirib.
Məzun olduqdan sonra Yunus Nurul İslam və Rəhman Sobhanın İqtisadiyyat Bürosunda iqtisadiyyat araşdırmaları üzrə elmi işçi kimi işə başlayıb.[14] Daha sonra 1961-ci ildə Çittaqonq Kollecində iqtisadiyyatdan dərs verməyə başlayır.[14] Bu müddət ərzində o, gəlirli qablaşdırma fabriki də qurdu.[13] 1965-ci ildə ABŞ-də təhsil almaq üçün Fulbrayt təqaüdü aldı. O, 1971-ci ildə Vanderbilt Universitetinin İqtisadi İnkişaf üzrə Məzun Proqramında (GPED) iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb.[15] in 1971.[16] 1969–1972-ci illərdə Yunus Merfrisborodakı Midl Tennessi Dövlət Universitetində iqtisadiyyat kafedrasının dosenti olub.
1971-ci ildə Banqladeş istiqlal müharibəsi zamanı Yunus vətəndaş komitəsini yaradaraq, azadlıq üçün dəstəyi artırmaq üçün ABŞ-dəki digər Banqladeşlilərlə birlikdə Banqladeş İnformasiya Mərkəzini idarə etməyə başladı[14] O, həmçinin Neşvilledəki evindən Banqladeş Xəbər bülleteni də nəşr etdi. Müharibədən sonra o, Banqladeşə qayıdaraq, Nurul İslamın rəhbərlik etdiyi hökumətin Planlaşdırma Komissiyasına təyin edildə də, tutduğu vəzifəsinin onun üçün darıxdırıcı olması səbəbi ilə, Çittaqonq Universitetində İqtisadiyyat kafedrasının müdiri vəzifəsində işləməsi üçün istefa verdi.[17] 1974-cü ildəki aclığı müşahidə etdikdən sonra o, yoxsulluğun azaldılması ilə məşğul oldu və tədqiqat layihəsi kimi kənd iqtisadiyyatı proqramı qurdu. 1975-ci ildə o, hökumətin Paketli Giriş Proqramı kimi qəbul etdiyi Nabajuq (Yeni Era) Tebhaqa Xamar (üç paylı ferma) inkişaf etdirdi.[14] Layihəni daha effektiv etmək üçün Yunus və onun tərəfdaşları Qram Sərkar (kənd hökuməti) proqramını təklif etdilər. 1970-ci illərin sonunda prezident Zyaur Rəhman tərəfindən qurulan hökumət 2003-cü ildə hökumətin dördüncü təbəqəsi kimi 40,392 kənd hökumətini formalaşdırdı.[18] 2 avqust 2005-ci ildə Banqladeş Legal Aids and Services Trust (BLAST) təşkilatının müraciətinə cavab olaraq Ali Məhkəmə kənd hökumətlərini qeyri-qanuni və konstitusiyaya zidd elan etdi.[19]
Onun bir çox inkişaf etməkdə olan ölkələrdə innovatorları dəstəkləmək üçün mikrokredit konsepsiyası, həmçinin Info lady sosial sahibkarlıq proqramı kimi proqramlara ilham verdi.[20][21][22]
1976-cı ildə Çittaqonq Universitetinin yaxınlığındakı Cobra kəndindəki ən yoxsul ailələrə baş çəkərkən Yunus aşkar etdi ki, çox kiçik kreditlər yoxsul insanlar üçün qeyri-mütənasib fərq yarada bilər. Bambukdan mebel düzəldən kənd qadınları bambuk almaq üçün sələm yolu ilə kredit götürməli və qazanclarını borc verənlərə ödəməli olurdular. Ənənəvi banklar default riskinin yüksək olması səbəbindən yoxsullara ağlabatan faizlə kiçik kreditlər vermək istəmirdilər.[23] Lakin Yunus hesab edirdi ki, imkan verilsə, kasıblar pulu qaytaracaq və ona görə də mikrokreditlər əlverişli biznes modelidir.[24] Yunus pulunun 27 ABŞ dollarını kənddə yaşayan 42 qadına borc verir və onlar kreditdən hər biri 0,50 banqladeş takası (0,02 ABŞ dolları) gəlir əldə edirlər. Belə ki, mikrokredit ideyası Yunusa məxsusdur.
1976-cı ilin dekabrında Yunus nəhayət, Cobrada yoxsullara borc vermək üçün Canata Bank hökumətindən kredit götürür. Qurum layihələri üçün digər banklardan kreditlər alaraq fəaliyyətini davam etdirir. 1982-ci ilə qədər onun 28.000 üzvü var idi. 1 oktyabr 1983-cü ildə pilot layihə yoxsul Banqladeşlilər üçün tam hüquqlu bank kimi fəaliyyətə başladı və adı dəyişdirilərək Grameen Bank ("Kənd Bankı") oldu. 2007-ci ilin iyul ayına qədər Grameen 7,4 milyon borcalana 6,38 milyard ABŞ dolları vermişdi.[25] Ödənişi təmin etmək üçün bank "həmrəylik qrupları" sistemindən istifadə edirdi. Bu kiçik qeyri-rəsmi qruplar kreditlər üçün birlikdə müraciət edirlər və onun üzvləri ödənişin təminatçısı kimi çıxış edir və iqtisadi özünü inkişaf etdirmək üçün bir-birlərinin səylərini dəstəkləyirlər.[18]
1980-ci illərin sonlarında Grameen kifayət qədər istifadə olunmayan balıqçılıq gölməçələrinə və dərin boru quyuları kimi suvarma nasoslarına müraciət edərək, fəaliyyət sahələrini şaxələndirməyə başlayır.[26] 1989-cu ildə bu çoxşaxəli maraqlar ayrı-ayrı təşkilatlara çevrilməyə başladı. Balıqçılıq layihəsi Grameen Motsho ("Grameen Balıqçılıq Fondu") və suvarma layihəsi Grameen Krishi ("Grameen Agriculture Foundation") oldu.[26] Vaxt keçdikcə Grameen təşəbbüsü, Grameen Software Limited, Grameen CyberNet Limited və Grameen Knitwear Limited[27] kimi səhm layihələrini idarə edən Grameen Trust və Grameen Fund kimi böyük layihələr də daxil olmaqla, çoxşaxəli gəlirli və qeyri-kommersiya müəssisələri qrupuna çevrildi. Həmçinin Grameen Telecom -un, Banqladeşin ən böyük özəl telefon şirkəti olan Grameenphone-da (GP) payı var.[28] 1997-ci ilin mart ayından 2007-ci ilə qədər GP-nun Kənd Telefonu (Polli Telefonu) layihəsi 50.000-dən çox kənddə 260.000 kənd yoxsulunun mobil telefona sahib olmasını təmin etdi.[29]
- Məhəmməd Yunus Grameen Bankının yaradılmasının səbəbi haqqındakı nitqindən [30]
Grameen mikromaliyyə modelinin uğuru təxminən 100 inkişaf etməkdə olan ölkədə və hətta ABŞ da daxil olmaqla inkişaf etmiş ölkələrdə oxşar səylərə böyük güc verdi.[31] Bir çox mikrokredit layihələri Grameen-in qadınlara borc verməsini xüsusilə diqqətdə saxlayır. Grameen kreditlərinin 94%-dən çoxu yoxsulluqdan qeyri-mütənasib şəkildə əziyyət çəkən və qazanclarını kişilərdən daha çox ailələrinə həsr edən qadınlara verilib.[32]
Grameen ilə işinə görə, Yunus 2001-ci ildə Ashoka: Innovators for Public Global Academy ("Aşoka" fondu) üzvü seçildi. "Grameen Social Business Model" kitabında onun müəllifi Rəşidul Bari bildirib ki, Grameen-nin sosial biznes modeli (GSBM) nəzəriyyəsi dünyanın aparıcı universitetləri (məsələn, Qlazqo Universiteti), sahibkarlar (məsələn, Frank Riboud) və korporasiyalar (məsələn, Danone) tərəfindən qəbul edilmiş ruhlandırıcı təcrübəyə çevrildi.[33] Grameen Bank vasitəsilə Rəşidul Bari iddia edir ki,[34] Yunus Grameen Sosial Biznes Modelinin yoxsul qadınları gücləndirmək və onların yoxsulluğunu azaldaraq sahibkarlıq ruhundan necə istifadə edə biləcəyini nümayiş etdirib. Bari: "Yunusun konsepsiyalarından çıxarılması lazım olan nəticələr ondan ibarətdir ki, yoxsullar "bonsai ağacı" kimidirlər və onlar özlərini təmin etmək üçün potensialı olan sosial biznesə çıxış əldə etsələr, böyük işlər görə bilərlər." deyə bildirmişdir.
Yunus iqtisadi və sosial inkişaf istiqamətindəki səylərinə görə Grameen Bank ilə birlikdə 2006-cı ildə Nobel sülh mükafatına layiq görüldü. Norveç Nobel Komitəsi mükafatın elanında qeyd edirdi:[2]
Məhəmməd Yunus özünü təkcə Banqladeşdə deyil, həm də bir çox başqa ölkələrdə milyonlarla insanın rifahı üçün əməli fəaliyyətdə inqilaba imza atmış lider kimi göstərdi. Heç bir maliyyə təminatı olmayan kasıb insanlara kredit vermək qeyri-mümkün bir fikir kimi görünürdü. Otuz il əvvəl təvazökar başlanğıclardan Yunus, ilk növbədə, Grameen Bank vasitəsilə mikro krediti yoxsulluğa qarşı mübarizədə getdikcə daha vacib alətə çevirdi.
Yunus Nobel mükafatı alan ilk Banqladeşli olub. Əhəmiyyətli mükafat xəbərini aldıqdan sonra Yunus elan etdi ki, 1,4 milyon dollar olan (2020-ci ildə 1,8 milyon dollar ekvivalenti) mükafat pulunun bir hissəsini yoxsullar üçün ucuz, yüksək qidalı yemək hazırlaması üçün şirkət yaratmağa istifadə edəcək; qalanlarını isə doğma rayonunda Yunus Elm və Texnologiya Universitetinin yaradılmasına və Banqladeşdə yoxsullar üçün göz xəstəxanasının tikilməsinə istifadə edəcək.[35]
ABŞ-nin keçmiş prezidenti Bill Klinton Yunusa Nobel mükafatının verilməsinin fəal müdafiəçisi olub. O, bunu "Rolling Stone" jurnalında, eləcə də "My Life" avtobioqrafiyasında ifadə edib.[36][37] 2002-ci ildə Berkli Kaliforniya Universitetində etdiyi çıxışda prezident Klinton Yunusu "çoxdan İqtisadiyyat üzrə Nobel mükafatını almalı olan bir adam" olduğunu bildirdi və mən nəhayət bu mükafat ona verilənə qədər bunu dilləndirəcəyəm.[38] Əksinə, "The Economist" açıq şəkildə bildirdi ki, Yunus yoxsulluqla mübarizədə səmərəli işlər görsə də, ona Sülh mükafatının verilməsi məqsədəuyğun deyil:…. Nobel komitəsi heç bir alıcının olmayacağını bəyan etməklə daha cəsarətli, daha çətin seçim edə bilərdi".[39]
O, Nobel sülh mükafatı,[40] Prezident Azadlıq medalı və Konqresin Qızıl medalını qazanan yeddi nəfərdən biridir.[41][42][43] O, 1984-cü ildə Ramon Maqsaysay mükafatı, Dünya Qida mükafatı, Beynəlxalq Simon Bolivar mükafatı (1996), Konkord üçün Avsturiya Şahzadəsi mükafatı[44] və 1998-ci ildə Sidney Sülh mükafatı, 2006-cı ildə Seul Sülh mükafatı kimi önəmli mükafatlara layiq görüldü.[45] Bundan əlavə, Yunus 20 ölkənin universitetlərinin 50 fəxri doktoru dərəcəsinə, 26 müxtəlif ölkədən 113 beynəlxalq mükafata, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. Banqladeş hökuməti onun Nobel mükafatına layiq görülməsi şərəfinə xatirə markası təsis edib.[46][47][48] Bangladesh government brought out a commemorative stamp to honour his Nobel Award.[49]
Yunus 2012-ci ilin martında Fortune jurnalı tərəfindən hazırkı dövrün 12 ən böyük sahibkarından biri seçilib.[50] Fortune jurnalı səhifələrində "Yunusun ideyası bütün dünyada saysız-hesabsız gəncləri özlərini ictimai işlərə həsr etməyə ruhlandırıb" qeyd edilib.
2008-ci ilin yanvarında Texas ştatının Hyuston şəhərində 14 yanvar "Məhəmməd Yunus Günü" elan edilib.[51]
"Foreign Policy" jurnalının 2009-cu il dekabr sayında FP 100 (dünyanın ən nüfuzlu elitası) tərəfindən dünyanın dinləməsi lazım olan ən çox arzulanan mütəfəkkirlər sırasında Yunus adı verilmişdir.[52]
2010-cu ildə Britaniyanın "New Statesman" jurnalı Yunusu "2010-cu ilin 50 ən nüfuzlu siması" siyahısında 40-cı yerdə qeyd edib.[53]
Yunus Argentina, Avstraliya, Banqladeş, Belçika, Kanada, Kosta-Rika, Hindistan, İtaliya, Yaponiya, Koreya, Livan, Malayziya, Peru, Rusiya, Cənubi Afrika, İspaniya, Tailand, Türkiyə, Böyük Britaniya və ABŞ-nin digər universitetlərdən 50 fəxri doktorluq dərəcəsi alıb.[54] Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun Yunusu MİM-in vəkili kimi fəaliyyətə dəvət edib. Yunus Birləşmiş Millətlər Təşkilatının, Şvab Fondunun, Monako Şahzadəsi II Albert Fondunun, Grameen Credit Agricole Mikrokredit Fondunun İdarə Heyətində oturur. O, 2008-ci ildə Fransanın keçmiş prezidenti Jak Şirak tərəfindən dünyada sülhün bərqərar olması üçün təsis ediləndən bəri Fondation Chirac-ın fəxri komitəsinin üzvüdür.[55]
Yunus beynəlxalq səviyyədə tanınmış şəxsiyyətdir. O, bütün dünyada çoxsaylı mühazirələrlə çıxış edib və 2006-cı ildə Con Stüart ilə Daily Show və The Oprah Winfrey Show,[56][57][58][59][60] 2008-ci ildə The Kolbert Report, 2009-cu ildə Bill Maher ilə Real Time və 2010-cu ildə Simpsonlar da daxil olmaqla məşhur televiziya şoularında çıxış edib. Google+-da Yunus iki milyondan çox izləyicisi ilə dünyada ən çox izlənən insanlardan biridir.[61]
2006-cı ilin əvvəlində Yunus vətəndaş cəmiyyətinin digər üzvləri, o cümlədən Rəhman Sübhan, Məhəmməd Həbibur Rəhman, Kamal Hüseyn, Matiur Rəhman, Məhfuz Anam və Debapriya Bhattaçarya ilə birlikdə milli seçkilərdə dürüst və təmiz namizədlər üçün kampaniyada iştirak etdi.[62] O, həmin ilin sonlarında siyasətə girməyi düşünürdü.[63] 11 fevral 2007-ci ildə Yunus Banqladeşin Daily Star qəzetində dərc olunmuş açıq məktub yazdı və burada vətəndaşların siyasi xoşməramlılıq, düzgün rəhbərlik və yaxşı idarəçilik yaratması üçün siyasi partiya yaratmaq planı ilə bağlı fikirlərini qeyd etdi.[64] Məktubda o, hər kəsi vəzifəni necə yerinə yetirməli olduğunu və buna necə töhfə verə biləcəyini qısaca təsvir edirdi. Yunus nəhayət, 18 fevral 2007-ci ildə şərti olaraq Vətəndaşların Gücü (Naqorik Şakti) adlı siyasi partiya yaratmağa hazır olduğunu bəyan etdi.[65][66] Ordunun Yunusun siyasətə keçməsini dəstəklədiyi ilə bağlı fərziyyələr var idi.[67] Mayın 3-də isə Yunus müvəqqəti hökumətin başçısı Fəxrəddin Əhmədlə görüşdən sonra siyasi planlarından imtina etmək qərarına gəldiyini bəyan edib.[68]
2007-ci ilin iyulunda Cənubi Afrikanın Yohannesburq şəhərində Nelson Mandela, Qraça Macel və Desmond Tutu "dünyanın ən çətin problemlərinin bəzilərinin həllinə öz müdrikliklərini, müstəqil liderliklərini və dürüstlüklərinin töhfəsi" üçün dünya liderlərindən ibarət bir qrup topladılar.[69] Nelson Mandela 89-cu doğum günü münasibətilə etdiyi çıxışda yeni "Ağsaqqallar" qrupunun yaradıldığını elan etdi. Yunus qrupun açılışında iştirak edib və onun qurucu üzvlərindən biri olub.[70] O, 2009-cu ilin sentyabrında işinin tələblərinə görə üzvlüyünə haqq qazandıra bilməyəcəyini bildirərək, ağsaqqal vəzifəsindən istefa verdi.[71]
Yunus Afrikada ədalətli və davamlı inkişafı ən yüksək səviyyədə müdafiə edən on görkəmli şəxsdən ibarət Afrika Tərəqqi Panelinin (APP) üzvüdür. Panel hər il qitə üçün bilavasitə əhəmiyyət kəsb edən bir məsələni əks etdirən və əlaqəli siyasətlər toplusunu təklif edən Afrika Tərəqqi Hesabatı adlı hesabat dərc edir.[72] 2009-cu ilin iyul ayında Yunus SNV Hollandiya İnkişaf Təşkilatının yoxsulluğun azaldılması işini dəstəkləmək üçün Beynəlxalq Məsləhət Şurasının üzvü oldu.[73] 2010-cu ildən Yunus sosial və iqtisadi inkişafı sürətləndirmək üçün genişzolaqlı internet xidmətlərindən istifadə etməyə çalışan BMT-nin təşəbbüsü olan Rəqəmsal İnkişaf üzrə Genişzolaqlı Komissiyasının Müvəkkili vəzifəsində çalışır.[74] 2016-cı ilin martında o, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun tərəfindən Fransanın və Cənubi Afrika Respublikasının prezidentləri Fransua Olland, Ceykob Zumanın həmsədrlik etdiyi Səhiyyə Məşğulluğu və İqtisadi İnkişaf üzrə Yüksək Səviyyəli Komissiyaya təyin edilib.[75] 2016–2017-ci illərdə Rohincalar soyqırımından sonra Yunus Myanmanı Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa çağırıb.[76]
Hökumət 11 yanvar 2011-ci ildə Grameen Bankın fəaliyyətinin nəzərdən keçirilməsini elan etdi və bu, hələ də davam edir.[77] Fevral ayında Meri Robinson kimi bir sıra beynəlxalq liderlər bir sıra səylərlə, o cümlədən "Grameen-nin Dostları" kimi tanınan rəsmi tərəfdarlar şəbəkəsinin yaradılması ilə Yunusun müdafiəsini gücləndirdilər.[78]
15 fevral 2011-ci ildə Banqladeşin maliyyə naziri Əbul Maal Əbdül Muhit Yunusun Grameen Bankla bağlı araşdırma aparılarkən ondan "uzaq durması" lazım olduğunu bəyan etdi.[79] 15 fevral 2011-ci ildə Banqladeşin maliyyə naziri Əbul Maal Əbdül Muhit Yunusun Grameen Bankla bağlı araşdırma aparılarkən,[80] ondan "uzaq durması" lazım olduğunu bəyan etdi.[81] 2 mart 2011-ci ildə hökumətin yanvar ayında sədr təyin etdiyi keçmiş Bank işçisi Muzammel Huq Yunusun Bankın idarəedici direktoru vəzifəsindən azad edildiyini elan etdi. Bununla belə, Bankın baş direktoru Cannet-E Quanine, Yunusun mübahisə ilə bağlı hüquqi məsələlərin nəzərdən keçirilməsini gözləyərək "ofisində davam etdiyini" açıqladı.[82]
2011-ci ilin martında Yunus Banqladeş Ali Məhkəməsinə müraciət edərək Banqladeş Mərkəzi Bankının onu Grameen Bank-ın idarəedici direktoru vəzifəsindən kənarlaşdırmaq qərarının qanuniliyinə etiraz edib.[83] Həmin gün Grameen Bank-ın doqquz seçilmiş direktoru ikinci ərizələrini verdilər.[84] Həmin gün Banqladeşdə minlərlə insan Yunusu dəstəkləmək üçün etiraz aksiyası keçirdilər.[85] Ali Məhkəmənin vəsatətlər üzrə iclası 6 mart 2011-ci il tarixinə planlaşdırılsa da, təxirə salınır.[86] 8 mart 2011-ci ildə Məhkəmə Yunusun işdən çıxarılmasını təsdiq etdi.[87]
Məhəmməd Yunus və Grameen Banka qarşı iddialar bəzi insanların mikromaliyyənin effektivliyini şübhə altına almağa başladığı bir kontekstdə edildi ki, bu da Hindistan və Meksikadakı bəzi kommersiya məqsədli mikromaliyyə təşkilatlarının (MMİ) hərəkətləri ilə əlaqədardır.[88] Mikrokreditlərin kommersiyalaşdırılması Yunusu[89] "bir gün mikrokreditlərin öz kredit köpəkləri cinsini doğuracağını heç təsəvvürünə belə gətirmədiyini" deməyə vadar etdi.[90][91][92]
Mənfəətin cazibəsi bəzi kommersiya məqsədli MMİ-ləri ilkin kütləvi təkliflər (IPO) keçirməsinə səbəb oldu.[93] 2010-cu ilin sentyabrında Yunus IPO-nu tənqid etdi; Klinton Qlobal Təşəbbüsü toplantısı zamanı SKS-in qurucusu Vikram Akula ilə[94] debatında: "Mikrokredit insanları kasıblardan pul qazanmağa həvəsləndirmək deyil. Sizin etdiyiniz budur. Bu, tamamilə yanlış mesajdır."[95] Faktiki faiz dərəcəsinin hesablamaları dəyişir. Eyni zamanda, təşkilat bir neçə il ərzində vergidən azad statusa malik idi və indi bu status ləğv edilmişdir.[96]
Yunusa rəğbət bəsləyənlər iddia edirlər ki, Banqladeş hökuməti Yunusu hakimiyyətdən kənarlaşdırmaq üçün "mikrokredit ətrafında mənəvi böhrandan" istifadə edir.[97]
Grameen Bank Norveç hökuməti tərəfindən 2010-cu ilin dekabrında sui-istifadə edilmiş və ya mənimsənilmiş vəsaitlərlə bağlı bütün iddialardan tez bir zamanda təmizlənsə də,[77] 2011-ci ilin martında Banqladeş hökuməti Grameen Bankın bütün fəaliyyətləri ilə bağlı üç aylıq araşdırma başlatdı. Bu sorğu Məhəmməd Yunusun Dünya İqtisadi Forumunda iştirakına mane olur.[98]
2011-ci ilin yanvarında Yunus 2007-ci ildə kiçik sol təmayüllü bir partiyadan olan yerli siyasətçi tərəfindən açılan böhtan işində Yunusun AFP xəbər agentliyinə verdiyi "Banqladeşdə siyasətçilər yalnız hakimiyyət üçün çalışırlar" ifadəsindən şikayət edərək məhkəmə qarşısına çıxdı. Burada heç bir ideologiya yoxdur."[99] İclasda Yunusun zaminə buraxılması barədə qərar çıxarılır və sonrakı dinləmələrdə şəxsi iştirakdan azad edildi.[100]
Bu araşdırmalar 2007-ci ilin əvvəlindən, Yunus öz siyasi partiyasını yaratdıqdan sonra Şeyx Hasina ilə Yunus arasında çətin münasibətlərə görə bir çox hücumların siyasi motivli ola biləcəyinə dair şübhələri gücləndirdi,[101] 2007-ci ilin mayında bu cəhddən əl çəkdi.[68]
Mikromaliyyə xarici mediada tənqid edilib. The Guardian (Böyük Britaniya) mikromaliyyənin "neoliberal nağıl" olub-olmadığını soruşdu. Məqalədə kreditlərin əksəriyyətinin kiçik biznes yaratmaq üçün istifadə olunmadığı, əksinə "istehlakın hamarlanması" kimi tənqidlərə diqqət yetirildiyi vurğulanırdı.[102]
Məhəmməd Yunusun məhkəməsi[103] Banqladeşin baş naziri Şeyx Həsinənin Məhəmməd Yunusa qarşı başlatdığı məhkəmələr silsiləsidir. Əvvəlki sonrakını, 1983-cü ildə qurduğu Bankı idarə etmək üçün çox qoca olduğunu əsas gətirərək 2010-cu ildə mühakimə etdi[104] və nəticədə onu Grameen Bank-dan uzaqlaşdırdı.[105] 2013-cü ildə o, ikinci dəfə mühakimə olundu, çünki guya o, hökumətdən lazımi icazə olmadan qazanc, o cümlədən Nobel sülh mükafatı qazancı və kitab satışından əldə etdiyi qonorar əldə etmişdi.[106] Məqalədə iddia olunur ki,[107] Yunusa qarşı bu silsilə məhkəmələr Grameen Bankın 8,3 milyon[108] imkansız qadınından tutmuş ABŞ prezidenti Barak Obamaya[109] qədər bütün dünyada milyardlarla insanı çaşdırıb.[110] to US[111][112] Həsinənin[113] Yunusa[114] qarşı siyasi vendettasını Arximed və General Klavdi Marselin münaqişəsinin müasir təkrarına bənzədərdilər.[115] Vikas Bajaj 7 noyabr 2013-cü ildə The New York Times qəzetinin "Taking Note" redaksiya bloqunda yazırdı:[116]
Banqladeş hökuməti Grameen Bank və onun qurucusu Məhəmməd Yunusa qarşı uzun müddət davam edən məhkəməsində öz rolunu oynadı. Keçən həftə, qanunvericilər kasıb qadınlara kiçik kreditlər vermək ideyasına öncülük edən bankın nəzarətini onun səhmlərinin əksəriyyətinə sahib olan 8,4 milyon kənd qadınının əlindən alaraq, faktiki olaraq onu milliləşdirən qanun qəbul etdilər.[117]
Yunus uzun illər Həsinənin atası, Banqladeşin qurucusu Şeyx Mücibin davamçısı olaraq qalır.[118] Tennessi Dövlət Universitetində dərs deyən Yunus Qərbi Pakistanın Banqladeşə[119] və onun lideri Şeyx Mucibə qarşı təcavüzünə cavab olaraq Banqladeş Vətəndaş Komitəsini (BCC) təsis etdi.[120] 1971-ci ildə Banqladeşin yaradılmasından ilhamlanan Yunus 1972-ci ildə vətəninə qayıtdı və Mücibə uzun və qanlı müharibə nəticəsində parçalanmış xalqı birləşdirməyə kömək etdi.[121] Mücibin ölümündən sonra münasibətlər bitməyib. Yunus Mücibin qızı Həsinə ilə peşəkar münasibət saxlayırdı. Yunus Həsinanı ABŞ-nin birinci xanımı Hillari Klintonla birlikdə 2–4 fevral 1997-ci ildə keçirilən mikrokredit sammitinə həmsədri təyin etdi. Bu tədbirdə 137 milli dövlətdən 50 dövlət başçısı və yüksəksəviyyəli rəsmilər yoxsulluğun həlli yollarını müzakirə etmək üçün Vaşinqtonda bir araya gəldi. Mikrokreditlə bağlı bu makro tədbirdə Həsinə açıqlamasında,"Professor Yunusun və onun qurduğu Grameen Bankın gördüyü möhtəşəm işləri təriflədi. Grameen Bank-ın uğuru yoxsullara mikro kredit verməklə məşğul olan bankların fəaliyyətində daha böyük nikbinlik yaratdı.[122] Banqladeşdə ən böyük telefon xidməti olan Grameen Phone-un açılış mərasimi 26 mart 1997-ci ildə Həsinənin ofisində baş tutdu. Grameen Phone-dan ilk zəngi Həsinə Norveçin ozamankı baş naziri Turbyorn Yaqlanda edib. Yaqlandla söhbəti bitəndə o, Grameen telefonunun əməkdaşı Layli Bequmdan başqa bir zəng aldı. Lakin bu uzun münasibətlər 2007-ci ildə Yunus Naqorik Şakti adlı siyasi partiya yaratmaq niyyətini açıqladıqdan sonra dağıdıldı.[123]
Baş nazir Şeyx Həsinə hökuməti Grameen və onun qurucusu Məhəmməd Yunusa qarşı təbliğat aparırdı. "The New York Times" yazır ki, "Onun hərəkətləri cənab Yunusun 2007-ci ildə planlarını heç vaxt həyata keçirməsə də, dövlət vəzifəsi tutacağını elan etdiyinə görə qisas almaq kimi görünür".[124] "Times of India" qəzetinin yazdığına görə, onun Yunusa qarşı sərt qərarına daha bir amil: Nobel sülh mükafatı təsir edib.[125]
Həsinə düşünürdü ki, Norveç Nobel Sülh Mükafatı Komitəsi ona 1997-ci ildə Çittaqonq Təpə Yolları (CHT) adlı sülh müqaviləsini imzaladığı üçün mükafat verəcək. Martın 9-da Baş prokuror Məhbubəy Ələm "Baş nazir Şeyx Həsinəyə Nobel sülh mükafatı verilməli idi…" deyərək hökumətin münasibətini açıqladı. O, CHT razılaşmasına görə ustadı Həsinəyə mükafatı vermədiyi üçün Nobel komitəsinin düzgünlüyünə etirazını bildirdi.[126]
11 yanvar 2007-ci ildə ordu generalı Moeen Əhməd hərbi çevriliş etdi.[127] Bu arada Yunus Xalidə Ziyanın səlahiyyət müddəti başa çatdıqdan sonra ölkənin dördüncü baş məsləhətçisi olmaq istəyini rədd edir. Lakin Yunus bu vəzifəyə general Fəxruddin Əhmədi[128] seçməyi təklif etdi. Fəxruddin 2007-ci il yanvarın 11-də vəzifəsinin icrasına başlayıb və elə ilk günündə bəyan edib ki, o, təkcə azad və ədalətli seçkilər təşkil etmək deyil, həm də korrupsiyanı təmizləmək niyyətindədir. Xalidə və Həsinə Fəkruddini tənqid edərək, korrupsiyanı təmizləməyin onun işi olmadığını iddia edərkən, Yunus bundan məmnun olduğunu bildirir. Yunus AFP xəbər agentliyinə müsahibəsində Banqladeşdə siyasətçilərin yalnız pul üçün işlədiyini qeyd edərək, "Burada heç bir ideologiya yoxdur" deyə bildirir.[100] Həsinə Yunusun bu fikirlərinə sərt reaksiya verib və onu "nəinki yoxsulluğu aradan qaldıra bilməyən, həm də yoxsulluğu bəsləyən sələmçi" adlandırır. Bu, Həsinənin Yunusa qarşı ilk açıq bəyanatı olub. Daha sonra Yunus bu perspektivli siyasi partiyanın adını — Naqorik Şaktini (Vətəndaş Gücü) açıqladı.[129] Partiyanın amalının "dibsiz səbət"dən "yüksələn pələng"ə ucalmaq ümidi ilə millətinin siyasi arenasına çıxmaq missiyası olduğunu söylədi. Lakin mayın 3-də Yunus üçüncü açıq məktubu dərc etdirərək, siyasi ambisiyalarına son qoyduğunu elan etdi.[107]
2 avqust 2012-ci ildə Şeyx Hasina bank üzərində hökumət nəzarətini artırmaq üçün "Grameen Bank Ordinance 2012[130]" layihəsini təsdiq etdi.[130] Hazırda bu səlahiyyət 8,3 milyon Grameen-dən borcalanlar tərəfindən seçilən doqquz kasıb qadından ibarət bank direktorlarının əlindədir. Həsinə həmçinin Yunusun Grameen-in idarəedici direktoru olduğu sonrakı illərdə fəaliyyəti və maliyyə əməliyyatları ilə bağlı yeni bir araşdırma aparılmasına göstəriş verib, lakin insanlar bu addımı onun imicini məhv etmək cəhdindən başqa bir şey kimi qiymətləndirmirlər.[131] Baş nazir həmçinin, o cümlədən Nobel sülh mükafatı qazancları və kitablarından aldığı qonorarlardan daxil olmaqla Yunusun hökumətdən lazımi icazə olmadan qazanclar aldığını iddia edib.[132] 4 oktyabr 2013-cü ildə Banqladeşin Nazirlər Kabineti ölkənin mərkəzi bankına Grameen Bank üzərində daha yaxından nəzarəti təmin edəcək yeni qanun layihəsini təsdiqlədi və bu, qabaqcıl mikro kreditorla uzun müddət davam edən mübahisəni daha da alovlandırdı. Grameen Bank Aktı 2013[133] cümə axşamı baş nazir Şeyx Həsinənin[134] sədrliyi ilə keçirilən kabinet iclasında təsdiq edilib. O, 2013-cü il noyabrın 7-də[135] parlament tərəfindən qəbul edildi və 1983-cü ildə Grameen Bank-ın ixtisaslaşmış mikrokredit təşkilatı kimi yaradılmasını əsaslandıran qanun olan Grameen Bank Sərəncamını əvəz etdi.[136] Hökumətin yeni planı Grameen-i 19 hissəyə bölməkdən ibarət idi.[124] The New York Times xəbər verir ki:
O vaxtdan bəri hökumət bankla bağlı araşdırmaya başladı və indi səhmlərinin əksəriyyəti borcalanlara məxsus olan və 19 regional kreditorlara bölünən Grameen-i ələ keçirməyi planlaşdırır.[124]
1967-ci ildə Yunus Vanderbilt Universitetində təhsil alarkən Vanderbilt Universitetinin rus ədəbiyyatı fakültəsinin tələbəsi və ABŞ-nin Nyu-Cersi ştatının Trenton şəhərinə rus mühacirlərinin qızı Vera Forostenko ilə tanış olur. Onlar 1970-ci ildə evlənirlər.[13][17] Yunusun Vera ilə evliliyi onların körpə qızları Monika Yunusun 1979-cu ildə Çittaqonqda doğulmasından aylar sonra sona çatdı, çünki Vera Banqladeşin uşaq böyütmək üçün yaxşı yer olmadığını iddia edərək Nyu-Cersiyə qayıtdı.[13][17] Monika Nyu-Yorkda yerləşən opera sopranosu oldu. Yunus sonradan Mançester Universitetində fizika üzrə tədqiqatçı olan Afrozi Yunusla ailə həyatı qurur.[137] Daha sonra o, Cahanqirnaqar Universitetinə fizika sahəsi üzeə professor təyin edildi.[17] Onların 1986-cı ildə qızları Diyena Afroz Yunus anadan olub.[17]
Yunusun qardaşı Məhəmməd İbrahim Dəkkə Universitetinin keçmiş fizika professoru və kəndlərdə yeniyetmə qızlara elm təhsili verən Elmdə Kütləvi Təhsil Mərkəzinin (CMES) təsisçisidir.[138] Digər qardaşı Məhəmməd Cahangir (ö. 2019) Banqladeşdə televiziya aparıcısı və ictimai fəal idi.[139]
Banqladeşin paytaxtı Dəkkədə yerləşən Yunus Mərkəzi yoxsulluğun azaldılması və davamlılıq sahəsində sosial bizneslə bağlı məsələlər üzrə beyin mərkəzidir. O, "əsasən sosial biznesə xüsusi diqqət yetirməklə professor Yunusun fəlsəfəsini təbliğ etmək və yaymaq məqsədi daşıyır" və hazırda professor Məhəmməd Yunus tərəfindən idarə olunur.
Grameenphone is now the leading telecommunications service provider in the country with more than 10 million subscribers as of November 2006.
Muhammad Yunus should have been awarded the Nobel Prize in Economics years ago.
At first glance, the current state of Bangladesh appears to be a paradox: a country under a state of emergency, but where the general public seem quite content.